A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə15/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   11   12   13   14   15   16   17   18   ...   82

çoxlarına  xas  olmayan  ayrı  bir  əlamət,  ayrı  bir  xüsusiyyət 
vardı
-   Ev yiyəsini  bəri  çağır!
Sona  arvad  Hacı  İbrahimxəlilin  böyük  oğlu  Ağarəşidi 
tanıdı:
-   Nə  buyursunuz?
-   Buyurmağım  yoxdur,  qulluğunuza  ərz  eləməyə  gəl­
mişəm!
Sona  duruxdu.  Ağarəşid  bir də  soruşdu:
-  Bu  evin  bir kişisi  var.  ya yox?
Sona təkrar elədi:
-   Nə  buyursunuz?
-  Buyurmağım  odur ki,  kişi  qabağına arvad çıxmaz!
Söz  Sonanı  tutdu.  Özünü  saxlaya  bilməyib dedi:
-  Arvad qabağında artıq-əskik danışmaq  da  kişiyə ya­
raşmaz,  sözün  var,  söz  danış!..”
Ailə münaqişəsində başlanan mübahisələr və Sona ar­
vadın  ilk dəfə varlı  ailənin  böyük oğlu  ilə  üz-üzə gəlməsin­
də  hər  ikisində  haqlı  tərəfi  yazıçı  gizlətmir  və  Ağarəşidi 
pisləmək,  mənfi  planda təsəvvürə gətirmək düzgün olmaz­
dı.  Qardaşı  döyüldüyü üçün o,  məsələni  aydıqlaşdırmalıdır 
və bu.  bizim  milli  xüsusiyyətimizə aiddir.  Mərdan  uşaq de­
yil və o,  özündən kiçiyə əl qatıbsa, yaxşı  hərəkət etməmiş­
dir.  Müsbət  obrazdır deyə  onu  sığortalamağa  ehtiyac  qal­
mır.  Və  Sona  arvad da düzgün  iş görür və oğlunu  müdafiə 
mövqeyini  tutur.  Ağarəşidin  düzgün  iradına  tam  adekvat 
çavab  verir və  ana  məhəbbətinin  təcəssümüdür.  Bir  ana- 
qadın  vicdanının  səsidir,  çünki  o,  hər  iki  oğlunu  çətinliklə 
böyütmüşdür və  daxili  nifrətini  də  gizlətmir.  Əxlaqi  davra­
nışına  nəzarət-imperativ  mexanizmi  kimi,  vicdanının  cə­
miyyətdə  adiləşən  əmredici,  məcburedici  qüvvəyə  qarşı 
reaksiyasıdır.  Sona arvad özünün  ruhdaxili  aləmində əxla­
qını  qoruyur,  ictimai  münasibətlərində,  həyat  tərzində  ob­
----------------------------------  
5 8
_________________________
yektiv  mövqedən çıxış edir.
Əxlaqda, xüsusilə, qadın davranışında psixoloji özünə­
məxsusluq  ondadır.  Qadının  psixi  həyatının  ən çalarlı  ele­
mentlərini  üzvi  şəkildə  birləşdirən  bir mexanizm  kimi  özü­
nü  büruzə  verir.  Belə  ki,  xarakter  davranışı  bir sıra  dərin­
liklərinə:  hissi-  iradi,  səmərəli,  romantik-  kövrək qatlarının 
təsirilə  yaranır.  Etiklərin  şəhadətinə  görə:  təkcə  soyuq  ra­
sional  təhlilə,  məntiqi  qiymətləndirməyə  deyil,  eyni  za­
manda  hisslərin  müdrikliyinə,  onlarda  əksini  tapan  həyati 
təcrübəyə,  vərdişə,  bir sözlə,  əxlaqi  intuisiyaya  əsaslanır. 
Təəssüf  ki,  ədəbiyyatşünaslarımız  daima  üzdən,  em- 
pirzmdən  obrazı,  situasiyanı  təhlil  etmişlər.  Sona da  istis­
na  deyil.  Əgər  dərin  ehtiyac  içərisində  boğulan  Sona  xal­
çasını  satmaq üçün bazara, şəhərə üz tutursa və...qayıdır­
sa,  məşhur yazıçı  Roman  Rollanın vurğuladığı  "sərrast su­
rətdə  insan  ruhunun  caynaqları  adlandırılan  əxlaqi  intuisi- 
yanı"  unutmağa dəyməz.
Sona  arvad  vicdanını,  torpağını  və  namusunu  dəyiş­
məz  ruhla  sevən  bir  qadındır-tipdir.  Mən  məktəbli  illərim­
də bu əsəri oxuyanda Sona arvadın boyunu, səsini, yerişi­
ni  belə dəqiqləşdirmişdim.  Uzun,  əndamlı, hökmlü səsli,  iti 
yerişli  və  baxışlı  qadir-ana  idi.  Kəndimizdə  bu  adı  bir  qo­
hum  qadına  oxşadırdım;  çox  zabitəli,  sözüötkəm  idi.  Vaxt 
gəldi,  Sona arvad obrazından yazanda o təsəvvürümə qa­
yıtdım.
Sona arvadı Mir Cəlal bir neçə kritik situasiyalarda təs­
vir edir.  Ən maraqlısından  biri  ceyran məsələsidir,  əlbəttə, 
xarakterin  davranış  kulminasiyası  deyil.  Qadın  mənəviy­
yatında yüksək əxlaqi  instansiya çətin, qaçılmaz sosial və­
ziyyətlərə  təslim  olmamaqdır.  Bu,  əxlaqi  şüurun  tam  də­
yərli  meyarıdır.  Cəmiyyətin, sinfi  mövqeyin,  diqtənin  Sona 
arvada gücü çatmaması  ”son  instansiya"nı  reallaşdırır.  Və 
o,  borc  hissini  daha  qabarıq  və  sezilərək  büruzə  verir.  İlk
_______________________ __ 
59
  ---------------------------------


vaxtda  əxlaqi  intuisiyam  ağılına  gətirə  bilməzdi.  Oğlunun 
tutduğu ceyranı əzizləmək,  böyütmək,  gözəllik mənbəyi  ki­
mi  görmək  hissini  düşünə  bilərdi.  Budur,  Bahar  ceyranla 
gəlir  evlərinə  Sanki  hansısa  hadisə  baş  vermişdir,  qo­
num-qonşular  cocuğun  yolunu  gözləyirlər.  Ağarəşidin  də 
gözü  ceyrandadır  və  yollar  axtarır,  qulağına  çatanda  ki 
ceyranın  tutulmasında  Mürsəlin  də  rolu  olmuşdur,  sevinir. 
Lakin  "hakim"  Sona  arvaddır;  Ağaməcidin  niyyətini  intui­
tiv duyur və sözünü  kəsə deyir:
"Nə  danışırsan,  Ağarəşid,  uşaqların  içinə  fitnə  salma- 
ğamı  gəlmisən?
Ağarəşid  dedi:
-   Fitnəkar özünsən,  ay  arvad.  Mən  haqq-hesabın  düz 
getməyinə  görə  deyirəm.  Üç yoldaş  bir yerdə  ov tutub,  əl­
bət  ki,  burda".
Mən  Ağarəşidin  mövqeyinə  onun  uşaq  marağı  ilə  ya­
naşıram  və  haqq  qazandırıram.  Gəlin,  hər bir yaş  dövrünə 
psixoloji  nəzərlə  baxaq,  mənim  də  başıma  həmən  yaşda 
belə  əhvalat  gəlsəydi,  əgər  imkanım  vardısa,  ceyranı  al­
maq  istəyini  yaşayardım.  Lakin  onun  cavabı  qeyri-etikdir 
və  burada  Sona  arvad  iki  cəhətdən  haqlıdır.  Birisi  özün­
dən  kiçiyin o  kobud cavabıdır,  digəri  hələ bir qənaətə gəl­
məzdən ceyrana müştəri  gözü  ilə  baxmaqdır.  Ona görə də 
Sona  arvad ceyranı  evə  gətirir.
Sona  arvad  ceyran  məsələsinin  çox  uzanacağını  intu- 
tiv  kəsdirir  bu  xoşa  gəlməz epizoddan  sonra.  Ümumiyyət­
lə,  intuisiya  əməlin,  sözün,  jestin  əsasında  başqasının 
davranış  mövqeyini  təsəvvürə  gətirməyə,  onun  daxilinə 
nüfuz  etməyə  şərait  yaradır,  hətta  kimsənin  əxlaqi  xüsu­
siyyətlərini  daha  yaxşı  aşkara  çıxarır  və  "hissim  məni  al­
datmadı"  təsəllisinə  sevinir.  Sona  arvad  bu  epizodda  vic­
dan  əzabı  ilə  üzləşir:  intuitiv sezmə  iki  cəhtdən  meyar  ro­
lunu  oynayır.  Kimsənin  əxlaqını,  niyyətini,  ehtirasını  və
----------------------------------  
6 0
_________________________
sairin  təmizliyini  və  şəxsin  natəmizliyini,  uğursuzluğunu, 
eqoizmini  diqtə  edir.  Birinci  əxlaqi  təntənədir,  ikinci  əxla­
qi  əzabdır.  Sona  arvadda  hər  iki  intuisiya:  hissi  və  rosio- 
nal  mövcuddur  və  məqsədinin,  bütövlükdə  vicdan-borc 
hissinin  motivlərinə tabe olur, qarşısındakıların arzu-istək­
lərini  qiymətləndirməyi  bacarır və  bu.  onun daxilindən  gə­
lir.  Üzbəüz  dayandığı  birinci  kimsə  oğlu  Bahardır.  Uşaqlı­
ğını  yaşamağa binəsib övladı  üçün ceyran  ən yaxşı  əylən­
cədir-  isnişmədir.  Bu  ceyran  anasından,  başqa  ceyranlar­
dan  ayrılıb  və  qismətinə  düşmüşsə,  ürəyi  sınıqdır,  boynu 
bükükdür.  Baharın  uşaq  sevincini  yazıçı  məhz  bu  situasi­
yaya  ahəngdar  təsvir  etmişdir:  "Bu  gecə  Bahar  sevincin­
dən yatmırdı, ceyranı qapının yanında bağlamışdı, qabağı­
na çörək ovuntusu,  tut yarpağı,  güllü  yonca tökmüşdü.  Bir 
kasa  suyu  dəqiqədə  bir  onun  qabağına  qoyub  götürürdü. 
Ceyran  küsmüş  kimi  üzünü  yana  çevirdi.  Bahar  onun  ba­
şını  kasaya  əyib,  balaca,  bülöv  rəngli  incə  dodaqları  suya 
dəyənəcən  buraxmırdı.  Ceyran  nə  yeyir,  nə  içirdi.  İri  dal­
ğın  gözlərini  pəncərədən,  çölün  qaranlığından  ayırmırdı. 
O,  üzünü  qaranlığa  doğru  çevirib  elə  sakit  durmuşdu  ki, 
deyərdin anasının səsini,  hənirtisini gözləyirdi.  Uşaq onun 
bu dalğınlığına dözə bilmirdi.  Sağına,  soluna  keçib  əzizlə­
yir, oxşayırdı. Xəyalında onu bəsləyib böyüdürdü, evə alış­
dırır,  qoyun-quzuya qatırdı".
Mən  müəllif  təsvirinin  əlvanlığı  üzərində  dayanmıram. 
Lakin ceyranla  Baharın taleyindəki  oxşarlığı  göstərmək  is­
tərdim.  Və  bu  kövrək,  isti  yaxınlığı  Sona  arvad  fəhmən 
duymuşdu.
Üzbəüz  və  mücərrəd  ikinci  qüvvə Yüzbaşı  və onun  ət­
rafıdır.  İlkin  mübahisə  Yüzbaşı  və  yasavuldur;  hər  ikisinə 
qarşı  hirsi  əyaniləşir.  Və  bu  sualı:  "Yoxsa  hacının  indi  də 
ceyrana  gözü  düşüb?”  intuitiv  pıçıltıdır.  Və  ikinci  suala: 
"Yoxsa ceyrana da vergi  qoymaq  istəyirsən?”  fəhmən  gəl­
mədir:
_______________________  
61
  ---------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə