A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə16/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   12   13   14   15   16   17   18   19   ...   82

Bu  saat gedib ceyranı  gətirdirsən!
-   Hökmdür?
-   Bəli,  hökmdü.  Gətirərsən  burda  danışarıq.  Şər zahi­
rə  hökm  elər!  Ceyran  uşağımındır.  öldürsən  də  əldən  ver­
məz.
Bir kəlmə  dedim,  qurtardı  getdi
Sona  fikirləşir,  nə  edəcəyini  bilmirdi.  Evə  doğru 
hər addımında  məchul  və  qorxunc  bir macəraya  yaxınlaş­
dığını güman  (intuitiv hiss- A.E.), edir də  Ürəyi döyünürdü. 
Yasavul  onu  qayğılarından  ayırmaq  istədi:
-   Sənin  ceyranın  sabah  bu  vədə  misterin  hüzurunda 
olacaq,  gərək özün  fəxr eləyəsən
-  Mister kimdir?..."
Sona  arvaddakı  intuitiv duyum  onun  psixikasında  his­
si  yaşamanın  və  rasional  dərketmənin  bağlılığı  kimi  so­
sial-mənəvi  məqsədə  yönəlir,  əxlaqi  təminolunma  və  ya 
əksinə, duyğusunu  ifadə edir.  Hətta dərin, ağrılı emosional 
formada  özünü  göstərir.  Misterin  hələlik  kimliyini  bilmə­
yən,  lakin  təzə  bir sözü  eşitdiyini  təsəvvüründə  mənalan­
dıran:  "Vağzal  ingilisinin"  ad  bayramıdır"  xəbərdarlığı  hə­
yəcansız  ötüşmür.  Sən  demə,  Sona  arvad  elə  də  sadə­
lövh,  məlumatsız  qadın  deyilmiş:  "Sona  misterin  adını 
eşitmişdi,  kim olduğunu da yaxşı  bilirdi  ki,  mister bu  nahi­
yədə  ingilislərin  tikməsidir”.
Sona  arvadın  həyacanı  qəbahət  iş  görmüş  birisinin 
başqası  və özü  qarşısında  ciddi  şəkildə  bürüyən  sadə  əx­
laqi  rüsvayçılığa,  günah  duyğusuna  oxşamır;  o,  həyasını 
itirmir-  baxmayaraq  "bir  növ qəzəbdir,  ancaq daxilə çevril­
miş qəzəbdir"™.
29.  Marks  K.,Engels E..  Soç.  I cild.  səh.  371.
-----------------------------  
6 2
____________
Sona arvad savadsızdır maarifçilik nöqteyi-  nəzərincə, 
amma  daxili  saflığı,  gendəngəlmə  mənəvi  üstünlükləri, 
sinfi  mənafeləri  yaxşı  başa  düşür  və  öz  mövqeyini  qoru­
yur.  Bu zaman o,  əxlaqın bəşəriliyini  özündə təcəssüm et­
dirir.  Sadə əxlaq normaları  sosial-mənəvi  motivlərini  büru- 
zə verir.  Və xarakterində  yerinə düşmüş tərslik,  inadkarlıq 
xüsusiyyətləri  üzə çıxır.  Halbuki  nəsrimizdə  Sona  arvada 
qədər  həmən  mühitdə  olan  qadın  obrazlarında  bu  keyfiy­
yəti  görmürük.  Büzüşmüş  ağız,  itaətkar,  döyülən  və  sair 
görümlü.  Sona  tərsliyi  onu  ceyran  məsələsində  sona  qə­
dər işin dalısınca getməyi  şərtləndirir.  İctimai  sosial səciy­
yə  olur.
Misterə nifrət yalnız ceyranla motivləşmir;  bu  "boz şey­
ta n in   məqsədini  təsəvvür edir.  Yazıçı  daha  qabarıq  mən­
bəni  verir.  Və  bu,  azəri-türk  qadınlarının  dünyagörüşünə 
işarədir.  Romanda  oxuyuruq:  "Sona  camaat  arasındakı 
danışıqlardan  bilirdi  ki,  aylarla  yollar  basa-basa  gəlib  bu­
ralara  çıxana  "boz  şeytan"  uzun  və  murdar  fil  xortumu  ilə 
yalnız nefti  sormur. Gecə-gündüz dağda-daşda sümsünür, 
ağılı  kəsən yumşaq  və  "yazlı" yerlərdə  mit tövləsini  bərkit­
məyə,  vətən  tormağının  şirəsini,  fağır-  füqəranın  qanını 
sormağa  çalışır.  O,  burada  özünə  nökərlər  tapır.  Onun 
pristava verdiyi  hər hədiyyə, vüzbasıva doqrü çevirdiyi  hər 
xos  bəxsis  rəiyyətə çox baha tamam  olur,  vətənə ağır  basa 
gəlir”  (fərqləndirmə  bizimdir).  Biz  yazıçının  qaldırdığı  bu
qlobal  məsələyə qayıdacağıq.
Yasavul  Sonanı  yaxşı  tanıyır  və  ehtiyatla  yanaşır.  O. 
Sona  arvadın  halını  görür.  M.  Cəlal  daxili  dünyasını  Sona 
obrazıyla  verir:  " 
Sanki  qucaq  dolusu  və  adəti  əlindən 
alındığı  üçün  ixtiyarsız  qolları  yanına  düşdü.  Sinə  dolusu 
bir ah  çəkdi.  Yıxılacağını  güman  edib  boşalmış  əllərini  ta­
qətsiz  dizlərinə  qoyub çökdü".
__________________ ____  
63
  --------------------------------------


"Yasavul  kənardan  baxan  olmadığını  gördükdə,  rəs­
miyyəti  pozaraq  Sonanın qolundan tutub qaldırmaq  istədi. 
Sona dirsəyilə rədd etdi.  Yasavul qorxmuş kimi  kənara çə­
kildi.  Sona  ayağa  qalxdı.  Yasavul  səsini  yumşaldıb dedi:
-  Günah  sənin  özündədir,  axı!
Nə günahın  yiyəsiyəm  mən?
Yasavul  dediyini  yadından çıxarmışdı.  Sona bir də so­
ruşanda  xatırladı:
-  Tərs  danışırsan".
Sona  arvad  fəndkirdır  eyni  zamanda,  qətiyyətindən, 
tərsliyindən dönən  deyil.  Və həm də eyhamla fikrini  söylə­
məyi  bacarandır.  Lətiflə  söhbətində  Sona  sakit  tərzdə  de­
yir ki. ay Lətif qardaş,  mən istəyirdim ceyranı bəzəyim,  bo­
ğazına yaxşı  bir qotaz asım, yuyub təmizləyim,  ingilis ağa­
larının  evinə  gedəndə  deməsinlər  ki,  qanmaz  müsəlman­
lardırlar...Axı,  buna  baxacaqlar,  tumarlayacaq,  bəlkə  öpə­
cəklər  də!  Yaraşar  ki,  bunun  bədənində  çirk  ola,  ya  toz 
ola?  Bizim  üçün eyib olar.  Ləyaqətli  yerə gedir,  bunu  mən 
bilməmişdim".  Hər  halda  "ən  ləyaqətli  yer"  torpağımdır, 
vətənimdir  və  ən  nifrət  etdiyim  hiss  xaricilərin  "hücumu", 
sərvət və hakimiyyətpərəstlərin proqnostik niyyətlərinə şə­
rait yaratmaqdır.  Ağıllı  xalq,  dövlət strukturu:  siyasi-məmur 
siyasəti tabelik,  normaların iyerarxiyası  konfliktli situasiya­
larda:  -  bir  əxlaqi  davranışın  tələblərinin  başqa  adekvat 
"göstəricilərlə"  münaqişəyə  girməsidir.  İfadəsi:  həqiqəti 
söyləmək  tələbi,  məqsədi  fəhmən  görmək  qabiliyyəti,  və- 
tənpərviəlik cəhdi  və  sair.
Sona ceyranı  qaçırır,  ingilisə qismət olmasın; axı,  niyə 
milli  sərvətimiz  xaricilərin  qismətinə  düşsün?
Mən  yuxarıda  bu  xarici  məsələ  probleminə toxunmuş­
dum  və  vəd  etdiyim  kimi,  bir  az  ətraflı  qayıdıram;  Mir  Cə­
lal  son  dərəcə  vətənpərvər,  xalqını,  millətini  sevən  yazıçı,
--------------------------------------- 
6 4
_______________________
alim,  pedaqoq  idi.  Onun  nəsrindən  bu  motiv qırmızı  xətlə 
keçir.  Romanda  isə böyük  sənətkarın  uzaqgörənliyi,  proq­
nozu  necə  də  bu  günlər  üçün  səslənir.  Azərbaycan  torpa­
ğına və  onun  misilsiz  sərvətinə  göz  dikilmənin  tarixi  çox- 
çox  keçmişə  -  "Gülüstan",  "Türkmənçay"  müqavilələrinə 
gedib çıxır. Zaman-zaman  Rusiya,  İngiltərə dövlətləri  işta­
hını  bizdən  yayındırmamışlar.  Tarixçilərin  də  nəzərindən 
yayınmamış,  eləcə də  ədəbiyyata  bu  mövzu  ya  ayrıca,  ya 
da qism  şəklində gətirilmişdir.
Mir Cəlal  romanda geniş  epik planda təsvir məqsədini 
qarşısına  qoymamışsa,  Sona-mister-ingilis  xəttini  məha­
rətlə,  genetik yaddaş aspektində  vermişdir:  konkret Sona 
arvad  obrazının  timsalında  inandırıcı  və  ibrətli  psixologi­
yada.  Neftimiz,  təbiətimizin  nemətlərini  millətimiz  milli 
sərvəti  kimi  qiymətləndirmiş  və  bunun  dəyəri  bir  xalqın, 
dövlətin  sabahına-inkişafına  imkan  vermişdir.  İnsanın, 
azəri-türkünün  əxlaqi  münasibətini  istiqamətləndirmişdir. 
Bu sistemin hansı  ki, davranışın obyektivləşdirdiyi  mənbə­
dən  gəlir-bir sıra  elementləri  subyektiv  sahəyə-şüura,  fər­
din  psixikasına  keçir.  Məsələn,  bir obyektə,  məsələyə  əx­
laqi  mövqe-münasibət  müsbət və  mənfi  ola bilər.  Sona ar­
vadda  sərvətimizə  sahib  çıxmaq,  varlanmaq  və  əvəzində 
yerli  əhalini,  camaatı  dilənçi  kökünə  gətirmək  mənfi  emo- 
siyalıdır.  İngilis  nəçidir ki,  gəlib  neftimizi  talasın:  "O,  uzaq 
yerlərdən-ölkələr, dənizlər basa-basa buraya xeyrə gəlmə­
mişdir.  Bizi  də  Hindistan  kökünə  salmaq,  var-yoxdan  çı­
xarmaq,  aldatmaq,  tora salmaq  üçün gəlmişdir"
Sona  arvadın  obyektiv  düşüncə  qiyməti.  O,  bir  tərəf­
dən,  sosial  vəziyyəti,  sosial  qrupu  təmsil  edir,  digər  yan­
dan,  xaricilərin  sərvət  toplamaq  mənafeyini  bəyan  edir; 
daha doğrusu,  şəraiti  ifadə  edir.  Yazıçı  məharətlə Sonala­
rın  timsalında  əxlaqi  istiqamətin,  davranış fəallığının  mə­
___________________ ___  
65
  --------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə