A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə80/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   74   75   76   77   78   79   80   81   82

məyə  hazır  olmamalıdır.  Pislik  naminə  rəqibini-sevgisini, 
sərvətini,  pulunu,  sözünü  və  s.  oğurlayanı  həyatdan  ayır­
mamalıdır.  Mir  Cəlal  təbiətinə  məxsusi  bir  əxlaqı  ilə  Nəri­
manı  məhz Əhmədlə cəbhədə qarşılaşdırır.  Yaralı  əsgərin 
iniltisi  eşidilir.  Nəriman  "kimsən’'-soraq  tutur.  Yaralı  çevri­
lib  gələn  adama  -Nərimana  baxır.  Əsgərin  sifəti  yanmış, 
qaralmışdır.  Qanı  torpağı  islatmışdır.  Yaralıda taqət tükən­
mişdir.  "Ölürəm!  Ölürəm"  fəryadı.  "Nəriman  onun  üzünə 
diqqətlə  baxanda  tanış  cizgilər gördü:
-   Haradansan?
Yaralı  başını  aşağı  saldı  və  sızıltılı,  qırıq  səslə  dedi:
-  Azərbaycan,  Bakı!
Nəriman  onun  əzab  çəkdiyini,  danışmağa  taqətsiz  ol­
duğunu  görüb  medalyonunu  çıxardı.  İlk  sətri  oxuyanda 
zənninin  həqiqət olduğunu  gördü:
"Orucəliyev!"
Nəriman  uca  səslə  onun  adını  çağırdı:
-  Əhməd!  Sən  haçandan  cəbhədəsən,  sən  ki...
Yaralı  baxdı. Onun göyərmiş sifətində  qəribə bir həyə­
can  duyuldu.  Böyümüş  gözləri  hərəkətsiz,  dik-dik  baxırdı. 
Alnının,  üzünün  qırışıqları  qocalarda  olduğu  kimi  dərinlə­
şirdi,  həm  də  sanki  bu  saat  dərinləşirdi"...
Nərimanda  yalnız  o  hiss  baş qaldırır ki,  əsgəri  ölümün 
pəncəsindən xilas etsin.  Onsuz da cəbhədir,  hər şey uzaq­
lardan  boylanır.  İndi  isə:  "Ancaq  indi  bu  adam  Nəriman 
üçün  nə  Orucəliyev,  nə  rəqib,  nə  də  bir  tanış  idi.  Şəxsən 
nə  dost,  nə  də düşmən  idi.  İndi  ancaq  o,  bir döyüşçü  yol­
daş,  cəbhəçi,  bir yaralı  əsgər  idi".  Əhməd  Orucəliyevi  çə­
tinliklə sanitar məntəqəsinə  yola salır.  Biz  Nərimanı  iradə­
li,  haqsızlığla  barışmayan  insan,  əsgər kimi  görürük.  O,  ən 
qorxulu  məqamlarda  ağılı,  iradəsilə  vəziyyətdən  çıxır,  Al­
lahı  onu  qoruyur.  O,  bir  dəfə  sarsılır  və  bunu  özünə  ba­
ğışlamır.  Yuxarıda  toxunduğumuz  kimi,  qızcığazın  ölü­
---------------------------------------
316
_______________________
mündə özünü  baiskar sayanda.  İlk  baxışda  adama elə gə­
lir o,  intihar yolunu  seçəcəkdir.  Və  bir də alman  zabiti  Ro- 
bertin  sərəncamına  keçəndə.  Lakin  o,  özünü  şərdən,  izti­
rabdan  qurtarmağı  bacarır.
Biz  romanı  təhlil  edəndə  yazıçının  irəli  sürdüyü  xeyir 
və  şər konsepsiyasının  mənfi  yönümünə  münasibətini  gö­
rürük.  Daha  doğrusu,  onun  obrazı  cəhənnəmə  tələsmir. 
Mir Cəlal şər fəlsəfəsini və şərq hikmətini  bilirdi.  Şopenha- 
yerin  bir  ideyası  vardı  ki,  şər,  iztirab,  işkəncə  yaşadığı­
mız  dünyada  hökmran  qüvvədir,  bunların  pəncəsindən 
qurtarmaq  asan  deyil.  Ona  görə  də  qeyri-varlıq  varlıqdan, 
mövcud  olmamaq  mövcudluqdan,  yaşamamaq  yaşamaq­
dan  yaxşıdır.  Deməli,  həyatın  iztirablarından  xilasın  yolu­
nu  intiharda axtarmır;  belə  olarsa (intihar nəzərdə tutulur), 
insan  fiziki  cəhətdən  birdəfəlik özünü  xilas  edər.  Lakin  fi­
losof daha uzun əzabverici yola üstünlük verir:  İnsan həyat 
iradəsini,  həyat  əzmini  öldürməlidir,  həyatdan  zövq  alma­
malıdır,  seyirçi  mövqe tutmalıdır.  Bu  isə pessimizmdir. Al­
manlarla  müharibədə  uduzmamağın  ən  başlıca,  birinci 
faktoru əsgərlərimizin,  xalqımızın  nikbinliyi  idi.  Haqqın qə­
ləbə  çalması  ümidiydi.
"Yaşıdlarım"  romanında  aparıcı  motiv  nikbinlik  ideya­
sıdır;  bu,  müharibədə  qələbənin  mühüm  şərtidir və  bunun 
üçün yazıçıya irad tutmağa dəyməz.  Bir vintciyin boşalma­
sı  fəlakətlə  nəticələnə  bilir.  Və  insanın  zehni,  əxlaqi  inki­
şafı  tədricən gedir.  Heç də bütün  personaclar savadlı, yük­
sək  əxlaqlı  görünmürlər.  Lakin  ideya-məqsəd  birdir.  Mir 
Cəlalın  sənətkarlığı  bir  də  ondadır,  obrazları  keçmişindən 
ayrılmırlar,  bir varislik gözlənilir və bu hərəkətdədir.  Abbas 
kişinin  özü,  savadsız bir kəndli  də sonralar münasib sava­
da,  oxumağa,  yazı-pozuya  yiyələnir  və  təsərrüfatda  qa­
baqcıl  işçiyə  çevrilir;  bu,  inandırıcıdır,  sünü  təsiri  bağışla­
mır.  Fermada  pətəklərin  sayını  300-ə  çatdırır,  şüar  isə:
_______________________
3 1 7
---------------------------------------


"hər şey cəbhə  üçün,  hər şey qələbəmiz  üçün"  idi.  Mənim 
vaxtilə oxuduğum  bu  şüarın  arxaikləşdiyini  dəqiqləşdirən­
də  təəssüfləndim.  Bu  gün  Azərbaycan  da  müharibə  şərai­
tindədir,  ara-sıra  şəhidlərimizin  ruhu  doğma  ocaqlarına 
qayıdır.  Ermənilər isə iddialarından geri dönmürlər.  Elə isə 
biz  həmən şüarlardan,  hansı  kı,  babalarımız,  atalarımız bu 
çağırış  altında  qəhrəmanlıqla  döyüşmüşlər,  xeylisi  həlak 
olmuşlar-yararlanmalıyıq!  Görünür,  bir qrup  elita  nəfərləri 
üçün  şüar sərfəli  deyil.  Yoxsa,  Məmləkətimizdə sərvətləri­
mizi  talamaq,  insan  hüquqlarını  tapdalamaq,  əsassız  bə­
hanələri  rəsmiləşdirmək və  ilaxırlara  status qazandırmaq­
da  çətinlik  çəkərdilər...Onlar nə  üçün  Abbas  kişilərin,  Nə­
riman  cavanların,  Kərimzadə  ziyalıların  tarixi  xidmətlərini 
ayaqlar  altına  atmaqdadılar?!  Abbas  kişi  əməyi  ilə  öyünür 
ki,  cəbhəyə yardımçıdır.  Nazir qürurlanır ki,  bu  ağır vəziy­
yətdə  haram  tikəyə  göz  yetirmir.  Keçmiş  döyüşçü  qayıdıb 
ruh  yüksəkliyilə  işləyir.  Mir  Cəlal  Abbas  kişini  başqa  bir 
ovqatla  əmək meydanına  gətirməklə gələcək nəsli  qeyrətə 
səsləyir.  Oxuyuruq:  "Nazir  onun  əlini  sıxıb  təbrik  etmiş, 
gələcək  işlərində  müvəffəqiyyətlər arzulamışdı.  Abbas  ki­
şi  təşəkkür  alandan  sonra  bilmirdi  sevincini  ən-əvvəl  ki­
mə  desin,  necə  desin,  nə  dil  ilə desin"...Abbas  kişi  müna­
sibəti  də  unutmamışdır.  Kərimzadəgilə  gəlir.  Kərimzadə 
evdə  olmasa  da,  nəvəsi  Hədiyyə  ona  qulluq  göstərir.  Ab­
bas  kişi  qoltuğundakı qəzetləri  Hədiyyəyə verir ki,  oxusun, 
xoş  xəbərlərdən  hali  olsun.
"Yaşıdlarım"  romanında  Kiçikxanım  obrazı  kövrək xət­
dir  və  gənclərarası  sosial-məişət  münasibətlərinin  bütün 
zamanlar  üçün  "vahid  əxlaq"  resepti  olmadığını  göstərir. 
Kiçikxanım  ümumiləşmiş  həmyaşıdlarının  xarakterini 
özündə  əks  etdirir və  heç  də xoşbəxt  olmaqdan  imtina  et­
mir.  Nərimanla sevgisini  də  inkar etmir.  Lakin  ona ailədən 
gələn  təsirlər,  Əhməd  Orucəliyevin  maddi  imkanları  və
---------------------------------------
318
_______________________
Nərimanın  orduya  çağrılması  daxili  səbatını  üzə  çıxarır. 
Mən onun  bu  hərəkətini  görəndə məşhur yazıçı  Mark Tve- 
nin  kəlamını  düşündüm:  "Xoşbəxt  olmaq  yaxşıca  aldadıl­
maq  deməkdir".  Əlbəttə,  paradoksaldır:  xoşbəxtlik  bəd­
bəxtlər  içərisindən  adlayaraq  onları  aradan  qaldırmaq,  əl­
verişsiz  vəziyyətlərə  müqavimət  göstərmək  instiktividir, 
eyni  zamanda  mənfi  emosiyalara  və  ovqatlara  qalib  gəl­
mək,  müvafiq  tələbatlardan  imtina  etməkdir.  Eyni  zaman­
da  lazımi  vaxtlarda  risqə  getmək,  qüvvələri  səfərbərliyə 
almaq.  Özünü  ələ  almaq  bacarığıdır.  Deməli,  yalnız  istə­
mək hər şey deyil,  Hegelin verdiyi  "təsəlli" kimi:  "Təkcə is­
təməyin  dəfnə  çələngi  heç  vaxt  yaşıllaşmamış  quru  yar­
paqlardır".
Mir  Cəlal  Nərimanla  Kiçikxanımın  məcaralarının  təfər­
rüatını  söyləməyə tələsmir.  Müharibə  vaxtı  əsgərin  diqqə­
ti  parçalanmamalıdır.  Nərimana  sevgilisinin  naqis  davra­
nışı  məlumdur,  toyda  kövrək  faciyəyə  bənzər  "açıqlama"- 
nın  şahidi  olduq.  Nəriman  döyüşdə  ciddi  yaralandıqdan 
sonra  arxa  istehkam  hissələrindən  birinə  xidmətə  göndə­
rilir.  Mahaçqalaya  gəlcək  onu  arxa  ehtiyat  istehkamlarına 
müayinəsi  və qəbulu  üçün yaradılmış komissiyaya  üzv se­
çirlər.  Payızın  sonlarında  mayor  Remenyukun  başçılıq  et­
diyi  komissiya  ilə  Sumqayıta  gəlir.  Və  bu  işlər  "Təzə  şə­
hər"  romanının  "hazırlıq"  mərhələsi  təsirini  oyadır.  Hələ 
müharibə gedir.  İş prosesi  dinamikdir və  Mir Cəlal  lakonik 
canlı  təsvirlə oxucuya təqdim edir:  "Qazılanda yaş,  ağır və 
parça-parça  çıxan  qumları  bir  anda  qurudub  qova  döndə­
rir,  qismən  göyə  sovururdu.  Qalanmış torpaq  laylan  silsilə 
dağlar kimi  uzanıb  getdikcə  gedirdi.  Minlərlə  adam  qarış­
qa kimi  əlləşirdi.  Göydə oynayan  belləri,  külüngləri,  kükrə- 
yərək  yeriyən,  daş,  tormaq  daşıyan  maşınları,  traktorları 
uzun  və  zəncirli  burnunu  sağa-sola  çevirərək  ağır  daşları 
götürüb tikintidən  uzağa  atan  ekskavatorları,  bir az  kənar­
_______________________
31 9
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə