A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə11/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   7   8   9   10   11   12   13   14   ...   82

"Yolumuz  hayanadır"  romanı  barədə  bəzi  təfərrüatla 
kifayətlənməli  oluram.  Çünki  əsər  nəşrindən  sonra  ciddi 
ədəbi  mübahisələrə imkan verdi.  Mövzusu görkəmli satirik 
şairimiz  M.Ə.Sabir və  onun  yaşadığı  mühitdən  alınmışdır. 
Dövr də  mürəkkəb  idi,  əsərin yazıldığı  ictimai-siyasi şərait 
də.  Mir  Cəlalın  özü  də  daima  tənqidçilərə  "bəla"  açırdı. 
Bunu  mən  yazıçının  sakit,  səs-küysüz  şəxsiyyəti  və  yara­
dıcılığı  ilə də  bağlayıram
Nüfuzlu  tənqidçilərdən  M.Hüseyn,  M.C.Cəfərov,  Cəfər 
Xəndan,  Abbas  Zamanov,  Əhəd  Hüseynov,  Bəkir  Nəbi- 
yev,  Yəhya  Seyidov  və  digərləri  roman  haqqında  az-çox 
danışmaq  imkanını  qaçırmamışlar.  Mehdi  Hüseyn:  "Yolu­
nuz hayanadır" əsərinin ən  böyük məziyyəti  xalqımızın se­
vimli  şairi  Sabiri  öz  mühitində,  həm  də  bu  mühitin  mürək­
kəb  şəraitində  baş  verən  ədəbi-fikir  mübarizələr  fonunda 
göstərməsidir  Adamların  səciyyə  və  psixolojisini  özünə 
məxsus  bir  məharətlə  açmışdır'9" 
Cəfər  Xəndan:  "Mir 
Cəlal  elə  faktlar,  elə  hadisələr  seçmişdir  ki,  bunlar  geniş 
həcmdə  birinci  dəfə  bu  romanda  təsvir  olunur.  Belə  hadi­
sələrdən biri  XX əsrin əvvəllərində ziyalılar arasındakı zid­
diyyətlər.  məktəb,  maarif,  mətbuat  aləmi,  ailə-məişət  mə­
sələləri  və  şairədən  ibarətdir...Yazıçı  Şamaxı,  Bakı  və Tif­
lis  həyatında  yuxarıda  danışdığımız  məktəb,  maarif,  mət­
buat və s.  məsələlərə daha geniş yer vermiş və çox zaman 
bunları  Sabirlə  bağlamağa  çalışmışdır"1
9
 20.  Əziz  Ş ə rif:  "Ro­
man  şairin  həyat və  mübarizəsinin  inandırıcı  mənzərəsini 
çəkir,  bizi  Sabiri  əhatə edən  mühitlə tanış  edir"2’.
19.  Bax:  "Azərbaycan" j..  1959,  N°1.  səh.  18.
20.  Cəfər Xəndan.  Mir C ə la l,  B.  1958,  səh  45.
21.  Əziz Şərif.  Roman  Sabira.  "Durujba  narodov” j.  1958.  Ns
7.  səh 224
42
Lakin Çexova qayıtsaq, "bizdə tənqid olsaydı,  onda bi­
lərdim  ki,  nə  yazıram"  fikri  üst-üstə  düşür.  Abbas  Zama­
nov,  Qulu  Xəlilov,  Əziz  Mirəhmədov  roman  haqqında  kəs­
kin  rəydə  olmuşlar.  Sabirşünas A.Zamanov əsəri  tam mü­
vəffəqiyyətsiz  roman  gözündə görmüş,  bir ağacda  oturub, 
min  budağı  siləkələmişdir və yazmışdır:  "Romanda  Sabiri 
bədii  xarakter  kimi  canlandırmaq  üçün  son  dərəcə  sönük, 
bəziləri  qondarma,  bəziləri  isə  heç bir  təsir qüvvəsi  olma­
yan  adi  əhvalatdır.  Əsərdə  Sabir  obrazı  yoxdur.  Müəllifin 
təqdim  etdiyi  Sabir  bizim  tanıdığımız  Sabir  deyildir.  Biz 
Sabiri  belə təsəvvür etmirik".  Buradaca  münasibətimi  bil­
dirərdim  ki,  mərhum  professor Abbas Zamanov  unudur ki, 
roman janrının  spesifik  xüsusiyyətləri  var və  ümumən  bə­
dii  əsərdə yazıçının həyat materialına,tarixi faktlara müna­
sibəti  sərbəstdir.  O,  tarixi  bədii  oçerk yazmır ki  mənbələrin 
əsirinə  çevrilsin.  Roman  fotoşəkil  təqdim  etmir  oxucuna. 
Şəxsiyyət  qalır,  onun  fəaliyyəti  inkar  olunmur,  ətrafı  da 
həmçinin.  Lakin  yazıçının  öz fərdi  yanaşma  üslubu,  təsvir 
məharəti  var  ki,  ona  görə  də  biz  romanı  zövq  ilə  əlimizə 
alıb  oxuyuruq.  Dahi  rus  tənqidçisi  V.Q.Belinski  təsadüfi 
yazmırdı:  "Roman  tarixi  faktları  ifadə  etməkdən  çəkinib, 
onları  yalnız  məzmunu  təşkil  edən  xüsusi  hadisələrlə  əla­
qədar  bir  şəkildə  alır,  ancaq  bu  vasitələrlə  tarixi  faktların 
daxili tərəfini, necə deyərlər, astarını açıb bizə göstərir,  bi­
zi tarixi şəxsiyyətlərin kabinəsinə, yataq otağına aparır, bi­
zi  onun  evdəki  məişətinin  ailə  sirlərinin  şahidi  edir.  Onun 
bizə yalnız  rəsmi  tarixi  libasda  deyil,  həm  də  xalatda,  qal­
paqda  göstərir.  Ölkə  və  əsrin  koloriti,  onların  adət  və  eti­
qadları tarixi  romanın məqsədini təşkil etmirsə də, hər hal­
da onun  hər bir əlamətində  ifadə olunur.  Ona görə də tari­
xi  bir  roman  elə  bir  nöqtəyə  bənzədilə  bilər  ki,  orada  tarix 
bir  elm  olaraq  incəsənətlə  birləşir.  Tarixi  roman  tarixə  bir 
əlavə,  onun  digər bir cəhətidir"22.
22.  Belinski V.QSeçilmiş əs ərə!ən. B., 1948. səh. 53-54.
_________________________  
43
  ----------------------------------


Romanda  ictimai  və  ədəbi  mühit,  tarixi  şəxsiyyətlər­
dən  M.Ə.Sabirin,  S.M.Qənizadənin,  Əlibəy  Hüseynzadə­
nin,  Mirzə  Cəlilin,  N.Nərimanovun  və  başqalarının  obraz­
ları  təsvir  edilmişdir.  Görəsən  bədii  əsərdə  daha  nələr la­
zımdır?  Əgər  belə  yanaşmaya  qalsa  "Vaqif",  "Cavanşir" 
əsərləri  daş-qalaq  olunmalı  idi.  Əsərdə  dialoqlar,  perso­
najların fərdi danışıq tərzi, təsvir vasitələri,  mətbuat orqan­
larının  yeri  və  s.  məsələlər  geniş  əksini  tapmışdır.  Bəla 
orasında  idi  ki,  Abbas  Zamanov  və  digərləri:  Əziz  Mirəh- 
mədov,  Qulu  Xəlilov  "tarixi  roman"  prinsiplərində  dəyiş­
məz,  mütləq  tarixliyi  görürmüşlər.  M.Cəlal  hər  bir  tarixi 
şəxsiyyəti  bədii  təxəyyülündə görə  bilmək  səlahiyyətində- 
dir,  öz  yozumunda  tipikləşdirmək zorundadır.  Yazıçı  tarix­
çi  deyil  və  onun  roluna  girməməlidir,  yalnız  faydalanmalı­
dır.  Mehdi  Hüseyn  tamamilə  haqlıdır:  "Yazıçının  vəzifəsi 
heç  də  tarixi  şəxsiyyətlərin  fəaliyyətini  başdan-başa  izlə­
yib.  bədii  tərcümeyi-hal  yaratmaqdan  ibarət deyildir”23 2
4
.
Konkret  romana  gəldikdə  böyük  ədib  Abbas  Zamano- 
vun  məqaləsinə2,1 -  ədəbiyyat  tarixçisinə  qəti  etirazını  bil­
dirmiş  və cavablandırmışdır25.
23. Mehdi Hüseyn. Ədəbiyyat və sənt məsələləri, B.1958 səh  105.
24. Abbas Zamano.  Biz Sabiri belə təsüvvür etmirik.
"Kommunist" 9,  16 fevral  1958.
25.  Bax:  "Azərbaycan" j.  1958,  N°3,  səh.  152,  155.
-----------------------------  
44
  _________________________
III
Mir  Cəlalın  ideya  axtarışı  yaradıcılıq  potensialından 
ayrılmırdı.  Qazandığı  uğur,  nailolma  ideya  niyyətinin  oriji­
nallığına  cavab verirdi.  O,  bu  ideya  niyyətinin  reallaşması 
üçün  yeni  üslub,  bədii  vasitələr tapırdı.  Lokal  məişət  səh­
nələrindən  uzaqda dayanırdı. Çünki oxucu zövqü,  intellek­
ti tələb edirdi  ki,  bədii  konstruksiya xeyli  dərəcədə  mürək­
kəbləşsin,  süjet  mahiyyətcə adilikdən çıxsın.  Hekayələrin­
də,  romanlarında  qəhrəmanların  davranışı,  hərəkətləri  xa­
rakterik  məişət səhnələrində təsvir olunurdu.  Sərbəst  təh­
kiyə  obrazların  daxili  aləminin  açılmasına  tabe  etdirilirdi. 
Nəsrdə  ciddi  rəqabət  gedirdi  və  bu,  mövzu  təkrarçılığı  ilə 
sonuclansa da,  başqa-başqa yazıçı  təxəyyülündə yazılırdı. 
Əsərlər  bədii  gücü  ilə  seçilməliydi.  M.Hüseyn,  S.  Rəhi­
mov,  Əbülhəsən,  Əli  Vəliyev,  M.  İbrahimov  kimi  sənətkar­
lar ədəbi  meydanda tab gətirirdilər.  Mir Cəlal 30-cu  illərdə, 
müharibəyə  qədər  yazdığı  hekayələrdə,  romanlarda  öz 
daxili  iztirabını,  sarsıntılarını  yaşayırdı;  bu,  öncə  ondan 
irəli gəlirdi  ki,  mövzular ictimai-sosial siqlətinə görə qlobal 
və məsuliyyətli  idi.  Məişət-  ailə  münasibətləri  yeni  müstə­
viyə qalxmışdı, daha müəyyn dilemmalar qarşısında tərəd­
düdlər  etmirdilər.  Əmin-amanlıq,  azad  məhəbbət,  maarif­
lənməyin  sürəti  və  bahəm vəzifəsindən  sui-  istifadə  edən­
lər  cəmiyyətin  əl-ayağına  dolaşanlar  və  ilaxır  hadisələr, 
zümrələr epik,  satirik  təsvirdə  verilirdi.  Onun  üçün  də  Mir 
Cəlal  müasirləri  tərəfindən  ən  çox tənqidə  və təqdirə  mə­
ruz  qalan,  alqışlanan  yazıçılardan  biridir.  "Dirilən  adam", 
"Bir  gəncin  manifesti",  "Yolumuz  hayanadır?",  "Yaşıdla­
rım",  "Açıq  kitab"  əsərləri  qalmaqalsız  keçmədi.  Tənqid 
yaxşı  dərmandır,  bu  şərtlə,  cana düşsün,  ağrını  sağaltsın,
_________________________  
45
  ----------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə