A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə72/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   68   69   70   71   72   73   74   75   ...   82

mənbəyində obrazların  əxlaqi  seçmə məsələsi  durur. Və o 
zaman  üçün  "insan  hər  şey  üçün  cavabdehdir"  şüarı  səs­
lənirdi.  Fatalizm  konsepsiyasından  fərdi  şəkildə  eksisten- 
sializmdə  hər  bir  işçinin,  mühəndisin,  fəhlənin  və  s.  şəxsi 
məsuliyyətini  özündə  ehtava  edirdi.  Mir  Cəlalın  obrazları­
nın  istehsalat  fəaliyyətinə  səhifələr  ayırması  tənqidin  "ba­
şa düşülməsi"  nəzərinin tam  əksidir və  məsələ yeni  bir in­
san  məskəndən  və  onun  gələcək  sivilizasiyaya  qoşulma­
sından  gedir.  Eksistensial  yanaşmanın  müsbət  roluna  ay­
dınlıq  gətirmək  üçün  məşhur  yazıçı  Sartrdan  iqtibas  gəti­
rəcəyəm;  hansı  ki,  hər bir adam öz  məsuliyyətini  başa dü­
şür,  öz  üzərinə götürdüyü  işi:  "Qəflətən  meydana gələn və 
məni  cəlb  edən  heç  bir  ictimai  hadisə  xaricdən  gəlmir: 
əgər  mən  müharibəyə  səfərbərliyə  alınmışamsa,  bu  mə­
nim  müharibəmdir,  mən burada günahkaram və mən buna 
layiqəm.  Mən ona birinci  növbədə ona görə layiqəm ki, çə­
kinə  bilərdim:  ya  fərari  ola  bilərdim,  ya  da  intihar  edə  bi­
lərdim.  Bir  halda  ki,  mən  bunu  etmədim,  deməli,  onu  seç­
dim,  onun  iştirakçısı  oldum".
Romanın  istehsalatla bağlı  yazıçı  təfərrüatını  ekzisten- 
siallıqla  əlaqələndirmək  və  valyuntarist  ideyaya  da  istiqa­
mətləndirərdim.  Lakin  romandakı  obrazların  insan görümü 
şəxsi  məsuliyyət daşıyır və qeyri  hipertrofiyaya  meyillənir. 
Daha  doğrusu,  Yunis  Əhmədov,  Fazilov,  Hacıyev,  Step- 
noy  və  digərləri  işə  ürəkdən  bağlılıqda,  fanatik  səviyyəsi­
nə  çatmaqda  kiməsə  pislik  haqqında  düşünmək,  sosial 
münasibətlərdə kimisə günahlandırmaq əxlaqı yoxdur.  Ro­
manda  o  nəticəyə  gəlmirik:  hər  şey  üçün  cavabdehlik  da­
şıyan  fəhlə,  rəhbər  şəxs  praktikada  kənar  heç  nəyə  konk­
ret  cavab  verməsin.  Müəllif  qəhrəmanların  şəxsiyyətini 
______________________ 2 8 4 --------------------------------------
mütləqləşdirmir  ki,  məsuliyyətdən  uzaqlaşsın.  Məsələn, 
Stepnoy müharibə iştirakçısıdır, tankçı  olmuşdur, zədələrə 
məpuz qalmışdır.  İndi  Azərbaycandadır və Təzə şəhərin ti­
kintisində  çalışır.  Baş  mühəndis  Yunis  Əhmədovla  fikir 
mübadiləsi  aparır və ondan  səmərəli  təkliflər eşidir.  Lakin 
hər  ikisi  məsuliyyəti  başa  düşərək  şəxsi  iddialarını  ortaya 
qoymurlar.  Əlbəttə,  Yunis  bu  konfliktə  şərait yaratmır,  mü­
sahibi  lə rəğbətini yaşayır: "Yunis qarşısındakı  gödək ada­
mın  işinə böyük göstərdiyini  düşünürdü.  Stepnoyun  əlləri­
ni  ilk dəfə ovcuna  alanda  Yunis  duymuşdu  ki,  barmaqları­
nın  neçəsi  yoxdur.  Döşündəki  Sarı-qırmızı  cızıqlar,  üzün­
dəki  çapıq,  biləyində  yara  yeri  onun  kim  bilir,  neçə  dəfə 
ölümü basıb, ayaqlayıb öldüyünü söyləyirdi.  Stepnoy yara­
lanıb  arxaya  göndərilən  kimi  inşaatçılar  onu  Biləcəri  vağ­
zalında  qarşılayıb  gətirmişdilər..."
Ümumiyyətlə,  böyük  perespektivli  işin  sakit,  münaqi- 
şəsiz getməsində məqsəd dayanır.  Mir Cəlal:  "məqsəd va­
sitələrə  haqq  qazandırır"  prinsipini  sosiallaşdırırsa,  bədii 
metodu  ona qurban  vermir.  Biz bu  tezisi  ("məqsəd vasitə­
lərə  haqq  qazandırır")  sual  şəklində  təsəvvür  etməli  olsaq 
və yezuitizmə  yönəltməsək  -  cavabı  "haqq  qazandırmaq"- 
dır;  şübhəsiz,  yazıçının  məqsədi  qəhrəmanlarının  davra­
nış tərzinə -  ümumən əxlaqi  xarakterinə  məqsədin  özünün 
bir vasitə  olduğunu  kəsdirmiş  olardıq.
"Təzə  şəhərdə  obrazlar  arasında  müəyyən  anlaşıl­
mazlıqlar  da  baş  verir  və  əsasən,  şəxsi  fikirlərdən  doğur, 
lakin  ümumi  məqsəd  naminə  kompromisə  də  gedilir.  Bu 
anlayış:  əxlaqi  seçmənin  daha  mürəkkəb  və  incə  aktı  ol­
maqla,  məqsədə çatmaq  yolunda  onun  əxlaqi  xarakterinin 
məhv  edilməsi  təhlükəsi  böyükdür.  Əlbəttə,  kompromisli 
______________________ 2 8 5 -------------------------------------


əxlaqi  seçmədə  sosial  konfliktin  elementlərinə  əsərdə  tə­
sadüf olunursa  bu,  qlobal  səciyyəyə çatdırılmır.
Yunis Əhmədov  Stepnoyla  işgüzar söhbəti  zamanı  or­
taya  körpü  salmaq  məsələsi  çıxır.  Əvvəlcə  Stepnoy  razı­
laşmır:
"Əhmədov dərənin  yanına  gəlib  dayandı.
-   Hər  dəfə  yüz  əlli  addım  oyana,  o  qədər  də  bu  yana 
gedincə  buradan  bir körpücük tikə  bilərikmi?
-   Mən  körpü  tikənəm?
-  Sənə burada beş-altı  rels,  beş-altı  lay da qum ələyən 
dəmir tor lazımdır.  Lap xarab olmuşu da yarar. Tunel açan­
da  sənin  yolun  gödələcək,  relsin  artıq  qalacaq,  götür  uc- 
uca cala,  vur  buraya,  olsun  körpü!  Düz  deyirəm,  ya  yox?
Stepnoy  dinmədi.  Dayanıb dərəyə  baxdı:
-  Qardaş, -  dedi, -  sən  buranın tamam quruluşunu də­
yişəcəksən,  deyəsən.
-   Düzünü  de,  mümkündür,  ya  yox?
Stepnoy  körpü  yerinə  baxdı:
-   Razıyam,  -  dedi,  -  yoldaş  Əhmədov,  tunel  açanda 
körpücük  də  salınacaq".
Münaqişədən  uzaq  -  mübahisə  Fazilovla  kolxoz  sədri 
İbrət Atayeva arasında da  baş verir.  Təzə şəhərin tikintisi­
nə  fəhlə  qüvvəsi  toplamaq  üçün  Saray  kəndi  istiqamətinə 
gedir.  Kolxozçuların  işini,  kənd  havasını  görür,  duyur. 
Qumluqda  bitən  ağ,  qara  şanı  ona  xoş təsir bağışlayır.  Və 
İbrət  Atayeva  ilə  tanış  olur,  gəlişinin  məqsədini  deyəndə 
bu,  İbrət  xanımın  xoşuna  gəlmir;  mübahisəyə  səbəb  olur:
"İndi  olmasa  da,  beş  gün  sonra  məhsul  yığımı  qurta­
randan  sonra  bizə  yenə  qırx-əlli  adam  verəsiniz,  çox  yax­
şı  olardı.
_______________________
2 8 6
----------------------------------------
İbrət söz verə  bilmirdi.
-  Məhsul  yığılır,  dirrik  başlanır,  əkin  başlanır,  yem  tə­
darükü...
-  İbrət xanım,  bu tikinti  dövlət  işidir!
Mühəndisin bu sözü  İbrətin xoşuna gəlmədi...Bir də ki, 
"dövlət  işi"  deməsi,  Fazilovun  kənd  işinə  etinasızlığı  kimi 
çıxdı,  kolxoz sədrinə toxundu.
İbrət  məhsulu  yığanlara  işarə edib dedi:
-   Bu  da  dövlət  işidir!  Bunu  bizə dövlət tapşırıb.  Dövlət 
sizə Təzə şəhərdə boru  zavodu tikməyi  tapşırıb.  Mənə  də 
neftçiləri  bağ  məhsulundan  təmin  etməyi  tapşırıb.  Bu  da 
mənim  dövlət  tapşırığımdır.  Mən  hansı  briqadanı  pozub 
sənə verim?..".
287


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə