A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə23/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   19   20   21   22   23   24   25   26   ...   82

mək  istədi,  fəqət
Dördüncü qatda-anası  onu xilas edə bilərdi- xülyası  ilə 
qarşılaşır  "Ana",  "Ana"  deyə  nalə  qoparır.  Fəqət...Ana  ha­
raya  gəlmir.
Beşinci  qatda-Bahar  son  gücünü-iradəsini  cəmləyib 
anasını  səsləyir:  "Ana!"  "Ana  can”.  Fəqət
Bu  dəfə  yazıçının  fəryadını  eşidirik.  "Ey  tufan,  ey  acı 
şaxta!  Siz nahaq yerə qiyamət qoparırsınız!  Siz  nahaq ye­
rə tündləşir,  var qüvvənizlə  hücum edirsiniz!  Elə bir yerdə, 
elə bir gündə, elə bir aləmdə Bahar kimi  məxluqu məhv et­
mək çox  asandır.  Bunun  üçün  bir qəssabın  adi  tənbehi  də 
bəsdir  "
Adətdir,  güclü  tufandan  sonra  göy  üzü,  səma  açılıb, 
maviləşir.  Təbiət aldığı  qurbandan  yüngülləşir.
Baharı  hansı  mühit  qorumalı  idi:  Cəmiyyətmi,  yoxsa 
fərdlərmi?  İlkini  fərdlər,  insanlar.  Sonrası  isə  bütöv  bir tə­
bəqə,  cəmiyyət.  Heç  biri  bunu  bacarmadı.  Hökmran  əxla­
qı  ilə  məzlum  sinfin  əxlaqı  üz-üzə  gəldi.  Və  cəmiyyətin 
mənəvi  əxlaqı  öz  gələcək  insanını  qoruya  bilmədi.  Sosial 
mövqe  üstünlük yaratdı.  Yeni  yaranmaqda olan  burjua əx­
laqı  feodal  əxlaqını  xilas  etməkdə  acizliyini  göstərdi.  Ba­
har  nəsli  burjua  fərdiyyətçiliyi  dövrünə təsadüf  edir,  şəx­
siyyətin  silki-korporativ  münasibətlərin  ədalətli  buxovun- 
dan  qurtarmaq  imkanına  yiyələnməlidi.  Bizdəki  canıya­
nanlıq, çarəsizə əl  uzatmaq və s.  ülvi  adətlər yoxa çıxdı və 
sosial  mövqeyini  itirdi.  Sona ana  isə  ümidini  göylərə  bağ­
layır,  balalarına duva edir.  Allaha tapşırır.  Daha ağılına gə­
tirmir  ki,  Yerdəki  ədalətsizlik,  haqsızlıq  daha  güclü  yırtıcı 
dişlərə  malikdir.  Qanunlar  idarə  olunmayanda  insan  qiy- 
mətsizləşir.  dəyərsizləşir.  Mir  Cəlal  yaşadığı  cəmiyyətin, 
baxmayaraq  o,  artıq  qurulmuşdur-bu  əxlaqsızlıq  qeyri-hu- 
manistliyi  görürdü və ömrünün  ixtiyar yaşında da bu  xofun
_______________________  
9 0
_______________________
davamını  hiss edirdi.  Aşağıdakı  müəllif təhkiyəsinin  proq­
nozunda  da  acı  həqiqətin  səsi  eşidilir:  "Ancaq  yerlərdən 
qalxıb  göyün  yeddi  qatından  keçən  bəlalar Sonanın  bala­
sını-  Bahar kimiləri  məhv edirdi.  Sonanın  uşaqları  kənddə 
təbiət döşündə,  ilanlı çöllərdə döyüşsə də yerin bəlalarına, 
yerlərdə  yazılan  vicdansız,  amansız  qanunlara,  yazılma­
yan  hüdudsuz,  sorğusuz  qanunsuzluqlara  dözə  bilməyə­
cəkdilər,  çünki  yerin  bütün  bəlaları- xanların  hirsi,  bəylərin 
qəzəbi,  hampalarin tərs şilləsi...ancaq  yoxsullar üçün,  Ba­
har kimilər üçün idi.  O zaman dünyanın ağası  güc  idi:  Güc 
isə  iki  şeydən  ibarət  idi.  Pul,  mənsəb!"
Hər  ikisi  güclü  anlayışdır və  insana  gərəkli  şeydir.  La­
kin  onlar  (pul  və  mənsəb)  fəzilətlilik  funksiyasını  itirəndə 
fəlakət başlayır.  Və bu fəlakət  Baharı  əbədi  və  ilbəil  uzaq­
laşan  dünyaya  aparır:  "Yalnız  o  balaca  və  adamsız  uşaq 
yox  idi.  Yenicə  çiçəklənən  Bahar,  qışın  cəngəlində  məhv 
olmuş  Bahar  daha  yox  idi.  Ondan  acı  bir  xəyal  qalmışdı. 
Baharın cırıq  köhnə  papağı  yolda,  qar üstündə qaralırdı,  o 
da  sahibi  kimi  kimsəyə  lazım  deyildi"
Bizim  bir  qəribə  psixologiyamız  da  var  axı.  Öləndən 
(kiminsə)  sonra o adam  üçün  heyfslənmək, yerinin  görün­
düyünə  təəssüflənmək  və  gərəksiz  göz  yaşı  axıtmaq. 
Sağlığında  isə...Baharın  qurumuş,  taxtaya  dönmüş  meyiti 
tapılır.  Saçları  buz  bağlamışdı,  üzünə  yapışmışdı.  Qolları 
qoltuqlarına  bükülüb  qalmışdı.  Baxanlar  onun  yetimliyini 
hiss  etmişlər:  ilin  soyuğunda  əynində  nazik  paltar  vardı. 
Qəriblər  qəbristanlığına  aparırlar  və  cibindəki  kağızı  isə 
qəbirqazana  verirlər  ki,  axtaran  olsa,  qəbri  tapılsın.
Şübhəsiz,  romanın  daşıyıcı  obrazı  Mərdandır.  O.  kənd 
adamıdır,  kasıblığına  baxmayaraq,  müsbət  fiziki  və  əxlaqi 
keyfiyyətləri özündə birləşdirmişdir. Hərçənd, biz onun ha­
rada oxuduğunu,  kimdən savad aldığını və sairi  görmürük,
_______________________  
91
  --------------------------------------


bu  da  səbəbsiz  deyil.  Yazıçı  kənd  cavanının  gen-yaddaş 
qabiliyyətini,  az-çox  inkişafda  olan  dünyagörüşünü,  haq­
sızlığa  boyun  əyməmək  həqiqətini  ön  plana-  süjetin  fabu­
lasına çəkir və Mərdanı gələcək mübarizəyə səsləyir.  Vax- 
tilə  tənqidçilər bu  məsələyə  ikili  standartlardan  yanaşmaq 
meyillərini  gizlətməmişlər.  Mərhum  professor  Məsud 
Əlioğlu35 hətta iki  Mərdanı:  inkişaf baxımından vurğulamış- 
dır!  Mərdanda  bir azəri-türk  millətinin  biri  kimi  dövründəki 
hadisələrin:  kütlə  psixologiyası  aşılamaq,  əhalinin  sosial- 
iqtisadi  vəziyyəti,  varlanmaq  ehtirasının  fəsadları,  milli 
burjuaziyanın  əks-sədası  və  ilaxır  prosesləri  duyub,  reak­
siya vermək potensialı  vardır.  Mərdan obrazı  haqqında ya­
zarkən  "göydəndüşmə"  əsaslara  ehtiyac  qalmır.  Sənətkar 
bu  mənsub  olduğu  millətdən  çıxmış  qəhrəmanı  yaradırsa, 
əvvəli,  keçmişi  dərindən öyrənilir paralellər aparılır və son­
ra  hadisəlirin  burulğanına  atır.  Mir Cəlal  isə savadlı,  məlu­
matlı  yazıçı  idi.  O,  yaxşı  bilirdi  ki,  xalqın  (lar)  psixologiya­
sını  öyrənmədən,  həmin  xalqın  dövlətçilik təcrübəsinə  bə­
ləd  olmadan  lap  elə  "İnqilabçı  obrazı"  yaratmaq  birtərəfli­
lik  kimi  çıxardı.  Alman  filosofu  Hegel  təsadüfən  deməmiş­
dir ki,  hər bir xalq ona müvafiq olan və uyğun  gələn dövlət 
quruluşuna  malikdir.
Söhbət  çar  üsul-idarəsinin,  feodal  əxlaqının,  davranış 
özbaşınalığından,  iqtisadi anarxiyadan və s. gedirsə,  siya­
si  mübarizə  dövlətçiliklə sonuclanmalıdır.  Qurulacaq  siya­
si  hakimiyyət dağılmış mənfi  sistemin yerində,  yoxsa  əvə­
zində  yeni  xalqa  xas  dövlət  qurmalıdır.  Yerli  millətin,  xal­
qın  intellektuallığını,  əxlaqını,  siyasi  savadını,  mədəniyyə­
35. 
Bax:  Əlioğlu M.  Nəsr. Azərbaycan Sovet ədəbiyyatı tarixi, 
B.,  1957-ci il.
92
tini  və  s.  nəzərə  almağa  da  borcludur.  Yeni  hakimiyyətə 
can  atan  ideoloqlar Azərbaycan milli  xüsusiyyətlərini,  feo­
dal  əxlaqının  müsbət  və  mənfi  cəhətlərini  yaşatdıqlarını 
nəzərə  heç  vaxt  almamışlar.  Təəssüf  ki,  nasirlərimizin  in­
qilabçı  qəhrəmanlarında  belə  bir  xətt  yada  düşməmişdir. 
Amma  bu,  ciddi  qınaq  mövzusu  deyil:  onlar  (obrazlar)  ça­
lışırlar  ki,  mövcud  quruluşu  dağıtsınlar,  yuxarıda  Lenin 
partiyası durur və ideal cəmiyyət bərqərar olacaqdır.  Lakin 
bunlar o mənada utopiya oldu  ki,  Sovet ideologiyası  Azər­
baycanın  say-seçmə  ziyalılarını  məhv  etdi,  dilini  əlindən 
aldı,  torpağını  sual  altına qoydu...Və bizim  həmən  inqilab­
çılar  başa  düşmədilər  ki,  İnqilab  hələ  hər  şeyə  cavabdeh­
lik  daşımır,  burada  feodal  əxlaqının  təmizlənməsindən 
başlamaq  lazımdır  (Sovet  sistemi  bunu  biz  müsəlmanlara 
şüurlu şəkildə  imkan vermədi).  Bəllidir ki, feodal əxlaqı ta­
rixi  özünəxaslıq  əxlaqi  qiymət  trafaretini  (üsulunu)  yarat­
mışdır.  Bu  isə  tipik  situasiyalarda,  qarşılıqlı  münasibətlər­
də insan davranışının ümumi "ölçüsü"  kimi  özünü göstərir. 
Əxlaqi  qiymətin  ümumi  trafareti  daxili  iyerarxikdir,  insan­
ların  davranış  hüququ  və  vəzifələrinin  qeyri-bərabərliyini 
istəyir.  Mərdanlar,  feodal  əxlaqı  əhatəsində  böyüyən  belə 
gənclər görürdülər ki,  sinfi  kodeksləri  feodal  əxlaqının  zid­
diyyətli olmasına baxmayaraq, bütöv bir sistemində birləş­
dirən bu qiymət düsturunun özü  mübarizə meydanına çev­
rilirdi:  hər  bir varlı,  yüksək  silkə  məxsus  adam  öz  məqsə­
dini  güdürdü,  narazı  kəndlilərə  min  bir əzab verirdi,  yersiz 
danlayırdı,  itaətə  çağırırdı.  Haşiyə  çıxaq  ki,  Sovet  ideolo­
giyası,  elə  bizim  yazıçılarımız  və  alimlərimiz  də feodalları 
daima  əzazil,  hüquqtapdalayan,  kəndliləri,  onlara  xidmət 
edənləri  yazıq,  boynubükük  qələmə  vermişlər.  Tamamilə 
haqsızlıq  addımdır-qiymətdir.  Feodallar:  bəy,  xan,  varlı  tə­
bəqələr tabeliyindəkilərə yüksək sosial-mənəvi  münasibət
_______________________ 
93
  --------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə