A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə67/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   63   64   65   66   67   68   69   70   ...   82

böyüdür,  rəsmiləşdirir: "Deyəsən sənin nəzəriyyən ayrıdır. 
Sel  ilə  birləşən  nəzəriyyədir.  Axşam  müşavirədə  izah 
edərsən  görək  nə  demək  istəyirsən"  -  sözünü  deyir.
Yunis  Əhmədovda  mütilik  də  yox  deyil  və  bu  məsələ­
də  Mir Cəlal  Hacıyevdən  istifadə edir.  İkinci  bir fərqləndir­
məni  xatırladır.  Yunis rəhbərə (Stalinə)  imzalanıb göndəri­
lən  məktuba  işarə  edir:
"Hacıyev,  rəhbərə  göndərilən  məktuba  qol  çəkmisiniz 
ya,  yox?
-  Bəli, qol çəkmişik.  İndi  də qol çəkirirk. Amma burada 
təbii  fəlakət  məsələsi  var,  axı!"  -  Bu  yanaşma  müşavirədə 
səslənir.  Yunisdəki  rəsmiyyətçiliyi  yazıçı  da  xoşlamır  və 
onu oxucuya  natural  təqdim  edir sözlərilə:  "Biz  qol çəkmi­
şik,  mədəniyyət evini  tikəcəyik.  Ya  dünyanı  sel  basıb  bizi 
də boğa gərək, ya da biz bu  işi  vaxtında başa vuraq gərək. 
Qərarımız  budur!  Ayrı  cür də  yol  ola  bilməz!"
Yunisin  müşavirədə daha bir təklifi  Hacıyev tərəfindən
qəbul  olunmur.
Romanda  işlərin  intensiv  və  dəqiq  icrası  rəhbərliklə 
sıx  bağlıdır;  burada  əsas  amil  borc hissinin ödənilməsidir. 
Yazıçı  bu  məsələni  təsadüfi  təsvir etmir.  İdarəetmədə şəf­
faflıq,  halallıq,  ictimai  borcun  yerinə  yetirilməsi  mühüm­
dür.  Sovet  rəhbərlik  sistemində  uzun  illər,  əllinci  illər  də 
daxil  olmaqla  bu  proses  düzgün  həllini  tapmışdır.  Ona  bir 
səbəb də vəzifəli  şəxslərin təmizliyi,  ələbaxımlı  olmamala­
rı  idi.  Borc  -  dərk  edilirdi  və  şəxsin  öz  iradəsinin  yüksək 
əxlaqi  vəzifəyə  tabeliyi  idi.  Şəxsiyyətin  ictimai  mənafeyə 
münasibəti  təzahür  edirdi.  Romanda  idarəetməyə  cavab­
dehlik  daşıyan  o adamlar xeyirxahlıqla bərabər sosial-sin­
fi  mövqelərə üstünlük verirdilər.  Yunis Əhmədov,  Ağabala, 
______________________ 2 6 4 --------------------------------------
Beloborodov,  Əlizadə  və  başqaları  öz  mənlik  şüurunun 
yalnız  ümumi  nəzarət  -  psixoloji  mexanizmini  deyil,  şəx­
siyyət  üzərində  əxlaqi  məsuliyyəti  hiss  edən  sosial-sinfi 
fəaliyyət  sahələrindən  asılı  olaraq  müxtəlif  məzmunu 
özündə ehtiva edərdi.  Deməyə  borc  bilirik ki,  sosialist  əx­
laqi  şüur  elə  struktura  malikdir  ki,  bu,  vəzifə  borcunun 
ahəngdarlığını  təmin  edir  və  beynəlmiləlçilik,  əməksevər­
lik,  qənaətçilik borclarına  üstünlük verirdi.
"Təzə  şəhər"  romanında  şübhəsiz  "konfliktsizlik"  mə­
sələsi  yoxdur  və  bu,  sahə  mühəndisi  Hacıyev  -  Əsgər  - 
Haşımov  -  Gəray  paralellərində  özünü  göstərir.  Əlbəttə, 
yeni  şəhərin  tikintisi  təkcə  "sürətlə  başa  çatdırmaq"  prin­
sipinə əsaslanırdı  və vaxtilə  dəbdə olan  bir sıra  hadisə və 
şüarları  nəzərə  çarpdırır.  Məsələn,  hətta  məktəblilərin 
dərsliklərinə yol almış məşhur "Staxanov hərəkatfnın  izlə­
ri  əsərdə də vardır. 60-cı  illərdən  isə "Ucuz, keyfiyyətli,  sü­
rətli"  adlanan devizi  isə unutmamışıq.
Belə bir ruhlandırıcı  amillər - əsas məqsəd  istehsalatın 
irəliləyişilə  əlaqədar  idi.  Biz  romanda  istifadəyə verilmək­
də olan  və davam  edən  tikinti  obyektlərinin  təsvirini  görü­
rük.  Maraqlı  odur,  Mir Cəlal  bu  proseslərdə  İnsan  faktoru­
nu,  fəhlə  psixologiyasını  qabarıq  verir.  Sahə  mühəndisi 
Hacıyevin  başa çatdırdığı  obyektə  baxışda  mübahisələrin 
şahidiyik.  Şübhəsiz,  yazıçı  o  dövrün  idarəetmə  davranışı­
na  məxsus  ətalət  psixologiyasını  görürdü.  Rəhbərlərin 
sözləri,  təkidləri  və  s.  gen-boldur,  lakin  bir  həqiqətdir  ki, 
xüsusilə,  istehsalata  bilavasitə  rəhbərlikdə  böyük  vəzifə 
adamlarının  canlı  görüntüsü  vacib  şərtdir.  Əgər  o  dövrə, 
təzəcə  qurtarmış  müharibədən  sonra  Azərbaycanda,  Xə­
zərin qonşuluğunda Təzə şəhərin  - Sumqayıtın  mövcudlu-
___________________________________________________
— 2 6 5
----------------------------------------------------------------------------------------------------


ğu  tarixi  faktdır,  sosial  möcüzədir.  Usta  Hüseynqulunun 
cavanları öyrətməsi  o deməkdir,  milli  kadrlarımız yetişir və 
bu  estafet  irəliləyir.
Hacıyevə  qayıdaq:  O,  maraqlı  obrazdır,  hələlik  onu 
məişətdə  görmürük,  iş  başındadır.  Amma  elə  də  təslimə 
qapılmaq,  "bəli”,  "bəli,  düz  deyirsiz"  və  s.  barışdırıcı  xa­
rakterə  malik  deyildir.  Məsələn:  "Hacıyev  Fazilova  zəng 
vurub,  əsəbi  bir dil  və  rəsmi  xitabla  soruşdu:
-   Bura  bax,  yoldaş  rəis  müavini,  təzə  korpus  niyə  löv­
həyə düşməyib?  Məlumat  lövhəsinə?
-   Hansını  deyirsən,  nə çoxdur bizdə təzə  korpus?
-  On  dördüncü!  Mənzillər!”
Cümlənin  -  fikrin  sonundakı  "nida"  işarələri  təsadüfən 
deyil!  Yaxud:  "Hirsini  tökməyə  asan  və  münasib  yer yenə 
telefon  idi.  Dəstəyi  götürüb  şəhərə  zəng  vurdu.  Komisyon 
sədrinin telefon  nömrəsini axtardı, tapa bilmədi.  Rayon ar­
xitektorunu  tapdı:
-   Sabah,  -  dedi.  -   Haşımovu  çağırın,  oturaq  bir yerdə 
danışaq,  görək  bu  işə  mane  olmaqda  arxitektorların  məq­
sədi.  əsası  nədir  axı?"  Belə  səpkili  dialoqlar  çoxdur  və 
müəllif  obrazların  sırf  "istehsalat  mütiləri”  olmadığını  da 
ifadə  etmişdir...
Hacıyevdə estktik zövq  güclüdür və başqa bir ciddi  eti­
razı  da  bununla  bağlıdır  və  Haşımova  deyir  ki,  bizə  ev  la­
zımdır,  fəhlənin  yaşaması  üçün təcili  mənzil  lazımdır.  Sən 
layihə vermisən, trest də tikib.  İndi  gözəllik məsələsinə qa­
lan yerdə,  el deyir,  eybsiz gözəl olmaz.  Etiraz eşidəndə isə 
konkretləşdirir  ki,  estetika  böyük sahədir,  tələbi  də çox...
Mir  Cəlal  Təzə  şəhərin  tikintikintisinin  gözəlliyi  üçün 
balıqqulaqlarından istifadəni də irəli  sürür (Bəli,  artıq bu öz 
yerini  bu  gün  də almışdır).
_______________________
266
----------------------------------------
Hacıyev bir növ təklənmişdir; onu  küncə sıxmaqda da­
vam  edirlərsə  o,  sözünü  birbaşa  söyləyir,  çəkinmədən. 
Haşımov  hətta  əsəbi  halda  ona  deyir:  "Siz  məsələni  mü­
rəkkəbləşdirməyə çalışan  bir vəkil dili  ilə danışırsınız".  Və 
bu  cavabı  alır:  "Mən  real  söhbət  danışıram.  Mürəkkəb  iş­
dən  də  danışarlar.  Binanın  gecikməsini  heç  kəs  boynuna 
götürməz.  Əlavə  iş üçün  heç kəs əlavə vəsait verməz.  Siz 
buyurun  yazın  ki,  layihə  səhvdir,  mən  də  onu  düzəltdirim. 
Təzədən  vəsait alım..."
Hacıyev digər obrazlarla müqayisədə kölgədədir,  lakin 
o,  o  dövr  üçün  kəskin  personajdır.  Yazıçı  belə  bir  planda 
onu  verməklə,  heç  də  mütilik,  başəymə  sindromunun  ol­
madığını  göstərir,  Hacıyev  Əsgərə  dediyi  sözlərilə  daha 
açıq  və  daha  kəsərlə  büro  iclasına  hazırlaşır:  "Açıq  deyə­
cəyəm.  Deyəcəyəm  ki,  arxitektorlar bizə mane olurlar.  On­
lar istəmirlər fəhləyə mənzil tikilsin,  iş tez başa gəlsin.  On­
larda  güclü  fantaziya  var.  Biz  isə,  fantaziyaya  uya  bilmə­
rik.  Onlar  addımbaşı  bizim  qabağımıza  daş  dığırlayırlar! 
Yoldaş  raykom,  xahiş  edirəm  bunların  işini  yoxlatdırası- 
nız.Yoxsa ki..." Cəsarətlidir və bizə M.Hüseynin "Abşeron" 
romanındakı  Usta  Ramazanı  xatırladır.  Və  Hacıyevin  xa­
rakteri,  istehsalata  ayaq  atan  Bakı  Komitəsinin  katibi  Ata- 
kişi,  raykom  katibi  Yarməmmədov və  digərlərinin  istehsa­
lat  davranışları  fikir deməyə  əsas  görürük.  Müəllif  məqsə­
di  nədənsə  bu  məsələdə  "düyünə"  düşür.
Hacıyev və  rəhbərlərdə  əxlaqi  şüurun  dövrü,  cəmiyyə­
ti  üçün  spesifik  strukturu  mövcuddur  və  onu  həmən  kon­
tekstdən  ayırıb  "müasirləşdirmək"  ehtiyacı  yoxdur;  bu  gün 
"Ölü  romanlar"ın  da  sıradan  çıxarılması  bu  yanaşma  ilə 
əlaqədardır;  ciddi  ideoloji  çətinlikləri  ayırmamaqdan  irəli 
_______________________
2 6 7
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə