A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə79/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   74   75   76   77   78   79   80   81   82

na  bir  ədib  obrazının  gəlməsi  təsadüfi  deyildir.  Mir  Cəlal 
əsərdə  təhkiyədən  qədərincə  istifadə  etmişdir,  bu  bədii 
metodun  obyektivliyini  əvvəlki 
əsərlərində  duymuşdu, 
çünki  bu  yazıçı  dünyagörüşünü  əks  etdirir.  Mir  Cəlalı  mü­
hakimə yürütməkdə,  hadisələrin canlı  təsvirindən yan keç­
məkdə,  daha  çox  nəticə  çıxarmaqda  suçlandırmaqda  da 
tələskənliyə  yol  verilmişdir.  Əgər  hansısa  müəllifdə  belə 
bir təhkiyə,  üslub mövcuddursa bu, yazıçı  xoşbəxtliyidir.  L. 
Tolstoyun  "Hərb və sülh" epopeyası  -romanında  əgər əsə­
rin  həçmilə  müqayisə  aparsaq,  yazıçının  kənardan  müşa­
hidəsi-mühakiməsinə  heyran  kəsilirik.  Əbülhəsənin  "Mü­
haribə"  romanı  da  istisna  deyil.  Mir  Jəlalda  insafa  qalsa, 
tənqidçinin  tələb  etdiyi  xüsusiyyət  az  deyil,  öncə  yazıçıda 
"dialoq”  güclü  bədii  vasitədir.  Lakin  romanın  əsas subyek­
ti  İnsandır  ki,  o,  müəllif  mühakiməsində  tipik  obraza  çev­
rilir.  V.Q.  Belinskinin  nəzərindən  bu  cəhət  yayınmamışdır 
və  yazmışdır  ki,  roman  üçün  həyat  insandan  ibarətdir  və 
insan  qəlbinin,  ruhunun  mistikası,  insanın  taleyi,  onun 
xalq  həyatına  olan  bütün  münasibətləri  roman  üçün  zən­
gin,  tükənməz  mövzudur59.  Romandan  bir  epizoda  diqqət 
yetirək.  Nəriman  qatarla  gəlir,  nə  məqsədlə,  hansı  əhval­
la...demirik.  Yazıçının  sözlərini,  bədii  mühakiməsinin  ün­
vanını  oxucu  aydınlaşdırır:  "Qatar  sanki  Nərimanı  duyğu 
üçün  sürətini  artıraraq  qoşa  və  parlaq  relslər  üzərində  sü­
züb  gedirdi.  Təkərlər taqqıldadıqca,  fit  səsi  xəbərdarlıq  et­
dikcə,  sərnişinlər tez  yığışdırılıb  hazırlaşdıqca,  Bakının  ilk 
əlaməti  olaraq  mazutlu  maşınlar,  buruqlar,  neft çənləri,  za­
59.  Belinski  V.Q.  Seçilmiş əsərlər.  B.,  1948.  səh. 51.
____________________
312
---------------------------
vod  bacaları,  elektrik  xətləri,  fəhlə  mənzilləri  göründükcə 
Nərimanın  qəlbi  daha  bərk  döyünür,  ürəyi  tələsir,  vücudu­
na  hərarət gəlirdi".
"Bu  gəliş-gediş vaqonda bir müsahiblə də  baş tuta  bi­
lərdi  və  bir yazıçı  üçün  adi  bir şeydir.  Lakin  obrazın  hiss­
ləri  oxucu  üçün  kifayət  edir...Nərimanla  arxa  cəbhədəki 
görüşün  mahiyyətində bir də o dayanır ki,  dava  uzanar,  il­
lər  keçər  və  hələ  əsgər  yaşına  çatmamış  yeniyetmələr, 
gənclər xəbərsiz böyüməsinlər,  faşizmi  bir ideologiya  ola­
raq  öldürməklə  səadətə  qovuşmaq  xülyasını  bir  əsgərin- 
zabitn dilindən eşitsinlər.  Bu,  bir yana,  bəzi  müharibə gör­
məyən  yaşlılara  qələbə  üçün  nəyin  necə  olması  da  vacib 
şərtdir.  Axı,hamı  Kərimzadə  kimi  düşünə  bilməz.  Yazıçı 
yaralanmış,  azca  sağalmış  Nərimanı  bu  mənada  arxaya- 
Bakıya  gətirmişdir.  Mir  Cəlal  alman  fəlsəfəsinin  Şopen- 
hauer,  Nitsşe,  Hartman  kimi  nümayəndələrinə  az-çox  bə­
ləd  idi  və  qələm  dostu  S.  Vurğunun  "İnsan"  dramına  da 
baxmışdı.  Alman  -faşist  ideologiyası  Artur  Şopenhauer 
(1788-1860)  cazibəsində  fırlanırdı.  Bu  filosofun  "Dünya 
iradə  və  təsəvvür  kimi"  əsəri  XX  əsrə  gəlib  çıxmışdı.  İde­
ya  isə:  həqiqi  varlıq  irrosionaldır,  dərkolunmazdır,  demə­
li,  insanın-son  məqsədi  üçün  mübarizə  aparmasına  dəy­
məz,  əxlaqı  xoşbəxtlik  prinsipi  üzərində  qurmaq  əbəsdir. 
A.Şopenhauerə  görə,  xoşbəxtlik  xalis  mənfi  anlayışdır,  bu 
isə  iztirabın  olmamasıdır.  İztiraba  pozitiv  nəzərlə  baxır. 
Və  cəhdə  mənfi  emosiyaca  qiymət  verir.  Romanda  Mir 
Cəlal  məhz  "cəhd"  anlayışına  yüksək  müsbət  mövqedən 
yanaşır.  Bütün  xalq ona cəhd göstərir  ki,  faşizmi  məhv  et­
sin,  çətinlikləri  aradan  qaldırmaq  cəhdi  psixoloci  stimula 
çevrilsin.  Hərçənd,  Nərimanın  nitqində  bu  məsələ  ümumi-
_______________________
313
---------------------------------------


dir,  lakin  konkretdir,  əyanidir.  Nəriman  onu  dinləyənlərə 
nəzakətlə  baş  əyir,  sözünə  başlayır:  "Mənim  müharibə­
dən,  cəbhə  həyatından  danışmağım  bəlkə  də  bəzilərinə 
qəribə  gələ  bilər,  çünki  mən  mütəxəsis  hərbçi  deyiləm. 
Döyüş  işinə  nəzəri  cəhətdən  o  qədər  də  bələdliyim  yox­
dur.  Mən  sizə  ancaq  bir  əsgər,  cəbhəçi  gözü  ilə  görən, 
mühüm  bir  iş  görməsə  də  meydanda  şəxsən  olmuş,  barıt 
qoxusundan  çıxmış  bir  adam  kimi  gördüklərimi  deyə  bilə­
rəm.  Mənim  dediklərimdə  səhv  və  yanlışlıqlar  olsa  bağış­
lamanızı  xahiş  edirəm,  çünki  Tolstoyun  "Hərb  və  sülh" 
əsərində  dediyi  kimi,  bir  əsgər  müharibə  meydanında  öz 
bölüyünün,  ancaq öz döyüş  sahəsinin  həyatını  yaxşı  bilir". 
Bu  sözlərlə o,  özünün  yüksək əxlaqını,  təvazökarlığını,  ya­
lan  pafosdan  uzaqlığını  çatdırır və  diqtə  edir ki,  mühari­
bə  cəbhədir,  səngərdir,  atəşdir,  düşmənə qalib gəlməkdir. 
Və  hər bir vənəndaşa  bu  nəsibdir.  Nəriman  "hazırlıq"  mər­
hələsindən,  ritorik təsvirindən  sonra  mətləbə keçir:  "Dava­
da  necə  lazımdırsa,  eləcə  də  düşmənlə  üz-üzə  gəlməli  ol­
dum.  Faşistlərin  işğal  olunan  yerlərdə  camaatımızın  başı­
na  nə  gətirdiklərini  mətbuatda  oxuyursunuz.  Bu  qədər za­
lım,  qaniçən  və  qəddar adamları  mən  təsəvvür  etməzdim. 
Elə  bil  ki,  bunlar  müharibəyə  gəlməyiblər:  mütəxəssiz cəl­
ladlar kimi  əldə silah,  qabaqlarına çıxan  hər bir kəsi qırma­
ğa,  hər  şeyi  dağıdıb  xaraba  qoymağa  gəliblər.  Daş  kimi 
sərt  baxışlarından  düşünürsən  ki,  bunlar  Hitler  tərbiyəsi 
alıblar.  Bunlarda  duyğu,  hissiyyat yoxdur"...
Bu  nitqdə  zahirən  mühakimə  vardır:  O,  döyüşdə  dəfə­
lərlə ölümlə qabaq-qənşər dayanmış, tapşırığı  yerinə yetir­
miş,  döyüşçü  Səlimi  ölümün  əlindən  almış;  hətta  bir faşist 
əsgərini  cəhənnəmə  yola  salmışdır.  Bunu  yazıçı  detalları- 
nacan  təsvir  etmişdir;  elə  isə:  mühakimədə  ölçü  hissinin
_______________________
31 4
----------------------------------------
itirilməsi,  mühakimənin  yerinin,  məqamının  düzgün  təyi­
ni,  mühakimə  ilə təsvirin  bağlılığı,  daxili  əlaqəsinin  yara- 
dılmaması-  absurd tənqidçi  mühakiməsidir.
Nəriman  faşistlərin  Nitsşedən,  Şopenhauerdən  maya­
lanan  əxlaqlarını  əyani  çatdırmalı  olur-  hər bir döyüşçü  is- 
tirabla,  işkəncə ilə üz-üzə gəlir. Əgər məğlub olsan  üç mü­
hüm  nemətlə  vidalaşırsan:  sağlamlığınla,  gəncliyinlə  və 
azadlığınla.  Deməli, bu  üçlük-triada-şərin qalibiyyətilə  itiri­
lə bilər,  onda xeyir, fəzilət üstün gəlməlidir.  Məşhur filosof 
Leybnitsin sözlərini xatırladım: "Dünyada yalnız real surət­
də xeyir mövcuddur,  şər xeyirin  kölgəsidir.  Şər,  iztirab,  rə­
zalət yalnız  xeyirin  daha  qabarıq  surətdə görünməsi,  özü­
nü  ən  parlaq  surətdə  büruzə  verməsi  üçün  mövcuddur” . 
Belədir.
Nəriman  sevdiyi  Kiçikxanımı  itirir;  Əhməd  Orucəliyev 
üstün  gəlir.  Bu  qızın  əsgər  oğlana  xəyanətdir.  Nərimanın 
şüuruna işləmiş bu sevgi  xüsusilə toy zamanı  onu sarsıdır. 
Yazıçı  bunu  təsvir edir və  qayıtmaq  istəməzdim.  Təbii  ki, 
hər  bir  gənc  oğlan  sevgisini  oğurlayana  rəqib  kəsilir,  onu 
Otellosayağı  boğmağa  hazırdır.
Və mən bir oxucu  intizarı  ilə bu anı  gözləyirdim.  Ancaq 
Mir Cəlal yazıçı  əxlaqı  ilə bu yolu  seçmir.  Məsələyə  aydın­
lıq  gətirək.  İnsan  faktoru  baxımından.  Və  bəllidir  ki,  insan 
varlıq  bütövlüyündə  mahiyyətində  sosial-tarixi-missiyasını 
daşıyır və bu əsasda onu daima öz  içərisində,  mənəviyya­
tında  dəyişmədə,  yaradıcı  fəaliyyətində  axtarır  və  tapır. 
Belə  olduqda  insan  ünsiyyətin  sosial  formalarına,  ictimai 
münasibətlərə  xəyanət  etmir.  Belə  bir  determinləşmənin 
hər iki tərəfi  insanın  ictimai varlıq olaraq özünü  mədəni-ta­
rixi  yaranışını  təsdiqləyir.  İnsanın  mahiyyəti-  iç  dünyası 
onun  bioloci-fizioloci  təbiətilə yaranır və fövqəltəbii  qüvvə 
ilə  daxil  olur;  yəni  öz-özünə  determinləşir.  Belə  tarixi  və 
sosial mərhələlərin  məhsulu  kimi  İnsan bir-birini  məhv et- 
__________ ___ ________3 1 5 -------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə