A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə22/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   18   19   20   21   22   23   24   25   ...   82

lətinə  məxsus  soydaşları  ərmağan  edir.  Bəs  haraya  çəkil­
mişdir  mərhəmət  hissi?  Əzəldənmi  bizim  ruhumuzu  tərk 
etmişdir  bu  xeyirxahlıq  duyğusu?  Xeyr.  Amma  Azərbay­
can  torpaqlarının  işğalı  və  istismarı-  Rusiya  imperiyasının 
murdar  caynaqları,  başabəla  "qara  qızılı"  xalqın,  millətin 
xarakterinə,  milli  ruhuna həmlələr etmiş,  gen yaddaşından 
ayrı  salmaq  niyyətini  ödəmişdir.  Kapitalizmin  ayaq açma­
sı,  sənayenin  inkişafı,  güclü  rəqabət,  sərvət  uğrunda  çar­
pışmalar  mərhəmətli  insanların  içərisinə  soxulmuş,  hətta 
xırda sahibkarların davranışını  ləkələmişdir. Qəssab, tacir, 
dükançı-  bunlar  hələ  istehsalın  kənarında  dayanan  sub­
yektlərdir,  di  gəl,  sahiblər daha  da varlanmaq  həvəsinə yi­
yələnirlər.  Onlar  üçün  sabah  "Vətənini,  torpağını  qoruya­
caq,  idarə  edəcək  Baharların  qiyməti  sıfıra  bərabərdir 
Bahar  -  bir  cocuq  şəhərdə  kimsəsiz  varlıqdır,  o,  xoş­
bəxtliyinə çatacağına inanır,  bir azdan hiss edəcəkdir, onu 
xeyir yox,  şər  gözləyir.  Yazıçı  reallıqdan  çıxış  edir və  He- 
gel  fəlsəfəsində  dayanır.  Hegel  xoşbəxtlikdən  danışırkən 
vurğulamışdır  ki,  şər  də  obyektiv  şəkildə  mövcuddur,  "a- 
zad  iradə"nin ayrılmaz və həm də  inkarı  cəhətidir.  Tarixən 
insan  yaxşılıq  etməyin  tərəfdarı  olmuşdur  və  bu  cəhət 
onun xislətindədir. O,  mütləq dəyərdən qaçmamalıdır,  am­
ma  insanın  başqa  bir  xisləti,  xarakteri  də  gizlədilməməli­
dir.  İnsan  bu  fəsadı  necə,  nə  üçün qazanır? Sualın cavabı 
çətindir.  Hegelə  qayıdaq.  O,  yazırdı  ki,  bəziləri  belə  gü­
man edir onlar -insan təbiətinə görə yaxşılıq edəndir, -  de­
dikdə olduqca dərin  bir fikir söyləyirlər,  lakin onlar unudur­
lar  ki,  insan  öz  təbiətinə  görə  yamanlıq  edəndir-  sözlərin­
də  daha  dərin  məna  vardır.  İnsanların  ictimai  mühitin  tər­
kib  hissəsi  olan  istehsalda  inhisarçılıq  prsixologiyasının 
diqtəsi  şüurlu  aşılanmadır.  Ümumiləşdirsək,  neft  Bakısın­
da  XX  əsrin  əvvəllərində  yaşayanlarda  firavan  həyata  ba­
_______________________  
8 6 ---------------------------------------
şı  qarışanlarda  laqeydlik,  biganəlik,  Vətənə  və  onun  gənc 
nəslinə  saymazlıq  formalaşması  çox-çox sonralar öz  bəh­
rəsini  verdi  və bu  imperiyanı, dövləti  öz şəxsi  maraqlarına 
yönəldən  bir qrup  elita  nəsli  üçün  sərfəli  oldu.
Bahar  nəsli  yoxsulluqdan  miskinləşməli,  sağlamlığını 
itirməlidir,  bu  isə  təbii  olaraq  ağılın,  dərrakənin  itirilməsi­
nə gətirib çıxarmalıdır, kütbeyin, yararsız nəsil yetişməlidir 
ki,  dövlətin  başında  oturanlar  rahat  həyatlarını  yaşasınlar. 
Tarixən  belə bir proses olmuş və böyük yazıçımız  romana 
Bahar obrazını  gətirmişdir.  Bəli,  belə  proqnoztika  mövcud 
olmuşdur.  Alman  filosofu  Feyerbax  bu  məsələlərdə  "sola­
xay",  lakin  düzgün  mövqeyini  saxlamış və məşhur tezisini 
irəli  sürmüşdür:  Əgər aclıq və yoxsulluq üzündən sənin 
bədənində  qida  maddələri  yoxdursa,  onda  sənin  ba­
şında da, sənin hisslərində də, sənin ürəyində də əxlaq 
üçün  qida yoxdur.
Saraylarda  bir cür,  komalarda  isə  başqa  cür  düşünür­
lər,  ehtiyac qanun  tanımır.
Mir Cəlala qayıdaq:  "Son  ümüdlə  özünü xozeynin qa­
pısına saldı.  Qorxa-qorxa döydü.  Səs-səmir yox idi.  Donan 
və  qovuşan  barmaqları  ilə  qapının  dəmirini  bir də  tərpət­
di.  Həyətdə  qarı  ayaqlayan  addım  səsi  eşidiləndə,  uşağın 
sönən  ümidlərinə  sanki  həyat  işığı  saçıldı.  Qapı  açılanda 
azıb  yorulmuş  pişik  balası  kimi  cəld  içəri  girmək  istədi. 
Xanım əlindəki  mitili- Baharın yorğanını və gətirdiyi  ağacı­
nı  eşiyə  atdı:
-   İtil,  hansı  cəhənnəmə  gedirsən,  get!
Baharın yalvarışları  qadına-  anaya əsla təsir göstərmir 
və qapını  bərk çırpır".
İlk  baxışda  əsərin  məzmununda  kədərləndirici  kövrək 
notlara  xidmət  edən  bu  "göz  yaşı  romam"  daha  dərin  fəl­
səfi-etik  dünyagörüşünə  xidmət  edir.  Əgər  azəri  -türkün
_______________________  
8 7
---------------------------------------


yaşlı  nəslində:  kişisində  və  qadınında  gənc  nəslə,  xüsusi­
lə,  yeniyetmələrə,  cocuqlara  nifrətə  bələnmiş  laqeydlik 
güclüdürsə...bizi  sonralar  nə  gözləyir?  Cavabı  birmənalı­
dır:  fəlakət  dolu  milli  faciyə!
İnsanın  insana məhəbbəti  olmalıdır və bu əxlaqın əsas 
prinsipinə  çevrilməlidir.  Hərəkət  və  davranışının  nəticələ­
rini  əvvəlcədən  görməyi  bacarmalıdır.  Cəmiyyəti  idarə 
edən  bir qrup  təbəqədə  intellektuallıqla  yanaşı,  təbii  ins- 
tikt olmalıdır və  insanın  xoşbəxtliyinə təminat verilməlidir. 
Xalqın  xoşbəxtliyi  ön  planda durmalıdır və ölkənin  varlan­
ması,  istehsalçıların qanunlar çərçivəsində hərəkəti  bu an­
lama  xidmət  etməlidir.  Gələcəkdə  hansı  cəmiyyətə  doğru 
gedişin  ümumi  məqsədə  dəxli  olmamalıdır.  Cəmiyyətin 
gələcəyi  olan  uşaqlar,  gənclər  atılırsa,  həyatın  dibinə  yu­
varlanırsa...xoşbəxtlikdən  danışmağa  dəyməz.  Fransız 
J.J.  Russo  "Xalqın  xoşbəxtliyi  haqqında"  qeydlərində  və 
digər  əsərlərində  belə  bir  ideyanı  irəli  sürmüşdür  ki:  "Ən 
yaxşı  idarə  üsulu  qüvvətli  idarə  üsulu  deyil;  xalqın  ən  xoş­
bəxt  olan  idarə  üsuludur,  qüdrət  yalnız  vasitədir,  məqsəd 
xalqın  xoşbəxtliyidir.  Ayrı-ayrı  fərdlər,  cəmiyyət  üzvləri 
xoşbəxt  deyilsə,  ümumi  xalqın  xoşbəxtliyindən  danışmaq 
mənasızdır"...Ona  görə  ki,  Bahar  və  baharlar  bədbəxtdir, 
bir kimsə ona və onlara  yaxın  gəlmir,  soyuq  əlindən  və  əl­
lərindən yapışıb isti  komaya aparmır.  Sanki şəhər bu  "qor­
xunc  kabus"dan  qorxur.  Belə  təqdirdə  Məmləkət  xoşbəxt 
ola  bilərmi?  Bahar  isə təkbaşına doğma şəhərin  sakinləri­
lə  vuruşur,  mübarizə  aparır  ki,  ay  insanlar,  mən  yaşamaq 
istəyirəm.  Qoymayın  mən  donub  ölüm.  Qoymayın!  Əbəs­
dir bu acı fəryad.  O,  bütün gücünü toplayıb addımlayır.  Qa­
baqda  səs  eşidir,  qorxulu  və  sevincli  səs.  Səsə  can  atır, 
mümkünsüzdür,  taqəti  çatmır.  Dizləri  bükülür,  ayaqları  tər­
pəşmir.  Ona  elə  gəlir,  yorulmuşdur,  dincəlib  sonra  getmə-
--------------------------------------- 
8 8 _______________________
lidir:  budur,  yataq  kimi  yumşaq  qarın  içində-nəfəs  almaq 
olar.  Zehni  bu  fikirlə  məşğulikən  kimsə,  nə  üçünsə  onun 
vücudunu  yerdən  ayırdı,  var  gücü  ilə  silkələdi,  sonra  hər 
şey qarışdı,  hər şey anlaşılmaz oldu
Baharda  hələ  təslimçilik  ruhu  onu  sarmamışdır,  iradə­
si onu xoşbəxtliyə aparır və o, anasına, qardaşına qovuşa­
caqdır.  Romanın  ən  əsrarəngiz,  sentimental  və  kədərlən- 
dirici  yeri.  Yazıçı  bəlkə  də  fəhmlə  hər şeyi  bu  yerdə  qələ­
mə  almışdır:  Baharın  tədricən  xarici  aləmdən  ruhi  əlaqəsi 
kəsilir,  sanki  klinik  ölüm  keçirir.  Ruhu  maddilikdən  çıxır. 
Birinci qatda mistik aləmə qovuşur:  "Gözünə qəribə bir yu­
xu  dolurdu:  yazdır,  sel  şaqqıltıyla  gəlir,  kənd  uşaqları  cər­
gə  ilə  tamaşaya  durmuşdular!  Ağaməcid  onu  itələyib  bu­
lanıq  daşlı  sulara  salır.  Su  topuğuna,  sonra  dizinə,  daha 
sonra  döşünə  qədər qalxır.  Bahar  qışqırır.  Anası  söyə-sö- 
yə  yüyürür.  Ağaməcidi  qarğıyır.  Oğlunun  əlindən  tutub  qı­
rağa  çəkməyə  çalışır,  əli  çatmır.  Baharın  ayağı  yerdən 
üzülür.  Sel  onu  beşik  kimi  yırğalayır,  daşdan-daşa  vurur. 
Anası  da  özünü  çaya  atır,  onlar  bulanıq  suda  üzürlər.  Ağ­
zına  su  dolur,  səsi  çıxmır  "
Yazıçı  Bahara  ikinci  qatda  Mistik  görüm  -  ruhun  məs­
kənində  təsvir  edir.  Baharın  gözünə  isti  evlər,  qızarmış 
təndirlər görünür.  Özünü o  yerlərdən  birinə  salmaq  istəyir, 
mümkün  olmur:  Sahibləri  var.  Pəncərələrdən  işıq  süzülür, 
bunun  da  yiyəsi  var.  Sahibsizlik  bir azdan  cocuğun  ömrü­
nə  nöqtə  qoyacaq  boran,  şaxta  idi
Üçüncü  qatda  -  ruhun  son  nəfəsi  təsvir  olunur.  Şirin 
xəyal əriyib həqiqəti  üzə çıxarır,  ayaqları  sanki özünün de­
yil,  haradadır  o?  İndi  anlayır  ki,  məkandadır.  Qolu  quru 
ağaca dönüb,  sallanır,  gözlərinə,  başına  iynə batır.  Və bir­
dən  yadına  düşür ki,  qardaşının  amanat  kağızı  cibindədir, 
yoxlamaq  istədi, fəqət...Gözü şüşə ilə örtülmüşdü. Tərpən-
8 9
---------------------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə