A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə13/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   9   10   11   12   13   14   15   16   ...   82

gətirib çıxarır:  A.Q.  Çernışevskinin  "Nə etməli?"  romanın­
da.  Və  müəllif  oxucusu  ilə  daha  geniş,  dərin  "rəqabətə" 
qoşulur.  N.Q.  Çernişevskinin:’;  özü  belə şərhi  irəli sürür ki, 
xalis  ədəbi  materialın  mahiyyəti  məhz  oxucularda  yazıçı 
ilə  rəğbət  hissi  oyandırmaqdan,  onların  özlərini  müəllif  et­
məkdən  ibarətdir!  Əhvalat  hadisədən  törəmədir;  birinci 
yazıçının  imkanlarını  məhdudlaşdırır,  ikinci  yazıçını  daha 
geniş  üfüqə  çıxarır.  Ədəbiyyatşünasın  "bir çoxu"  deməklə 
obrazların  tarixən  yaşadıqlarını  bildirmişdi.  Məgər  "bir 
çoxdan"  ayrılıb  hansı  əsrdə,  rübdə,  ildə yaşayanlar varmı? 
Bütün  surətlər  -  qəhrəmanlar  eyni  dövrün  sakinlərinin 
ümumiləşdirilmişləridir.  Obrazlar  həyatı  hadisələrin  do­
ğurduğu  faktların  davranışı  məcmuudur.  Bu  baxımdan 
faktlar  köhnə,  keçmiş  olsa  da,  hadisələrə  xidmət  edir  və 
daha  tarixi  tipologiya  doğurmur  (xüsusilə  romanda).  N.A.- 
Dobrolyubov1’8  yazıçının  bu  baxımdan  fakta  münasibətini 
xarakterizə  edərək  göstərmişdir  ki,  yazıçıda  (sənətkarda) 
qavrama  daha  canlıdır,  güclüdür  və  ondan  ibarətdir  ki,  o, 
ətrafda  rast  gəldiyi  müəyyən  qəbildən  olan  faktdan  güclü 
şəkildə  heyrətlənir,  fakta  acıgözlüklə  baxır,  onu  mənimsə­
yir,  öz  qəlbində  əvvəlcə  tək  təsəvvür  kimi  daşıyır,  sonra 
ona  digər,  yaxud  nəhayət,  sənətkarın  (yazıçınn)  bu  qəbil­
dən əvvəllər gördüyü bütün ayrı-ayrı  hadisələrin bütün mü­
hüm  əlamətlərini  özündə  ifadə  edən  tip yaradır.
Daha  bir  məsələ  orada  özünü  göstərir:  "tarixən  yaşa­
mış  surətlər"  nə  deməkdir?  İnqilab  xətrinə  belə  çıxmırmı 
Sona  xalalar  və  onlardan  doğulanlar,  ta  Mərdana  qədər 
(bəlkə  təzəsi  odur tənqidçiyə  görə?),  lap  Hacı  Məşədi  Mi- 2
7
 2
8
27.  Çermşevski  N.Q.  Polnıye  sobraniye  soçineniy,  XII  c.,  M. 
1949,  səh.  132.
28.  Dobrolyubov N A .  Tyomnoye  çarstvo. M.,  1946. II c.  səh.  16.
_________________________  
50
  _________________________
seyib  bəy,  İlyas  bəy  və  başqaları  tarixən  azəri-türk  kişiləri 
ürvatsız  əxlaqın  əbədi  daşıyıcıları  olmamışlar.  Şübhəsiz, 
Mir  Cəlalın  məqsədi  bu  bəylərin  xarakterlərinin  işıqlı  və 
kölgəli  məqamlarını  mərkəzə  gətirmək  deyildi.  Romanın 
yüksək  bədii  səviyyədə alınması  daima yazıçının  öz  müa­
sirləri  tərəfindən  müəyyən  dozada,  ölçüdə  yaxşı  qarşılan­
mışdır:  janrın  tələblərindən  irəli  gələrək  həcmi  şərti  götü­
rülmüş,  zəngin  məzmun,  parlaq  bədii  obrazlar,  təsvir  ifa­
dələri  və  ilaxır orijinal  üslubda  ərimişdir.  Burada yazıçının 
şəxsiyyətini,  dünyagörüşünü,  ədəbi  təcrübəsini,  gerçəkli­
yin  daima  hərəkətliliyi  və şairəni  əlavə etməyi  unutmama­
lıyıq.  Bəlkə  bu  kontektstə  eyni  həyatın,  cəmiyyətin  görü­
nən və mübhəm  hadisələrində rəngarəngliyi  görmək hissi­
ni,  tələbatın  ideya-estetik  tələblərini,  ümumiləşdirmə  və 
digərləri  də  xatırlatmalıyıq.
Romanın  yaranması  tarixi  bəlkə  də  başqa  bir  mövzu­
dur.  Lakin tarixi  məkan-zaman həqiqəti  əsərin taleyini  həll 
edir.  Mən  daima təəssüflənirəm  ki,  bu  gün  müəllif yozumu 
yoxdur.  Amma mən  həmfikirlərim yazıçılara,  şairlərə və di­
gər qələm  sahiblərinə  Dostoyevski  "özünüifadə"sini  misal 
gətirərdim.
Sənətkarın  şah  əsəri  yaranır.  Və  bu  yola  qədər  uzun 
məsafə var.  "Bir gəncin  manifesti"  romanı  çapından  sonra 
zəmanət  verə  bilməzdi  ki,  Mir Cəlalın  şah  əsəridir!  Yazıçı 
otuzuncu  illəri  yaşayırdı,  hadisələr  gözü  qarşısında  baş 
verirdi.  Üstəgəl,  iki  on  ili  hələ  tamam  olmamışdı  mövcud 
hökumətin  (1920-1939).  Bəs  hansı  həqiqətlər  və  para- 
dokslar  qarşısında  tab  gətirmək  lazım  gəlirdi?  Mövzunun 
"doğuluşundan" qabaqda  bir ad  (termin  mənasında)  daya­
nırdı:  İdeal  tarixin  bədii  əksi!  Mir Cəlalı  əhatə  edən  nə  idi 
və  hansı  "rəqiblər”  qarşıda dayanırdı!  Birinci  və  ikinci  mə­
lum  idi.  Birincini  sənət  mövqeyi  şərtləndirirdi,  yaxınlaş­


maqda  olan  epoxanın  epik  təsviri.  İkincini  sırf  yaradıcılıq 
"sərgüzəştləri"  maraqlandırırdı.  Mir Cəlal  romanın  ilk birin­
ci  fəslini  "Təhqir"  adlandırmışdır.  Məncə,  bu,  yazıçı  tərə­
findən  çox  cəsarətlə  törədilmiş  qəsddir-  təhqirdir!  Hələ 
dünya  ədəbiyyatı  tarixində  belə  bir  anlaşma  olmamışdır! 
Gəlin,  bir az da yazıçı cəsarətini  qoşaq-yol getməyi  bacar­
sın.  Mir  Cəlal  müəllim  idi  o  vaxt  da  və  sonra  da.  Roman 
yazılanda  bütün  siyasi-bədii  dəyərilə  yanaşı  müəllif  möv­
qeyi  əsasdır:  yazıçı  inqilabi  ab-havadan  başlamış  qələbə 
ərəfəsinə  qədər  yalnız  sosial  davranış  xəttiylə  hərəkət  et- 
məliydi  və gedənlər var  idi.  Ə.Əbülhəsən,  S.  Rəhimov,  M. 
Hüseyn,  Əli  Vəliyev və  başqaları.  Bu  müəlliflər daha geniş 
götürdükləri  müqabilində,  Mir Cəlal hadisələrə müdaxiləyə 
vaxt gözləmədi.
Romanın  ilk  fəsli  "Təhqir"  -  doğrudanmı  əsər  boyu  bu 
anlayış  müəllif  məqsədinə  kölgə  salacaqdır?
Birinci  dialoq:
Düş  sənə  deyirəm!
-   Karsan?
-  Sənin  tutundur?
-   Düş  deyirəm  o  budaqdan.
-   "Ehsan  ağacıdır
-   Düş  aşağı,  uzun  danışma,  ağzın  yekə  olar!”
İkinci  dialoq:
Nə  cürətlə ona sataşırsan,  ay  qodux?
-  O,  məni  niyə  yıxır?
-  Yalan  danışma,  itin  küçüyü!
-  O,  məni  itələyib  ağacdan  saldı.
-   Kəs  səsini!
-  Atamın  qəbri  haqqı!
-   Görüm  atan  səni  yanına  çəksin."
_________________________  
5 2
_________________________
Bu  uşaqlar yeniyetmədilər və  hər  ikisi  azəri-türk  bala­
larıdır.  Lakin  onları  bəri  başdan  yamanlamaq  lazım  gəlmir 
və yazıçı  da belə bir fikirdə olmamışdır.  Ağaməcid də,  Ba­
har da  öz  azadlıqlarını  anlamışlar və  əxlaqi  seçim  imkan­
larını  itirməmişlər.  Bu  hissdən  onlar  arasında  münaqişə 
yaranmışdır.  Ona  görə  də  hər  iki  obrazdan  yazanda  əxla­
qi  münaqişəni  əxlaqi  normaların  bəzi  ziddiyyətlərindən 
fərqləndirmək  lazım  gəlir.  M.  Cəlal  əxlaqi  normalarla  mə­
nəvi  sərvətlər sisteminin  belə  ziddiyyətlərini  ortaya  qoyur. 
Hər iki yeniyetmənin  reaksiyası-onların həlli  qaydaları  (gə­
lib güc tətbiqinə çıxır)  kompleksinə doğmatik və  relyativist 
münasibət  səciyyəvidir.  İki  münaqişədə  toqquşmanın  iki 
tipi:  davranış dəyərinin  bir sistem çərçivəsində və ayrı-ay­
rı  (varlı  və  kasıb)  əxlaqi  sistem  normaları  arasındakı  toq­
quşmalar  müncərdir.  Bu  isə zəruri  olaraq  seçmənin  sosial 
asılılığı  haqqında təsəvvürdən  doğur.
Bəllidir  ki,  etikada  davranış  münaqişələrinə  -  sosial 
ziddiyyətlərin  spesifik  mənası:  sinfi  ziddiyyətlərin  (antiqo- 
nizmlərin)  və  qeyri-ziddiyyətlərin  sosial-antiqonizmlərin 
mövcudluğu  kimi  baxmalıyıq.  Təəssüf  ki,  Bahar  və  onu 
münaqişəyə  çəkən  Ağaməcid  surətləri  təhlil  olunmamış, 
yaxud  onların  davranışlarına  əxlaqi  seçimdə  məsuliyyət 
məsələsi  nəzərə  alınmamışdır.  Bu  cocuqları  iki  qütbə  ayı­
rıb  qiymət  verməni  mən  bitərəflilik  hesab  edirəm.  Bilmək 
çətindir  -  onlar yaşa  dolduqca  hansı  sosial-mənəvi  əxlaqi 
potensiala yiyələnəcəklər,  məgər variı  uşaqları  xalqını, və­
tənini  sevmək  ruhunda  böyümürlər?  Səhv  qənaətdir,  de- 
kabristlər  kasıb  idilər,  yoxsa  zadəgan  ailələrindən  çıxma­
mışdılar?  Əlbəttə,  kübarlıqdan.  Hərçənd,  Mərdan  münaqi­
şəyə  belə  qiymət  verir:  "Ana,  Baharın  böyük  taxsın  var. 
Onun taxsırı  kasıblıqdır,  kasıbçılıq!  Bu zəmanədə kasıblıq­
dan  böyük  günah  nədir?  Yıxıl  öl,  kasıb  olma".  Mərdanın 
belə  yanaşmasına  ya fatalist,  ya  da valyuntarist  təsəvvüri-
_________________________  
53
  ----------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə