A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə71/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   67   68   69   70   71   72   73   74   ...   82

sosial  sərvətlər sistemində  əmək  məfhumunun  yerinin  əx- 
laqi  şüurun  strukturunda  əsaslı  dəyişikliklərin  mənbəyi  ki­
mi  götürürük.  Elə  isə  əsərin  süjetinin  -  əhvalatların,  pro­
seslərin  daşıyıcısı  olan  obrazların fəaliyyət dairəsinə daxil 
olan  bu  dəyişikliklərə  hansı  oxucu  zövqündən  yanaşılma­
lıdır?  Axı,  Mir  Cəlal  o  yazıçılardandır,urbanizasiya  tarixi­
mizdə  əsaslı  yer  tutan  (bunu  tarix  göstərdi)  Təzə  şəhəri 
dünyaya  gətirən  bu  bütöv  sosial  sərvət  necə  qiymətləndi­
rilməlidir və vaxtilə ədəbi  tənqid  bunu  görmüşmü?  Söhbət 
insan  əxlaqında,  onun yönəlişində əməyin  bir dəyər statu­
sunda təsvirindən gedir.  Beləliklə,  biz yenə üçlüyə - triada- 
ya  qayıdırıq.  Birincisi,  sosializmdə  insanın  ictimai-faydalı 
əməyin ümumi vacibliyi  reallaşır. Və buna o cür də baxma­
malıyıq  ki,  əməyə  həyatda  onun  layiq  olduğu  qiymət  veri­
lir,  daşıyıcı  fərd  əməyinin  layiqli  bəhrəsini  görür.  Şübhə­
siz,  tüfeylilik,  rüşvətxorluq,  xudbinlik  və  sair  əxlaqi  naqis­
lik  mövcud  idi.  Amma  mühümü  onda  axtarmalıyıq  ki,  sosil 
varlığın  bünövrəsində fərdləri  (insanları)  birləşdirən və bə­
rabərləşdirən,  bununla  da  böyük  əxlaqi  əhəmiyyət  kəsb 
edən  faktlar mövcuddur.  Filosof  İ.Kantda  belə  bir fikir var­
dır  ki,  əxlaqiliyin  ümumi  qanunları  olacaq  maksimalar  ax­
tararkən,  məlum  olmalı  idi  ki,  bu  prespektivsiz  bir  işdir, 
çünki,  istismarçı  siniflərin  mövcudluğu  şəraiti  prinsipcə 
ümumi  nümunə  ola  bilməz.  Yalnız  zəhmətkeşlərin  varlığı 
(mövcudluğu)  formaları  "ümumiləşdirilər"  və  cəmiyyətə 
aid  edilər.  İkincisi,  əmək  növlərindən  xüsusilə,  məhsuldar 
əməyin dəyəri  ictimai  əhəmiyyətlidir.  Üçüncüsü,  sosializm 
cəmiyyəti  insan  əməyinə  ictimai  qiymətləndirmənin  həlle­
dici  ölçüsü  kimi  yanaşırdı.  "Təzə  şəhər"də  bu  proseslər 
personajların  məqsədlərində  təcəssümünü  tapmışdır.  Öz 
_______________________
280
----------------------------------------
tərcümeyi-hallarını,  şəxsi  həyat fəaliyyətlərini  ümumi  işdə, 
sosial-əxlaqi  proseslərdə axtarır və  məmkunluq  duyur.
Davud o əhvalatdan sonra  rahatlanır,  eləcə də digərlə­
ri:  "Davud  enib  aşağı  gələndə  külək,  boran,  şaxta  nəinki 
şiddətini  azaltmışdı,  daha  da  artmışdı.  Gecə  boranı  gurla- 
yırdı,  şiddətdən  yer səslənirdi.  Ağacların,  divarların,  bina­
ların şimal tərəfi buz ilə, cənub tərəfi  burularaq müxtəlif şə­
kil  almış  qalaq-qalaq  qar  ilə  örtülmüşdü.  Ancaq  baş  mü­
həndisin  çağırışı  ilə  zavod  binasından  gələn  adamların 
heç  biri  bu  şiddəti  hiss  etmir,  dönüb getmirdi..."
Davud  Reyhanla  evlənir.  Biz  toy-şənlik  mərasimini 
görmürük.  Sovet  əxlaq  tərzi  toyun  əleyhinə  çıxmırdı,  lakin 
dəbdəbəni  qəbul  etmirdi  və  haqlı  yanaşmadır.  Romanın 
"Sevinc"  fəslində bu nikbin  hiss  Reyhanın  istehsalat  uğur­
ları  ilə  bağlıdır.  Habelə  usta  Pavel  Andreyeviçin  öz  yetir­
məsi  (əgər demək  mümkünsə)  Reyhandan  razılığını  görü­
rük.
Reyhanın qısa tərcümeyi-halı  ümumiləşdirilmiş gəncli­
yin  ölmrü  təsiri  bağışlayır.  Ailənin  yeganə  qızıdır və  könül­
lü  Təzə  şəhərin  tikintisinə  valideynlərinin  razılığı  ilə  gəl­
mişdir.  Reyhan  bir növ atasını  buna təqlin  etmişdi,  tez-tez 
Təzə şəhərdən söz salırdı,  atası  bir gün -  "Qızım,  - demiş­
di, - görürəm könlün atlanıb. Amma on illiyi qurtarıb gedəy­
din.
-   Nə olar,  ata,  orada  oxumaq  buradan  da  yaxşıdır.  Bi­
zə  mühəndislər  dərs  verəcəklər.  Lap  ali  məktəbə  getmək 
olar,  deyir təki  səndə  həvəs  olsun."
Və  atası  Bəhram  uşaqlara  qoşulub  Yevlağacan  qızını 
ötürür.  Reyhan  diri-başdır,  yaşı  18  olanda  seçkilərdə  işti­
rak  edir və  hətta  gənc  ikən  ailə  qurur  da!  Deputatlığa  na- 
_______________________
2 8 1
_______________________


mizəd  verilən  institutun  direktoruna  onu  qəbul  etməsinin 
də  xahişini  dilinə  gətirir.  Mən  deputat  seçimi  məsələsinə 
toxunardım.  Mir Cəlal  Sovet vaxtı  millət  nümayəndələrinin 
əsasən  formal  seçildiyinə  incə şəkildə toxunur.  Dövlət Sə­
naye  İnstitutunun  direktoru  (adsızdır,  deməli  tipikləşdiril- 
mişdir)  namizəd  kimi  təqdim  olunur.  Barəsində  danışan­
lardan  birincisi  Yunisdir:  "Yoldaşlar,  bizim  namizədimiz 
hələ iyirmi  beş  il bundan qabaq mənə və yaşıdlar\ıma dərs 
verib.  Bu,  bir kənara,  mən  bu yoldaşı  texnika elmlərinin fə­
dakar və təvazökar bir nümayəndəsi  bilirəm.  Biz ona ürək­
lə  səs  verəcəyik".  Bu  qısa  çıxışda  biz  yenə  də  namizədin 
adını  eşitmədik.  Yazıçı  eyhamıdır  ki,  deputatları  xalq  yox, 
yuxarıların  sifarişi  seçir.  Amma  həqiqətdir ki,  tarixi  olaylar 
var,  təkrar olunur!..  Amma  Reyhanlara  bəlli  deyildi  ki,  irə­
lidə  bu  cinsləri  nələr gözləyir?
Təzə  şəhərin  surətlə  tikintisi  bütün  qəhrəmanların  ən 
başlıca  məqsədi,  amalıdır və  hətta  şəxsi-həyati  məsələlər 
də  bu yöndə  ikinci  plana  keçir.  Yəqin,  bu günün tələblərin­
də,  bədii  qiymətvermə  meyarında  Mir  Cəlala  "əhsən”  de­
məzlər və  "istehsalat  romanının"  gözəl  nümunəsi  kimi  ya­
naşırlar.  Qoy olsun.  Lakin  əsərdə yüksək  ali  hissin  - Azər­
baycanda  Bakı  ilə qonşuluqda  Sumqayıt böyüklüyündə  bir 
sənaye  şəhərinin  salınmasından  bəhs  edir.  Bu  perespek- 
tivli  şəhər sanatoriya deyildir -  mövsümü  gəlib  istirahət et­
sinlər.  Bu  məkan  əhalinin  minlərlə  məskunlaşması,  çalış­
ması  və  kəskin  artması  deməkdir.  Məhz  M.Cəlal  belə  bir 
ədəbi təxəyyülün  real təsvirini verir və əsasən  rusların,  on­
ların  mütəxəssislərindən  istifadədən  də  danışır.  Gizlin  de­
yil  ki,  neft sahəsində  Usta  Ramazanlar.  İsmayılzadələr çox 
idi,  amma  tikinti  -  quraşdırma  işlərinin  yeni  (o  dövr  üçün) 
_______________________
282
----------------------------------------
texnologiya  üzrə  aparılmasında  milli  kadrlar  çoxluq  yarat­
mırdı.  Privalov,  Stepnoy,  Mixailov  kimilər  əsərə  təsadüfi 
daxil  olmamışdır və  burada  beynəlmiləlçiliyə  üstünlük ver­
mək də  düzgün  olmazdı.  Ona  görə  də  müəllif  mərkəzi  su­
rəti  Yunis Əhmədovu  bir inşaat mühəndisi  kimi  hər cəhət­
dən  təsvir  etmişdir.  Müharibə  qurtarmışdır,  ancaq  cəbhə 
həyatındakılar,  bir yerdə  olanlar  ilbəil  müxtəlif vəziyyətlər­
də,  hadisələrdə  hətta  təsadüf  nəticəsində  rastlaşırlar.  Tə­
zə  şəhərin  tikintisinə  praktik  rəhbərlik  edən  Yunis  Əhmə­
dov da  istisnalıq yaratmır.  Stepnoy bir faktdır.  Yunisin  yol­
da  Stepnoyun qızı  Qalya  ilə görüşməsi,  səmimi  söhbətləri 
maraq  doğurur və  azərbaycanlıların  nə  qədər  insanpərvər 
olduğunu  təsdiq  edir.  Yunis  vəzifə  sahibidir,  Qalya  texni­
kumun  tələbəsidir.  Yaş  və  vəzifə  fərqi.  Buna  baxmayaraq 
o,  Qalyanı  maşina  əyləşdirir,  aralarında  söhbət  işlə  bağlı 
olur.
Atan  necə,  sənin  sözünə  baxır ya yox?
-  Mən  atamın  sözünə  baxıram.
-   Dedik  bizə  kömək  edərsən.
-  Atam  hamıdan  çox  sizin  sözünüzə  baxar!
-   Nədən  bilirsən?
-  Trestə  çağırılanda tələsir,  az  qalır  piyada  getsin".
Yunislə  Stepnoy arasında  gedən  sırf  istehsalat  söhbə­
ti  tamamilə  məsuliyyətə  əsaslanır.  Yeri  gəlmişkən  deyər­
dim  ki,  Mir  Cəlal  professional  mühəndis  dəqiqliyilə  pro­
sesləri  məharətlə  vermişdir.  Nə  qədər  ardıcıl  müşahidə 
aparmışdır ki,  xırda "vintçiklər"  də,  dinamika da  əyaniləşir 
və  oxucu  özünü  istehsalatda  qəhrəmanların  yanında  hiss 
edir...
Romanın  poetikasına  baş  vururuqsa,  məsuliyyətin
2 8 3
--------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə