A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə70/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   66   67   68   69   70   71   72   73   ...   82

yətlərini  sınamaq  və  aşkara  çıxarmaq,  peşələr  üzrə  yeni 
praktik  meylə  istiqamət götürmək  məqsədi.  Belə tipli  əxla- 
qi  şüurun  bu  obrazların  hərəkətlərinin  vəhdətini  təmin 
edən  ümumi  qiymətləndirmə  -  imperativ  səyi,  davranışın 
tənzim  olunmasının  məqsədyönlülüyüdür.  Sərvətə  meyilli 
vəzifəli  məmurlar da,  əxlaqi  şüurun bütün strukturunun  im­
perativ vəhdətinə təminat verir.  Və əxlaqi şüurun müəyyən 
istiqamətində  onun  (sərvətə  meyilli  adamın)  əsas  amalı­
nın,  normalarının  məcmuunu  özündə təcəssüm  etdirir.
Gənc  kadrlarla  iş  sisteminin  humanist  əsaslarla  qurul­
ması  əsərdə  təbii  təsvir  edilmişdir.  Bir  maraqlı  cəhət  də 
odur,  gənclər  çevik,  ağıllı,  təmiz,  təhsilə  meyillidirlər.  Bu 
ənənə  hətta  yaşlı  nəsildən  gəlir və cavanlar da  bu  yolu tu­
turlar.  Yeni  oxuculara  bəlkə  də  maraqsız  görünər  ki,  yazı­
çı  Stalini,  Lenini,  onların  əsərlərini,  konstitusiya  kitabının 
adını  tez-tez  çəkir.  Elə  deyil;  hər bir  bədii  materialı,  xüsu­
silə,  nəsr  əsərini  mövcud  dövrün  ideologiyasından  ayır­
maq  səhvdir.  Roman  Vətən  müharibəsindən  sonra  Azər­
baycanda  yeni  nəhəng  bir  şəhərin  salınmasından  bəhs 
edir.  Bu  şəhər  bu  gün  biz  nəslin  gözü  qabağında  günbə­
gün  inkişafdadır...Mətləbə  qayıdaq.  İnsanları  ruhlandıran 
belə  kitab  ortadadır:  Partiya tarixinin  qısa  kursu.  Bu  sətir­
lərin  müəllifi  hələ  aşağı  siniflərdə  oxuyarkən  həmən  qalın 
cildli  kitabı  görmüşdür,  eləcə  də  konstitusiya  kitabçasını.
Bunlar  tarixdir,  70  il  yaşamış  güclü  dövlətin  ideoloji 
dərsliyidir.  İmtina  etməməliyik;  hər  halda  Sovet  dönəmi 
biz  azəri  türklərini  oxutmuş,  sənət  adamlarımızı  dünya 
arenasına çıxarmışdır.  Yerlərdə haqqı  tapdalanan yüzlərlə, 
minlərlə  insanın  taleyini  müsbət  mənada  Moskva  həll  et­
mişdir,  Tarix  göstərir  ki,  görkəmli  şəxsiyyətlər  yetişir  və
_______________________
2 7 6
-
--------------------------------------
xalq onların arxasınca gedir.  Qabaqlar belə bir siyasi  tezis 
vardı  ki,  tarix  şəxsiyyəti  yaradır.  Bu  nə  dərəcədə  həqiqət­
dir  -  israrlı  deyiləm,  lakin  şəxsiyyət  tarixi  yaradır  -  israrlı­
yam.  Layiqli  şəxsiyyət  siyasi  tutumunda  xalqı  öz  arxasın­
ca  aparır  və  özünün  ləyaqəti,  obyektivliyi,  andı  naminə 
missiyasını  yaşaya  bilir.  Stalin  bütün  anatomiyası  etibarı 
ilə  mənfi  tiran  idi  və tirana  layiq  taleyinin  qisməti  ilə  öldü. 
Lakin  o,  Rusiyanı  çamurluqdan  çıxarıb  qüdrətli  hərbi  döv­
lətə  çevirdi.  Bu,  artıq  faktdır.  Hitler  savaşından  sonra  o, 
xalqları  sivili  səviyyəyə  çatdırmaq  üçün  müxtəlif  yollar  or­
taya  atdı  və  başlıcası  isə  ideoloji  silahdan  istifadə  idi.  Və 
SSRİ  xalqlarını  özünə  inandırmışdı.  Mir  Cəlal  bir  yazıçı 
olaraq  kosmosdan  yazmırdı  necə  ki,  Aleksey  Tolstoy  fan­
tastik əsərlər qələmə almışdı.  O,  Təzə  şəhərin  doğuluşun­
dan  və  gələcək  inkişafından  bəhs  etmişdi,  əsas  sevimli 
qəhrəmanı  da Yunis Əhmədov idi. Əgər o,  Stalin  ideologi­
yasına  şübhə  etsəydi,  böyük  qurucu  kollektivi  arxasınca 
apara  bilməzdi.  O  da  böyük  inamla,  pafos  ovqatı  ilə  bu 
ideologiyadan  kənarda  dayana  bilməzdi.  Budur,  Yunisin 
düşüncələri:  "Mübarizələr  və  qələbələr  kitabını  əlinə  aldı, 
dəftər,  qələm  götürdü.  Neçə  dəfə  oxudu  və  haşiyələrində 
işarələr qoyduğu  məşhur kitaba -  bu  saat dünyada  ən  çox 
oxunan, ən çox yayılan və ən çox öyrənilən kitaba həmişə­
ki  həvəslə  baxır,  qeyd  etdiyi  yerləri  təkrar  gözdən  keçirir, 
dəftərçəsinə köçürürdü.  Yunis  hər dəfə  bu  kitabı  qarşısına 
açanda,  onun  səhifə  və  cümlələrini  təkrar  oxuyanda  nə­
dənsə  ilk  dəfələr  hiss  etmədiyi  yeni-yeni  fikirlər  öyrənir, 
çox hökmləri  sevinc və  heyrətlə dəftərinə köçürürdü.  O,  bu 
hökmlərdə  nəhəng  bir  ölkənin  və  xalqın  qələbələr  tarixini 
aşkar  görürdü..."  Bu,  bitməyən  iqtibasda  işıqlı  cəhət  var: 
______________________ 2 7 7 --------------------------------------


hər  bir  vətəndaş  dövlətinin  yürütdüyü  siyasətə  inanmalı­
dır.  Onun  əxlaqı  irəli  sürülən  prinsiplərə  uyğun  gəlməlidir. 
Sovet  dövləti  öz  idarəetmə  mövqeyi  kimi  kollektivimizin 
konkret-tarixi  təbiətini  başa  düşmək  üçün  xüsusilə  üç  cə­
həti  nəzərə  almağı  irəli  sürmüşdü  (Və  hər  bir  Sovet  yazı­
çısına bu  müddəalar bəlli  idi).  Hansılar idi?  Birincisi,  o əx­
laq  obyektiv  şəkildə  determinləşdirilmişdir,  yəni  öz  xarak­
terinə görə ictimai  istehsalatda birləşmiş fəhlə sinfinin  (ro­
manda bu daha genişdir) həyat şəraiti,  habelə istehsal va­
sitələri  üzərində  ictimai  mülkiyyətə  əsaslanan  sosializm 
ictimai  varlığının  özünəməxsusluğu  kollektivin  əxlaqi  şüu­
runun  formalaşmasının  maddi-iqtisadi  imkanını  yaradır. 
İkincisi,  o,  fəhlə sinfinin  və onun  müttəfiqlərinin  mənafeyi­
nə  uyğun  olaraq:  mübariz  həmrəyliksiz  burjuaziyaya  qalib 
gəlməyi  bacarmazlar,  yoldaşlıq,  əməkdaşlıq  prinsiplərini 
bərqərar etməzlərsə,  sosializm  cəmiyyəti  qurulmazdı.  Da­
ha  doğrusu,  kollektivizm  özünüinkişafın  mühüm  forması­
dır.  Üçüncüsü,  o,  əxlaqi  inkişafın  ümumi  məntiqilə  uyğun­
laşır ki,  öz  mahiyyəti  etibarilə  fərdiyyətçi  əxlaqının  aradan 
qaldırılmasını  şərtləndirir.
'Təzə  şəhər”  romanında  oxucu  belə  bir qənaətini  - te­
zisini  müəyyənləşdirir:  hər bir fərd -  fəhlə  -  obraz  öz  qabi­
liyyətini,  bacarığını  hərtərəfli  inkişaf  etdirmək  istəyirsə, 
kollektiv  ən  optimal  vasitədir.  -  Buradan  da  insanın  şəxsi 
azadlığı  məsələsi  ortaya  gəlir.  Roman  boyu  həm  idarə 
edən  vəzifəlilər,  həm  də  icraçılar bir kollektivdə  birləşir və 
geniş fəaliyyət göstərirlər.  Bir fərd  kollektiv üzvlərini  bir-bi­
rilə  bağlayan  həlqə  rolunu  oynayır.  Məsələn,  Davud  gənc­
dir və o,  çətinliklə,  ölümlə üzləşir.  Qəza  baş verən  zamanı 
Davud  özünü  irəli  verir.  Yunis  isə  buna  imkan  vermək  is- 
_______________________
2 7 8
----------------------------------------
təmir,  əsəbi  halda:  "Yunis irəliyə yeriyib yuxarıya,  binanın 
kəlləsinə  bir də  baxdı.  İndii  o,  təhlükəli  bir hücuma  keçən 
və bunun üçün də qüvvələrini son dəfə yoxlayan komandi­
rə oxşayırdı.  O,  cəld paltosunu  soyunub gözətçinin  üstünə 
atdı:
-  Sırınmanı  mənə  ver!
Gözətçi  özü  irəli  yeridi:
-  Yoldaş  Yunis,  elə  iş...
Əhmədov bir az  da  ucadan və  hirslə  dedi:
-   Sözümə qulaq  as..."
Və Davud cəld irəli yeriyir, səqfə çıxmaq istəyəndə Yu­
nis mane olmağa çalışırsa,  alınmır - sual çıxır:  Nə üçün  in­
san  davranışındakı  kollektivçiliyə  maraq,  birgə  sərbəst 
motivləşmə  və  s.  xüsusiyyətlər  mövcuddur?  Biz  əxlaqçı 
alimlərin yenə də üç tezisinə - nəticəsinə üz tuturuq:  Birin­
cisi,  kollektiv  yeganə  birlikdir,  qrupdur  ki,  hər  bir  insanın 
(Yunisin,  Davudun,  Privalovun  və digərlərinin)  iç  narahat­
lığının,  intellektual  və  emosional  inkişafının  mənbəyi  kimi 
ardıcıl  ünsiyyətə,  əməkdaşlığa zəmanət verir.  İkincisi,  mü­
hüm  məqsədlərin  həyata  keçirilməsi  naminə  kollektiv səy­
lər  lazım  gəlir.  Üçüncüsü,  fərdin  şəxsiyyət  kimi  inkişafı, 
fəaliyyəti  tələb  edir ki,  birlik  yaransın  və formalaşsın...
Davud fəlakəti  aradan qaldırmaq  üçün ömrünü də fəla­
kət  qarşısına  qoyur.  Sonda  isə  sakitləşir:  "Bu  gecəki  və­
ziyyətdə  o  da  özünü  fəlakət  və  təhlükə  içinə  atdı.  Ancaq 
kor-koranə,  təvəkkül,  ehtimal,  qorxu,  vahimə  ilə  atma­
dı...İradəsini  toplayaraq  adi  günlərdə,  düz  yerdə,  günün 
günorta  çağı  etməli  olduğu  sadə  bir  işə  necə  arxayın  və 
ürəklə gedirsə,  ölüm  ayağına  da elə  getdi".
Romanın  poetikasında  irəli  sürdüyümüz  tezisdə  biz
_______________________
27 9
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə