A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə20/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   16   17   18   19   20   21   22   23   ...   82

Rus  estetikasında  iki  cəbhə  var  idi:  utilitaristlərlə  gözəllik 
tərəfdarları.  Bir  qrup  yaradıcılar  (başda  Dobrolyubov)  bi­
rincilərin,  digəri  (öndə  Fet)  ikincilərin  sırasında  idilər.  Es­
tetika  tarixi  ilə  maraqlanan  filosoflarımız  bu  bölgünü  apar- 
mışlarmı,  deməkdə  çətinlik  çəkirəm,  amma  aparsaydılar 
30-40-50-ci  illər nəsrimizdə yeni  ədəbi  üslublar,  poetik hə­
qiqətlər  aşkara  çıxardı.  Mən  onu  deyərdim  ki,  Mir  Cəlal, 
xüsusilə  "Bir  gəncin  manifesti"  romanı  ilə  şərti  üçüncü 
mövqedədir təsəvvürümdə. Ona görə ki, o,  müstəqil və ge­
niş  əhatəli  müstəvidə  öz  üslubunu  irəli  sürdü.  Sərbəst 
azad  yaradıcılığın,  poetikanın,  intəhasız  sənətin  yazıçısı­
dır.  Sona  sadə  kənd  qadınındakı  təmizliyi,  azadlığı,  sər­
bəstliyi  çəkinmədən,  adi  ideal  kimi  büruzə  verir.  Müəllifin 
təqdimatında:  ”Sona tutqun  üfüqlərdə  də göylərin  hiddəti­
ni,  kainatın  incimiş  uşaq  kimi  boğuq  simasını  gördü.  Qa­
yıdıb ovcunda pul sayan  ingilisə baxdı. O,  sinəsini  irəli ve­
rib  məğrur  dayanmışdır.  Müştük  kimi  düz  barmaqları  ilə 
ovcu  dolusu  sarı  qızılları  sayırdı.  O,  Yusifi,  gözəllərin  gö­
zəlini,  insanların  ən  pakını  və  ən  təmizini  qul  edib,  qəpik- 
quruşa  satın  alan  Misir hakimi  kimi  həris və qəzəbli  görü­
nürdü. Ovcuna toxunan  pullar Sonanın bütün əsəblərini tit­
rətdi:  "Sən  nə edirsən,  qul zamanından  min  illər keçib,  bu­
ra  Misir  deyil.  Azərbaycandır.  Sən  Yusif  deyilsən,  sən 
Mərdanlar  böyüdən  Sonasan.  Sən  nə  qayırırsan?"
Sonanın  psixologiyasında  konkretlik  və  prinsipiallıq 
inandırıcıdır.  O,  xalça  məsələsində  yumşala  bilərdi  iradə­
si  ucbatından.  Lakin  onun  sərbəstliyi,  vətəninin  sərvətinə 
göz  dikmiş  ingilisin  iştahı-milli  heysiyyətinə  toxunur  və 
heç bir şeyə tabe olmur.  "Satmıram!"  nidasını  çəkinmədən 
səsləndirir.  Bu  ağır  ifadənin  arxasında  maddi  və  mənəvi 
dəyərlərin  xarici  ölkələrə  axını  dayanır.  Vatxilə  dahi  M.Ə. 
Sabirimiz  belə  bir  mənzərə  ilə  qarşılaşmışdır.  Vətəndaş
--------------------------------------- 
7 8
_______________________
şair də  Sonanın  həməsri  və  həmmillətidir.  Sabir  "Ay  alan, 
məmləkətimi  satıram”  deyə səsini  ucaltmışdı.
Sona  arvad  isə deyir:
Satmıram!
-   Necə?  Necə yəni?
-  Satmıram,  əfəndi!"
Hər  "satmıram"  inadından  sonra  qızıl  pulların  miqdarı 
artır:
Azdırsa,  al  on  beş  olsun!
-  Satmıram!
-   Bu  da  iyirmi!..
-  Satmıram!  Satmıram,  canım!"
Xalçanı  yığışdırır.  Kiçik,  amma mənalı  bir detal obrazı 
əyaniləşdirir:  "Xalçanın  küləyi,  soyuq  və  kəsərli  silah  kimi 
ingilisin  boz sifətinə  dəydi.  Mister vahiməyə  düşmüş  kimi 
geri-geri  çəkildi.  Alt çənəsini  laxlatdı."
Nəhayət, boğaza yığılan  Sona cəsarətlə deyir:  "İtə ata­
ram,  yada  satmaram!"
Biz  Bahar  obrazının  Ağaməcidlə  konfliktinə  cüzi  ay­
dınlıq  gətirmişik.  Mir Cəlal  hansı  səbəblərdən  Baharı  əsər 
boyu  muşayət  edir?  O,  kənddə  qalıb  mal-heyvana  baxar, 
anası  ilə  baş-başa  verib  dolana  bilərdilər.  Hadisələr  isə 
başqa  istiqamət alardı.  Lakin  roman digər bir konflikt müs­
təvisinə  keçir.  Birincədə  Sona  arvadın  məişət  zəminində 
təkbaşına  döyüşü,  iddiası,  oğlu  Mərdanın  xilası  ilə  əlaqə­
dar  hərəkətidir.  Bu  proseslərin  bədii  inkişafı,  mövcud  qu­
ruluşu  dəyişdirmək  üçün  inqilabi  hərəkatın  yetişməsi  ge­
dişində  kənd  cavanları,  cəmiyyətin  bu  təbəqəsi  kənarda 
qalmamalı  idi.  Mərdan  zahirən  qardaşı  üstündə  bəy  oğlu­
nu  döyməsi  bəhanəsilə  kənddən  çıxıb  şəhərə  gedir.  Süjet 
artıq  şəhər  həyatındakı  hadisələri  işıqlandırır.  Bir  ailənin 
taleyi  fonundakı  daha  açıq  səhnəyə  çıxır.  Yeniyetmə  nəs­
_________________________ _ 
79
  ---------------------------------------------------


lin  nümayəndəsi  Bahar  sağlamdır,  əxlaqlıdır,  ana-qardaş 
sevəndir  və  sair  keyfiyyətləri  özündə  tapmışdır.  Lakin  o, 
rahat  həyatı  tapmamışdır,  üstəgəl,  şəhərə üz tutan  Mərda­
nı  tapmalıdır.  Ağır  maddi  vəziyyət  istər-istəməz  onun  qar­
şısına  çıxan  dillemmanın  birini  seçməyə məcbur edəcək­
dir.  Onun  şəhər  barədə  məlumatı  yoxdur,  təbiiydi,  çünki 
vasitələr  də  yox  idi.  Yollar  onu  aparırdı:  "Yolun  uzağlığını 
hiss  etmədən  bir də  gözünü  açıb,  özünü  vağzalda  gördü. 
Faytonlar  dayanmış,  dükanlar  qabağında  cümüş  toqqalı 
çalpapağ adamlar söhbət ediridilər.  Uzaqdan fit səsi  eşidi­
lirdi.  Daşlı  yoldan  arabalar  keçirdi.  Buralar Bahara  tamam 
yad və vahiməli görünürdü.  Dayanıb baxmaqdan da, qayıt­
maqdan  da  qorxurdu"
Bu  şəhər,  hələlik  fantom  görümdən  uzaqdır.  Kənddən 
gəlmiş  bir  yeniyetmə  üçün  həqiqətən  qorxulu,  vahiməli 
mənzərədir.  Adətən,  dünya  ədəbiyyatında  belə  bir  ədəbi 
təcrübəyə  üstünlük  verilir  ki,  şəhərə  təzə  düşən  yad  bir 
qız,  oğlan-kimsə  sonralar  müxtəlif  situasiyalarda  əsərin 
əsas aparıcı  obrazına çevrilir,  süjetin  idarəedici  rolunu oy­
nayır.  Mir  Cəlal  bu  ədəbi  priyomu  təkrarlamır,  Baharı  şə­
hərə gətirməklə bu  iyrənc mühitin daxilinə varır, bir növ fo­
na  çevirir.  Baharın  gördüyü  hələlik  Məşədi  Abbasın  düka­
nıdır.  Biz Gəncəni  görmürük.  Lakin  kapitalizm  simasını  və 
əxlaqını  dəyişdirməkdədir.  Kapitalizmin  qanunlarıdır,  inki­
şaf  dükandan,  marketikdən,  küçə  bazarlarından,  aşxana­
lardan  başlayır.  Mir  Cəlal  Baharın  gəlişində-ilk  növbədə, 
qənaətində  israrlıyam-dəyişiliklə  bərabər,  müvazi  əxlaqi 
inkişafın  şərilə  oxucunu  tanış  edir.  İnsanlar  urbanizasiya­
ya  hər  addım  atıb  yaxınlaşdıqca,  əxlaqi  normalarını  itirir­
lər,  davranışları  ilə  mübarizədə  acizləşirlər,  bəzi  sosial- 
mənəvi  ziddiyyətlərlə  qarşılaşırlar.  Məhz  urbanizasiya 
mərhələsini  əsrlərlə  öncə  yaşamış  yeni  şəhər fiziki  və  əx-
--------------------------------------- 
8 0
_______________________
laqi  dəyərlərini  özündə  əks  etdirməklə  yanaşı,  fəsadları: 
laqeydliyi,  sərvətə  meyilliliyi,  şəxsi  rahatlığı,  unutqanlığı 
və  sairi  də  mənimsəyir.  Urbanizasiyadan  bəhrələnən  şə­
hər  həyatı  yaşayışı  gedişində  "amillər  asimmetriyası"  ad­
lanan  cəhət  öz  təsir  dairəsinə  yiyələnir.  Bahar  adamlara 
bələd  olduqca,  şəhərdə  sosial  əxlaqın  zəiflədiyini  duyur, 
əyani  görür.
Mir  Cəlal  düzgün  ədəbi  seçimlə  kənddən  şəhərə  köç­
müş  adamlarda  davranışın  əxlaqi  tənziminin  normalarına 
uyğunlaşmada  çətinlik  çəkdiklərini,  adət  edilmiş  əxlaqi 
əlaqələrin  kəsilməsi  vəziyyətini,  ətrafındakılar  tərəfindən 
davranışın,  ünsiyyətin  "əxlaqi  nəzarətsizliyi"ni  xatırladır. 
Bahar  necə?  Kənddən  şəhərə  gəlmiş  bu  yeniyetmə  axına 
qoşula  biləcəkmi?  Suala  cavab  tapmaqda yazıçı  tələsmir. 
Mir Cəlalın ekzotik təsviri.  Haradasa kəndlə, əyalət mərkə­
zilə  oxşarlığı:  "Şəhərin  basırıq,  gurultulu  küçələri  ona  qə­
ribə  gəlirdi.  Ac,  yorğun  olsa  da,  anasından,  kəndlərindən 
ayrılsa  da,  belə  bir  yerə  gəldiyinə  sevinirdi.  Burada  ca­
maat  çox  idi.  Burada  araba,  fayton  da  çox  idi.  Ömründə 
görmədiyi  və eşitmədiyi  şeyləri  görürdü."  Bu  görüm  şəhə­
ri  əyaniləşdirir.  "Məşədi  taxtın  üstündə  çöməlmişdi,  ilan 
kimi  uzun və qara bir şeyi  ağzına alıb,  sorurdu.  Bahar diq­
qət yetirəndə "ilanın"  o biri  ucunun  bir şüşə qaba  keçirildi­
yini  seçdi.  Məşədi sorduqca şüşə qabdakı su qaynayıb qu- 
ruldayırdı.  Bahar  dedi:  "Görəsən  xozeyin  neyləyir,  nə  iş 
görür?"  Bu  görümdə  insan  hərəkətinin  bir epizodu.
Bahar kənd  uşağıdır,  əhalinin  heç  də  hamısı  daşürək­
li, zalım,  laqeyd olmur, ən uzağı, yatmağa isti yeri  olur.  Şə­
hərdə  isə tamam  başqa dünya  hökm  sürür.  Yazıçı  iki  dav­
ranış xəttini,  iki  mühiti qarşılaşdırır:  şəhərdə  insanlıq  üzül­
məkdədirsə,  kənddə  həyat  əlamətləri  tükənmir.  Çünki 
kənddə  hamı  bir-birini  tanıyır.  Bu  da  kollektiv  ünsiyyəti


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə