A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə4/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   2   3   4   5   6   7   8   9   ...   82

nahsız  bir  məxluqun  xəyalında  canlanan  bu  səsi  boğmaq 
üçün  qış  bütün  şiddətilə  bağırırdı.  Boran  küçədə  ac  qurd 
kimi  ulayır,  soyuq  qılınc  kimi  kəsir,  şaxta  bəla  kimi  durur, 
qar şiddətlə  kəsirdi".
"Bir gəncin  manifesti”  romanı  Mir Cəlalın yaradıcılığın­
da,  eləcə də nəsrimizin ən kövrək və ləyaqətli  əsəridir;  bu­
nun  müəllifinin  də  kənarda  qalması
Mən  romanın  yalnız  Bahar  və  ötəri  olaraq  Sona  xala 
obrazları  üzərində  dayandım.  Əsərin  ümumiyyətlə,  poeti­
kasına toxunmadım.  Roman  çox  yox,  XX  əsrin  əvvəllərin­
də  inqilaba  qədər tariximizin  məişətinə,  mənəvi  proseslə­
rinin  bəzi  məqamlarına  da  toxunmuşdur.  Dostoyevskinin 
bəzi  əsərlərində  ilkin  motiv  belə  səciyyələndirilmişdir  ki: 
Yer  kürəsi  qabığından  özünə  qədər göz  yaşı  içindədir.
Mir Cəlal  insanların  özünün  tipologiyasını  təsvir etmiş 
və  öz  təəssüratlarından  irəli  gələrək  sosial-mənəvi  prob­
lemləri  ortaya  qoymuşdur.  Və  belə  bir  məlum  rasional  for­
mulam  əsas  götürmüşdür:  Fərdi  taleləri  rədd  edən  kosmik 
harmoniya yetərincə deyildir.  Məhz fərdi talelər-obrazlarda 
təcəssümə,  estetik ümumiləşdirməyə cavab verir və təbiət 
təsvirini-peyzajın fantomluğunu dəqiqləşdirir; fikir poetika­
sını  açır.  Sanki  sənədlidir, qeyri-yönum axtarmağa ehtiyac 
qalmır,  yəni  disharmoniyadan  uzaqlaşır.
Araşdırıldıqda romanın  rasional  poetikasının təhlili yal­
nız  qazanmış  olar.  Mir  Cəlalda  rassionallıq  düzgün  bədii 
biçimdə qoyulmuşdur:  Peyzajın  əlvanlığı,  romanın  kopmo- 
zisiya bitkinliyi,  dialoqların məqamında səslənməsi və sai­
rin  müəllif  təfsirində  verilməsi  fikrimizə  haqq  qazandırır.
14
II
Azərbaycan  ədəbi  tənqidi  şərəfli  və  çətin  dövrləri  ke­
çirmişdir.  Sovet hakimiyyətinin qələbəsindən sonra,  xüsu­
silə  1920-1941-ci  illərdə  istedadlı,  əksi  dövrü  yaşamış 
müqtədir  tənqidçilərimiz  yetişmişdi:  Mustafa  Quliyev,  Əli 
Nazim, Mikayıl Rəfili,  Kazım Ələkbərli,  Hidayət Əfəndiyev. 
Onlar  peşəkar  idilər,  yeni  yaranan  ədəbi  mühiti  təqdir  və 
tənqid  edirdilər,  metodoloji  məsələlərə  daha  çox  baş  qo­
şurdular.  Amma bu canıyananlıq  repressiya  ilə nəticələndi 
və  ən  istedadlılar  məhv oldular.  Sağ  qalanlardan-nisbətən 
cavanlardan  M.Arif,  Orucəli  Həsənov,  M.Cəfər,  Əkbər 
Ağayev,  Mehdi  Hüseyn,  M.Quluzadə,  Cəfər  Cəfərov  öz 
"paylarını"  götürdülər,  daha çox  ədəbi  şəxsiyyətlərin  araş­
dırılması  ilə  məşğul  oldular.  Ab-hava  sakitləşəndən  sonra 
xüsusilə  yeni  yaranan  ədəbi  nəslin:  S.Rəhimov,  Əli  Vəli­
yev,  Əbülhəsən,  Mir  Cəlal,  M.Hüseyn,  Mirzə  İbrahimov, 
İ.Əfəndiyev,  C.Cahanbaxş  yaradıcılığı,  yaxud  ayrı-ayrı 
əsərləri  haqqında  məqalələr qələmə aldılar.
Yeni  tənqidi  təfəkkürün  yaranması,  nəsrdə  üslubi  isti­
qamətlərin  formalaşması  yeni  tənqidçilərin  də  meydana 
gəlməsinə  imkan  yaratdı.  C.Xəndan,  Əhəd  Hüseynov. 
M.Əlioğlu,  Bəkir Nəbiyev,  Qulu  Xəlilov,  Xalid Əlimirzəyev, 
Q.Yaşar,  Akif Hüseynov,  Şamil Salmanov sırf tənqidlə ma­
raqlandılar və ortaya çıxan  nəsr nümunələri  haqqında fikir 
söylədilər.  Yeri  gələndə sərt tənqiddən  də  çəkinmədilər.
Şübhəsiz,  hər  bir  ədəbiyyat  adamının  sevdiyi,  yaxud 
şəxsiyyətin  hörmət  bəslədiyi  yazıçılar vardır (indi,  xüsusi­
lə)  və  onlara  münasibətdə  xeyli  fərqliydi.  Bu  hissi  univer- 
sallaşdırmasaq  da,  daha  çox  obyektivlik  meyarına  üstün­
lük  verənlər  nəzərə  çarpırdı.  Əhəd  Hüseynov,  Qulu  Xəli- 
_________________ _____  
15
  -------------------------------------


lov.  Bəkir  Nəbiyev,  Xalid  Əlimirzəyevin  "ipləri  üstə  odun 
yığmaq"  çətin  məsələ  idi...Mən  bu  mövzunu  genişləndir­
mək  istəməzdim,  məqsədim o deyil.  Lakin  50-ci  illərin  so­
nu  və  60-cı  illərdə  diqqəti  daha  çox  Əhəd  Hüseynov  cəlb 
edirdi.  Sərt  qiymətləndirmə  duyumu,  mövzunu  qavrama 
psixologiyası,  məsləkində sədaqətlilik və s.  keyfiyyətlərilə.
Orta  məktəbdə  ailəmizə  ədəbi  mətbuat  gəldiyindən, 
bu  gün  də  yaddaşıma  arxayınlaşıram.
Yolum  Pedaqoji  İnstituta düşdü və ədəbiyyat dərnəyin­
dən  də qalmadım.  Rəhbəri  isə  Əhəd  Hüseynov  idi.  Dərhal 
"Azərbaycan  gəncləri"  qəzetində  bir  qrup  yazarlarla  söh­
bət edərkən  çəkilmiş  foto şəkli  xatırladım
Mən  şeir yazmırdım,  üzvlərin  hər biri  özünü  şair  iddia­
sı  ilə  təsəvvür  edirdi.  Pafosla  oxuyurdular,  sonda  Əhəd 
Hüseynovun  gözləri  kinayəli  gülürdü,  sıx,  əlinin  ədasına 
tabe olan saçını sığallayırdı: - Başqa şeir oxu, - deyirdi, yə­
ni  dərslərini  oxusan  daha  yaxşı  olardı.
Çox  keçmədi,  Əhəd  Hüseynovun özü  biz  ikinci  kursla­
ra rus ədəbiyyatından mühazirələr oxudu, seminar məşğə­
lələrini  özü apardı.  Bir üstün cəhəti  də onda  idi,  öz ədəbiy­
yatımızla  müqayisələr aparırdı,  paralellər  edirdi.  Az  sonra 
jurnal  vasitəsi  ilə  bəlli  oldu  ki,  Əhəd  Hüseynovun  elmi  də­
rəcəsi  yoxdur.  Onda  belə  bir  ənənə  qüvvədə  idi:  Tənqidçi 
dissertasiya  dalınca  düşmürdü,  çünki  ədəbiyyatda  tənqi­
din  böyük  nüfuzu  vardı.
Bir  dəfə  mərhum  tənqidçi  Qulu  Xəlilovun  "Ədəbiyyat 
qəzeti"ndə geniş məqaləsi çap olunmuşdu. O,  niyə tənqid­
çilərə elmi ad verilməməsi sualını ortaya atmışdı,  hətta bə­
zisinin  (M.Cəfərin,  Orucəli  Həsənovun,  Əkbər  Ağayevin) 
adlarını  da  çəkmişdi.  Yeni  nəsil  üçün  deyərdim  ki,  həmən 
məqalə  rezenans  doğurdu  və  bu  iki  Sima  (H.Orucəlidən 
savayı)  elmlər  doktoruna  qədər  yüksəldilər,  Məmməd  Cə­
fər  müəllim  akademik  səviyyəsinə çatdı
16
Əhəd  Hüseynovun  Mir  Cəlalın  yaradıcılığı  haqqında 
tədqiqat  üzərində  işlədiyini  eşitdik.
Əhəd  Hüseynovun  yüksək  ədəbi  zövqünə  yalnız  hey­
ran  kəsilmək  olardı,  bunun  bir  səbəbi  də  Lev  Tolstoyu, 
F.M.Dostoyevskini,  M.Qorkini,  N.Qoqolu,  A.Çexovu  və di­
gərlərini  dərindən  dərk  etməsiydi.  Çağdaş  yazıçılara  da 
dərin  hörmətini  gizlətmirdi.  İsmayıl Şıxlı  ilə eyni  kafedrada 
idi  və eyni  kurslarda  dərs  deyirdilər.  O vaxt yazıçının  "Ay­
rılan yollar"  romanı  haqqında dərnəkdə tərifli sözlər demiş­
di
Mir  Cəlalı  tədqiq  etmək  yazıçının  özünün  sağlığında- 
məsuliyyətli  işdi-bir  sıra  rakurslardan:  Birincisi,  Mir  Cəla­
lın  özü  müqtədir  ədəbiyyatşünas,  professor  idi.  İkincisi, 
yazıçının  gözü  qarşısında  onu  araşdırmaq,  yeni  söz  de­
mək  çətin  məsələ  idi.  Üçüncüsü,  şəxsi  psixologiya  baxı­
mından  tədqiqat  prosesində  bəzi  "başağrıları"  yarana  bi­
lərdi.
Bəzən  insan  ən  qiymətli  suallara  cavabını  vaxtında, 
şəxsdən  almağı  unudur.  Bəlkə  də  ağlına  gəlmir  ki,  dünya 
əbədi  deyil,  sən  də  həmçinin.  Hər gündə  üzləşdiyin,  söh­
bətdə  bulunduğun  o  insanı  sabah  itirə bilərsən.  Bu  sətirlə­
ri  yazanda  heyifslənirəm  ki,  İsmayıl  Şıxlıya,  Əhəd  Hüsey­
nova,  Feyzulla  Qasımzadəyə,  Əbdüləzəl  Dəmirçizadəyə 
nə  qədər  cavabsız  qalan  suallar verərdim.  Nə  qədər.  Axı, 
onlar  auditoriyaya  girir,  ayağa  qalxırıq,  danışır  və  sonda 
"Kimin  sualı  var?"ını  bizim  ixtiyarımıza  buraxır.  Biz  isə 
zəngin  intizarını  yaşayırıq
Əgər  mən  Əhəd  Hüseynovdan  xəbər  alsa  idim  ki,  us­
tad,  müəllim,  Mir  Cəlalın  hekayələrini  niyə  tədqiqat  möv­
zusu  seçmisiz?  O,  özünə  məxsus  təbəssümlə  deyəcəkdi: 
-  Bilirəm,  orta  məktəbdə  "Bir  gəncin  manifesti"  əsərini 
oxumusan.  Baharın  maleyi  üçün  darıxmısan.  Yazıçının
17


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə