A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə73/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   69   70   71   72   73   74   75   76   ...   82

IV  H İS S Ə
"YAŞIDLARIM ”  ROMANI
Mən  Mir  Cəlal  romanlarının  poetikasını  üç  əsərilə  ta­
mamlamışdım.  Və xeyli  yüngülləşmişdim.  İçimi  az-çox bo­
şaltmışdım,  imkanımı  əsirgəməmişdim.  Lakin  qəzetlərin 
birinə sızmış bir sorğunu oxudum və  pərişan oldum:  Qara­
bağ  müharibəsi  əlilinin  başına  yerli  icra  hakimiyyəti  or­
qanlarının  nümayəndəsinin  gətirdiyi  müsibət  və  15-17 
yaşlı  yeniyetmə-gənc məktəblilərin  bu dava barədə soyuq, 
laqeyd  sözləri  və  hər  iki  faktdan  daha  "yuxarıda"  əyləşən­
lərin  xəbərsizliyi,  yaxud  biganəliyi  (hər  ikisi  acınacaqlıdır) 
məni  yenidən  böyük  insan  və  yazıçı  Mir  Cəlala  qaytardı. 
1946  -cı  ildən  başladığı  "Yaşıdlarım”ı  hərçənd  çox  sonra 
(1963)  bitirsə də,  hər bir ölkənin,  hər bir vətəndaşın  fikrin­
də.  əməlində  döyüşə,  Vətənini  qorumağa-bu  müqəddəs 
hissləri  müqəddəsləşdirməyə  ehtiyac  duymalıdır.  Dövlət­
lər  və  onların  maraqları  varsa,  müharibə  həmişə  gözləni- 
ləndir.  Və  iş  elə  alındı-müstəqilliyimizi  qazandıq  və  əvə­
zində daşnaq  erməni  əclafları  torpağımızın  zəbti  iddiasına 
düşdü.  Və tarixə  dönən  Müharibə  reallaşdı.
Başqa  bir fakt  isə  "Təzə şəhər"  romanının  müəllif tərə­
findən  bitirilməsi  gedişində ardıcıllıq  məsələsidir.  Rəqəmə 
qalarsa,  "Yaşıdlarım" sonra tamamlanmışdır.  Mən  belə he­
sab  edirəm,  məhz  bu  romanın  qəhrəmanları  müharibənin 
sonlarında  arxaya  qayıdırlar,  tikinti  (istehkam)  işlərinə 
başlayırlar. Və təbii  ki, bu nəsil və müharibədən qayıdacaq 
döyüşçülər-Nərimanla,  Səlimlə  bir  növ  həmyaşıdlar  yeni 
_______________________
-2 8 8
---------------------------------------
bir şəhərin tikitisinə başlayırlar və  necə ki Təzə  şəhəri  tik­
məkdə  idilər.  Deməli,  ideya  ardıcıllığını  gözləməyi  daha 
məqsədəuyğun  hesab etmək də olardı...
Mən  romandan  bir  iqtibas  gətirməli  oldum.  Sonra  mü­
lahizələrimizi  ifadə edərik.  Oxuyuruq:  "Mən  uzaq və təhlü­
kəli  səfərə  gedirəm.  Vətən  davasına  gedirəm.  Vətən  mə­
nim ana yurdum,  gözümü açdığım  ilk üfüqlər,  ilk ayaq bas­
dığım  doğma  tormaq,  mənə  süd  verən  ana,  tərbiyə  verən 
ata,  oxudan,  öyrədən,  silahlandıran  məktəb,  komsomol, 
məni  bəxtiyar gənclər sırasına verən  partiya,  dövlət və qa­
nunlarımızdır.  Vətən  mənim  azadlığım,  namusum,  vicda­
nım,  hüququm,  heysiyyətimdir.  Vətən  mənim  odlu  məhəb­
bətim,  eşqim  və  sevgimdir.  Sənin  hər  məktubun,  sözün, 
səsin  ən  ağır,  qanlı  vuruşmalarda  mənə  dayaq,  təsəlli  və 
qüvvət verə  bilər!..”  Bu  sözləri  yazıçı  gənc qəhrəmanı  Nə­
rimanın  dilindən  söyləyir.
Müharibə  ilk  növbədə  insan  əxlaqını:  Onun  işıqlı  və 
kölgəli  görüntüsünü  üzə  çıxarır.  Necə  ki,  "Böyük  Vətən 
Müharibəsi"  adı  ilə  yaddaşlarda  tarixləşmiş  bu  anlam  So­
vet tərbiyəsi  sisteminin  ideoloci  mahiyyətini  ortaya qoydu. 
Bu  quruluş  dağılmışsa  da,  ondan  bəzi  mühüm  məsələləri, 
problemləri  başqa  prizmalarda  inkişaf  etdirmək  ehtiyacı 
bu  gün  duyulur.  Gəlin,  etiraf  edək  ki,  vətənpərvərlik  hissi 
son dərəcədə güclü  idi və o,  sınaqdan çıxdı.  Rusiyanın so­
yuq torpaqlarında  "Za  Rodinu"  hayqırtısı  ilə ölümlə pəncə­
ləşdilər.  Mir  Cəlal  müharibəni  görmüşdü  və  hansı  fəlakət­
lər  törətdiyini  unutmamışdı;  O  yaxşı  bilirdi  ki,  döyüş,  sa­
vaş-müharibənin  ağırlığı  cavanların  payınadır.  Bu  isə  iki 
cəhətdən  xarakterizə  olunur.  Birincisi,  ruh  yüksəkliyi, 
mərdlik  əhvalı,  qorxusuzluq  cəsarəti,  ikincisi,  fiziki  məh- 
_______________________
28 9
_______________________


volmadır, ölümdür.  Birincisi  ikincisini  xilas edir,  ikincisi  bi­
rincisini  özü  ilə  əbədiyyətə  aparır.  Deməli,  ailədən  başla­
yaraq  məktəb-təhsil  mərhələlərinədək  uşaq-yeniyetmə  - 
gənc,  bu  ’'üç"lük’’  müharibəyə,  torpağını  qorumağa  və qa­
lib gəlməyə  hazır dayanmışdır.
M.  Cəlal  romanında  ciddi  problemi  qoymuşdur:  Gənc­
lər hansı  ailədən boy atır və necə bir ovqatla orduya gedir­
lər.  Nəriman  yazıçı  Kərimzadənin  qız  nəvəsidir  və  onun 
tərbiyəsilə məşğul olmuşdur.  Ali təhsilli  memar-mühəndis­
dir.  Qonşu  qızı  Kiçikxanımı  sevir,  hətta  nişanlanmışdır. 
Sual çıxır:  Olmazdımı  yazıçı  bu  sevgini  ortaya  atmayaydı, 
rahat  hisslərilə  qəhrəmanını  cəbhəyə yola salaydı?
Mir  Cəlal  vətənpərvərlik  məsələsini  bir  problem  kimi 
qaldırmış və bədii  həllini  vermişdir.  Əsəri  oxuyanda gözü­
müzün qarşısından cəbhənin  məxsusi  görümü,  əsgərlərin, 
əlbəttə,  cavanların  ruhi  çırpıntıları  yaşanır.  Və müəllif ordu 
həyatının  ilk təməli  sayılan təlim-məşqləri  dəqiqliyilə  lako­
nik,  isti  təsvirlə qələmə almışdır.  Birinci  epizod:  "Qarabağ 
qaçqınlarının  əməyində,  iki  təpə  arasında  sığınmış  dərə 
kimi  yerdə  çadrlar  qurulandan;  təlimlər  başlanandan,  baş 
qarışandan  sonra  Nərimanın  məktub  həvəsi  yavaş-yavaş 
azaldı,  zərf-kağız  isə  çantada bükülü qaldı.  Səhər açılma­
mışdan  başlanan  və  günü-gündən  çətinləşən,  sürətlənən 
təlimlər  bəzən  gecəyə  çəkirdi".  Biz  Nərimanın-sevgisini 
cəbhəyə  gətirən  gəncin  psixologiyasının  ilk  "konturu"  ilə
tanış  oluruq.
Adətən,  gənc  əsgərlər  vaxt  tapıb  sevgililərinə,  yaxud, 
qadınlarına  məktub  yazırlar,  romantik  xəyala  qapılırlar. 
Nəriman  isə  özünü  ordu  həyatına  hazırlamaq  barədə  dü­
şünür,  kurs  rəisinin  tapşırıqlarına  əməl  edir;  komandirini
_______________________
2 9 0
----------------------------------------
qiymətləndirir:  "Nəriman  sözündəki  ciddiyyətə,  səsindəki 
əzəmətə  diqqət  verib  düşünürdü  ki,  komandirliyə  məhz 
əcdahalar  lazımdır.  Kim  bilir  neçə  dəfə  oddan  çıxıb,  ölüb 
öldürmələrdən  keçib.
İkinci  epizod:  "Yoldaş mayor!  Nahaq yerə vaxtımızı  al­
dınız!  Hazır deyilsiniz!  Əsgərlərin  üçdə  ikisi  hələ  arxa  ilə, 
dinclik  əhval-ruhiyyəsilə  yaşayırlar.  Biri  müəllimliyinin,  bi­
ri  şoferliyinin,  bir başqası  ailəsinin  hayındadır.  Bu  ruh,  bu 
təlim  ilə  düşmən  qabağına  getmək  olmaz.  Özü  də  necə 
düşmən!  Siz  bunu  məndən  yaxşı  bilirsiniz.  Proqramı  tək­
rarlayın, ciddi və dərindən təkrarlayın!  Bir ay əlavə vaxt ve­
rirəm,  bir də yoxlar,  baxarıq".  Bəllidir ki,  ordu  həyatının  ilk 
günləri,  ayları  arxada qalmış  xatirələrini  oyadır,  hələ alışl- 
madığı  üçün.  Əsgərlərlə  komandirin  dindirilməsində  onlar 
öz  peşələrini  sadalayırlar.  Yeganə  Nəriman  "Döyüşçü­
yəm" cavabını verir.  Az keçmir Nəriman cəbhədə görünür. 
Artıq döyüşlər xırda həcmdə olsa da gedir.  Rus qışının qa­
rı.  İliyə işləyən soyuq.  Bir əsgər isə gənublu:  Nəriman.  Ya­
zıçı  təsvirində biz qar dənələrini  görürük, çovğunun səsini 
eşidirik.  Oxuyuruq:  "Bir  saat  çəkmədi  ki,  çovğun  şiddət­
ləndi,  üfüq tutuldu,  göy qaraldı,  yer ağardı.  Sürətlə  burula­
raq  göydə  oynayan  qardan  beş  addımlıq  məsafədən  hər 
şey  görünməz  oldu.  Qar  havada  müxtəlif  istiqamətdə  elə 
burulurdu  ki,  bilmək olmurdu göydən yerə yağır, ya yerdən 
göyə  qalxır.  Adama  elə  gəlirdi  ki,  göy-yer də-bütün  kainat 
qar püskürür.  Hər şey qardan  ibarətdir".  Belə çətin havada 
atışma  baş verir və Nəriman alman əsgərinin qıçından tu­
tur və yerə çırpıb boğazlayır:  "Nəriman  dilini  başa düşmə­
diyi  bu  adamın əlində fənər yandırdığını  görüb  əllərini  tut­
du,  dizilə  boğazını  elə  bərk  basdı  ki,  hərifin  nəfəsi  kəsidi. 
______________________ 2 9 1 --------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə