A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə25/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   21   22   23   24   25   26   27   28   ...   82

"pullar iy vermir"- həmin əxlaqın (davranışın) daxili,  iç sax­
talığını  aşkarlayan  ən  səciyyəvi  şüardır,  niyyətdir.  Bunun 
qarşısı  alınmalıdır  və  mütəmadiliyə  çevrilməməlidir,  işgü­
zar düzlüyə,  dəyişməz  ədalətliliyə  üz  tutmalıdır,  qurulmuş 
müstəqil,  demokratik sistemimizin  inkişafına  və  formalaş­
masına varlığı  ilə səy göstərməlidir.  Əgər əxlaqımızın çağ­
daş  durumunda  müdafiyə  etdiyi  əsas  sərvət,  korrupsiya, 
bunlara  yiyələnmək  üçün  bütün  fəsadlara  aşina  kəsilmək- 
dirsə və bunlar məmurun  işgüzar fəaliyyətinin(l)  nəticələsi 
olaraq  başlı-başına  buraxılmışsa,  ideal  məqsədə  çatmaq­
dan  söz  gedə  bilməz.  Yeni  yaranmada  hələlik  özünü  sər­
bəst  aparan  bu  əxlaq,  məmurun  davranışı  istiqamətini 
doğruldan  xudbin  israfçılıq,  sərvət  yığımı  və  şairəni  özün­
də əks etdirən  bütöv bir kazustik dəlillər sisteminə qoşulur.
Mərdanın  apardığı  işgəncələrlə  dolu  bu  mübarizənin 
səfasını  görmək özünə qismət olmadı  və yaxşı  ki,  cəhd et­
dikləri və nail olduqları yeni  cəmiyyət etimadı  doğrultmadı. 
Baxmayaraq,  daima  tərif  kürsüsündən  düşmədisə,  70  il­
dən  sonra  ümumiyyətlə siyasi  sistemlər səhnəsindən  bia­
bırcasına  düşdü..
Mərdanı  biz  sərt  adam  kimi  görmürük  və  bu  xarakteri 
onu özünəqədərki  o  inqilabçı  obrazlardan  fərqləndirir.  On­
da  kəndə  bağlılıq,  xəyalpərvərlik  güclüdür,  görünür  bu,  iki 
cəhətlə:  hələ şəhərə yovuşmaması  və ana-qardaş  məhəb­
bətinin  gücü  ilə  bağlıdır.  Bununla  Mərdan  sxematik,  quru, 
stixi  obrazdan  çıxır.  O,  yola  düşür  və  yol  boyu  düşünür: 
"Mərdan  getdikcə  başını  qaldırıb  üfüqə,  qaranlıq  havaya 
baxırdı,  gecə  keçdiyini  görüb,  daha  da  addımlarını  geniş 
atırdı.  Mərdan  susamışdı.  Lakin  qəsdən  su  içmirdi.  Kəndi, 
anasını  qardaşını  düşünüb,  bir  neçə  saatdan  sonrakı  se­
vincli  görüşü  xəyalına  gətirir,  atəşini  unudur,  gülümsəyir­
di:  "Anam  indii  evdə yatır,  bəlkə də fikir -xəyaldan  gözünə
_______________________
9 8
________________________
yuxu getmir.  Bəlkə də mənim yolumu gözləyir".  Birdən ya­
dına düşdü  ki,  Bahar kənddə deyil,  o,  Baharı  qonşu  kəndə 
nökər verdiklərini  neçə ay  bundan  qabaq  eşitmişdir".
Mərdan  saf gəncdir və  Mir Cəlal doğru olaraq oxucuya 
təqdim  edir  ki,  inqilabçının  mütləq  sərt,  yeri  gələndə  ko­
bud,  qırmızı  qana  meyilliliyi  və  s.  vacib  deyil.  İnqilabda 
ölüm,  məhv  etmək  halları  aparıcıdır.  Tarixdən  bəllidir.  Və 
tarix də sübuta yetirdi.  Sovet  inqilabçıları  hakimiyyətə gəl­
dikdən  sonra  "qırmızı  terrora",  küçədə  güllələməyə,  edam 
etməyə  güclü  üstünlük  verdilər.  Lenin-Stalin  rejiminin 
praktik  inkası  isə  hələ qabaqdadır.  Mən  bu  nəzərdən  Mər­
dan  obrazını  ədəbiyyatda  orijinal  obraz  hesab  edirəm.
Budur,  Mərdan  kövrək  aləmini  kövrək  və  isti  təbiətli 
kəndə gətirir:  "Mərdan  bu xəyallardan daha da təsirlənirdi, 
sanki  kənddən  çıxanda  kədər  və  iztirabdan  çırpınan,  indi 
isə  həyəcandan  döyünən  qəlbini  büllur  kimi  pak  və  şəffaf 
qəlbini  hamıya,  ən-əvvəl  anasına və qardaşına  göstərmək 
istəyirdi.  Sanki  yaxın  gələcəyin  parlaq  ümidlərlə  dolu  qəl­
bi  onu  kəndə,  ailəyə  gətirdiyi  ən  əziz  sovqat  idi".
Ona  təsəlli  verən  qarşıdakı  xoşbəxt  gələcəkdir,  inqila­
bın  nəticəsidir. Odur,  ayaqları doğma yurduna tələsir:  doğ­
ma  evi,  anasını,  qardaşını  görəcək,  şəhərə  daha  ürəklə, 
arxayınlıqla  qayıdacaq.  Nəhayət,  Mərdan  həyətin  çəpərini 
aşır,  ürəyi çırpınır. Gözlərinə inanmaq  istəmir:  uzun qovaq 
ağacı  yoxdur,  Evin  damı  çöküb,  o  uşaqlıq  xatirələri  də  be­
ləcə  məhv olub;  deməli,  anası  da,  uşaq  da  yoxdur.  Gəlişi­
nin  peşimançılığını  çəkir:  "Ata  xanimanının,  gümana  gəl­
diyi  yeganə məhrəm ailə ocağının  belə dağıldığını,  bərbad 
edildiyini  gözü  ilə  görmək  ona  ölümdən  betər  idi.  Onun 
duyğuları  da fikri  kimi  donmuşdu"
Hamımızın  başına  gələ  biləcək  bu  mənzərə,  hadisə 
oxucunu  da  kədərləndirir və  bu  hadisənin  nə  zamana,  nə


də  ictimai  münasibətə ehtiyacı  var.  Uşaqlığın,  yeniyetmə- 
liyin  məhv  olunan  görümü.  Mir  Cəlal  sanki  sosial-siyasi 
məsələni  mənəvi  -əxlaqi  müstəviyə  keçirir.  Söhbət  bir  ai­
lənin  uçuldulmuş  evindən,  söndürülmüş  ocağından  gedir. 
Mərdana,  ailəsinə  mühitin  "mükafatı".  O,  bu  mənzərədən 
iztirablanır,  ötənlərə  qayıdır.  Nədir  bu  evin,  bu  sahibənin 
günahı?  Məgər onlar eyni  dindən,  eyni  millətdən  deyillər? 
Mərdan  açıq  damın  divarına  baxır,  qəzəbindən  dodoqları- 
nı  gəmirir,  başından ağrı  qopur.  Səsini  içində boğur.  Yazı­
çı  isti  təsvir  ilə  ibrətli  mənzərə  yaradır:  "Narın  qış  yağışı 
səpirdi,  gecə  məzar  sükutu  ilə  yatırdı.  Mərdan  uçmuş  ev­
lərinin qabağında kölgə kimi tərpəşirdi. O,  hara gedə bilər­
di?  Kənddən  qaçaq  düşmüş  adam,  evi  dağılmış  adam 
üçün  gedəsi  hara  var?  Onu  kim  qəbul  edər?”
Bu  düşüncədə  iki  əxlaqla,  sosial  yanaşma  ilə qarşılaş­
dırır  yazıçı.  Birisi  bir  kənd  sakininin  evinin  yandırılması: 
nə olsun  ki,  sahibi  yoxdur,  yaxud  hansısa günahı  etmişdir. 
Məgər  belə  olanda  varlığa  əl  atırlar?  Obirisə,  evdən  baş 
götürüb getmiş ev sahibinə qarşı  haqsızlıq,  vəhşilik.  Bu və 
ya  başqa yönümdə  Mərdan  bunları  etiraf edir-təsəlli  nami­
nə.  Lakin  bütün  əxlaq  qaydalarında  belə  şey  yolverilməz­
dir!  Mərdan  özü  hiss  etmədən  "inqilabi  əxlaq"ın  axarına 
düşür.  Hələliksə  bu  xofu  humanst  planda  qavrayır.
Romanda  Mərdan  şəhərlə  kənd  arasında  bir  əlaqəçi 
rolunu  oynamaqla,  şüuru  mühitdə  inkişaf etdikcə  maarifçi­
lik funksiyasının daşıyıcısına çevrilir.  Partiyanın tapşırıqla­
rını  yerinə  yetirir.  Mərdan  baxmayaraq  kənddə  böyümüş­
dür,  lakin  o,  "yaşından  və  mühitindən"  irəli  getmiş  fəhlə 
obrazıdır.  Ağıllı,  fədakar,  qorxmaz  bir gəncdir,  sözünü  bə­
zən  "qoruya"  bilmir;  bununla  müəllif  belə  bir  nüansa  toxu­
nur ki,  kəndimizdə  heç də  hamı  kütlə  psixologiyasına  ma­
lik  deyil.  İctimai-siyasi  vəziyyətin  bulaşmasından  xəbər­
---------------------------------------
100________________________
dardır.  Mərdanın  belə  düşüncəsi  vağzalda  olarkən  şahın 
gəlişiylə  bağlı  qarmaqarışıqda  nisbətən  açılır.  Burada  hö­
kumət adamları  da,  şikayətçilər də,  xəfiyyələr də  vardır.
Bir epizoda  diqqət  yetirək:
"Kecəpapaq  başqalarına  macal vermədi:
-   Nə  barədə  olacaq,  görmürsən  İran  camaatı  əl-ayaq 
altda  tərk  olur?  Görmürsən  yetim-yesir  arada-bərədə  qırı­
lır.  Bizə çarə eləsin. Şahımızdır.  Nə öz yerimizdə bizə  gün 
verir,  nə  də  qürbətdə  yaxamızdan  əl  çəkirlər.  Toyuğa  qiy­
mət  verirlər,  iranlıya  yox"...Ardını  yazmadığımız  bu  epi­
zodda  yazıçı  bəzi  mətləblərə  toxunmuşdur.  Birincisi,  İran 
şah  üsul-idarəsinin  qeyri-insani,  həqarət  səpən  rejimidir. 
Şah sülaləsi  uzun  illər İran xalqını  mənən,  mədəniyyətcən, 
təhsilcən  və  s.  parametirlərdə  öldürmüşdür.  Əslində  İran 
xalqı  deyəndə  azərbaycanlılardır  əhalinin  70-80  faizi. 
Məntiqlə səfalət bizim  payımıza  düşür.  Həmən  rejim  təəs­
süf  ki,  indi  də  hökm  sürməkdədir.  İkincisi,  dövlət  başçısı­
nın  öz  xalqına,  vətəndaşlarına  laqeydliyidir,  yuxarıdan 
aşağı  baxmasıdır.  Qəribədir,  Şərq  despotizmində  bu  pro­
ses  daima  mövcud  olmuşdur,  bu  gün  də  istisna  deyil.  Bır 
qədər  dərinə  gedək,  tarixən  varislik  məsələsinə  qayıdaq. 
Şərq  hakimiyyətində  mənəviyyat  sosial-iqtisadi  münasi­
bətlərin  xarakterilə  şərtlənmişdir,  yəni  keyfiyyət  baxımın­
dan  müxtəlif  (növ)  münasibətlər  əxlaqın  yeni  tiplərin  ya­
ranmasına  imkan  vermişdir.  Müxtəlif  ictimai-siyasi  forma­
siyalarda  (ukladlarda)  əxlaq  sistemləri  parçalanmışdırsa, 
qüvvədə  qalmışdır.  Ona  görə  də  cəmiyyətə  lazımlı  olan 
şəxsiyyətlər  də  tipoloji  baxımından  sosial  münasibətlərin 
xarakterilə  ölçülmüşdür.  Marksın  dediyi  şəkildə:  insanın 
mahiyyəti  ayrıca fərdə xas  mücərrədlik deyil,  həqiqətdə  o, 
bütün  ictimai  münasibətlərin  məcmuudur.
Mir Cəlal  İran  mühitindən valideynləri vasitəsilə xəbər-
____________________ __
101----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə