A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə30/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   26   27   28   29   30   31   32   33   ...   82

Bir xeyli obrazlı,  poetik səslənsə də dəqiq yanaşmadır: 
yazıçılarımız,  şairlərimiz  bu  predmetlərin  rəngini,  səsini, 
mahiyyətini  mənimsəyir və əsərlərində təsvir edirlər.  Ötən 
əsrin  20-30-cu  illərində yaranan  nəsr əsərlərində dilimizin 
saflığı  bir  də  o  baxımdan  təmizlənirdi:  ərəb-fars  tərkibləri 
azalırdı,  amma  rus  dili  vasitəsiylə  beynəlmiləl  sözlər  işlə­
dilirdi...Lakin  bu  günün  kontekstində  yanaşanda  romanla­
rın,  povestlərin,  hekayələrin  dili  canlıdır,  təbiidir,  maraqlı­
dır.  Mir Cəlalın nəsr yaradıcılığında poetikasını  qaynaqlan- 
dıran  bəzi  amilləri  görmək  lazım  gəlir:  Yaşadığı  milli  mə­
kanı,  ailə  mühiti,  aldığı  təhsili,  savadı,  ixtisası,  nəhayət  is­
tedadı.  Müşahidələr göstərir ki,  əgər şəhərdə doğulan,  bö­
yüyən  gələcək  nasirlər  kənddə,  el-obada  dünyaya  gələn, 
camaatla  ünsiyyət bağlayan yazıçı  dili  arasında ciddi  fərq­
lər  istisna  olunmur.  Bu,  yazıçı  intelektində  də  özünü  gös­
tərir və  birinci  qism  sənətkarı  udur.  Yüksək təhsilli  yazıçı­
nın  dilində yeni,  orijinal  sözlər,  terminlər çox  işlədilir,  təbii 
ki,  belələrinin  qəhrəmanları  savadlı,  ziyalı  olur.  İxtisasa 
gəldikdə,  dəqiq  elmlərlə  məşğul  yazıçılarda  istər -istəməz 
təbii-riyazi  terminlərlə  daha  çox  qarşılaşırıq.  Eləcə  də  hü­
quqşünaslar,  kənd təsərrüfatı  mütəxəssiləri  və  ilaxırlar.  Ai­
lə  də  həmçinin.  Uşaqlıqdan  aranda,  kənddə,  dağ  bölgələ­
rində,  şəhərdə və s.  məskunlaşan ata-analar o koloriti sax­
layırlar və  nə yaxşı  ki  belədir.  Bu  isə gələcək sənət övladı­
na,  hətta  oxuyana  öz  müsbət  təsirini  göstərir.  Rəşid  Beh­
budov  təkcə  səsinin  gücü,  tembiri,  aydınlığı  ilə  seçilmir, 
onun  ləhcəsindəki  Qərb  zonamızın  akordları  seçilir,  dad 
gətirir.  Eləcə  də  dahi  Bülbül.
Nəsrimizdə  şərti  tipikləşdirdiyimiz  bu  məsələ  S.Rəhi­
movun,  M.Hüseynin,  Əli  Vəliyevin,  M.  İbrahimovun,  İlyas 
Əfəndiyevin,  İ.  Şıxlının  nəsr  yaradıcılığında  bariz  şəkildə 
yaşamaqdadır.  Mir Cəlal da bu mərhələləri  yaşamışdır,  üs­
___ ___________________
118
----------------------------------------
təgəl,  əzəmətli  Füzuli  şeiriyyətindən su  içmişdir,  milli  poe­
ziyanın təsvir ecazkarlığı  yaradıcılığına təsir etmişdir.
Mir  Cəlal  "Bir  gəncin  manifesti”  romanına  nöqtəni 
1938-ci  ildə  qoymuşdur.  Bəli,  birincisi,  30  yaşlarında  bir 
cavan,  ikincisi,  nəsrimizdə  çalxalanma,  mövzu  mütləqliyi, 
siyasi  ab-havanın diqtəsi  və s.  mühüm amilləri  də yaddaş­
dan çıxarmamalıyıq.  Lakin  müəllif bu  əsərilə zəngin  bədii- 
ədəbi  istedadını  göstərdi.  M.  Cəlal  xalqın  obrazlı  təfəkkü­
rünə yaxından  bələd  idi,  özü  də  xalqın  içərisindən  çıxmış­
dı.  Təbiət  etibarilə  də  təbii  şəxsiyyət  olmuşdur.  Bu  xüsu­
siyyətlər  romanda  bütün  dolğunluğu  ilə  əksini  tapmışdır. 
Belə  sıralamada  mən  təbiət  təsvirini  ilkin  yerə  çəkərdim. 
Təbiət  insana  həm  estetik  hisslər  aşılayır,  həm  də  insan 
psixologiyasını-davranışını  tərbiyə edir.  İkili təmasda  əsər 
qazanır,  oxucu  isə  yorulmür.  Lakin  hər  bir təbiət  təsvirinə 
bu  əlamətləri  şamil  etmək  düzgün  olmazdı.  Obrazın  daxili 
aləmi  açılırsa  bunun  yolları  arasında  ən  münasibi  zahiri, 
yaxud  daxili  mizanların  obrazlı,  niyyətli,  çoxmənalı  veril­
məsidir.  Tətiət  yalnız  görüm  deyil,  məlum  və  naməlum 
proseslərin  toplusudur  ki,  bu,  gözəllikdə  birləşir.  Yanmış 
yaşıl budaq,  ağac belə o anında gözəldir, əlbəttə başqa bir 
rakursdan.  V.Çernışevski  yazır  ik,  doğrudan  da  ağac  öz 
meyvəsinin dadlı  olması  haqqında düşünmədiyi  kimi,  can­
sız təbiət də öz  əsərlərinin  cözəlliyi  barədə fikirləşmir.  La­
kin  bununla  belə  etiraf  etməlidir  ki,  bizim  sənətimiz  bu 
vaxta  qədər,  tropik  torpaqların  gözəl  meyvələri  bir  yana 
dursun,  hətta  portağal  və  almaya  bərabər bir şey  də  yara­
da  bilməmişdir.  Əlbəttə,  niyyətlə  yaranan  əsər  öz  qiyməti 
etibarilə  niyyətsiz  əsərdən  yüksək olacaqdır.
Gəlin,  "Proloq"un  ilk  cümlələrinə  diqqət  kəsilək.  Yazı­
çı oxucunun yaddaşına köçürəcəyi  hadisələri,  hansı  ki  Və­
tənimizin bir gözəl guşəsində baş verir;  bu torpağın  insan-
_______________________
119
_______________________


lari  azad,  xoşbəxt  yaşamağa  qadirdilər.  Bu  adamlar  eyni 
zamanda  sağlamdılar təbiət  kimi,  əməksevərdilər əjdadla- 
rı  qədər.  Çünki  təbiətdir  insanı  yaradan  və  bu  zərrəciklər 
də təbiətə bənzəməlidilər.  Mən bütöv birfantomu oxucula­
rıma  təqdim  edirəm:
"Bağçalar  dərəsinin  sağ  tayından  cənuba  uzanıb  ge­
dən  və  təzəcə  şumlanan  əkin  yerləri  məxmər  kəmər  kimi 
dağları  qucmaqda  idi.  Zəmilərdən qalxan  nəmli  torpaq  qo­
xusu  yenicə  açılan  bənövşə,  quzu  çiçəyi  ətrinə  qarışaraq 
havaya  bir  təzəlik,  mülayimlik  gətirmişdi.  Səhər soyuğun­
dan  sonra  yumşalan  hava  hələ  də  narahat  kimi  tutulub- 
açılmaqda  idi.  Buludlu  göy  intizar  çəkən  bir  qəlb  kimi  çır­
pınır,  bir an da eyni  vəziyyətdə qalmırdı. Cida boyu qalxan 
günəş  cənuba  axan  müxtəlif  biçimli,  müxtəlif  şəkilli  əlvan 
buludlar arasında gah çıraq  kimi yanır, gah köz kimi  sönür, 
gah  kəhraba  kimi  saralır,  gah  sədəf  kimi  parıldayırdı.  Kar­
van-karvan ötən qalın-seyrək buludlar ardınca nəsə bir ay­
dınlıq,  bir parlaq  gündüz olacağı  yəqin  idi.  Aşağılarda,  də­
rənin  qovuşan  yerlərində  isə  baş-başa  verən  söyüd,  qələ­
mə,  qarağac,  vən,  iydə,  zoğal  ağacları  küləyin  səmtinə 
doğru  can  atmaqda,  sanki  kökdən  çıxıb  haralara  isə  get­
mək arzusunda  idilər  "
İlk  baxışda  adi  səsələnə  bilər,  romandır.  Təsvir labüd­
dür,  lakin  əsəri  oxuduqca  hadisələr,  obrazlar,  situasiların 
dəyişməsi,  eləcə  də  xarakterlərin  açılması  və  sair  sanki 
"Epiloq”un  köynəyindən  çıxmışdır;  bir  ahəngin  ritmlərini 
gözləmişdir.  Və proloqa qayıdaq.  Və əsərin  ilk səhifəsində 
isə  biz  yenə  təbiətlə  üzbəüzük:  Tut  ağacı,  Bahar,  Ağamə- 
cid.  Kəndə  məxsus  ab-hava.  Kənddə  meyvə  ağacı  olar, 
onlara  "hücum"  çəkən  uşaqlar.  Və  belə  də  görürük.  Lakin 
kövrək  konflikt  buradan  başlayır,  sonralar dərin  sosial  mə­
sələyə  şərait  yaradır.  Bir  nümunəsi:  Baharla  Ağaməcid
_______________________
120----------------------------------------
mübahisə  edir  və  savaşırlar.  Bu  əhvalat  tamam  kənar  bir 
yerdə  də  baş  verərdi.  İki  yeniyetmə  kəndin  bütün  "sakit" 
yerlərini  tanıyır.  Yazıçı  təbiətin  qanunlarından  çıxa  bilmə­
mək  fəhminə  üstünlük  qazandırır:  ”  Baharın  sözü  ağzın­
da qaldı; ayağı  budaqdan üzüldü, cəld əlini  ağaca atdı,  bu­
daqdan  sallana-sallana  qaldı.  Ağaməcid  bir də vurmaq  is­
təyəndə  Bahar onun ayağından,  topuq  bəndindən yapışdı. 
Budaq  şaraqqıltı  ilə  qırıldı,  hər  ikisi  gurultu  ilə  yerə  gəldi. 
Ağaməcid  əvvəl  yazıq-yazıq  zarıdı,  sonra  qışqırdı.  Bahar 
ağrıyan  ayağını  tutub  ufuldadı.  Qalxmaq  istəyəndə  Ağa­
məcid  onun  üstünə cumdu  "  Hər  iki  uşaq  bir-birinin  zər­
bəsinə  məruz  qalır.  Taleləri  əslində  buradaca,  təbiətin 
qoynunda  həll  olunur.
Mir  Cəlalın  bədii  dili  həm  xalq  danışığının  koloritini 
saxlaması  və  bu  zəmində  ayrı-ayrı  həyat  lövhələrini,  ob­
razların  nitqini  və  sairi  dinamik,  canlı  şəkildə  ifadə  ilə  se­
çilir;  bir  sözlə,  hadisənin,  obrazın  poetikasını  əks  etdirir. 
Bu  məsələdə  romanın  dilindəki  ənənəvilik,  kövrək  intona­
siya,  lirik  ricətlər və təsvirlər görümü  əyaniləşdirir.
Sona  arvad  ailə  başçısıdır,  ağır  güzəran  keçirir.  Evdə 
isə  "Yusif-Züleyxa"  xalçası  durur.  Gəlinlik  yadigarı  kimi 
Sona  anaya  əzizdir.  Bir  yandan  da  ailənin  çətin  durumu. 
Mərdana  bu,  çatmır  ki  xalçanı  satmaq  niyyətini  anası  pis 
qarşılıya bilər.  Ana və gənc oğul arasındakı fikir mübadilə­
si  -  əgər  belə  demək  mümkünsə-  dərin,  lazımsız  konfliktə 
səbəb də  ola  bilər.  Lakin  yazıçı  ana-bala  "konfliktinə"  get­
mir.  Əksinə, gəncin  işdəki yorğun əhvalı,  Baharın əyin-ba­
şının  yoxluğu-  psixoloji  ab-hava təbii  şəkildə  təsvir olunur 
və  oxucuya təsirini  göstərir.
"Mərdan  ot biçimindən qaş qaralanda qayıtdı.  Kərənti­
ni  maxçadan  asdı,  quru  yerdə oturmaq  istəmədi.  Anasının 
çırpıb  yük yerinə qoyduğu  "Yusif  -Züleyxa"  xalçasını  açdı,
_______________________
121_______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə