A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə76/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   72   73   74   75   76   77   78   79   ...   82

quruculuqda  doğulan  nəsil  vətənpərvər  ruhda  tərbiyə  al­
mırsa,  valideynlər və  idarə  edən  yuxarı  elita  vasitəsilə,  nə 
Vətənin,  nə  də  Dövlətin  mövcudluğu,  beləliklə  insanların 
xoşbəxtliyi  qeyri-mümkündür.  Vay  o  günə,  idarəolunanla- 
rın  idarəedənlərə  ciddi  sosial  və  əxlaqi  məğlubiyyəti  baş 
tuta-deməli,  bir  qrupların,  təbəqələrin  xoşbəxtliyi  aşağı  və 
orta  sinfin  bədbəxtliyi  üzərində  qurulur.  Əsər  boyu  biz 
görkəmli  ədibi,  təhsil  xadimini  bütün  situasiyalarda  xeyir­
xah  işlərdə,  əhalinin  xoşbəxt  yaşamasında  görürük.  Antik 
filosof  Aristotel  (e.ə.  384-322)  məhşur  "Siyasət"  əsərində 
xoşbəxtlik,  həyatın  mənası,  ən  yüksək  nemətin  nə  olması 
barədə  nəzəri  fikirlərini  irəli  sürmüşdür.  Bu  ”üç”lük-  anla­
yışı  bir kökdə evdemoniya56 adlandırmaqda səhv etməmişdir.
Aristotelin  firkincə,  insanın  son  məqsədi  istisnasız 
səadətə,  xoşbəxtliyə  can  atmasıdır.  Bu,  ən  ali  məktəbdir; 
amma  bir  şərtlə  ki,  dövlət  səviyyəsində  və  aşağı  (nisbə­
tən)  etaplı  hökümət  məmurları  fərdi  xoşbəxtliyə yox,  bütün 
ölkə  əhalisinin  səadətinə  nail  olmalıdır.  İnsanların  müəy­
yən  təbəqəsi  imkanlarına  üstünlük verir və  rəzil,  alçaq  eh­
tiraslara meydan açırlar.  Aristotel  bunun  xilası  yolunu  ağıl­
da,  idrakda  görür.  Roman  boyu  (bu  'Təzə  şəhər"də  də 
vardır) yazıçı  belə bir həyati-məntiqi-sosial konsepsiyadan 
çıxış  edir.  Kərimzadə  əslində  şəxsi  xoşbəxtlik  haqqında 
düşünmək  belə  istəmir,  ailəsi  də  bu  əxlaqa  əməl  edir,  nə­
vəsi  Nəriman  da.  Ədib  Nəvəsini  məmnunluqla  müharibə­
yə yola salır. Yaşı  kövrəkliyində ağlayar, ah-zara yer verər­
di  və  biz  bunu  təbii  qarşılayardıq.  Amma  onu  yalnız  Vətə­
nin  təhlükəli  bir  dövründə  onun  xilası  maraqlandırır.
56.  Yunan  sözüdür,  ”səadət" deməkdir.
__ _________________
300
------------
Mən  təkrar  qayıtmağa,  mərhum  yazıçımızın  gələcək 
nəsillərə  bədii  əmanət  kimi  bağışladığı  romanın  poetika­
sından çıxış etməklə,  məhz bu günümüzlə müqayisə apar­
maya  bilmədim.  Artıq  rəsmiləşmiş  bir  qrup  hökumət  mə­
murları  və mühafizə olunan  korrupsionerləri. Qarabağ  mü­
haribəsi,  itirilmiş  torpaqlar,  əsirlərimiz  əsla  maraqlandır­
mır.  Rəsmi və təsdiqlənmiş əyani  maddi ehramlar,  kaəşa- 
nələr xarici  bankların qoruduğu  milyonlar və s. Azərbayca­
nımızın  hərbi  qüvvəsinə  şəxsi  vəsaitlər  ilə  yetərli  yardım 
edə  bilərlər!  Kimsəsiz  uşaqlarımızı  küçələrdən,  dilənçilik­
dən  yayındırmağa  gücləri  çatar.  Lakin  onların  "müharibə­
si"  sərvət  toplamaq  hissidir...Aristotelə  qayıdaq.  Filosof 
xoşbəxtliyə  nail  omağın  üç  şərtini  fərqləndirmişdir:  1)  İn­
san  tam  inkişaf etməlidir.  2)  İnsan  sağlam,  firavan,  başqa 
nemətlər bolluğuna sahib kəsilməlidir.  3)  İnsan dövlət  işlə­
rində  iştirak  etməlidir.
Romanda müəllif bu  konsepsiyanın  mahiyyətində əda­
lət prinsipini  qoyur;  daha doğrusu,  bu sadalananlar (filosof 
bu  kompleski  "qızıl  orta  hədd"  adlandırmışdır)  reallaşırsa, 
insanlar  ədalətli  olmaya  bilməz.  Həqiqətdir  bu:  maddi  və 
mənəvi  təminat  niyə  mənfi,  qısqanc  emosiyalarla  müşa- 
yət  edilməlidir?  Haqq  öz  yerini  tutursa,  dövlət  səviyyəsin­
də  yerliçilik,  qohumbazlıq,  rüşvətxorluq,  dostbazlıq  və  ila- 
xır  nifrətə  layiq  proseslər  yoxsa...yalnız  ədalətdən  danışı­
lır.  Məsələn,  M.  Cəlal  romanda sadə, tünəkə bir kəndli  per­
sonaj  Abbası  təsvir etmişdir.  O,  savadsızdır,  oğlu  Səlimin 
tanımadığı,  təsadüfən  rastlaşdığı  Kərimzadədən  bağışla­
nan  qırmızı  kitab  (bu  rəmzidir)  kişini  yeni  bir ovqata-oğlu­
nu  oxutdurmağa təhrikləyir.  Və  bir  başa  Bakıya  gəlir,  kita­
bın  "izinə"  düşür,  o  birinci  şəxsi-rəhbəri  ona  tapızdırırlar. 
_____________________- 3 0 1 ______________________


Ata-oğul  Ağ  evə  gəlirlər.  O  şəxsin  qoruyucuları  bu  kəndli­
lə qarşılaşır,  öz xidməti  vəzifəsini  yerinə yetirəndən  sonra 
"boşalır"  rahatlaşır.  Baxaq  bir  epizoda  və  təəssüflə  bu 
günlə  müqayisə  aparaq:  "Enlikürək adam  irəli  yeridi.  Rus­
ca  nəsə  dedi,  gülümsəyərək  Səlimin  başını  sığalladı.  Ta- 
pancalı  cəld  enlikürək  adamın  qabağına  yeriyib,  nəsə  de­
di,  sözlərinin  içində  Leninin də adını  çəkdi. Abbas kişi bi­
lir  ki,  axtardığı  adam  budur,  tapancalı  onun  sözünü  danı­
şır.  Enlikürək  işarə  ilə:  "gəlin”  deyib  içəri  yeridi.
-   Keçin  içəri,  özü  sizi  çağırır,  keçin!  Və  görüş  baş  tu­
tur.  Bu  epizod  inanmıram  oxucuya  adi  təsvr  kimi  çatsın, 
çün  hamımız  belə  "qapıları  döymüşük.  Mir  Jəlal  böyük 
şəxsiyyət,  elə  lazımınca  qiymətini  almayan  ədibdi,  alimdi. 
Görünür,  yox  bəlkə  də  həqiqətdir-  qapılar  arxasında  darı­
xan  həyansız  adamları  görmüşdü.  Axı,  nə  üçün  ölkəsinin 
vətəndaşları,  əzilmişlər  ürək  sözlərini  demək,  haqqını  tə­
ləb  etmək  üçün  rəhbər  məmurların,  nazirlərin,  hətta  höku­
mət,  dövlət  rəhbərlərinin  qəbuluna  düşməmək  ehtimalına 
inanırlar!  Həqiqəti  danmayaq.  Bədii  əsər ən  ali  şəxsə  qə­
dər tərbiyəvi  funksiyasını  diqtə  edir,  anladır.  Gəlin,  insani 
hisslərimizi  yalana  bükməyək.  Məmləkətimizin  nazirləri­
nin,  qurum  başçılarının  qəbuluna düşmək,  latereyada  (ha- 
yıf  yoxdur)  ən  qiymətli  maşın  udmaq  kimi  bir  səadətdir! 
Adi  qapıda  dayanan  polis  nəfəri  bir  üz  göstərir,  gəl  görə­
sən!  Mir Jəlal  nəyi  diqtə  edirdi?  Birincisi,  ölkədə  hamı  ey­
nidir  və  konstitusiya  bütün  vətəndaşlara  aiddir.  İkincisi, 
ürək  sözünü  adi  kəndli,  fəhlə  də  deyə  bilər  və  onu  dinlə­
məmək  xalqına xəyanətdir.  Üçüncüsü,  yaşlı  və gənc  nəsil­
lər  ali  rəhbərlərdən  (eləcə  də  orta  təbəqə  məmurlardan) 
xeyirxahlıq, canlı təmas, obyektivlik görərlərsə,  onlar Vətə-
_______________________
302
----------------------------------------
nə,  Dövlətə heç vədə xəyanət etməzlər,  xüsüsilə cavanlar. 
Bunun  bariz timsalı  Səlimdir.
Müharibə  ölümdür,  amma  insanın  mahiyyətini  üzə  çı­
xarır  və  tərbiyə  edir.  Müharibənin  fəlsəfəsi,  psixologiyası 
vardır.  Məşhur rus  publisisti  və tarixçisi  N.Berdyayev  ma­
raqlı  tərif vermişdir:  "Səthi  nəzərlə  müharibə  maddi  kütlə­
lərin  yerdəyişməsi  və  toqquşması,  fiziki  zor,  öldürmə  və 
şikəstetmə,  dəhşətli  mexaniki  alətlərin fəaliyyətidir".  Ölüm 
müharibədə adiləşir,  lakin öldürmək əxlaqı  hadisədir,  çün­
ki  mənəviyyatla  əlaqədardır.  Jəbhədə  əsgər  vuruşur,  öl­
dürməlidir ki, düşmənə qalib gəlsin,  rəhbər şəxslər,  müha­
ribə  alovunu  yandıranlar  isə  yaxalarını  məsuliyyətdən  kə­
nara  çəkirlər.  Zorakılıq,  öldürmək  günahdır,  ona  görə  də 
qəbahət sayılır. Və hansı  məqamlardı? Öldürən əsgər haq­
lıdır,  günahkar  deyil,  onu  bu  hala  zorən  məcbur  etmişlər. 
Nəriman  və  onun  həmyaşıdları  heç  vaxt  müharibəni  gör­
məmişlər,  ancaq  gördülər və öldürdülər.  Məşhur  rus  yazı­
çısı  və publisisti  İlya Erenburqun cəbhə qeydlərində  ibrət­
li  epizod  təsvir olunmuşdur:  londonun  küçələrindən  birinə 
müəyyən  vaxtdan  sonra  partlaması  nəzərdə  tutulan  bom­
ba  atılır.  Bombanı  zərərsizləşdirmək  üçün  bir  fəhlə  təcili 
onu  qucağına  götürüb,  hava  hücumundan  müdafiə  qərar­
gahına üz tutur, bu zaman həmən fəhlənin balaca oğlu ata­
sının  önündə  qaçır  və  hamını  təhlükədən  xəbərdar  edir­
miş,  çünki  bomba  qəfil  partlaya  bilərmiş!  Nə  böyük  cəsa­
rət!  Əgər bu şəhərin  belə  igid  uşağı  varsa o. düşmənə təs­
lim  olmaz!  Nəriman  ağır  sınaqlardan  çıxır,  bir  təsadüflə 
ölümdən  qurtarır.  Almanlara  əsir  düşür.  Bu  məqamda  Mir 
Cəlal  vətənpərvərlik  hissinin  tarixən  formalaşmasına-Gə- 
dəbəydə  atası  qızıl  mədənləri  axtaran  Simensin  oğlu,  ka- 
______________________ 3 0 3 --------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə