A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə8/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   4   5   6   7   8   9   10   11   ...   82

gülüş  doğurur.  Lakin  kinayə,  qəh-qəhə  deyil.  Avam  insa­
nın  psixologiyasındakı  sürətli  inkişafın  doğurduğu  gülüş­
dür.
Mən  bu  hekayə üzərində  bəlkə də dayanmaq  istəməz­
dim.  yazıçı  İsmayıl  Şıxlının  "Deputat"  hekayəsini  xatırla­
masa  idim.  Mir  Cəlalın  Badam  arvadı  30-cu  illərdə  yaşa­
mışdır,  işi  də  əsasən  evdarılqdır,  lakin  onun  seçici  kimi 
söz  deməsi  fərəh  doğurur,  deməli,  ona  bu  imkanı  yarat­
mışlar.  İ.Şıxlının  gənc deputatı  isə Milli  Məclisə qədər gəl­
mişdir;  o.  da  adı,  sadə  adamıdır,  kolxozçudur,  hələ  evdar 
deyil.  Lakin  şərait elə gətirmişdir ki,  iclasda o,  söz demək 
əvəzinə, yatır,  rahatça  istirahət edir.  Hər iki  qəhrəman So­
vet  adamıdır,  sakindir.  Otuzuncu  illərdə  görünür,  seçiciyə, 
deputata  inam varmiş,  onu  danışdırırlarmış,  fəalmış.  Qırx- 
əlli  ildən  sonra  seçilmiş  deputatın  isə dili  "qıfıllıdır".
Mir  Cəlalla  İsmayıl  Şıxlı  eyni  ictimai  quruluşun,  sovet 
cəmiyyətinin  yazıçısıdır və  həyat  həqiqətlərinin  bədii  təs­
viri  də  gerçəkdir.  Bircə  fərqi  ondadır  ki,  obrazlar  müxtəlif 
siyasi  situasiyaların  yetirməsidir.  Mir Cəlal  müdrikdir,  icti­
mai  quruluşun  dərininə  varmışdır və  hələlik  inqilabın  "öv­
ladına"  inanır
Mir  Cəlalın  müharibəyə  qədər  və  müharibə  illərindəki 
yaradıcılığı,  xüsusilə  hekayələri  haqqında  söylənilən  tən­
qidi-fikir  birtərəfli  və  ənənəvi  dəyərlidir.  Əsərlərinin  mən­
bələri,  bədii  metoddan  istifadə,  dil  və  ifadə  vasitələri  ana­
litik  təhlildən  uzaqdır.  Şübhəsiz,  M.Arif,  M.C.Cəfərov, 
M.Hüseyn,  Ə.  Mirəhmədov,  C.Xəndan  və  başqaları  səmi­
mi  danışırlar,  misallar gətirirlər,  yaradıcılığı  siyasi  motivlər 
dairəsində qiymətləndirilir.  Əlbəttə,  o dövrdə tənqidin  pro- 
fessonallaığı  məntiqi-fəlsəfi  yanaşmada  səsləşmirdi,  mü­
hakimələr  sosiallaşmışdı.  Surətlərin  danışığı,  hadisələrin 
təsviri  təriflənirdi,  lakin  yazıçı  istedadı  mahiyyətinə  və 
məzmununa görə təhlil edilmirdi.  Dövrün mətbuat orqanla­
----------------------------------
3 0
------------------------------------
rında,  ədəbi  hesabatlarda  rəylər,  fikirlər az  olmurdu.  Sonu 
sadalanan tərifli,  üzdən gedən cümlələr idi.  Bu dəfə də ya­
zıçı  adətinə müvaifiq  psixologiya  ilə qarşılaşırıq.  Mir Cəla­
lın  özünün  nə  bir yazılanlara  münasibətini  görürük,  nə  də 
qələm dostuna hansısa məktubunda öz  təəssüratına,  razı­
lığına, yaxud  incikliyinə  rast gəlirik. Vaxtilə (1887) A.P.Çe- 
xov  müasiri  M.V.Kisilovaya yazmışdı  ki,  rəyləri  oxuyuram. 
Rəylər  çox  idi,  onu  da  deyim  ki,  "Severnıy  vestik"də  də 
vardır.  Oxuyuram və  heç cürə başa düşmürəm  ki,  məni  tə­
rifləyirlər,  yaxud  mənim  məhv  olmuş  canım  üçün  ağlayır­
lar.  "İstedaddır,  istedad!  Amma  bununla  belə,  xudaya,  sən 
özün  onun  ruhunu  hifz  elə,  rəylərin  mənası  belədir".
Maraqlı  faktdır,  yaradıcı  adamların  ədibə  və  şəxsən 
özünə  münasibətinin  sosial-psixologiyasıdır.  Və  yalnız 
çox  sonralar,  əllinci  illərin  sonlarında  Mir Cəlal  müharibə­
yə  və  mübarizəyə  aid  fikir  söylədi,  yazıçının  qarşısında 
duran vəzifəni  qabartdı; yazıçı  vurğulayır ki,  istedadın,  qə­
ləmin  bütün  gücü  müharibəyə  qarşı,  sülh,  asayiş,  dinc, 
xoşbəxt  həyat  uğrunda  mübarizəyə sərf olunmalıdır,  çünki 
bu,  elə  bir  müqəddəs  vəzifədir  ki,  bütün  başqa  bir  arzu­
muz,  ideallarımız  bundan  asılıdır.  İndii  bizim qələmlərimiz 
milyonların  istək və  arzusunu  ifadə  etməlidir10.
Mir  Cəlal  da  digər  qələmdaşları  kimi  ümumi  ideya  ax­
tarışından  fərdi  mövzu  və  üslub  tanınmasına  gəlib  çıxmış­
dır.  Müharibə dövründə bilavasitə cəbhədə olmasa da, top­
ların səsini,  qələbə hayqırtısını  eşidir, əsgərlərin  rəşadətin­
dən xəbər tutur, cəbhə xəbərlərini oxuyur,  nəhayət' qələmi 
süngüyə  çevirirdi".  Maraqlı  hekayələr,  publilsist  məqalələr 
yazırdı.  Qələbədən  sonra  vəziyyət  -  ölkədə  ideoloji  durum 
yeni  ideyalarla  şərtlənirdi.  Bərpa  işləri,  yeni  quruculuq  sa-
10. Bax:  "Ədəbiyyat  və incəsənət”  q.04  oktyabr,  1958-ci il.
------------------------------- 
31
  ____________________


hələri.  insanların  əhval-rahiyyəsi,  ziyalı  mövqeyi  və  sair 
məsələlr  gündəmə  gəlirdi.  Repressiya  arxada  qalmışsa, 
ideoloji  funksionerlərin nə özləri,  nə də  ideyaları, ölüm  ha­
kimləri  arxivə  göndərilməmişdi.  Hər bir sənət  adamı  bunu 
yadından  çıxartmır,  qələmə  sarılanda  üzünü  İlahiyə  tutur. 
Təbii  ki,  yazıçılarımız  yeni  quruluşun  gəlişini  pis  qarşıla­
mamışdılar,  epik  əsərlərilə  cavab  vermişdilər.  Əbülhəsən 
"Yoxuşlar’’, "Dünya qopur", S.Rəhimov "Şamo", M.Hüseyn 
"Daşqın",  Mir Cəlal "Dirilən adam" və "Bir gəncin manifes- 
ti"  romanlarını  çap etdirmişdilər.  Bu  əsərlərin  qəhrəmanla­
rının  istək və  arzusu  bərqərar olmuşdu.  Artıq  üstündən  on 
beş  il  ötmüşdü.  İnkar  etmək  haqsızlıq  kimi  səslənərdi  ki, 
ictimai-mədəni  şüurda  dəyişikliklər  başlamışdı,  yeni  nəs­
lin  mənəvi-əxlaqi  tərbiyəvi  gücü  problemli  dövləti  daha 
çox  düşündürürdü:  Yeni  nəsil  necə  və  nə  uğrunda  forma­
laşmışdır?  Vətənpərvərmi,  beynəlmilləçimi?  Onların  Vətə­
ni Azərbaycandırmı,  SSRİ-dirmi? Suallara cavablar heç də 
sənətkarlarımızın fikirləşdiyi tərzdə deyildi, kommunist tər­
biyəsi  Sovet  ölkəsini  göz  bəbəyincə  qorumalı,  onu  öz  və­
təni  hesab  etməli,  öz  tarixindən  öncə  rus  tarixini  və  ədə­
biyyatını  mənimsəməli,  siyasi  savadın  yalnız  görünən  tə­
rəfinə  yiyələnməli,  dərin  qatlarına  varmamalı.  Türkçülük 
ideoloji  xəstəlikdir,  rusçuluq  və  bundan  şaxələnən  beynəl­
miləlçilik  psixologiyasına  sahib  kəsilməli.  Sənətkarlara 
gəldikdə,  lazımi  şərait yaradılır,  orden-medallar,  titullar ve­
rilir,  istirahət  evlərinə  yola  salınır və  ilaxır.  Nə qalır:  Yarat­
maq!  Bu çağırış əslində ən  istedadlı  söz ustadlarının əl-qo­
lunu  bağlayırdı;  şairlər  bəzən  lirikadan  tutub  poetik  nümu­
nələr  qələmə  alırdılar.  Yazıçıların  işi  xeyli  çətinləşmişdi. 
Başlıcası  Stalin  yaşayırdı,  onun  xofu  itməmişdi.  Məsələ 
ondadır  ki,  artıq  yaşa  dolmaqda  olan  yazıçılarımız  "əzəli 
mövzu"lara  üz  tuturdular:  inqilabi  keçmişə,  hərəkata,  inqi­
labçıların  keçdiyi  şanlı  yola  bir də  nəzər yetirir,  romanları­
nın  sonrakı  hissələrini,  cildlərini  yazadılar.  Maraqlı  cəhət 
---------------------------------------
3 2
________________________
onda  idi,  ədəbiyyatşünaslar,  xüsusilə  tənqidçilər yazıçıla­
ra  aman  vermirdlər;  bir  balaca  "kənara"  çıxdımı-sosialist 
realizmini,  partiyalılığı  pozmaqda,  sovet  romanının  tələb­
lərinə  riayət  etməməkdə  günahlandırır,  püxtələşmiş  yazı­
çılara "yazmaq dərsi"  keçirdilər:  - Həyatda mürəkkəb hadi­
sələrin  mahiyətini  dərindən  qavramaq,  yeni  əlaqələrin,  si­
yasi  görüşlərin,  sosialist  ictimai  münasibətlərin,  Yeni  in­
san  səciyyələrinin  necə yaranıb  inkişaf etdiyini,  nə cür tə­
şəkkül  tapıb  formalaşdığını,  zənginləşdiyini  mükəmməl 
öyrənmək,  yaxşı  bilmək  və  geniş  əks  etmək  üçün  ciddi, 
uzun  müddətli  yaradıcılıq  axtarışlarına,  həssas yazıçı  mü­
şahidələrinə ehtiyac duyulurdu  -Bu sitat zahirən bəlağət­
lidir,  ideolojidir.  Lakin yazıçılıq sənətdir və sırf bədii  fanta­
ziyanın,  zəngin  müşahidənin  məhsuludur; ona  kənar diqtə 
lazım  gəlmir,  beyində  və  ürəkdə  çapalayan,  üzə  çıxmağa 
cəhd  edən  mövzu,  ideya  tənqidçi  "xeyir-duasına"  ehtiyac 
duymur.
Mən  vurğulamışdım.  "Yazıçı  azadlığı"  məfhumu  möv­
cuddur.  Vaxtilə  böyük  rus  yazıçısı  A.P.Çexov  "Ad  günü" 
povestinin yaranması  ilə  əlaqədar demişdir:  "Mən  nə  libe­
ral,  nə  mühafizəkar,  nə  tədricilik tərəfdarı,  nə  rahib,  nə  də 
etinasızam.  Mən  yalnız  azad  sənətkar  olmaq  istərdim  və 
təəssüf edirəm  ki,  belə  bir sənətkar olmaq  üçün Allah  mə­
nə  qüvvə  verməyib.  Mən  hər  hansı  şəkildə  olursa-olsun, 
yalana və  zorakılığa  nifrət edirəm...riyakarlıq,  korazehinlik 
və  özbaşnalıq  təkcə  tacir  ailələrində  və  qazanmaqda 
hökm  sürmür,  mən  bunları  elmdə,  ədəbiyyatda,  gənclər 
arasında  görürəm.  Buna  görə  də  mənim  nə jandarmalara. 
nə  qəssablara,  nə  alimlərə,  nə  yazıçılara,  nə  də  gənclərə 
eyni  xüsusi  tərəfkirliyim  yoxdur.  Mənimçun  müqəddəsdən 
də müqəddəs  insan ağılı,  istedadı,  ilhamıdır,  məhəbbət və 
mütləq  azadlığıdır,  gücdən  və  yalandan  uzaq  azadlıqdır".
Çoxmənalı  olan  bü  yazıçı  qənaəti  bir  daha  sənətkarın
_________________________  
33
  ----------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə