A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə74/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   70   71   72   73   74   75   76   77   ...   82

Deyəsən  hər  şey  bu  məlun  adamın  nəfəsində  imiş!”  Bu 
sonuncu  fikir  rəmzi  səslənir və  həqiqətən  faşistlərin  məğ- 
lubiyyətiylə  bəşər cəmiyyəti  yeni-yeni  siyasi,  iqtisadi,  mə­
nəvi  platformalar,  təşkilatlar  yaratdı,  yeni  əxlaqi  seçməyə 
gəlib  çıxdılar.
Biz  bu  gün  də  "faşist  əxlaq"ını  işlədirik.  Belə  tip  əxlaq 
Marksın  göstərdiyi:  şəxsi  asılılıq,  bilavasitə  hakimlik  və 
məhkumluq  münasibətlərini  özündə  əks  etdirir.  Bu  asılılıq 
zahirən  sadə  görünə  bilər,  əslində  amansızdır,  bəşəriyyə­
tin  ölümü  ilə  nəticələnən  bir arzudur.  Bu  niyyətin  hüceyrə­
sində  hökmranlıq  əxlaqı  dayanır  və  aşağı  təbəqənin  ona 
qarşı  duran əxlaqını anlamaqla məhdudlaşmır, cəmiyyətdə 
fəaliyyət göstərən  mənəviyyatı  öz  psixologiyasına tabe et­
dirir.  Faşist  əxlaqına  bəlliydi  ki,  ölkədə  (cəmiyyətdə)  əsas 
və qeyri  əsas siniflər mövzudur,  buraya aralıq təbəqələr və 
qruplar  da  daxildir.  Hitler  Almaniyasının  sürətlə  əhalinin 
sosial  mövqeyini,  məqsədini və psixologiyasını  tutması  ilə 
öz  ideoloci  mənafelərini  ortaya  qoydu.  Məsələ  onda  idi, 
Sovet  hakimiyyəti  ilk olaraq  onların  niyyətini  başa düşmə­
di.  Və  nəticədə  müharibə  üzünü  Sovet  İttifaqına  yönəltdi. 
Bu,  sosial-siyasi  məsələ  idi  və  hər  ehtimala  qarşı  Sovet 
xalqı  müharibəyə  hansı  mənbədən:  maddi,  yoxsa  əxlaqi- 
davranışdan  hazır  idi?  Əlbəttə,  ikincidən.  Bütün  müharibə 
illərində əsgərlərimiz maddi  sıxıntı  çəkmişlər,  lakin yüksək 
vətənpərvərlik  ali  əxlaqilik  duyğusunu  itirməmişdir.  Yaşlı­
lar və onların  övladları  ideal cəmiyyət və azadlıq  ehtirasla­
rını  qorumuşlar.  Çün,  tarixən  də  o  informasiya  bəlliydi  ki, 
bütün  azadlıq  hərəkatları  zəhmətkeş  siniflərin,  qrupların, 
təbəqələrin  nəinki  mənafelərini,  eyni  zamanda  onların  əx­
laqi  tələbatlarını  büruzə vermişdir.  Və aşılanmışdı  ki,  xalqı 
______________________ 2 9 2 --------------------------------------
inqilabi  mübarizə  birləşdirmişdir.  Gəlin,  hələik  mövcud 
durumun  yaratdığı  əxlaqla  müqayisə  aparaq  və  səmimi 
olaq;  o  sistemdə də  biz  yaşamışıq,  fəaliyyət  göstərmişik.
Sovet vətənpərvərliyində proletar mənəviyyatı  motivlə­
ri  dəbdən düşməmək şərtilə, siniflərin və təbəqələrin  əxla­
qına  ümumi  bir cəhəti  olmayan  davranış  nöqteyi-nəzərin­
dən  yanaşılmırdı;  bunu  filosoflar  göstərmişdilər.  Onların 
nəticələrində  bir  fikri  oxuculara  xatırladıram:  cəmiyyətin 
və  insanın  istismardan  azad  olması  vəzifələri,  şəxsiyyəti­
nə  humanist  inkişafının  və  insanlararası  ədalətin  yaradıl­
masının məqsədi digər zəhmətkeş siniflərin mənəviyyatın­
da olduğuna  nisbətən  proletar əxlaqında daha düzgün,  ar­
dıcıl  ifadəsini  tapmışdır.  Belə  bir  yanaşmanın  bəzi  əbədi 
dayaqları  vardı:  mənəviyyatın-davranışın  ümumi  cəhətləri 
(istismara  nifrət, əməyə məhəbbət hissi  və i. a.),  humaniz­
min  spesifik  nöqtələri  (antipatiya  və  simpatiya,  insan-in­
sanın dostu və qardaşıdır və  i.a.).  "Yaşıdlarım”  romanında 
Kərimzadə  arxa  cəbhəni  təmsil  edir  və  tanınmış  ədibdir, 
müharibə başlayan  kimi,  Vətənin qorunması  barədə düşü­
nür.  Gəlin,  tələsməyək və yazıçı  məqsədli  şəkildə  insanlar 
arasındakı  əmin  -amanlığı,  məişət məsələlərini,  quruculuq 
işlərini  təsvir  edir.  Nəvəsi  Nərimanın  ucaldacağı  binalar­
da,  yaxud  mövcud  tikintidə  milli  qürur  hissini  yaşayır.  Bir 
epizodu  yada  salaq:  "Kərimzadə  lap  binanın  kəlləsinə 
baxdı.  Uzun  eyvanın  daş  məhcərinə  söykənib,  "Bahar" 
mahnısını  odlu  bir  həvəs,  şirin  bir  dillə  oxuyan  qırmızıya- 
naq  pionerii  dinlədi.
Arxam  qaranlığa,  günə  doğruyam,
Azad  bir ölkənin  azad  oğluyam.
_______________________
2 9 3
---------------------------------------


Dağlardan  dağlara  qanad  vururam.
Dünyada  yeni  bir dünya  qururam- və  sairə.
Kərimzadə nəvəsi, oğul əvəzi  Nərimanın sevgisini  eşi­
dib  sevinir;  bu  faytonçu  qızı  Kiçikxanımla olan  münasibət­
lərə etiraz etmir.  Nisə qarının da, Orucəliyevin də, öz məq­
sədləri  yox  deyil.  Hər  şey  öz  axarıncadır.  Lakin  Qarabağ 
dağlarının  ətəklərində  məşq  də  unudulmamışdır!  Nəriman 
da  burdarır!  Və  davanın  başlaması  insanların  normal  əh­
valını  birdən-birə dəyişir. Yeganə məqsəd müharibədə qa­
lib  gəlməkdir.  Mir Cəlal artıq  inkişaf etmiş əxlaqa yeni  mə­
nəvi  hissin  elemetlərini  gətirir ki,  bu  da tədricən  insanda­
kı  mübarizə aparmaq əzmini formalaşdırmağa yönəlir.  Cə­
miyyətdəki  əxlaq  ilə  ayrı-ayrı  fərdlərin  mənəvi  dünyası  tə­
bii  ki,  eyni  olmur;  şəxsi  əxlaq  sosial-siyasi,  psixoloci,  ailə- 
məişət  faktorlarının  və  sairin  mürəkkəb  konqlomeratı  ilə 
ölçülür.  Və bu amillər hətta ümumən cəmiyyətin əxlaqi çər­
çivəsində  onun  müxtəlifliyinə  səbəb  olur.
Kərimzadədə  cəmiyyətə  inam  güclüdür,  baxmayaraq 
o,  həbs  də  olunmuşdur.  Lakin  daxili  aləmi,  mənəviyyatı 
onu  əyməyi  bacarmamışdır.  İnqilabın  ildönümündə  o,  xal­
qı  təbrik etmiş, alovlu nitq söyləmişdir. Cavan olsa da bay­
rama gələn  yurdsuz  uşağa diqqətlə yanaşmış, onu qucağı­
na alıb,  ayaq  üstə xitabət kürsüsünə qoymuşdur.  Bu vəziy­
yət  iyirmi  ildən  sonra  nəvəsi  Hədiyyənin  başına gəlmişdir. 
Ata-anasını  müharibədə  itirmiş  bir  rus  uşağını  evə  gətir­
miş. saxlsmışdır.  Varisliyə diqqət yetirək.  Böyüklərin,  ziya­
lıların  uşaqlara məhəbbəti  vətənpərvərlik hissini də  inkişaf 
etdirmişdir.  Həmən  (1921-ci  il)  uşaqlar  (və  onların  nəsli) 
Vətən  müharibəsində böyük  rəşadətlə vuruşdular.  Mühari- 
_______________________
294
----------------------------------------
bədə yetim  qalmış  uşaqlar (Yurik kimi)  sonralar arxa cəb­
hədə  kişi  vicdanı  ilə  işlədilər  ("Təzə  şəhər"  romanındakı 
qəhrəmanların çoxu Vətən müharibəsindən qayıdanlar de­
yildimi?),  ordu sıralarında xidməti  borclarını yerinə yetirdi­
lər.  Həmən  cəmiyyət  və  onu  idarə  edənlər  bu  müqəddəs 
hissi  aşılamışdılar.  Gəlin,  XXI  əsrə  qayıdaq,  müstəqilliyi­
mizə  baxaq:  hanı  yeniyetmə və  gənclərdə vətənpərvərlik? 
Qarabağ  savaşında  geri  çəkildilər,  fərarilik  edirlər.  Nədir 
bunun  səbəbi?  Bəşəriyyətin  müsbət  əxlaqi  təcrübəsinin 
arxa  plana  ötürülməsi,  təhsil  ocaqlarında  bütün  səylərin 
yalnız  bilik almağa,  intellektual  səviyyəyə yiyələnməyə  is­
tiqamətlənməsi!  Vəzifəli  və  varlı  balaların  cəbhə  bölgələ­
rindən  "xilas edilməsi"  prinsipi?!
Kərimzadənin  XX  əsrin  XX  ilində  dedikləri:  "Bunları, 
füqara  balalarını  küçələrdən,  qapılardan  yığaraq,  ata  kimi 
böyüdəcəyik.  Bunlar axırıncıdır.  Bundan  sonra uşaqlar hö­
kümət xərcinə yaşayacaq,  oxuyacaq,  sənət sahibi  olacaq­
lar.  Bundan  sonra uşaqlar bəxtiyar böyüyəcəklər".  Deməli, 
əxlaq  yüksələn  xətlə  getmişdir,  hərəkətdə  olmuşdur.  Və 
məmur  özbaşınalığı,  uşaqların  məktəbdən  yayınması  və 
ehtiyacın  kütləviləşməsi,  valideynlərin  işsizliyi,  hüququ­
nun  tapdalanması  və  ilaxır  ciddi  proseslərin  bu  günə  gəl­
məsi vətən sevgisinə laqeydlik toxumu səpdi.  Əxlaqi  hərə- 
kətlilik  indi  geriyə  çevrildi,  əxlaqın  təkmilləşməsində  ma­
neyə  oldu.
Kapitalist fərdiyyətçiliyi  mövjud vəziyyətdə  müsbət  əx­
laqi  prinsipdən  uzaqlaşır,  insanın  silki-korporativ  münasi­
bətlərini  ətalətdən  xilas  edə  bilmir  və  şəxsiyyətin  əxlaqi 
təklmilləşməsində  buxova  çevrilir.  Müasirlərimiz  sərvət 
sahiblərinin hansı  kimsəsiz,  miskin  hala düşmüş uşağı  (la- 
_______________________
295
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə