A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə78/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   74   75   76   77   78   79   80   81   82

qədər  şöhrətlənmədi.  Səbəbi  də  əsərdə  səthi  yerlərin  ol­
ması,  bəzi  zəruri  mətləblərə  ötəri  toxunulması,  bəzən  mə­
sələlərin  uzadılması,  dövrün  mürəkkəb şəraitinin,  adamla­
rımızın  gərgin  psixoloci  vəziyyətinin  həmişə  emosional- 
bədii  cizgilərlə  canlandırılmamasıdır.  Hadisə  və  surətlərin 
bir  çox  hallarda  yazıçının  real  imkanlarından  aşağı  səviy­
yədə təsvir edilməsidir’’57...fikrimin davamına toxdaqlıq ve­
rib  bu  qeydlərə  münasibətimi  bildirməli  oldum.
Tədqiqatçının  bu  qənaəti,  əvvəla,  şübhə  etməzdim  ki, 
o dövrün ədəbi-tənqidi  mühitinin  məhsuludur;  nəsr əsərlə­
rinə,  "biblioqrafik"  mövqedən  yanaşmadır.  İkincisi,  roma­
nın  yazıçının  digər  romanlar  səviyyəsində  şöhrət  tapma- 
ması  da  o  illərin  oxucu  zövqü  ilə  əlaqədardır.  Hətta  bəzi 
nüfuzlu  ədəbiyyatşünaslar  tədqiqatlarında  kiçik  povestlə­
rin  adını  çəkirlər,  nədənsə  ’’Yaştdlarım"ı  unudurlar...Əllin­
ci və altmışıncı  illərdə oxucu meyli  məhəbbət, sevgi  müna­
sibətlərinə,  mövcud  həyati  məsələlərə  yönəlmişdi.  Üçün­
cüsü,  bəzi  məsələlərin  uzadılmasına,  səthi  toxunulmasına 
-  yanlış  fikirdir.  Hər  bir  əsərin  yazılma  psixologiyasını 
müəllif  planlaşdırır və  bu  xəttdən çıxmamağa çalışır.  Ümu­
miyyətlə,  Mir Cəlal  bəzi  romançılar sayağı  yox,  konkretliyi 
sevəndir,  onun  üçün  oxucuya  elə  gəlir  (və  həqiqətdir)  sü- 
jetdəki  hadisələrin,  obrazların  gələcək  talelərinə  müəllif 
haçansa  qayıdacaqdır.
Dördüncü, 
Mir  Cəlal  araşdırıcının  mülahizəsinin  əksi­
nə,  müharibənin, çətin vəziyyətlərin  real təsvirində,  qəhrə­
manlarının  gərgin  hallarında  "oxucu  ağırlığını  yüngülləşdi­
rərək,  kövrək, yumşaq,  emosional  üslubuna sadiq qalır.  Nə-
57. İsmayılov  Yaqub.  Göstərilən  əsəri,  səh.  138.
_________________
308
--------------- ------------------------
rimanın  ölümlə  həyat  arasındakı  məqamlarında  xəyalpər­
vərliyi,  ötən  günlərinə  qayıtması,  təbiətin  şahidliyi  məgər 
psixoloci-emosional  təsvir  deyilmi?  Beşincisi,  yazıçı  öz 
real,  faktiki  imkanlarını  fərdi  üslubuna  tabe  etmişdir;  bu, 
tənqidçi  hədəfini  qəbul  etmir!  Kərimzadənin  idealı  müha­
ribədə  hamının eyni  əhval-ruhiyyədə nəfəs alması, arxada 
ziyalıların,  fəhlə  və  kəndlilərin  yardımı:  mənəvi  və  maddi 
cəhətdən.  Jəbhəyə  cavanların  yüksək  ruhla  yola  salınma­
sı  və onlarda arxayınçılıq  psixologiyasının  qorunması.  Hə­
yatın  mövcud-müharibə  zamanı  mənası,  səadət  barədə 
personacların  təsəvvürlərinin  Motivində  əxlaqilik  dayanır, 
çünki  bu  bütöv  qənaət  (təsəvvür)  davranışın  tənzim  edil­
məsini şərtləndirir və əyani olaraq əsaslandırır. Yazıçı ger­
çəkliyi  ümumiləşdirir və  həyatın,  gələcək  quruculuq  işləri­
nin  yerinə yetirilməsində  davadan  qabaqkı  ovqatın  bərpa­
sını  verir;  səadətin  xoşbəxtliyin  insanın  real  qüvvəsində 
olduğunu  əxlaqi  prinsiplərdən  kənarda götürmür. Oxucuya 
hörmət  əlaməti  kimi,  hətta  hadisə  və  situasiyaların  "qiy­
mət  şablonları’’na  şəxsi  zövqləri  baxımından  əlyeri  qoyur. 
Və özünəməxsus  qiymətləndirməyə ehtiyac  duyur.  Xarak- 
tercə humanist,  təvazökar olan  Mir Jəlal tədqiqatçının  vur- 
ğuladığı  kimi,  romanın  sünü  şöhrətləndirilməsinə çalışma­
mış,  sifarişli  təqdimatlar,  resenziyalar  yazdırmamış­
dır...Əlbəttə,  hələ  Mir  Jəlalın  romanın  müəyyən  mənada 
üst-üstə  düşən  fikirlərinə  aydınlıq  gətirməli  olsaq  (onların 
ruhuna  hörmət  borcumuzdur!)  razılaşmaq  istəməzdim:  Bi­
rincisi,  əsər  müharibədən  sonra  müharibədə  gənclərin 
vətənpərvərlik hisslərini,  onların aldıqları  tərbiyənin  bütöv­
lüyünü,  ağlayıb-sızlamamaq  əhvalını  və  ilaxırı  özündə  eh- 
tava  edir.  Və  bol-  bol  materialları  görmək  lazım  gəlirdi. 
______________________ 3 0 9 -------------------------------------


İkincisi, xüsusilə,  mərhum  Mehdi  Hüseynin tənqidçi  psixo­
logiyasında  bir  cəhət  aparıcı  idi:  Əsər  barədə  fikir  söylə­
yəndə  yazıçılığını  unutmaq.  Mən  bu  psixologiyanı  ona gö­
rə  qəbul  etməzdim  ki,  yazıçı  əməyini,  onun  üslubunu,  sü- 
cetə  münasibətini  və  ilaxirı  qiymətləndirməyi  bacarmalı­
san. Tənqidçi  -sırf peşə  mənasında- məhz bədii  əsər yaza 
bilmədiyi qısqanclığından bütün hirsini tökməyə hazır olur. 
Üçüncüsü,  digər  əvvəlki  əsərlərilə  müqaysələr  aparmaq 
və  bu  kontekstdə  qiymət  vermək  olmazdı,  konkret  danış­
maq lazım idi. Amma Mehdi  Hüseyn qələm dostunun əmə­
yini  yerə vurmur:  müharibə  mövzusu qlodal səviyyəlidir və 
onun  bütün  səhnələrini  təsvir etmək  üçün  yalnız  Lev Tols- 
toy  qüdrəti  lazımdır.  Amma  müharibənin  ayrı-ayrı  detalla­
rı,  doğurduğu  psixoloci  ağırlır və  sairə  rus  və  Azərbaycan 
ədəbiyyatında  təsvirini  tapmışdır.  A.Fadeyevin  "Gənc 
qvardiya",  B.Polevoyun 
"Əsil  insan  haqqında  povest", 
V.Katayevin  "Alay  oğlu",  Əbülhəsənin  "Müharibə",  M.Hü­
seynin  "Ürək",  Həmid  Axundlunun  "Ağır  günün  dostları” , 
İ.Qasımov  və  H.  Seyidbəylinin  "Uzaq  sahillərdə",  H.Ab­
baszadənin  "General”  və  digər  əsərlərdə  bütöv  "mühari­
bə"  məfhumu  yoxdur,  mümkünsüzdür,  yalnız  ayrı-ayrı  gö­
rüntülər,  qəhrəmanlar,  münasibətlər  vardır.  Mir  Cəlal  bir 
vətəndaş  olaraq  müharibəni 
kənardan  görmüşdü,  ağrını 
yaşamışdı.  Maraqlı  o  idi,  adını  çəkdiyim  həmən  əsərlərin 
demək  olar  ik,  hamısı  çox  sonralar  qələmə  alınmışdı. 
Unutmayaq,  "Yaşıdlarım"  1946-cı  ildən  yazılmağa başlan­
mışdır və əsasən  bədii  hüceyrəsi  hazırdı.  Bu da bədii  şərt­
lərin  başlıcasıdır.  Mir  Cəlal  müharibəyə  yazıçı  müşahidə­
sindən  yanaşmışdır;  döyüşçülərin  hünərini,  bütün  ölkənin 
səfərbərliyini,  insan  əhval-ruhiyyəsini  - bu  müqəddəs  pro- 
_______________________ 3 1 0 --------------------------------------
sesləri  yazıçı  təxəyyülündən  keçirmişdi.  Yaqub  İsmayılov 
yerinə düşmüş bir fikri  - Mir Cəlalın sözlərini  unutmur:  "Bi­
zim  adamların  bir  hünəri  ondadır  ki,  gərgin  döyüş  məqa­
mında öz  idealları  və yüksək  insani  hisslərilə yaşaya  bilir­
lər.  Düşmən  bizi  müharibə  dövründə  çox  şeydən  məhrum 
etsə  də,  qəlbimizin  əməllərindən  məhrum  edə  bilmədi. 
Edə  də  bilməzdi.  Əməllər  hər  zaman,  hər  yerdə  bizə  qüv­
vət,  üstünlük  və  qabiliyyət  verir.  Mənim  əsil  qəhrəmanım 
bu  əməllərlə  yaşayan  qəhrəmanlardır"58.
Belə  aydın  olur ki,  qələbəyə  bir xeyli  qalmış  yazıçı  ro­
manı  fikri  əməliyyatında  canlandırmışdır.  Mir  Cəlal  poeti­
kası  baxımından  düşünsək,  romanın  yazılması  başlanğı­
cında  və  gedişində  ədiblik,  dübarəlik  və  s.  xüsusiyyətlər 
özünü  göstərirdi;  görünür,  rasionallıq  sxemi  həyati  müşa­
hidələri,  yazıçı  yanaşmaları,  təsvir  çatarları  ilə  ahəngdar 
idi  və  ümumi  ideya  və  ictimai  mühitin  içində  olmaq  yaz­
mağa təhrik edirdi.  Ümumi,  həm də fərdi  bədii  qəlibdə gö­
türsək:  Mir Cəlalın  müharibə  barədə  düşüncələri  dərindi 
və aydın  olmaq  üçün  vaxt tələsdirirdi,  eyni  zamanda  bə­
zi  səbəblər  ucbatından  ləngidirdi.  Vaxt  uzandıqca  yazıl­
ması  prosesi  canlı  müşahidəyə,  proqnoza  yönəlirdi.  Mir 
Cəlal  həyat  materialına obyektiv,  realist yanaşırdı  və çox- 
çox  yazıçılarda  olduğu  kimi:  həyat-varlıqda  baş  verən  ha­
disələri  işıqlandırmaq  lazımdır,  bədii  yaradıcılığın poetika­
sına  məxsus  ideya-fəlsəfi-sosial  əsaslardan  kənara  çıxıl­
mamalıdır,  bu  bədii  prinsip  isə  poetika  tələblərində  bədii 
strukturu  inkar  etmir.  Bunlar  əlbəttə  ki,  yazıçı  şərhindən 
asılıdır, hadisələrə müdaxilə bacarığından asılıdır. Və roma­
58. Bax: "Ədəbiyyat  qəzeti”, 31  mart  1945-ci il.


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə