A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə10/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   6   7   8   9   10   11   12   13   ...   82

Bu  formulə  artıq  standart funksiyasını  itirmişdir və  bu 
gün dünya  roman yazılışı  bu yanaşmanı  rədd edə bilir,  yə­
ni  nisbidir.  İradın  digəri:  romanda  hadisələrin  çox  vaxt  bi­
rinci  şəxsin  dilindən  söylənilməsi-yazıçının  bu  üsuldan 
axıradək  müvəffəqiyyətlə  istifadə  etməməsidir.  Yazıçı 
roman  yazmaqda,  xarakterlər yaratmaqda  tam  sərbəstdir, 
yığcamlıq da  istisna  edilmir.  Eyni  mövzuya ədəbi  baxış da 
həmçinin.  Cəfər  Cəfərovun  "Dirilən  adam"a  münasibəti 
şəxsi  zövqündən  irəli  gəlir;  eyni  zamanda  bədii  əsərin  ha­
silə  gəlməsi  əzabını  yaşamamasını  da  əlavə  edərdim. 
C.Cəfərovun:  "Dirilən  adam"  roman  deyil,  tələsik,  səliqə­
siz və diqqətsiz yazılmış siyasi  nöqsanlı xırda əhvalat" ad- 
landırması  hələ  öz  dövründə  ədalətsiz  səslənmiş,  xüsusi­
lə,  Mehdi  Hüseyn  və  M.Arif  kəskin  etirazlarını  demişlər.
"Bir gəncin  manifesti"  ilə  "Dirilən adam”  arasında bir il 
(1938 və  1939) fərq vardır,  tematika ağırlığı,  üslub seçimi, 
dil  intonasiyası  və  s.  arasında  bir yaxınlıq  özünü  göstərir, 
ona  görə  də  birini  "roman”,  digərini  "povest"  adlandırmaq 
səhvdir.
Bəzi  tənqidçilərin  rəyləri  kifayətdir:  M.Arif:  "Əsərin  də­
yəri  orasındadır  ki,  bir  konkret  kəndli  ailəsi  və  onu  əhatə 
edən  mühit timsalında oxuculara Azərbaycan xalqının ağır 
vəziyyətini  açıb  göstərmişdir1,1.  M.Mübariz:  "...bu  əsər  bir 
muzdur ailəsinin  tragediyası  fonunda  müsavat bandasının 
rəzil  Simasını  ifşa  edir"1
4
 15.  Mehdi  Hüseyn:  (C.Cəfərovu  nə­
zərdə  tutur  -  A.E.)  "Dirilən  adam"  romanını  "əhvalat"  ad­
landırmaqla da bədii əsərdə məhz sadəliyə və təbiliyə qar­
şı  çıxırdı”16.
14. M Arif: "Dirilən adam” haqqında, "Ədəbiyyat qəzeti",  11 may 1939.
15.  M.Mübariz.  "Ədəbiyyat  qəzeti”,  05 iyun  1939.
16.  M.Hüseyn. Azərbaycan  ədəbiyyatının  yaradıcılıq problemləri.
Əsərələri.  X c.  B.,1979,  səh.  32.
---------------------------------- 
3 8
_________________________
Sonralar M.C.Cəfərov,  Məsud Əlioğlu,  Qulu  Xəlilov və 
başqaları  "Dirilən  adam"  romanının  baş  personajı  Qədir 
haqqında  obyektiv  fikirlər  irəli  sürmüşlər.  Mən  bu  sırada 
Y.İsmayılovun fikrinin  üstündən keçməyi  haqsız sayardım: 
"Mir  Cəlalın  inkişaf  edən  bədii  nəsri,  roman  yaradıcılığı 
üçün  səciyyəvi  olan  bir  çox  məziyyətləri  bu  əsərində  də 
("Dirilən  adam"  nəzərdə  tutulur.  -  A.E.)  görürük.  "Dirilən 
adam"  müəllifin  həyatı  dərk və  dərketmə  imkanlarının  bə­
dii  rənglərini  üzə çıxaran  bir romandır.  Burada həyat hadi­
sələri,  ictimai varlıq,  insan  səciyyələri  və onların  mahiyyə­
ti.  Mövcud  hadisə  və  vəziyyətlər  ancaq  realist  qələmlə 
göstərilmir.  Təsvirlərdə  realizmi  bəzəyən  və  qanadlandı­
ran  romantika  da,  romantik  boyalar da  iştirak edir"17.
Müharibədən  sonra  -  50-ci  illərə  qədər  Mir  Cəlal  iri 
həcmli  epik  əsərlər  qələmə  almadı,  lakin  ara-sıra  hekayə­
lər,  publisistik  məqalələr,  elmi  əsərlər  yazdı.  Füzuli  poezi­
yasını  xüsusi  araşdırdı.  Yazıçının  yaradıcılıq  fəaliyyətinin 
intensivsizliyi  kimi  də  yanaşmaq  düzgün  olmazdı.  O,  eyni 
zamanda  Bakı  Dövlət  Universitetində  elmi  və  pedaqoji  işi­
ni  uğurla  davam  etdirirdi;  çoxcəhətli  idi.  Nüfuzu  artmışdı, 
haqqında  yazırdılar.  Məsələ  ondadır,  sənətkarı  təhriketmə 
ilə  "intizama"  çıxarmaq  düzgün  olmazdı  və  onun  qarşısına 
"plan" da qoymaq absurd idi. Qalır yazmaq vərdişinə- "kök­
dən"  düşməmək  başlıca  fiziki  şərt  sayılır.  M.Cəlal  sakit 
oturmurudu, yazırdı.  Amma ədəbi tənqid xofu hələ çəkilmə­
mişdi.  Köhnə  Məmməd  Arif  nəsli  ahıllaşmamışdılar.  bədii 
əsərlərə  operativ  reaksiya  verirdilər.  Etiraf  edək  ki,  bədii 
zövq  məsələsi,  analitik  təhlil  qabi-liyyəti  öz  işini  görürdü: 
Əsəri sırası  ilə, məzmunu, süjeti, obrazları, dili və s. təhlil edi­
lir,  realizmin tələbləri  baxımından yanaşılırdı. Təəssüf ki, be-
17.  İsmayılov  Yaqub,  göstərilən  əsəri,  səh  85.
_________________________  
39
  ----------------------------------


lə  bir  "sərt"  yanaşma  Mehdi  Hüseyndə  də  kök  salmışdı. 
Görünür,  vaxtında  yaranan  bu  cür  ədəbi  məhsulları  qiy­
mətləndirmək  bəzi  yazıçıları  "məhsuldarlıq"dan  qoyurdu. 
M.İbrahimov.  M.Hüseyn.  Mir Cəlal fasilə  ilə  roman yazırdı­
lar.  "Gələcək  gün",  "Böyük  dayaq",  "Abşeron",  "Səhər", 
"Bir  gəncin  manifesti",  "Yolumuz  hayanadır"  romanları. 
Digər  tərəfdən  məişət  -sosial  qayğılar,  ruhi  -ovqat  sarsın­
tıları  kimi  yaradıcılıq  psixologiyası  da  mövcuddur və  fərdi 
xarakterlidir.  Heyfslənirəm-belə  incə,  lazımlı,  sirli  faktlar 
niyə yazıçılarımızda olmamışdır?  Axı,  bu  məsələlərə  necə 
də  real  aydınlıq  gətirərdi!  Rus  və  dünya  sənət  adamlarını 
şöhrətləndirən və yaşadan  bir amil də sərbəst olaraq yara­
dıcılıq  laboratoriyalarının  sirlərini  rəsmi:  qeydlər,  epistol- 
yar,  mətbuat vasitəsilə  əbədiləşdirmək  vərdişləri  deyilmi? 
A.Çexov,  İ.Qoncarov,  L.Tolstoy,  İ.Trugenelv  və  başqa  sə­
nətkarlar  təmkinlə,  tənbəllik  etmədən  qələmə  yaxın  dur­
muşlar.  Mir  Cəlaldan  sonra  bir  misal  gətirəcəyəm,  lakin 
məqamı  yetişdiyi  üçün  A.P.Çexova  üz  tutdum.
Yazıçı  23  dekabr  1888-ci  ildə-günün,  ayın  dəqiqliyin­
də yazırdı  ki,  elə anlar olur,  mən  müsbət mənada yazıram. 
Lakin  mən  onu  görmürəm.  Və ona cindən,  damdabacadan 
da  az  inanıram:  camaat avamdır,  pis  tərbiyə  alıb,  yaxşıla- 
rı  isə  vicdansızdır  və  bizə  olan  münasibətləri  qeyri-səmi­
midir.  Mən  bu  camaata  lazımam  ya  yox,  bilmirəm.  Buren- 
pon  deyir  ki,  lazım  deyiləm  və  boş-boş  işlərlə  məşğulam. 
Akademiya  isə  mənə  mükafat  verib,  heç  şeytan  da  bu  iş­
lərdən  baş  çıxarmaz.  Pul  üçünmü  yazım?  Lakin  heç  vaxt 
da  məndə  pul  olmur.  Və  pula  adət  etmədiyimdən  oldu-ol­
madı, demək olar ki,  mənim üçün eynidir.  Pul üçün ləng  iş­
ləyirəm.  Tərif  üçünmü  yazım?  Lakin  tərif  məni  yalnız  əsə­
biləşdirir...Əgər bizdə  tənqid  olsaydı,  onda  bilərdim  ki,  nə 
yazıram,  materialım  yaxşıdır,  ya  pis,  hər  halda  ulduzlar 
astronoma  gərək  olduğu  kimi,  mən  də  özümü  həyatı  öy­
----------------------------------  
4 0
_________________________
rənməyə  həsr  elədiyim  üçün  insanlara  lazımam.  Mən  bu 
vaxt  daha  yaxşı  işləməyə  çalışar  və  bilərdim  ki,  nə  üçün 
işləyirəm".
Bu  cümlələri  rahatca  dəftərçəmə  köçürdüm,  sonra  ya­
zıçının  böyük və  ölməz  mətləbləri  üzərində  düşündüm.
XIX  əsrlə  XX  əsr arasında  paralellər tapası  oldum:  Ya­
zıçıya dövrünün-müasir quruluşun verdiyi  qiymətin  dəyəri, 
xalqamı, yoxsa pulamı yazmaq əzabı, şöhrət-tərif üçün qə­
ləmi  işlətmək,  tənqidin  yoxluğu...Bizim  zamanla,  lap  XXI 
əsrlə  səsləşmirmi?  Hətta  mən  Mir  Cəlal  nəslinin  taleyini 
gördüm,  sənətkardan dövlətin  təbliğat  maşını  kimi  istifadə 
etməsi  və fərqli  olaraq  cüzi  qonarar verməsi,  sosial-siyasi 
səbəblərdən  istifadədən  məhdudlaşdırılması  səddi,  ədəbi 
tənqidin subyektiv-şəxsi  fikirlərinin qeyri-məhdudluğu. Zə­
if,  ya qüvvətli  yazmaq  üçün  daha  nələr  lazım  idi?
Mən A.Çexovun toxunduğu  sonuncu qənaətdən  başla­
maq  istərdim.  30-cu  illərdən  start  götürən  zəif  və  ənənəvi 
tənqid  50-60-cı  illərə  ayaq  döydü.  Yazıçı  təxəyyülü  və  na­
rahatlığı  ilə  razılaşmamaq,  dədə-baba  bədii  strukturdan 
dördəlli  yapışmaq,  ideoloji  ştampı  əldə  hazır tutmaq  məhz 
Mir Cəlalın  da  yaradıcı  taleyinə düşmüşdür.  Belə  ki,  tənqi­
din  irad tutduğu struktur-kompozisiya məsələsi yazıçını di­
lə  gətirdi;  bu,  müəllifin  "Yolumuz  hayanıdır”  (1952-1957) 
romanı  haqqında haqsız tənqidlə bağlı  idi.  M.Cəlal yazırdı: 
"Bu  cəhətdən  (əsəri  söküb  yenidən  yazmaq.-  A.E.)  mən 
qələm  yoldaşlarımın  çoxundan  ayrılıram,  insan  köhnə 
otaqlarını  söküb  təzədən  tikə  bilər.  Ancaq  yaranmış,  ze- 
hinlərə yerimiş əsəri  söküb təzədən qurmaq  mənim təsəv­
vürümə  sığışan  deyil...Əlavə,  sözü  olan  adam  onları  təzə 
əsərdə  deməlidir.  Xırda  qeyd,  təshih  mümükün  olan  şey­
dir,  amma  minlərlə  oxucunun  zehninə  yeriyən  əsən  sök­
mək,  məncə,  xeyirli  iş  deyildir'1'. 1
8
18. Mir Cəlal.  Əsər necə yaranır. "Ulduz” j.  1967,N °  11. səh  17.
__________________ _ 
41
  ---------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə