A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə27/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   23   24   25   26   27   28   29   30   ...   82

əhalinin  qanına  susamışlar.  Zəhmət  adamlarının  malı,  ca­
nı  hər an  təhlükədədir.  XX  əsrdən  başlanan  bu  dərəbərli- 
yin  necə,  nə ilə nəticələnəcəyinin çarəsini  bilənlər hanı?.."
Romanda  yazıçı  siyasi  prosesləri,  Mərdanı  mübarizə 
meydanında  təsvir  etsə  də,  insan  məhəbbətini,  ana-bala 
hərarətinin  müqəddəsliyini  yaddan  çıxarmamışdır.  Sona 
Mərdanın,  eləcə də Baharın sorağındadır,  Mərdan da ana­
sına oxşayır. Sona arvad şəhərə gəlir,  Yəhyagildə toxtayır. 
Mərdan  kənddə anasını  görə  bilmir,  ona  xərclik qoyur.  La­
kin  anaya  oğlu  lazım  idi,  görüşsün,  sinəsinə sıxsın,  Bahar 
haqqında  məlumat  alsın.  Ümidlər  boşa  çıxır,  məcburiyyət 
qarşısında  Mərdana məktub yazır.  Sadə və təsirlidir,  ibrət­
lidir:  "ürəyimin  bəndi,  gözümün  işığı,  oğlum  Mərdan"la 
başlanır  məktub.  Və  başına  gətirilən  əhvalatları  nəql  edir. 
Bahardan soraq  istəyir ana.  Guya vağzalda görən olub,  bu 
da  inandırıcı  çıxmır.  Ana  Baharın  ölümündən  xəbərsizdir, 
ümüdini  itirməmişdir:  "Oğlum  Mərdan!  Yaz  görüm  Bahar 
haradadır.  Bir  sənə  ümidim  var.  Deyirəm  bəlkə  bir  xəbər 
bilirsən.  Ya  bəlkə  öyrənəsən?  Bu  kağız  sənə  çatan  kimi 
yaz".  Lakin  ana  intizarı  əbəsmiş.
Sona  arvadı  kənd  daha  özünə  çəkmir,  kimi  qalmış  ki! 
Bunu  duyan  Yəhya  kişi  Sonaya  şəhərdə  qalmağa  və  xəs­
təxanada  işləməyə  nail  olur.  Belə  bir  mühit  Sona  arvada 
maraqlı  görünür.  Qadın  heç vaxt  güman  etməzdi  ki,  yaşa­
dığı  kəndin  lap  on-on  iki  verstliyindəcə,  fabriklər yanında, 
balaca  hasarlı  həyətlərdə  belə  yrəkli-ciyərli  adamlar yaşa­
yır və  neçə-necə  tədbirlər görülür.  Sona  arvad  həssas  qa­
dın  kimi,  zəmanənin  dəyişdiyini,  əvvəlki  məcrasından çıx­
dığını  hiss  edir:  "Sona  görürdü  ki,  bu  böyük  yolda  Yəhya­
nın  yoldaşları  çoxdur.  O,  Bakıya  adam  göndərir,  Tiflisdən 
xəbər tutur,  gecə vaxtı  kəndlərdən  gələn  atlını  qəbul edib, 
həmin  saat  yola  salır  "
---------------------------------------
106
________________________
Sona artıq oyanmış,  ətrafındakı  igidləri  görmüş,  qürur­
lanmışdır ki,  oğlu  da  onların  arasındadır.  Sosialist  inqilabı 
labüddür, əsərin sonuna doğru onun səsi eşidilir. Tarixdən 
məlumdur ki,  XX əsr inqilablar,  azadlıq  hərəkatları,  sarsın­
tılar və  sairlə  dolu  bir  dövrdür.  İnsanlar  daha  əvvəlki  qay­
da  ilə yaşamaq  istəmirlər və dözümsüzlük  göstərirlər.  On­
lara  elə gəlir- yeni  sistem  hər şeyi  yoluna qoyacaqdır,  söz 
sənətkarları  da  həmçinin.  İnqilab-  şübhəsiz  dəyişdirici  ha­
disə  yeni  əxlaqın  yaranmasına  səbəb olacaqdır.  Mir Cəlal 
da  istisnalıq yaratmadı.  İnqilab özü ilə yenilik gətirməli,  in­
sanın  əxlaqına da  inqilab zəminində  baxılmalıdır.  Bu,  eyni 
zamanda  bədii  ədəbiyyatın  tərbiyəvi  funksiyasıdır.  Etika­
nın  da  vurğuladığı  kimi:  zəhmətkeşlərin  inqilabi  əhval-ru­
hiyyəsini  əxlaqi  xaosu  və  tənəzzül,  geriləmə  müstəvisidə 
qiymətləndirmə  də  vaxtilə  mövcud  olmuşdur  və  marksist­
lər bunu yaxına belə buraxmamışlar.  Burjua nəzəriyyəçilə­
rinin  fikrincə,  sosial  tərəqqidə  inqilabi  əxlaqın yerini,  rolu­
nu  başa  düşmüşlər.  İnqilablar  zamanında  xalqın  tarixi  ge- 
dişatı daxil etdiyi  məqsədlər,  ideallar, yeni əxlaqi  normalar 
və  qaydalar,  ovqatlar və  ehtiraslar,  insan  intiqamını  təbiə­
tin  təzahürü  kimi  səciyyələndirmişlər.  Təsadüfi  deyildi  ki, 
Sovet  hakimiyyətinin  ilk  şüarlarından  biri  də  "Həyatda, 
məişətdə  inqilab"  idi  və dahi  Cəfər Cabbarlıya da bu  çağı­
rış  xoş  gəlmişdi.  Cəmiyyətin,  insanların  əxlaqi  cəhətdən 
yeniləşdirilməsi  pis  niyyət  deyildi  və  sosialist  inqilabı  öz 
növbəsində adamların fəaliyyətinin yeni çalarlarını, sərvət­
lərini  və  s.  aşkara  çıxarmağı,  onların  firavan,  ədalətli,  fə­
rəhli  və s.  harmonik şəxsiyyətlər yetişdirməyi  vəd etmişdi. 
Mərdanlar,  Yəhyalar,  Sonalar  və  başqalarının  da  mübari­
zəsi  bunların  bərqərarlığı  idi.  Qeyd edək ki,  belə qayəli  ro­
manlara,  povestlərə  "sosialist  inqilabından  danışır"  möhü­
rünü  vurmaq  səhvdir,  söhbət  inqilabdan  gedirsə,  şübhə-
107
------------------------------------ -


siz,  yeni  əxlaqın  yaranması  yolunu  tutar,  zaman-zaman 
həmən  mənəvi-əxlaqi  keyfiyyətlər  müsbət  müstəvidə  müt- 
ləqləşdirilər,  cəmiyyətdə  müdafiəsini  tapar.  İnqilab qələbə 
çaldı və "əxlaqilik"  normaları  xalqın əsrlərlə yaratdığı tərbi­
yəvi  və  mədəniyyət  dəyərlərini  məhv  etdi,  dağıtdı.  Öncə, 
İslam  əxlaqını  hədəfə  aldı.  O,  cəmiyyətin  və  şəxsiyyətin 
daha yüksək  əxlaqi  inkişaf toxumlarını  cücərməyə qoyma­

Mərdanlar və Yəhyalar inqilabı  görürlər,  lakin onun  nə­
ticələrindən  xəbərsizdilər.  On  illər də  elə  bir böyük  rəqəm 
deyil  yeni  cəmiyyətin  humanist  formalaşmasında.  Bağırın 
cibində  Leninin  şəkli  aşkarların.  Lenini  şüurlu  olaraq  rus 
şovinizmi  ideallaşdırır,  bəşəriyyətin  xilaskarı  nəzərində 
qələmə verirlər.  O,  guya qərərsiz adamdır.  İdeoloqdur:  ro­
manda  oxuyuruq:  "Lenini  tanıyanlar  isə  qəflətən  oyanan 
xalqın qaynar məhəbbətini  alqışlayır, camaatı başlarına yı­
ğırdılar.  Yüzlərlə  barmaq  basmalı  kağızlar  yazılırdı:  "Yol­
daş  Lenin!  Biz sizi  istəyirik!  Amandı,  bizə  kömək ...biz də 
rus  qardaşlarımızın  köməyilə  zülmdən,  zəncirlərdən  qur­
tulmaq  istəyirik!  Ümidimiz,  pənahımız  Sizsiniz,  ey  Qərbin 
və Şərqin  xilaskarları!.."
Biz  inqilab ərəfəsində səslənən  bu  devizin  səmimiliyi­
nə  70  il  inanmışıq.  Mir  Cəlal  da  təxminən  əlli  il  etibarını 
itirmədi.  Sosialist  inqilabının  və  onun  həyata  keçirdiyi  ye­
ni  əxlaq  Leninin  gizlində  Azərbaycana  qarşı,  Şaumyanın 
fitvası  ilə həyata keçirdiyi  qırğınlarla, talanlarla yekunlaşdı. 
Azərbaycanın milli sərvəti daşındı,  rus torpaqlarını  neft qo­
rudu.  "Yeni əxlaq"ı  inqilabçılar görə bilməzdilər və dərk et­
məzdilər  ki,  insani  münasibətlərin,  inqilabın  dəyişdirmək 
və  təkmilləşdirmək  gücü  davam  etməli,  müsəlman  xalqla­
rının  "torbasım”  tikməyə  nail  olmalıdır.
İnqilabın aşıladığı  əxlaq öz mənfi xüsusiyyətlərini uzun
_______________________
108
_______________________
dövr  üçün  qoruyub  saxlayır.  Öz  hakimiyyəti  naminə  guya 
əxlaqi  seçmə aparır,  iyrəndiyi  üzərindən kənarlaşdırmağa 
cəhd  göstərir.  Mübarizədən  yaranan  əzablar,  iztirablar 
davranışın  tərkib  hissələrinə  çevrilir.  Ona  görə  də  20-30- 
cu  illərdə  rusların  A.Tolstoy,  M.Qorki,  M.  Şoloxov,  N.Ost- 
rovski,  D.  Furmanov,  A.  Fadeyev  kimi  böyük  yazıçıları  ro­
manlar qələmə  almışlar.
Sosial əxlaq  insanların davranışında maddiləşir.  Quru­
lacaq  hökumət  itaətkarlıq,  qeyri-şüurluluq  və  s.  təlqin  et­
mişdir.  Romanda  Mərdanın  yaralanıb  xəstəxanaya  düş­
məsi,  burada  anası  ilə  görüşməsi  mərhələsi  bu  obrazın 
peşəkar  inqilabçı  əqidəsinə  məlikliyinin  bariz  nümunəsi­
dir.  Biz iki  Mərdanla qarşılaşırıq.  Kənd ürəyinə,  ana  intiza­
rına  tabsız  Mərdanla:  "Qadın  bir  də  bütün  boyu  ilə  ayağa 
qalxanda  Mərdan  nə  duydusa  dodaqları  titrədi...rəngi  də­
yişdi,  başını  qaldırmaq  istəyəndə yarası  göynədi.  Qışqırıb 
başını  yastığa  basdı.  Qadın  onun  qışqırtısına  yaxınlaşdı! 
Yehicə  açılan  səhər  işığında  Mərdanın  kölgə  kimi  cansız 
sifətinə  baxanda  ikiəlli  dizinə çırpdı:  -Mərdan!
-  Ana!
-  Oğlum!
-  Anacan!".
Və  inqilabdan  azadlıq,  bərabərlik,  xoşbəxtlik  umduğu 
hökumət:  "Üç  gun  idi  ki,  Mərdan  həkimlərlə  deyinirdi.  Bu­
nun  da  səbəbi  vardı.
O,  Bakı  fəhlələrinin,  qəza,  dəmir yol fəhlələrinin,  həm­
karlar  ittifaqının  və  kəndlilərin  aləmə  səs  salan  hərəkatını 
bilirdi.  Son  günlərdə  Yəhyanın  başı  çox  qarışıqdı.  Hətta 
təşkilata  gələn  bəzi  məlumatı  vaxtında  Mərdana  çatdıran 
olmurdu.
O,  inqilabi  döyüşlərdə,  üsyanlarda,  partizan  dəstələ­
rində  vuruşmaq  arzusu  ilə  yaşayır.  Sovet  hökumətinin  si­
_______________________
109
---------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə