A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə12/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   8   9   10   11   12   13   14   15   ...   82

daha başqa fəsada yol açmasın.  Bizim ədəbiyyatda da gö­
rünür.  tənqid  ünvanlı  olmuşdur və  təəssüf  ki.  XXI  əsrdə də 
bədii  ənənəsini  yaşadır.  Ədəbiyyat  tarixinə  qayıtmalı  ol­
saq. dünyanın  bütün  ədəbi  proseslərində belə hal  mövcud 
idi.  necə  ki  L.  Tolstoy,  N.  Qoqol,  A.Çexov  və  digərlərinin 
başı  az  ağrımamışdır.  Mən  yenə Çexova  üz  tuturam,  çün­
ki  bu  böyük yazıçı  ilə  Mir Cəlal  nəsrində,  sözsüz,  hekayə­
lərində  ruhi  yaxınlığı  sezmişəm.  Onun  da  qəhrəmanları 
bəzən  daşıdığı  mundirinə  sığışmır,  boş  yerdən  başı  qal­
maqala  qarışır,  özü  gülmür,  güldürür.  Və  amansız  da  tən- 
diqlə  barışırdı.  Çexovu  mühitinin  tənqidi  qane  etmirdi, 
əsəbiləşirdi.  Müasir  qələm  dostlarına,  öz  gündəliyində 
yazdığı  məktublarında,  qeydlərində  bu  səssiz  fəryadı  gö­
rürük.  Mən  təəssüflənirəm ki, professor Mir Cəlal niyə haq­
sız  tənqidi  cavabsız  buraxmışdır?..
A.P.Çexov müasir tənqiddən narazı  idi və çəkinmədən 
sözündən  qalmırdı.  Budur,  konkret  rəyi:  üzünü  Leontyev- 
Şeqlova  tutub  yazırdı:  "Əgər  nüfuzuna  istinad  elədiyiniz 
tənqid  bizim  Sizinlə  birlikdə  bilmədiklərimizdən  xəbərdar- 
dırsa,  bəs  nəyə  görə  bu  vaxtadək  susur,  nəyə  görə  həqi­
qəti  və  sarsılmaz  qanunları  bizə  açmır?  Əgər tənqid  bun­
ları  bilsəydi  inanın,  çoxdan  bizə yol göstərər və bilərdik ki, 
nə  etməliyik  və  Fofanov  da  dəlixanada  yatmazdı.  Qarşin 
də  indiyədək  sağ  qalardı,  Barantyeviç  də  xiffət çəkməzdi 
və  onda  biz  də  darıxmaz,  ürəyimiz  sıxılmazdı"
Mir  Cəlal  yaradıcılığının  təkamülü  səbəbsiz  olmamış­
dır.  "Bir gəncin  manifesti"nə qədər iri  həcmli  əsərini  -  "Di­
rilən  adam"  romanını  tamamlamışdı.  Tarixə  dönüş,  hadi­
sələrin  epik  təsviri,  obrazların  həyatiliyi  və  sairlər 30 yaşlı 
yazıçı  üçün  qeyri-adi  görünə  bilərdi.  O,  biri tərəfdən,  möv­
cud  ictimai  - siyasi vəziyyətin də sənətkar qarşısında  "pər- 
dəarxası"  iddiaları  yox  deyildi.
---------------------------------- 
4 6
_________________________
Şair  bir  ithaf,  yaxud  lirik  şeirlə  canını  sığortalaya  bilir; 
yazıçının  "hesabatı"  isə  bambaşqadır.  Görürsən  Mir Cəlal 
hekayə  yazır,  satira  və  ya  yumora  meyl  edir,  əksikləri 
qamçılayırdı.  Romana,  povestə  gələndə daha  ehtiryatlı  ol­
maq  lazım  gəlirdi.  Bilirsiz,  bu  gün  60-70  il  keçəndən  son­
ra o dövrə qayıtmaq və inqilabı tərifləmək,  inqilabçı obraz­
ları  yaratmaq,  Sovet hakimiyyətinin yolunu  intizarla gözlə­
mək  və  sair  müəllif  yanaşması  ilə  bədii  əsərləri  mənfi 
planda  qiymətləndirmək  tənqiddə  pedantçılıqdan  başqa 
bir  şey  deyil.  Məsələnin  analitik  tərəfini  görmək  lazımdır. 
Belə təqdirdə Mir Cəlalın  "Dirilən adam"dan sonra belə bir 
lirik-epik romanı qələmə alması tamamilə reallıqdır. Yaqub 
İsmayılovun fikrini  iki yönümdən hər halda müsbət qiymət­
ləndirmək gərəkdir:  "Dirilən  adam"dan  sonra da  ədib  eyni 
tarixi  dövrün, eyni  ictimaii-siyasi  şəraitin  hadisələrinə,  xü­
susən,  yaxın  inqilabi  keçmişimizə  yenidən  qayıtmağa  bö­
yük  (fərqləndirmə  bizimdir-A.E.)  ehtiyac duydu.  Çünki  qa­
baqcıl  vətəndaş-yazıçı  narahatlığı  onu  dinc  buraxmır, 
uşaqlıq  illərində  gözləri  qarşısında  cərəyan  edən  bir  çox 
hadisələrin  mahiyyəti,  fəaliyyət  göstərən,  mübarizə  apa­
ran,  azadlıq  ideası  ilə yaşayan  insanların taleyi  onu dərin­
dən  düşündürürdü.  (Yeni  bir  əsərin  meydana  gəlməsi  zə­
ruri  idi".)  Birinci  tərəfdə yazıçının seçdiyi  mövzuya  sosial- 
ictimai  münasibət vardır; tənqidçi  belə görür və təəssüf ki, 
bu  barədə  M.Cəlalın  rəsmi  yazıçı  mövqeyi  yoxdur.  İkinci 
tərəfdə  yazıçının  qələmə  aldığı  mövzuya  onun  daxili  tələ­
batının,  narahatlığının  nəticəsi  vardır  və  ədəbiyyatşünas 
tamamilə  haqlıdır.  Birinciyə  yazıçının  qayıdışının  mənəvi- 
əxlaqi  və sosial-siyasi  faktorları  artıq  uzdə idi.  M.  Cəlal  ro­
man janrının  imkanlarına artıq  inanmışdı.
Azərbaycanın  XIX  və  XX  əsr  mühitində  insan  şəxsiy­
yətinin  təbəqələr  daxilindəki  sərt  əxlaq  qanunlarının  və 
davranışının hökmranlığı  ilə qarşılaşmasına digər yazıçıla­
_________________________
4 7
------------------------------------


rın  əsərlərində  təsadüf  olunmuşdu.  Oz  əsəri  ("Dirilən 
adam")  də  daxil  olmaqla  həmin  əsərlərin  obyektiv qayəsi, 
məqsədi  insan  şəxsiyyətini  alçaldan,  təhqirə məruz qoyan 
əxlaq  nopmalarının  qeyri-təbiiliyiyini  ifşa  etmək  idi.  Belə 
mühitin  təsvirinə  dönüş  30-cü  illərdən  etibarən  başlandı 
və çoxcəhətli  insan taleyini  iki  mühüm tipoloji  sxemlə şərt­
ləndirmək  mümkündür.  Birinci  vəziyyətdə  aydın  haldır  ki, 
dramadır,  obrazların  səhnə  həyatıdır-özlüyündə  əxlaqi  fa- 
ciyədir.  İnsan  şəxsiyyəti  buxova salınır,  qeyri-bərabər mü­
barizəyə qalxır, az-çox dərəcədə həmən  hakim təbəqə-əx­
laq  qanunlarının  aradan  qaldırılması  və  onların  hələlik qa­
lıb ağalığı,  hökmranlığı  verilir.  Ədəbi  qəhrəmanların  bəşə­
ri  xoşbəxtlikləri  uğrunda  mübarizə  aparması  artıq  səhnə 
üçün  darısqallıq  yaradır və onlar epik məsvirə çıxırlar.  So­
sial  problemlər birinci  plana  keçir.
İkinci  vəziyyət  yazıçının  qayıdışı  yaradıcılıq  prosesilə 
əlaqədar  idi.  Yazıçının  öz  niyyətini,  məqsədini  oxucusun­
dan  gizlətmək,  yaxud  onunla  bölüşmək  xüsusiyyəti  fərdi 
yaradıcılıq  metodunun  bir  elementidir.  Və  bu,  iki  amildən 
asılıdır.  Biri  bədii  mədəniyyətin  tarixi  inkişafı  gedişindən, 
digəri  yazıçının  bədii  təfəkkür  üslubundan  (manerasından) 
asılıdır.  Və  bu  isə cəmiyyətin  tarixi  inkişaf  dərəcəsilə ölçü­
lür.  Məşhur  rus  ədəbiyyatşünası  B.S.Meylax26  yazır  ki,  bə­
dii  təfəkkür bir-birilə  ayrılmaz qarşılıqlı  təsirdə,  bütövlükdə, 
hərəkətdə yazıçının  dünyagörüşü və  bədii  sistemidir;  fikrin 
verilməsi  probleminin  yaradıcılıq  metodu  problemilə  düz 
mütənasib  əlaqəsi  xüsusilə  mühümdür,  ona  görə  ki,  bədii 
təfəkkür  tipləri  (dərəcələri)  üzrə  oxucu  qavrayışına  yazıçı 
istiqamətinin  müxtəlif tiplərinin tərifinin və təsnifatının  müm­
künlüyü  meydana  çıxır!  Digər tərəfdən  Mir Cəlalın  qəhrə­
26. 
Meylax  B.  Xudojestvennoye  mışleniye  Puşkina,  kak 
tvorçeskiy proses, M.-L.,  1962, s. 88-89.
manları  fərdi  ruhi  sarsıntı  keçirmirlər,  sırf inqilabi  əhval-ru­
hiyyədən  uzaqdırlar.  Savadsız  ana  daha  sürətlə  əxlaqi- 
məilşət  motivlərini  ictimai  haqsızlığa  yönəldir.  Onun  İnqi­
labı  ovqatı  daxilindən  başlayır,  amoralizmdən  çox-çox 
uzaqda  dayanır.  Öncəsi,  yazıçı  bu  mövzuda  yazılan  ro­
manların  təsirinə  düşmür,  hətta  öz  "cibinə"  belə  əl  uzat­
mır.  Romanın  orijinal,  ağır  təhkiyyənin  xəsisliyi,  spesifik 
psixoloji  təhlil  metodu  üzrə  davam  edir;  müəllif  mənəvi 
saxtakarlığın  ifşasına  üstünlük  verir.
"Bir  gəncin  manifesti”  romanının  mövzusunu  xatırla­
mağa  ehtiyac  duymuram,  məsələ  bədii-estetik  münasibə­
tin  orijinallığı,  yaxud  taftalogiyasındadır.  Əlbəttə,  fakt  və 
hadisə  ətrafındakı  prosesləri  idarə  edən  obrazlardır.  Məh­
kəmədə  hakim  və  əsas  müttəhim  vardır,  birinci  məntiqə, 
olana əsaslanır,  ikinci  isə  idarə edir, yalanı və doğrunu or­
taya  gətizdirir.  Mövzunu  da  məhz  müəllif  idarə  edir.  Mən 
buradaca bir məsələyə  münasibətimi  açıqlardım:  Obrazlar 
tarixən  yaşamışlardırmı,  yoxsa  10-15 və  bir o qədər də on 
mislində  olanlardır?  Düzdür,  sualın  cavabı  birmənalı  deyil 
və  bunu  arzu  etməzdim.
M.Cəlalın  tədqiqatçısı  Yaqub  İsmayılov  "süjetə  daxil 
olub  əhvalatda  iştirak  edən  müsbət və  mənfi  surətlərin  bir 
çoxu  (fərqləndirmə  bizimdir)  tarixən  yaşamış  şəxsiyyətlər 
olmuş,  lakin  nə  həmin  adamlar,  nə də  hadisələr olduğu  ki­
mi  əsərə  gətirilməmişdir"  fikrini  mülahizə  kimi  qəbul  et­
mək daha  doğru  olardı,  lakin  belə  deyildir.
Vaxtilə  romanı  "əhvalat"  adlandıranlara  Mehdi  Hüsey­
nin  cavabını  xatırladan  Y.İsmayılovun  bu  anlamı  sətiraltı 
işlətməsi  özünü  təkzib  edir.  Əhvalat  heç  bir  yaradıcılıq 
məhsulundan  romana  mövzu verə bilmir,  uzağı  hekayə,  ki­
çik povestə gücü çatır.  Romanda  hətta bir əhvalat baş ver­
sə  belə,  o,  böyük  bir  hadisənin  yaranması  və  inkişafına
_________________________  
49
  _________________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə