A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə77/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   74   75   76   77   78   79   80   81   82

pitan  Robertlə  qarşılaşır.  Mənzərəli  və  bərəkətli  Azərbay­
can  tormağı  balaca  Robertin  yaddaşında  əbədi  qalmışdır. 
O,  unutmur  və  istəyir  nostalci  hisslə  əsir  cavan  partizanı- 
Nərimanı  öz  tərəfinə  çəksin.  Nəriman  Yurinin  bacısının 
ölümünə  acıyıp,  göz  yaşı  tökür,  sanki  günahkar  özüdür. 
Nəriman  qızcığazı  qorumağa çalışır,  ona təsəlli  verir,  özü­
nü  unudur,  təkcə  qızı  xilas  eləsin:  "Heç  fikir  eləmə,  səni 
partizan  qərargahına  göndərəcəyəm.  Orada  ən  təcrübəli 
həkimlər,  hər  cür  dərmanlar  var.  İlk  köməkdən  sonra  təy­
yarə  ilə  arxaya  aparacaqlar.  Adres  verəcəyəm.  Görüşər­
sən,  mənim dilimdən də salam deyərsən!  Deyərsən  ki, da­
va  qurtaranda  gələcəyəm,  onacan  siz  beşincidə  olarsınız. 
Mən  sizi  texnikuma  göndərərəm.  Oxuyub  inşaatçı  olarsı­
nız..."  Bu şirin təsəlliverici  sözlərə Nəriman  inanırdı.  Lakin 
taleyin  hökmü  başqa cürdür:  "Uşağı  yerə qoydu;  gülümsər 
sifətlə  ona  baxıb,  nəsə  demək  istəyirdi.  Birdən  rəngi  də­
yişdi,  üzündə  iztirablı  bir  ciddiyyət  duyuldu,  qızın  gözləri 
çoxdan  axmış,  nəfəsi  kəsilmişdi...Nəriman  qızı  həsrətlə 
çağırdı,  çağırdı,  onun  nəbzini  yoxladı.  Uşaq  çoxdan  öl­
müşdü"...Nəriman  "Mənim  bir  tikə  çörək  tamahım"  deyə 
vicdan  əzabı  çəkir,  qovrulur,  dəhşətə  gəlir...Nəriman  aclı­
ğa,  susuzluğa  sonacan  tab  gətirirsə,  taqətdən  düşür.  Qal­
xıb  getmək  istəyirsə,  ayaqları  sözünə  baxmır.  Qüvvəsini 
toplayıb  addım  atmaq  istəyir.  Lakin  Mir Cəlal  bu  ağır səh­
nəni  kövrək qələmlə təsvir edir;  bu  isə oxucuda  bir nikbin­
lik  oyadır,  sanki  işıq  vəd  edir:  "Yaş  və  yumşaq  otlar  üzə­
rində bir müddət hissiz qaldı. Gözünü açanda yanğının, od 
tutulmuş bir bıçaq  kimi  içini  doğradığını  hiss  etdi.  Ona elə 
gəldi  ki,  bir  ovuc  su  ilə  dodaqlarını  da  islatsa  qüvvətə  gə­
ləcəkdir.  Bir  cida  boyu  qalxan,  meşəyə  sanki  isti  gətirən 
_______________________
304
----------------------------------------
günəş indi onun lap qurumuş, taxtaya dönmüş sinəsini  dö­
yürdü.  Nəriman  üzü  üstə  döndü.  Su  ümidilə  yavaş-yavaş 
aşağıya süründü.  Günəş şüaları  gah yarpaqlarda,  gah daş 
parçalarında,  gah  da  əlindəki  silaha  düşüb  bərq  vururdu. 
Parıltılar onu  irəliyə çağırırdı"...
Nərimanla alman zabiti arasındakı dialoq kəskin gedir, 
sanki  güllədir  və  bu  iki  zabitdən  birinin  taleyini  həll  edə­
cəkdir.  Elə də olur..."Biz ölməyə yox, öldürməyə gəlmişik!" 
cavabı-fikri  fəlsəfi  mənalıdır,  bir gəncin əqidəsinin səsidir. 
Ardınca  "Müharibə  meydanında  hərifin  adı  və  adresi  so- 
ruşulmaz"  cavabı  da  məntiqdir,  içəridən püskürən  nidadır. 
Bunlar borcun dərkidir,  şəxsiyyətin özünə nəzarətin  əxlaqi 
psixoloci  təzahürüdür.  Bu  isə  davranışın  sosial-siyasi  tə­
ləblərinin  insan  qarşısında  şüurlu  başa  düşülmüş  vəzifə­
sidir,  məsuliyyət  hissidir.
Mən yenə  assosiativ  bir paralel  aparmalı  oluram.  Düş­
mən  əlində  olan  Kəlbəcərimiz,  vaxtilə  Simensin  axtardığı 
qızıl  mədənlərimizi  niyə  xilas  edə  bilmirik?  Bunun  siyasi 
tərəfi  aydındır,  bəs  haçansa  geri  qaytarmağa  necə,  gənc­
lərimizi  hazırlayırıqmı?  Sualdan  qaçmağa  hacət  yoxdur. 
Mir Cəlal  intuisiyası  bu  məsələdə yanılmamışdır:  "Həmən 
bu  enliburun,  göygöz,  qırmızı  sifət  zabit  "Yelizavetpol" 
mahalındakı  mis  mədənlərinin  sahibi  Simensin  kiçik  oğlu 
Robert  idi.  Ağası  Şərqdəki  mədən  müəssisələrinin  hamı­
sını gəzəndən,  "bəzi  işlərdən",  "bəzi adamlardan" əsəbilə- 
şəndən  sonra  birbaş  buraya,  Qafqaz  silsilələrində  gözəl, 
sakit,  cazibəli  dağlar arasına  gələr,  şam  ağaclarının  altın­
da,  bülbüllərin,  qumruların,  sarıköynəklərin  mahnısı,  kürə­
sindən  qızıl  püskürən  mis  mədənlərinin  eşqi,  havası  ilə, 
nökər-qulluqçular  əhatəsində  rahatlanırdı".  Maraqlı  və  ib- 
_____________________
- 3 0 5
---------------------------------------


rətli  xatırlamadır.  Mir Jəlalın  fəhminə gəlsək,  tarix  həqiqə­
tən təkrarı  xoşlayır.  Daima milli  sərvətlərimizə göz tikən və 
nail olan xaricilər uzun vaxtdan sonra  həmən alman sahib­
karının oğlu azərbaycanlı  balasını ölümlə hədələyir.  Bu,  bir 
yana.  İndi  ermənilər o qızıl  mədənlərini  ələ keçirmişlər.  Al­
man zabitini  Şərq cəbhəsinə gətirən də nostolci  xatirələrin 
əks-sədasıdır,  köhnə  mədənlərin,  heç  olmazsa  onların  bir 
hissəsini  ələ  keçirməkdir.  "Vəhşi  Qafqaz"  cənnətinin  əla 
bir guşəsinə yenidən  yiyələnməkdir.  Budur,  60  il öncə  So­
vet  vətəninə  soxulan  almanların  zabiti  Robert,  döyüşçü 
azarbaycanlı  Nərimanı  güllələyib,  buranı  tərk  etməlidir. 
Yazıçı  yollar arayır:  Simenslərin  ayaq  basdığı  torpağın öv­
ladını  güllələməlidirmi?  Bu,  baş tutarsa  necə qarşılanır  ro­
man?  Əzab  çəkmərikmi  ki?  Nəriman  fəndkir  və  ölmək  is­
təməyən  (düşmən  əliylə)  bir  gənc  olaraq,  hər  ehtimala 
qarşı  tədbirini  görmüşdür:  "Qanının  həlqəsi  şaqqıldayan­
da  Nəriman  ayağa  qalxmışdı.  Qaravul  həmişə  qapını  eh­
malca açar,  özü  lap qıraqda  dayanıb avtomatı  tuşqulayan- 
dan  sonra  alman  dilində  deyərdi:  -  Çıx!"  Bu  sonuncu  söz 
onu ölümə aparmaq  üçün səslənmişdir.  Ölümqabağı  xəya­
li  arzular  bu  zəhimli  səsə  qoşulub  zirzəmiyə  ayaq  açmış­
dı.  Lakin  insan  ölüm  ərəfəsində  qeyri-adi  fikrə,  cəsarətə 
gəlir,  axı,  həyat  ən  şirin  nemətdir.  O,  ağır  daşı  alman  za­
bitinin  başına  endirir və  alıcı  quş  kimi  zabitin  üstünə  atı­
lır.  Nəriman  "unudulan  bir xəyal  kimi  küçənin  qaranlıqları­
na  qarışdı".  Beləliklə,  sağalır və  arxa cəbhəyə  qayıdır.  Ar­
xa  istehkam  hissələrindən  birinə  işə göndərilir.  Mühüm bir 
vəzifəni:  "Bakı  qapılarında  aylardan  bəri  hazırlanan  isteh­
kamları,  səngərləri  yoxlayıb,  nəticə  və  qiymət  verməli” 
olur.
_______________________
306
-
-------------------------------------
"Yaşıdlarım"  romanında əsas (və bütünlüklə) personaj­
ların  qarşısında  üç  "əbədi”  sual  dayanır:  insanın  ümumən 
tələbata  meyilliyi;  həyat fəaliyyətinin  müstəqil  təşkili  plan­
laşdırılması,  bunları  məqsədəyönlü  idarə  etmək,  zərurəti. 
Hər  bir  şəxs  -fərd  özünü  parçalanmış  şəkildə  təsəvvürə 
gətirmir,  bütövləşir  daxilində  hərəkətlərini  komplektləşdi- 
rir.  Lakin  bu  yolda  müəyyən  məqamlar  ortaya  çıxır-onları 
normalaşdırmaq,  ifratı  özündən  uzaqlaşdırmaq  lazım  gəlir. 
Tarixən  əxlaqçılar-filosoflar  belə  bir  qlobal  hissi  aşılamış- 
lar,  xüsusilə  Şərq  mühitində.  Belə  ki,  daosizmdə  ("Dao" 
yol  deməkdir)  insanın  yaxşı,  normal  -xoşbəxt  yaşamasına 
təbii  həyat  prinsipləri  prizmasından  baxmışlar və  əsas  işi 
sadəlikdə,  təvazökarlıqda  görmüşlər.  Əvəzində  ifrat  ehti­
rasları,  arzuları  kənarlaşdırmaq,  aza  qane  olmaq  və  sair­
dir.  Şübhəsiz,  sonrakı  əsrlərdə  belə  bir  ideya,  konsepsiya 
hakim  siniflərə  itaət  etmək,  mütilik,  nəhayət şər  işlərə  xe­
yirlə  cavab  verməklə  nəticələndi.  Dahi  Lev  Tolstoy  da  bir 
vaxt özünün  etik  görüşlərində  bu  prinsipi  qəbul  etmişdir.
Biz  Mir  Cəlalın  poetikasında  -  konkret  "Yaşıdlarımda 
həmən  fikrin,  məqsədin  tamlığı  ilə  özünü  göstərən  ele­
mentlərin  epik təsvirini  görürük.  Birincisi,  Kərimzadə,  Nə­
riman,  Səlim,  Abbas  kişi,  Hədiyyə,  hətta  Kiçikxanım,  Oru- 
cəliyev  və  başqalarının  davranışlarında,  praktik  fəaliyyət­
lərində  bu  cəhətləri  büruzə  verirlər.  Məni  az  da  olsa  təəc­
cübləndirən  yazıçının,  xüsusilə  gənc  nəslin  bir  şəxsiyyət 
kimi  tədricən  dəyişməsi:  mətinləşməsi,  şüurlarında vətən­
daşlığın,  fəzilətlərin,  həyati  vəzifələrin  harmonik  bir-birini 
tamamlamasının  əxlaqi-sosial  inikasnın  bədii  təcəssümü­
nə  nail  olmasının  tənqidi  inkarıdır.  Yaqub  İsmayılovun 
yazdığı:  "Düzdür,  "Yaşıdlarım"  müəllifin  əvvəlki  romanları 
__ ___________________ 3 0 7 -------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə