A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə28/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   24   25   26   27   28   29   30   31   ...   82

yasətini  təbliğ  və  tətbiq  etmək  niyyətindədir  və  birmənalı 
deyir  ki,  xalqın  içində  işləmək,  camaatı  başa  salmaq,  So­
vet hökumətinin məqsədlərini zəhmətkeşlərə tez və dürüst 
çatdırmaq  lazımdır.
Mərdan  kommunist  əxlaqının  -  ictimai  mənafeyin  şəx­
si  mənafedən  üstünlüyünü  mitinqdə,  bəzi  adamlarla  söh­
bətlərində  ifadə  edir.  O,  inqilabın  yaradacağı  yeni  qurulu­
şa  inanır.  Xüsusilə,  kənddə  mədəni-maarifçilik,  quruculuq 
hərəkatının  bərqararlığına.  Hətta  Leninə də:  "İnqilab  Rusi­
yanı  ağ  günə  çıxarıb.  Bizə  köməyə  gələn  böyük  rus  qar­
daşlarımızdan  dərs  almaq  gərək..."  Bu  saat  Moskvada 
uşaqları  hökumət xərcinə yedirirlər,  geyindirirlər,  elm  oxu­
durlar.  Teartrlara,  tamaşaxanalara  aparırlar...Bunlara  Mər­
dan  ona  görə  inanır  ki,  Sovet  hökumətinin  güclü  təbliğatı 
ucqarlara gəlib çıxmışdı.  Bu  bolşeviklərin  məkrli  siyasətiy- 
di:  Ucqar ölkələri  inqilab  yolu  ilə  istila  etmək,  o  cümlədən 
Azərbaycanı.
Mərdanı  mən  töhmətləndirmək  istəməzdim,  əvvəla  o, 
savada  lazımınca  yiyələnməmişdi,  kortəbii  axına  qoşul­
muşdu,  ikincisi, böyük ümidlər sorağında idi. Tarix də gös­
tərdi  ki,  yüksək  dünyagörüşlü,  siyasi  savada  malik  azər­
baycanlı  ziyalılarımız  da  Sovet  hökumətinin  vədlərinə 
inanmışdı.  Əlbəttə,  dövlət kimi  ilk mərhələlərində öz misi- 
yasını  yerinə  yetirdi,  bir şərtlə:  kommunist  əxlaqı  vasitəsi­
lə  yeni  nəsli  təsir dairəsinə daxil  etdi.
Mərdan  arxayındır,  hər  şeyi  vardır  Azərbaycanın:  Bə­
rəkətli torpağımız,  durna  gözlü sularımız,  sənətimiz,  peşə­
miz,  hörmətli  camaatımız,  əməksevər  elimiz.  Elmdən, 
maarifdən  isə  kasıbıq.-  Bu  etiraf obyektiv  səslənir.  Səmə­
rəli  istifadə  yolu  ilə  xalq,  camaat  firavan  yaşayır.  Elmə, 
maarifə  gəldikdə,  kəndlərdə  savadsızlıq  kütləviydi.  Və 
ədalət  naminə,  Sovet  hökuməti  ikinci  missiyasının  öhdə­
_______________________
110----------------------------------------
sindən  gəldi-yuxarıda dediyim  yolla  -kommunist  əxlaqının 
aşılanması  ilə.
İnqilabi  işə, onun təbliğinə qoşulur və mübarizəsindən 
səngimir.  Bəs  inqilab  ilkin  mərhələsindən  sonra  nəyi  qar­
şısına  qoyurdu?  Sualın  cavabından  öncə  "inqilab"  doğru- 
danmı  qorxulu  idi  və  bu  anlayış  güdazına  nəsrimizin  ən 
gözəl əsərləri getməkdədir? İnqilab ictimai varlığın ən kəs­
kin,  dramatik  proseslərini  -  ziddiyyətlərini  sürətlə,  gərgin 
çarpışmalar yolu  ilə həllinin  qoyuluşudur.  Əsasən  belə for- 
mulə  olunmuşdur.  Hər  bir  inqilab  quracağı  firavan,  azad 
həyatdan  soraq  verir,  ona  mane  olan  təbəqələri,  fərdləri, 
sinifləri  döyüşə  çağırır və  qələbə  çalır.  Sonra  -  digər  mər­
hələdə  əxlaqda  ümumibəşərilik  üçün  çalışır,  səy  göstərir. 
İnqilab  yollarını  yalnız  Rusiya  proletariatı  hazırlamırdı.  İn­
kişaf etmiş kapitalist ölkələri  neçə-neçə inqilab görmüşdü, 
ABŞ,  Fransa,  İngiltərə  və  s.  ölkələrdə  sosializm  mövcud 
idi.. Deməli,  məsələ  inqilabın  yaratdığı  sistemin  necə  və 
hansı  istiqamətdə  idarə  olunmasından  gedir.  XIX  əsrdən 
başlayaraq  üç  mövcud  əxlaqi  sistem:  xristian-feodal;  bur­
jua;  proletar  sistemləriydi.  Və  onlar  "eyni  tarixi  inkişafın 
müxtəlif  pillələrini"  özlərində  əks  etdirmişlər.
F.Engels "Anti-Durinq" əsərində bu məsələyə ciddi  şə­
kildə  toxunur  və  yazırdı  ki,  müxtəlif  əxlaq  sistemlərində 
olan  ümumi  cəhət  tarix  üzərində  sinfi  və  milli  fərqlər  üzə­
rində  əbədi,  dəyişməz  "əxlaq  qanunu"  kimi  yüksəlmir,  üz­
vi  surətdə  onların  özünəməxsus  sinfi  məzmuna  qarışır: 
ümumbəşəri  sinfi  olanda  təzahür  edir.  Əxlaqın  bütün  üç 
sistemindən  heç biri  mütləq  həqiqi,  tam  bitkin  deyil".
Mərdan öz  ideallarını  ifadə edir,  öz əxlaqından,  dünya­
görüşündən  çışıx  edir:  "Camaat,  əhaliyə,  hər  bir  kəsə  ba­
şa  salın  ki,  Sovet  hökuməti  fəhlənin,  kəndlinin  hökuməti­
dir.  Kasıbın,  məzlumun  hökumətidir.  Bəyin,  xanın,  mülkə­
11 1 --------------------------------------


darın  fırıldağına  aldanmasınlar.  Bəsdir  daha!.."  müraciəti 
təsadüfən  səslənməmişdir.  Mir Cəlal  19  ilə yaxın bir müd­
dətdə  Sovet  hökumətinin  üstünlüklərini  görmüşdü:  nə  na­
zir,  nə fabrik,  zavod direktoru,  nə də  hökumətin ali  rəhbər­
ləri  istər sosial  davranışda,  istərsə  də  məişətdə ciddi  yox, 
ortabab  vəziyyətdə  fərqlənmirdilər.  Əlbəttə,  kiçik  xalqlara, 
millətlərə şovinist münasibət yox deyildi,  bu  isə Yuxarıdan 
-  Lenin  -Stalin  partiyasının  liderlərindən  irəli  gəlirdi.  Yer­
lərdə  isə feodal -fərdiyyətçilik əxlaqi  fəsadlara  rəvac verir­
di.  Söhbət  ümbəşəri  əxlaqın  formalaşmasından  gedə  bi­
lərdi.  Siniflər  getdikcə  formalaşırdı,  mütərəqqilləşirdi  və 
çalışırdı  cəmiyyətin  inkişaf mənafeyini  təmsil  etsin.  Və  in­
saf naminə,  ümumbəşəri elemetlər xalqın əxlaqında özünə 
yer edirdi.  Bunu M.Cəlal yazıçı  intellektilə görürdü və o cə­
miyyətin  ideologiyasına  inanırdı.  Gəlin,  müqayisə  aparaq 
və  bu  zaman  biz  mərhum yazıçımıza  haqq  qazandırarıq.
On beş ildən artıqdır müstəqilik, demokratik sistemimi­
zi  möhkəmləndiririk.  Lakin  dünənki  kasıb,  atasız  Mərdan­
lar bu gün  hədsiz dərəcədə varlanmaqdadır,  korrupsioner- 
ləşmişlər.  Dövlət nə qədər səy göstərirsə,  lazımi  dərəcədə 
qarşısını  almaqda  çətinliklərlə  üzləşir.  Mərdanlar  əxlaqıy- 
dı,  savadlı  olmasalar  da  əqidəli,  xalqını  sevənlərdi.  Mər­
danlarda gələcəyə  inam vardı  və bu əqidə uğrunda  müba­
rizə  aparırdılar.  Onlar-Mərdanlar  nə  sonrakı  repressiyam, 
nə də yaramaz çinovnikləri gördülər.  Romana çağdaş kon­
tekstdə  qiymət  verilməlidir.  Qurulan  hər  bir yeni  cəmiyyət 
xalqın  mübarizəsinə,  istək  və  arzusuna,  əxlaqına  yüksək 
mövqedən  yanaşmalıdır,  qrup  xudbinliyinə  imkan  yaradıl­
mamalıdır.  Əks  halda,  insanların  davranışında  əxlaqiliyin 
əsasları  dağıla,  məhv  ola  bilər  və  bu,  ilk  növbədə  gənc 
nəsli  sıradan çıxarar.  Sinfi  mənafenin aradan qaldırılması­
na  çalışılır;  romanda  qoyulan  problem  və  bu,  yazıçının  ali
_______________________
112----------------------------------------
görümüdür, proqnozudur: sinfi  mənafe, maraq bütün bəşə­
riyyətin  inkişafını  əngəllədir, cəhalətpərəstliyə aparır.  Mər­
danı  müsbət  qəhrəman  konsepsiyası  ,,çərçivə"sinə  salıb 
təhlil etməyin tərəfdarı deyiləm;  baxmayaraq belə obrazla­
ra o cür işıq salınmışdır. Şübhəsiz,  Mərdan obrazı  haqqın­
da  yazanlar  bir  fiziki-maddi  yolu  əsas  götürmüş,  onun 
ayaq  basdığı  yerləri,  şrift  gətirməsi,  xəstəxanada  yatması 
və  s.  qabarıq  vermişlər.
Bunlar  bir  gənc  inqlabçıya  məxsus  davranış-hərəkət­
lərdir.  Məsələ  ondadır  Mərdan  kənddən  şəhərə  üz  tutar- 
kən,  istəkli  qardaşını  və  anasını  atıb  gələrkən  onu  bu  so­
sial-psixoloji  amala yönəldən  hansı  hisslərdir?  Zahiri  hay- 
küyə,  hərəkata  qoşulmaq,  fərdi  intiqam  almaq  və  sairmi? 
Bunlar danılmazdır.  Lakin Mərdan daxili təkamülündən gə­
lən  mənafelər mübarizəsinin  tam subyektidir.  Əgər o,  pro­
letar  sinfinə  qoşulubsa,  bu  təbəqənin  mənafeyindən  kə­
narda dayana bilməz. Şəxsi  mənafelərini  əxlaqın cəmiyyət 
üçün necə xidmət göstərəcəyinə yönəltməlidir.  Mərdan tə­
zə olsa da,  ətrafında təcrübəlilər çoxdur,  üstəgəl  Rusiyada 
artıq  proletariat  qələbəsini  təmin  etmişdir.  Yuxarıdan-Le- 
nindən  gəlmə  ideoloji  təsirlər  iqtisadi  maraqlardan  kəna­
rda  deyildir və  bu  əxlaq  çərçivəsindən  də  kənara  çıxmağı 
planlaşdırmamışdır.  Ona  görə  də  burjuaziya  ilə  mübarizə 
aparırlar və həmən  inqilabçı  proletariat qurulacaq yeni  cə­
miyyətin əsil mahiyyətini anlamaq savadına malik deyildir, 
heç  bir  siyasi  məktəb  keçməmişlər.  Peterburq,  Moskva, 
Kazan və s.  mühiti  görməmişlər.  Mərdan və digər funksio­
nerlər  Qızıl  Ordunu  özlərinə  xilaskar  qüvvə  hesab  edirlər. 
Lakin onların  başında  gələn  ideoloqların  kimliyi  isə  namə­
lumdur;  onlar  Azərbaycanın  Yeni  Cümhuriyyətini  ləğv  et­
məkdə  nə  dərəcədə  düzgün  siyasi  addım  atmışlar?  Təbii 
ki,  Mir  Cəlalı  baş  obrazı  Mərdanın  daxilindəki  potensial
_______________________
113
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə