A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə81/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   74   75   76   77   78   79   80   81   82

da  uzun  lüləsini  göyə  çevirib  keşik  çəkən  topları  görən­
də adama elə gəlirdi  ki,  insanlar yerin bağrını dəlməyə qət 
etmişlər"...Nərimanı  belə  bir  iş  gözləyir,  Kiçikxanım  barə­
də  düşünmək vaxtı  deyil.  Lakin  bədii  qanunauyğunluq  var
ki...
Kiçikxanım  bu  sahəyə  göndərilmiş,  artıq 46  gündür  iş­
ləyir.  Müharibə  bu  zərif,  peşəcə  müəllimə  olan  qadını  dü­
zün  ortasında  səngər  qazmağa,  çadır  altında  yaşamağa 
məcbur etmişdir.  Ondakı  intuisiya  hansısa  bir sevincli  xə­
bəri,  hadisəni  diqtə  edir,  olacağını  təsdiqləyir.  Və  həmən 
gözlənilən  gün çatır.  Buna qədər Kiçikxanım  səhvini  etiraf 
edir,  peşmançılığını  gizlətmir,  ilk  və  müqəddəs  məhəbbə­
tinə xəyanətini  özünə bağışlamır. Tənhalıq  onu evi  tərk et­
mək məcburiyyətinə qoyur.  Onda  ruhdan düşmə halı  yara­
nır,  əli  hər  şeydən  üzülür:  "Mənimki  qara  gəldi!  Ya  göz 
dəydi,  ya  əsgər anasının  qarqışı  tutdu,  nəsə  mənimki  qa­
ra  gəldi.
Bu ağır,  lakin amansız hökmə  inandığı  üçün  müvəqqə­
ti  bir zaman hər şeydən -qızlara, gənclərə məxsus olan  hər 
şeydən  əl  çəkmək  istədi.  Müəllimliyə  gedə  bilərdi,  ancaq 
rayona təyin  edirdilər.  Maarif  Nazirliyinin tələbinə baxma­
dı.  Diplomundan əl çəkib evə,  təkrar atasının yanına qayıt­
dı".  Onu  ər evinə qaytarmaq  istəyən  Nisə  qarını  bihörmət 
edir:  üzünə  ağ  olur,  özünü  intiharla  hədələyir.  Kiçikxanım 
səngər  işinə  razılıq  verir.
Mir  Cəlalın  qadın  qəhrəmanı  azadlığa  can  atır,  fərəh- 
siz  məişət  həyatından  bezikir,  həyatın  təzadlarını  indi  an­
layır.  Mir  Cəlal  Kiçikxanım-Nəriman  xəttində  fərdi  xoş­
bəxtliyin  heç  də  hər  zaman  baş  tutmamasını  göstərir.  Bu 
cütlüyə  Əhməd  Orucəliyevi  də  əlavə  etmək  lazım  gəlir. 
Əslinə  qalsa,  romanın  ideya-mərkəzində-poetikasında  in­
sanın xoşbəxtliyi  dayanır,  bu  isə bu varlığın əxlaqından ke­
çir.  Kərimzadə  çox  şeyi  itirmişdir,  amma  övladları  və  nə­
_______________________
320
----------------------------------------
vələrini  tapmışdır.  Abbas  kişi  sadə  kəndlidir.  Savadsızdır, 
amma  ləyaqətli  oğlu  Səlimi  qazanmışdır.  Yurik  valideyn­
lərindən  xəbərsizdir,  amma  Hədiyyə  xanıma  rast  gəlmiş­
dir.  Bunun  əksi  də  var:  Əhməd  Orucəliyevin  və  Kiçikxam- 
mın  taleyi  hələlik  işıqdan  məhrumdur.  Fərəh,  səadət-xoş­
bəxtlik  insanın  sonuncu  "dayanacaq"  nöqtəsidir.  Dahi  filo­
sof,  ədəbiyyatşünas  Əl-Fərabi  bu  mənada  xoşbəxtliyə be­
lə  qiymətlə  yanaşır:  "Xoşbəxtlik  hər  bir  insanın  cəhd  gös­
tərdiyi  bir  məqsəddir.  Onun  kortəbii  meyli  ən  uca  mükəm­
məllikdir.  Xoşbəxtlik  insanın  əldə  etməyə  cəhd  etdiyi  bö­
yük  nemətdir  ki,  bundan  yüksəkdə  dayanan,  üstün  olan 
başqa  bir nemət yoxdur.  Bu  xoşbəxtliyə səy,  cəhd  insanın 
ən  mükəmməl  məqsədidir!!"
Kiçikxanım  üçün  hələlik  özünəqayıdış  hissi  güclüdür 
və  xatirələrinə  təslimdir.  Müəllif  bu  ürəkdən  acıdığı  qadı­
nın halına acıyırsa, onu ruhdan düşməyə çəkmir, amma la- 
birintsiz ötüşməyəcəyinə də  inandırır:  "Mütərrəddid  baxış­
larında  Kiçikxanımın qəlbən  nə yaşadığını,  nə düşündüyü­
nü,  xəyalından  nələr  keçdiyini  yazsan  bir  kitab  olar.  İnsa­
nın  göz  gilələri  nə  qədər  kiçikdirsə  də,  böyük  bir  aləmi 
əhatə edə  bildiyi  kimi,  Kiçikxanımın  ani  xəyalı  da  az qala 
bütün  həyatını  xatırlaya  bildiyi  bütün  sevincli,  kədərli  gün­
ləri qarşıya gətirirdi.  Lakin gözlər geniş bir şəhər,  ya təbiət 
lövhəsinə  baxanda  yalnız  böyük  şeyləri  gördüyü,  təfsilatı 
seçə  bilmədiyi  kimi,  gəncin  xəyalı  da  həyatın zahiri  və qa­
barıq  səhifələrini  cızır,  bu  səhifələrdəki  yazıları  bunların 
mənasını  seçə  bilmirdi.  Seçə  bilməkdə aciz  idi".
Əvvəllər  Kiçikxanım  bizə  adi  sevən,  gələcəkdə  ana 
olacaq  bir  qız  təsiri  bağışlayır.  Nəriman  da  belə  düşünüb 
onunla ailə qurmaq  həvəsinə, sevgisinə düşür.  Amma mü­
haribə  "sevgi"  anlayışını  da  imtahana  çəkir.  Və  bu  xüsu­
siyyəti  yazıçı  nəhayət  açır:  "Kiçikxanım  zahirpərəst  idi, 
gəncliyini  belə zahirlə  keçirmişdi.  O.  həyatı  haçan,  kim  tə­
_______________________
3 2 1
----------------------------------------


rəfindən və  nə  üçünsə tərtib olunmuş bir ziyafət məclisinə 
bənzədirdi.  Onun  zənnincə  bu  məclisin  zəhmətini  çəkən­
lər  də.  ləzzətini  çəkənlər  də  vardır.  Kiçikxanım  həmişə 
özünü  ikincilərdən  sayırdı;  nə  üçün  ikincilərdən  sayırdı? 
Bunu  bilmir və  bu  sual  onu  düşündürmürdü  də"...
Kiçikxanım  "qızıl  əsgərə,  cəbhəçiyə  etibarsız  çıxan­
dan"  sonra  ictimai  qınaq  obyekti  olur,  yoldaşları,  tanışları 
üz  döndərirlər.  Bu  yanaşma  bəlkə də oxuculara  rəribə  gö­
rünər;  yazıçı  yeganə  qadın  obrazını  niyə  miskinləşdirir? 
Elə  deyil.  Gənclər  bilməyə  borcludular  ki,  ən  ağır,  kritik 
məqamlarda,  olaylarda sevgini satmaq olmaz,  xoş güzəra­
na qurban verməyə dəyməz.  Müharibənin  ilk aylarında bö­
yük  rus  şairi  Konstantin  Simonov  məşhur  "Gözlə  məni" 
şeirini təsadüfən yazmamışdı.  Deməli,  Kiçikxanımları yax­
şı  olmayan  mənəvi  aqibət  gözləmişdir:  "Orucəliyevə  ge­
dəndən sonra Kiçikxanım dərgahdan qovulmuş,  pənah ye­
ri  tapmayan  bir  günahkar  vəziyyətində  qalmışdı,  yoldaş 
içinə çıxmağa  üzü yox  idi.  Ər evindən,  qaynanadan  başqa 
heç bir ünsiyyət yeri, vasitəsi  qalmamışdı. Yoldaşları  onun 
barəsində  həmişə  təəssüflə  danışır,  hərəkətlərini  pisləyir­
dilər.  Kiçikxanım  Nərimanı  rəsmi  yerdə  görür;  Nərimanın 
sol  yanağındakı  xala  gözü  sataşır,  sanki  başına  bir qazan 
dağ  suyu  çiliyirlər.  Onu  qan-tər  götürür  və  güllədən  qoru­
nan  adam  kimi  boynunu  qısır.  Acınacaqlı  tale  qisməti.  Və 
fəryad  içində  qaçır və  qaça-qaça  tez  özünü  qum  qalıqları­
nın  arasına  salıb  gözdən  itdi.  Kiçikxanım  öz  briqadasına 
çatanacan  nə  geri  baxdı,  nə  yuxarı.  Ayağının  altına,  qum­
lara  baxa-baxa  xəcalətindən  iki  əlli  üzünü tutaraq,  elə  mü­
tərəddid,  elə  pozğun  gedirdi  ki,  uzaqdan  baxan  hər  kəs 
onun  nə  isə,  həyatında ən qiymətli  bir şeyi  itirdiyini  və ba­
şına  gələn  faciəni  heç  kəsə  danışmağa  üzü  olmadığını 
asanlıqla  duyardı".
Misal  var:  Sonrakı  peşimançılıq  fayda  verməz!  Kiçik- 
---------------------------------------
3 2 2 ----------------------------------------
xanım  Nərimanı  görəndə  bu  hissi  keçirir,  ona  xəyanətini 
anlayır.  Nəriman  isə  Kiçikxanıma  nifrət  bəsləməyi  bacar­
mır,  mərhəməti  bu  hissə  yol  vermir.  Lakin  ilk  məhəbbət 
unudulmur.  Kiçikxanımın  halının  pisləşməsi  məqamında 
ötənlər-keçənlər qəlbini  sıxır.  Bu  zərif  sevgilisindən  hansı 
cizgilər dəyişməmişdir?  Yazıçı  da axı,  bu  kövrək macəra­
dan  xəbərdardır.  Onun  üçün  bu  gəlin  daxili  çırpıntılarını 
gizlədə  bilmir  və  yazıçı  da  müşahidə  edir.  Bəlkə  də  daha 
onların qarşılaşacağının  şahidinə çevrilməyəcəkdir:  "Nəri­
man  onu,  sifətində  böyüyən  dəyirmi  gözlər və  qələm  qaş­
lardan  başqa  heç  nəyi  qalmayan  sevgilisini  çətinliklə tanı­
dı.  Tanıdı  və  suya  döndü.  Xəcalət  ifadə  edən  və  məsum- 
məsum  ona  baxan,  bu  yaşlı  qara  gözlər  Nərimandan  san­
ki  mərhəmət  diləyirdi.  Onun  ürəyi  elə  çırpındı  ki,  nə  edə­
cəyini  unutdu.  Ancaq  onu  bildi  ki,  vaxtilə  məftun  olduğu, 
həsrətini  çəkdiyi  və  xəyalında  ideala  çevrildiyi  gözlərə  in­
di  bir an  da  baxa  bilmir.  Sanki  oradakı  işıqlar ardında  Nə­
riman  itirdiyi  və  həmişəlik  itirdiyi  bir  məhəbbətin  izlərini 
görür və  bu  görüşdən  iztirab çəkirdi".
Kiçikxanım axır ki,  içərisini sökən, amma tikməyən xə­
yanətin  müqabilində  üzr  istəyir,  onu  bağışlamasını  rica 
edir:  Gərək  məni  bağışlayasınız!-  deyir.  Bu  səs  tamam 
başqa  bir dünyada əbədiləşmiş ah  idi,  ilk məhəbbətin  na­
ləsi  idi.  Hər  nə  idisə,  artıq  qocalmışdı,  ünvanını  itirmişdi! 
Kiçikxaım  qəlbində  özüylə  danışır,  məhəbbətin  qüdrətini 
şərh  etməyə çalışır.  Nəriman  artıq  onun  üçün  gənc  bir oğ­
lana  oxşamır,  müdrik,  alicənab  bir  kişi  təsiri  oyadır.  Mir 
Cəlal  bu  xətlə  bağlı  Əhmədi  və  Kiçikxanımı,  Kiçikxanımı 
və  Nərimanı  qarşılaşdırır.  Nə  üçün?  Buna  ehtiyac  varmı? 
Məsələ  bundadır,  Əhmədin  taleyi  müəmmalıdırsa,  Kiçik- 
xanım  Nərimanın  yanındadır.  Güman,  Əhməd burada- gö­
rüşdə  olsa  idi  Nərimandan  centlmensayağı  üzr  istəyərdi­
mi?  Ölümündən  qurtaran  bir  insan  önündə  hansı  əxlaqi
_______________________
3 2 3
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə