A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə32/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   28   29   30   31   32   33   34   35   ...   82

daxili  nitqində,  xəyalında  əyaniləşir.  O,  varlı  uşaqlarının 
həyat  tərzinə  qibtə  edir,  özünü  o  yerdə  təsəvvürünə  gəti­
rir,  lakin daxili  sınmaya  yol vermir.
Mir Cəlalda kövrək,  canlı  təbiət təsviri  mübaliğəsiz 30- 
cu  illər  nəsrində  az  yazıçılarda  nəzərə  çarpır.  "Bir  gəncin 
manifesti"  gənclik  romanı  olduğu  qiymətində  müəllif  delə 
bir təsvir üslubunu seçmişdir!  Budur,  Bahar öz müşahidə­
sini  xəyala  bükür,  içəridən  danışır:  "...Damlarından  süfrə- 
süfrə alma, ərik qaxı sərənlər, tut qurudanlar nə qədər xoş­
bəxt  idilər!  Onlar  möhtac və ac deyillər.  Bağların,  bağçala­
rın,  dirriklərin  məhsulu  onlarındır...Bahar  baxdıqca  ağzı 
sulanırdı.  Həyat ona həm dadlı, həm  də acı  gəlirdi.  Kəndin 
ortasından axıb uzaqlara yol alan,  gün altında kərənti  tiyə­
si  kimi  işıldayan  Səbey çayı.  Çay üstündə xəyal  kimi  uçan 
qaranquşlar,  Badamlı  bulağından  buz kimi  sərin  suyu,  sö­
yüd  kölgələri,  həyətlərdən  göyə ətir səpən  məxmər,  mixək 
gülləri,  gülöyşə  nar  ağacları...Mələşən  quzular,  bal  yığan, 
beçə  verən  arılar,  kövşənə  səs  salan  çoban  mahnıları, 
kəklik  ovu...
Nəsrdə  lirizm  hər bir yazıçının  üslubuna  qismət  olmur 
və adətən bu,  müəllifin publisistikaya meylindən  irəli  gəlir. 
M.  Cəlalda qeyd etdiyimiz  israrda lirik ricət,  obrazların  "di­
ri",  "canlı"  danışığı,  xəlqilik və  milli  kolorit,  intonasiya qüv­
vətlidir,  fərdi  yozumdur.  Professor Ağamusa  Axundov  ya­
zır  ki,  lirik  ricət  nəsrimizdə  o  qədər də  geniş  yayılmamış­
dır.  Onlara  az-çox  Mir Cəlalın  və  İ.  Əfəndiyevin  əsərlərin­
də  rast  gəlirik*’2.
Bahar xəttinə qayıdaq.  O,  kənddədir,  şəhərə yol  alma­
mışdır hələlik.  Belə bir niyyətdən  istifadə  edən  yazıçı  kən­
di  bütün detalları  ilə, otu-çəməni, ağacı-budağı, dağı-dərə-
42.  A xundov Ağamusa.  Göstərilən  əsəri,  səh.  19. 
 
126
---------------------------
siylə;  naxırı-quzusu  ilə verir:  "Güney  kəndinin  şimal  tərəfi 
dağavar yer idi.  Düzdən dikləndikcə xırda təpələr,  təpələri 
ötdükcə  tək düşmüş Gündüz dağı.  Onun dalında yenə sil- 
silənmiş  göyümsov  dağlar  gəlirdi.  Güney  kövşəninin  şi­
maldan  ayıran  göyümsov  sıra  dağların  başından  il  uzu­
nu  qar  getməzdi.  Ətəkləri  yay-yaz  yamyaşıl  olardı.  Bura­
lar  kənddən  uzaq  olsa  da,  otun  çoxluğundan  yerindən  tez 
qalxan  malını  bura  sürərdi.  Uzaq  kəndlərdən  də  naxır gə­
lərdi.  Bahar burada  mal otarardı."
Vəssalam.  Lakin guşəmizin təkrarsız bir mənzərəsinin 
təsviri.  Və  bir də  İnsan!
Budur,  Bahar ceyranı  tutmaq  istəyir;  bunu  yalnız  uşaq 
sevinciylə  yaşamaq  mümkündür:  "Bahar  qolunu  ceyranın 
boynuna salıb döşünə sıxmışdı.  Bir əliylə də heyvanın  qa­
baq ayaqlarını  birləşdirib bərk-bərk tutmuşdu.  Ceyran  mə­
ləyirdi.  Hərdən  çapalayıb  əldən  çıxmaq  istəyirdi.  Dağın 
başından,  sürüdən  ona  səs  verirdilər.  Bahar ceyranını  tü­
kündən  anasının onu təzəcə yaladığını  bildi.  Belinin tüklə­
ri  hələ  də  yaş  idi.  Bahar onun  gözəl  başını,  zərif  boynunu 
tumarlamağa başladı.  Göbəyinin  maya  kimi  yumşaq  oldu­
ğunu  gördü.  Ceyran  lap  körpə  idi.  Baharın  ürəyi  lap  bir tə­
hər oldu.  Balasını  çağıran ananın səsi  Baharı  kövrəltdi,  az 
qaldı  ceyranı  əldən  buraxsın.  Heyvanın  üzündən  öpdü, 
özünə  toxdaqlıq  verdi:  Mən  öldürməyə  aparmıram,  bəslə­
yəcəyəm,  ələ öyrədəcəyəm.  Quzu  kimi  saxlayacağam."
Yazıçı  dilinin  poetikasından  danışırıqsa.  Baharla  Cey­
ranın  taleyində  bir  assosiasiya  vardır;  hər  ikisi  hələ  bala­
dır,  hər ikisinin  anası yaşayır.  Baharın fərqi  ondadır,  onun 
taleyində sevinc payı  yoxdur və bir azdan  bu  zavallı  cocuq 
qardaşının  sorağı  ilə  şəhərə  üz  tutacaqdır.  Onu  fəlakətlər 
gözləyir.  Ceyranın  taleyi  yaxşı  mənada  Bahardan  seçilir. 
_______________________
127
----------------------------------------


Baxmayaraq  müştəriləri  yaranacaq,  lakin  onu  Baharın 
anası  Sona buraxacaq- gedib öz anasına qovuşsun.  Bahar 
bir  gecəlik  sevincini  yaşayır.  Ceyran  isə  əksinə:  "Ceyran 
küsmüş  kimi  üzünü yana çevirdi.  Bahar onun  başını  kasa­
ya  əyib  balaca,  bülöv  rəngli  incə  dodaqları  suya  dəyənə- 
cən  buraxmırdı.  Ceyran  nə  yeyir,  nə  içirdi.  İri,  dalğın  göz­
lərini  pəncərədən, çölün qaranlığından ayırmırdı. O,  üzünü 
qaranlığa  doğru  çevirib  elə  sakit  durmuşdu  ki,  deyərdin 
anasının  səsini,  hənirtisini  gözləyirdi 
’’  Hər iki  epizodda- 
mənzərənin  təsvirində yazıçı  dilimizin  zənginliyindən,  bə­
dii  ifadə  vasitələrindən  məharətlə  yararlanmışdır.  Heç  bir 
xırda  məqam,  detal,  əşya  maddiliyini  itirmir.  Belə  bir  ya­
naşmada bədii  dil  məsələləriylə  məşğul olan  dilçi-alimləri­
miz,  o  cümlədən  akademik  A.Axundov  M.Hüseyn,  S.  Rə­
himov,  Əli  Vəliyev səviyyəsində yazıçılarımızdan danışar­
kən  Mir Cəlalı  da  bu  sırada  götürmüşdür.
M.Cəlal  məhz  romanda  təbiətlə  insan  arasındakı  psi­
xoloji  tamamlanmaya  üstünlük  verir,  obrazın  hisslərini 
açır.  Ceyran  simvolik obrazdır-  vasitədir;  xüsusilə,  bir sıra 
situasiyalara  aydınlıq  gətirir.  Sona  da,  Bahar  da  kasıb 
zümrənin təmsilçiləridir.  Amma geniş qəlbə,  isti  məhəbbə­
tə  malikdilər,  mərhəmətlidilər.  Vətənpərvər  Sona  arvad 
ceyranı  ənam  obyektinə  çevirməkdən  çox  uzaqdır.  Yega­
nə yolu  seçir: Ceyranı  buraxmaq.  Sona hətta son  məqam­
da  ceynranla vidalaşır:  "Ceyranı  arabanın  kənarına  gətirib 
üzündən  öpdü,  ürəyində  "ya  mədəd"  birdən  yerə  tulladı. 
Ceyran yenicə pərvaz edən quş kimi göydə cəld qol-qanad 
açdı.  Fərəhindən,  heyrətindən,  gözləmədiyi  hadisədənmi 
yavaşca  bir mələdi,  özünü  sükuta  qərq  olmuş  qaranlıq çö­
lün dərinliklərinə atdı.  Kolluqlar arasında bir xəyal kimi yox 
oldu."
_______________________
1 2 8
----------------------------------------
Mir  Cəlal  Baharı  dərin  istəklə  yaratmışdır  və  maraqlı­
dır,  bu  obrazı  təbiət,  rüzgar  həmişə  izləyir,  gözdən  qoy­
mur.  Ümumiyyətlə,  yazıçının  təbiət  təsvirində  fəlsəfi  mo­
tivlər  səslənir  və  qəhrəmanların  iç  dünyasını,  ictimai  mü­
hitin  siyasi-məişət bilməcələrini  açır.  Bahar şəhərə qışda, 
soyuqda-sazaqda  üz  tutur.  Təbiətin  bu  fəsli  kasıb-varlı  tə­
zadlarının  ən  optimal  meyarıdır.  Baharın  ehtiyacı  vardımı 
bu  naməlum  yolu  seçsin?  Həqiqətdir ki,  əhalinin  necə ya­
şaması  onun  bazarından  bəllidir.  Yazıçı  bu  "ölçünü"  götü­
rür.  Baharı  buraya  gətirir.  Bazarın  bazar  xaosunun  o  təs­
virdə  poetikası:
"Bazarda  camaat  qaynaşırdı.  Gedən-gələn,  səs-küy 
bir-birinə qarışmışdı...Dükanların qabağında iynə salmağa 
yer  yox  idi.  Qəssablar  gümüş  kimi  parıldayan  çəngəllər­
dən  şaqqa-şaqqa  asılmış  qoyun  ətini  kəsib  iti  balta  ilə  iri 
kötük  üstündə  doğrayırdılar.  Adamlar  əllərində  xurcun, 
zənbil,  səbət qəzet basabas edirdilər.  Ət alan,  quyruq çək­
dirən,  içalat  istəyən,  dəri  axtaran  kim  "  Və  bu  cür  baza­
rın  Məşədi  Abbasları,  Baharları  yox  deyil.  Birincilər  harın­
lar,  laqeydlər,  soyuq  ürəklilərdilər.  Yazıçı  Məşədi  Abbasın 
zahiri,  oturuşu-duruşunu  təsvir edərkən,  mən  bu  günümü­
zü  xatırladım  və  yazıçı  uzaqgörənliyinə  qibtə  etdim  ki, 
müstəqilliyimiz retro bazarlar və adamlar dövrünü  yenidən 
canlandırdı:  Oxuyuruq:  "Məşədi  taxtın  üstündə  çöməlmiş- 
di,  ilan  kimi,  uzun və qara bir şeyi  ağzına alıb sorurdu.  Ba­
har  diqqət  eləyəndə  "ilanın"  o  biri  ucunun  bir  şüşə  qaba 
keçirildiyini  seçdi.  Məşədi  sorduqca  şüşə qabdakı  su  qay­
nayıb  quruldayırdı  "
Bir  neçə  dəfə  vurğulamışam:  Mir  Cəlal  uzaqgörən 
ədibdir,  Məşədi  Abbasın  liderlik  etdiyi,  Baharın  boynuqı- 
sıq  müşahidə apardığını o bazarı  məhəbbətiylə təsvirə gə- 
_______________________
129
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə