A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə75/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   71   72   73   74   75   76   77   78   ...   82

rı)  qanadı  altına almışdır?  Lap ədibi  də,  akademiki  də,  de­
putatı  da!  Ədib  Kərimzadə  rus  uşağına  şəfqət  bəsləyir: 
"Kərimzadə dönüb  uşağa  baxdı.  Dünyanın  bütün  dərd-qə­
mindən  xilas olmuş və tam  rahat yuxuya getmiş  uşaq  ədi­
bi  o  qədər  məşğul  etmişdi  ki,  fikrini  bir yerə  cəmləyə  bil­
mirdi.  Əslən  fikri  cəm  idi.  "Ancaq  buraya,  bu  körpəyə,  mə­
sum,  atasız,  dərbədər uşağın  başına cəm  idi".
Mir  Cəlal  diqqətin  özünə  fəlsəfi  -sosial  baxımdan  qiy­
mət  verir və  diqtə  edir  bir  növ  ki:  cəmiyyətin  tipik fəzilət­
lərinə,  hətta  rəzalətlərinə  də  realist  baxmaq,  onların  gələ­
cəkdə  dəyişilməsi  perspektivini  görmək  lazımdır.  Ziyalılar 
müsbət  əxlaqi  keyfiyyətlərin  qoruyucuları  və  daşıyıcıları 
sosial-əxlaqi  naqisliyin  aradan  qaldırılmasında,  mənəviy­
yatın  təkmilləşdirilməsində  daha  münasib  imkanlıdırlar. 
Bu gün də siniflər: fəhlə və kəndlilər, onların içərisindən çı­
xan  ziyalılar  mövcuddur.  Xalq-millət  isə  birdir-  azərbay­
canlı  türkləri.  Bəs  nə  səbəbdəndir.  Vətən  bütöv  halda  əx­
laqda  parçalanır,  ona sevgi  günbəgün  azalır?  Əxlaqın  sin­
fi  səciyyəsi  hər bir əxlaq sisteminin  məzmununda (və  ma­
hiyyətində)  ümumibəşəri  cəhətləri  əks  etdirir və  bu,  istis­
na  deyil.  Amma  istər-istəməz  mənəvi-sosial  proseslərin 
mənfi  mənada  qloballaşması  bizi  metafizik  düşüncəyə 
aparır:  hər bir sinfin,  təbəqənin,  qrupun  (bu  "üçlük"  bizim­
lə  yanaşı  yaşayırlar)  əxlaqa-davranışına  digər  əxlaqi  sis­
temlərdən  fərqli  şəkildə,  əslində  müqəddəs  Vətən  duyğu­
su  ilə  əlaqəsi  kəsilməkdə  olan  hansısa  qapalı  sistemə qo­
vuşmaqdadır.  "Yaşıdlarım"da Mir Jəlal  bir ədib,  ata,  peda- 
qoq  kimi  o  məsələni  qoyur  ki,  insan  mənəviyyatında  sinfi 
təbəqələşmə  məzmunu  ilə dialektik qarşılıqlı  təsirdə bəşə­
ri  əxlaq  olmalıdır  ki,  müharibəni  birinci  şəxsdən  başlaya- 
_______________________
296
----------------------------------------
raq  sonuncu  vətəndaşa  qədər  içərisində  duymalıdır.  Belə 
ki,  yaşlı  nəslin  nümayəndəsi  Kərımzadədir,  gənc  nəslinsə 
Nəriman  və  onun  yaşıdlarıdır.  Ədib  Kərimzadə  yaşına 
baxmayaraq,  daima  hərəkətdədir  və  xalqın  nüfuzundan 
sui-istifadə etmir.  Oxucuları  ilə görüşür,  yazır, orduya cəb­
həyə  gedir  və  ailə-məişət  məsələlərini  unutmur.  Bir  təsa­
düf  nəticəsində oğlu  ilə görüşür.  Bu  obrazı  hələlik diqqəti­
mizdən  uzaqlaşdıraq.
Mir Cəlal orta  nəslin cəbhə ömrünü vermr;  Kərimzadə- 
nin nəvəsi  Nərimanı atasını yox,  onun oğlunu müharibə iş­
tirakçısı  edir:  Vətənin  müdafiyəsi  artıq  üçüncü  nəslin  ixti­
yarına  düşür.  Nəriman  tək  deyil,  dostları  var,  hətta  biriylə 
cəbhədə  rastlaşır.  Nəriman  romanda  çox  canlı,  təbii  ob­
razdır,  oxumuş,  işləmiş,  sevmiş  və  cəbhəyə  getmişdir. 
Bax,  bu sonuncuya,  əsil  igid zabit olaraq üç əxlaqi-  mənə­
vi və sosial- ictimai proseslərin harmoniyasından adlamış­
dır.  Və  öncə  bir ədibin,  ziyalının  tərbiyəsini  almışdır.
Roman  müharibədən  sonra  qələmə  alınmışdır;  bu  isə 
yaradıcılıq  psixologiyasıdır.  Lakin  Mir  Cəlalı  o  mövqe  də 
düşündürmüşdür  ki,  dinc-quruculuq  işlərini  unutmaq  ol­
maz. Qalib bir ölkə dağılmış şəhər və kəndləri  bərpa etmə­
li,  üstəlik  yenilərini  tikməlidir.  Mir  Cəlalı  "Təzə  şəhər"  ro­
manın  yazılması  ovqatı  özünə  çəkmişdi.  Yaradıcılıq  da­
vam  edirdi.  Əlbəttə,  praqnoz-fərziyyə  kimi  israrlı  olardım 
ki, "Bir gəncin manifesti", "Təzə şəhər" və "Yaşıdlarım"  ro­
manları  trilogiyadır.  Mərdandan  başlanan  ideya  Qəhrə­
manda  toxdayır...Qəhrəman 
şəhərdə  böyümüş,  təmin 
olunmuş  ziyalı  ailəsində  tərbiyə  almış  gənclərin  tipikləş- 
miş  obrazıdır.  Və  romanın  poetikasında  bu  xətti  də  fərq­
ləndirməliyik.  Tələbə  vaxtı  ərköyün  olmamışdır,  seçilmə- 
______________________
.2 9 7
---------------------------------------


mişdir.  Səmimi  davranmışdır,  sevmişdir,  bir növ  nişanlan­
mışdır.  Memar  kimi  sənətini  işlətmişdir.  Bütün  əxlaqi  də­
yərlərin  sonu  hər  bir  şəxsin  Vətəninə,  torpağına  munis 
məhəbbətində  yekunlaşır.  Vətənin  dar  günündə  özünü, 
yaxud övladını  xarici  ölkəyə ötürən,  sərvət toplamaq  həris­
liyini  gücləndirən...şəxsləri  hansı  kateqoriyaya daxil  etmə­
li? Jəbhədə və  işində Vətən nigarançılığı  çəkən qadınların 
yalnız  ayaqqabılarını  geyindirmək  vəzifəsini  etibar  etmək 
də  insafsızlıqdır!  Nəriman  bütün  yaxşı,  romantik  günlərini 
arxada  qoymuşdur,  cəbhədə  yalnız  düşünmək  fəzilətini 
özünə rəva görür.  Yazıçı  burda da yaxşı  mənada  bədii xə­
sislik  edir.  Axı,  dava  gedir!  Oxuyuruq:  "Düşünürdü  ki,  indi 
yoldaşları  onu  çoxdan  öldüyə,  ya  itdiyə,  sıradan  çıxdıya 
hesab  eləyiblər...Düşünürdü  ki,  bəlkə  başqa  hissəyə  get­
məli  oldu,  hara  getsə onu can-başla  qəbul  edəcəklər...Dü­
şünürdü  ki,  daha  indi  Nəriman  xam  əsgər deyil.  Daha  indi 
özünü  itirməyəcək,  ən  təhlükəli  dəqiqələrdə  komandir 
təmkinini  daha  da  artıracaq,  silah  işlətməyin  nümunəsini 
göstərəcək"...Gənc  bir əsgərin  döyüş əzmi.  Jənublu oğlan 
dəhşətli  çovğunla  üzləşir,  nə dəxli?
"Çovğunun  ən  pis  cəhəti  bu  idi  ki,  bütün  yolları,  təkər 
izini  basıb  itirmiş,  çölü  başdan-ayağa  qalın  qar  layları  ilə 
örtmüşdü.  Jəhətləri  seçmək  çətin  idi.  Nəriman  dönüb dala 
baxanda  gəldiyi  yerin  də  izini  itmiş  gördü.  Elə  bil  bütün 
kainat  qar  altına  batmışdı.  Qar elə  səpir,  sovrulur,  ətrafda 
təpələr yaradırdı  ki,  haranın  hara olduğunu seçmək olmur­
du.  Bütün  kainat  küləkli  fəzada yuvarlanan  qar kürəsi  kimi 
duyulurdu.  Qarlı  külək  dəhşətli  səslə  uğuldayır,  güllə  kimi 
inildəyib dururdu.”
Nərimanı  əsil  döyüşdə,  təhlükəli  məkanda  görürük. 
______________________ 2 9 8 --------------------------------------
Meşədə,  faşistlərlə  üz-üzə,  komandirin  tapşırığını  yerinə 
yetirəndə.  Bu,  yazıçının  ölüm,  həyat  fələsəfəsidir.  Lakin 
məncə,  bundan da güclü  belə ağır məqamlarda  insanların, 
əlbəttə  gənc  əsgərlərin  Vətən  uğrunda  büruzə  verdikləri 
əxlaqi  məzayyətləridir.  Romanda on səhifəlik bir epizodun 
təsviri  bizə  böyük  bir  əsərin  təsirini  oyadır.  Nəriman  Sə­
limlə  bir yerdə  icraçıdılar.  Nəriman  ağır yaralanmış  Səlimi 
bir  rus  qadınının  evinə  aparır.  Əhməd  Orucəliyev  (əsərin 
ilk  səhifələrindən  bizə  tanışdır)  həyatla  pəncələşir.  Nəri­
man  Kiçikxanımı-  sevgilisini  onun  əlindən  alanı  -  təcili, 
əziyyətlə  xəstəxənaya  göndərir.  Nəriman  dörd  gün  meşə­
də ac qalır, bir tikəyə möhtac olur.  Bir rus qızcığazı ona çö­
rək gətirəndə yaralanır.  Nəriman  onu qoruyur;  bu  qızcığaz 
bacısı  Hədiyyənin  evə  gətirib  məktəbə  apardığı,  qayğısını 
çəkdiyi  Yurinin  bacısıdır.  Romanın  poetikasında  bu  xətlər 
İnsan  məfhumunun  humanist  məziyyətlərini  açır.  Mir Cə­
lal gənclərin Vətəni,  onun vətəndaşlarını  qorumaq  iqtidarı­
nı  əyaniləşdirir.
Gənclərdəki  döyüş  ruhu  və  fiziki  tablıq  mənəviyyatın 
özüntəsdiqidir,  məsuliyyət  hissinin  ödənilməsidir  və  cə­
miyyətin  yaşaması  və  inkişafının  labüdlüyünün-bıınların 
bağlılığı  hadisəsidir.  Mənəvi  ideal-onlara  aşılanmışdır- 
şəxsiyyətin  mənlik  şüurunun  tərəqqisi  və  özünütəkmilləş- 
dirilməsidir.  Mir Jəlalın  təsvirində:  "gənc  komandirə  təsəl­
li  verən  bu  idi  ki,  hissə geri çəkilmir,  torpaq vermir,  əksinə 
irəli  gedir. Vətən torpaqlarının düşməndən təmizlənməsin­
də  iştirak edir".
Mir Cəlal  Kərimzadə və  Nəriman,  Səlim  və digər yaşlı 
və  gənc  nəslin  timsalında  psixoloci  hazırlığın  məhəng  da­
şı  olan  müharibəni  predmet  kimi  götürmüşdür.  Əgər  dinc
_______________________
2 9 9
-
--------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə