A L l a h V e r d I emi nov mir cəlalin


sosial-ictimai  hərəkatın  əsl  səbəbi  şəxsiy­



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə64/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   60   61   62   63   64   65   66   67   ...   82

lə  bir  tezisi:  sosial-ictimai  hərəkatın  əsl  səbəbi  şəxsiy­
yətin  mənəvi  tələblərilə cəmiyyətdə qərarlaşmış  siste­
min  doğura  biləcəyi  ziddiyyət  qabarıqdır.
Romana gələcək sosial  həyatın doğurduğu və sonralar 
gerçəkləşən  həqiqət  mənasında  qiymət  versək,  bu  zəh­
mətkeş  sinif  aldanmağa  məhkumdur  və  cəmiyyət  üçün, 
deməli,  pis  adamlardır;  yalnız  işləmək  üçün  yaranmışlar- 
dır.  Mən  əlbəttə,  Dostoyevskinin  "alçaldılmış  adamları"  ilə 
müqayisə aparmaqda  bu  gün  ehtiyat  etməzdim.  Amma  az 
sonra  qərarımı  dəyişdirməli  olacağam.  Çünki,  Dostoyevs- 
ki  yaradıcılığında  da  zahirən  qəhrəmanları  ümidsizlikdən 
qaçırlar.  Belə ki,  sosial yalan Sovet gerçəkliyinin  mahiyyə­
tinə  soxulmuşdu  və  bu,  Dostoyevski  üçün  də  gerçək  fakt- 
dı,  ona  görə  də  problemi  mənəvi  və  praktik  müstəviyə  çı­
xarırdı.  Və  sual  qoya  bildi:  Bəs  nə  etməli?  Amma  bizim 
Sovet yazıçıları  həqiqətə söykənən sosial yalanın  içərisin­
də  bu  sualı  qoymağa  cəsarət  göstərmədilər.
*  
*  
*
Romanı  nəhayət,  bir  tanışım  vasitəsilə  tapdım:  1951- 
ci  ildən  üzübəri  Mir Cəlalın  çapdan  çıxmış  əsərlərinin  heç 
bir  cildinə  salınmamışdır,  o  cümlədən,  vəfatından  sonra 
da.  Bu,  bir  nüansdır.  Xatırlayıram  ki,  yeddinci  sinifdə  ikən 
(1955)  ədəbiyyat  müəllimimiz  əsəri  oxumağı  biz  şagirdlə­
rə  tapşırmışdı.  Bu  yaşımda  yenidən  oxumağa  özümü  ha­
zırlayırdım,  istədim  o  illərə  yenidən  qayıdım  ki,  yadımda 
qalan  nəsə  varmı?  Nostalji  hisslərdən  qaçmaq  mümkün- 
mü?  Gözlərimi  yumdum:  hə,  ilk  epizod  -  üç  uşağın  dəniz 
sahilində  çimməsi,  Hünərin  atasının  cəbhədən  gəlişi  həs­
rəti  xatirimdə  yaşamaqda  idi.  Yalnız  bu  təsvirdi! 
_______________________
252
----------------------------------------
Düşündüm:  Əsər haqqında vaxtilə danışan və subyek­
tiv qiymət verən tənqidçilərdən sonra...bəlkə heç oxumağa 
ehtiyac  yoxdur?  Qoy  uşaqlıq  təəssüratımla  kifayətlənim! 
Daşındım.  Mən artıq öz tənqidi təfəkkürümü formalaşdırdı­
ğım  bir məqamlarda  romanın  qatlarına  varmalıyam.
"Təzə  şəhər"  nə  üçün  bu  dərəcədə  unudulmuşdur? 
Əsərdə qüsurlar axtaran  (nöqsansız əsər, deməli,  boş fan­
tastik  ədəbi  materialdır)  tənqidçilər  Yunis  Əhmədov  obra­
zını  "çək-çevirə"  salanda,  Səfər  kişini  daha  görməyəndə 
ilk  səhifələrdən  dərin  nikbin  ovqat və  kövrək  nostalji  hiss­
lərini  ödəyən  əsərin  üstündən  niyə  yan  keçmişlər?  Nisbi 
olsa da  romanın  süjet xəttinə  bir körpü salan  uşaqların  za­
hiri  qayğısızlığı,  yalnız balaca  Hünərin  gözlərini  cəbhədən 
gələn  yollara  dikməsi  və  ümidsizliyi;  müharibədə  qoyub 
orduya çağrılan,  istehsalatçıların azlığı  ucbatından şəhərin 
tikintisinin  genşilənməsi,  ləngliyi,  arxa  cəbhədəkilərin 
keçmiş  iş  yoldaşlarının  yolunu  gözləməsi;  nəhayət,  Yunis 
Əhmədovun leytenant kimi qayıtması  nikbinliyə əsas verir...
Müharibənin  öz  qanunları  vardır,  hər  şey  düşmənin 
susdurulmasına  yönəldilmişdir  və  Xalq  qələbə  çalmışdır. 
İtkilər  isə  bol-boldur.  Qayıdanlar  azdır.  Amma  arxada,  hə­
yat  məkanında  yaşamaq,  qurmaq,  fəaliyyəti  gücləndirmək 
iradəsi  və emosiyası  müsbətdir.  Yazıçı  məhz  bu  sosial  və 
əxlaqi  kriteriyadan  çıxış  edir:  Raykom  katibi,  müəllim,  in­
şaatçı,  gənc  nəsil,  yaşlı  müdrik  adam  -  bütün  bunlar tipik- 
ləşmişdir.  Bir  halda  Təzə  şəhər təzəcə  dayanmış  mühari­
bədən  sonra  da  tikintiylə  başa  çatmalıdır  -  qayıdanlar  əv­
vəlki  həvəslə  çalışmalıdır...
Mir  Cəlal  poetikasına  xas  nikbinlik  əhvalı  oxucunu 
"kökləyir",  söhbət  əllinci  illərdən  gedir  və  tariximizə  də 
______________________ 2 5 3 ______________________


hörmət  etməyə  borcluyuq.  Yunis  Əhmədovun  gəlişinə  ya­
zıçı  belə,  sevinir.  Hələ ordu psixologiyasından ayrılmamış­
dır,  faşistlərin  törətdikləri  vəhşilikləri  bir şəxsin  pıçıldadığı 
ana  fəryadında  duyur,  qəlbini  boğmur.  Bunlar  öz  yerində. 
Mir  Cəlal  yüksək  əxlaqi  ilk  öncə  oxucuya  təqlin  edir:  Ailə 
qayğısı, övlad tərbiyəsi  olmadan Vətəni  də sevmək puç bir 
xülyadır.  Bir  də  axı,  müharibə  minlərlə  azərbaycanlını  da 
udmuşdur.  Yeni  nəsil  bu  boşlüğü  doldurmalıdır.  Və  yazıçı 
yanılmamışdır:  "Bu  gün  qatar  Təzə  şəhərə  yaxınlaşdığı 
saatlarda  Yunisin  xəyalı  nədənsə  Sevillə,  ailə  ilə,  körpə 
Hünər  ilə daha  çox  məşğul  idi.  Elə  məşğul  idi  ki,  kupesin­
də  nələr olduğunu,  uzaq  yollara  gedən,  ona  görə  də  arxa­
yın-arxayın  soyunub  dincələn,  deyib-gülən  cəbhə  yoldaş­
larının  bəzən  nə  dediyini  də  seçmirdi..."
Bu  epizoda sadə  bir təsvir gözü  ilə  yanaşmaq  düzgün 
olmazdı.  Romana  belə  meyardan  tənqidi  münasibətdir  ki, 
lazımi  dərəcədə  "açılmamışdır” .  Biz  bu  məsələdə  "əxlaqi 
uzaqlaşma",  yəni  əxlaqi  soyuqluq  anlamına  müəllif  müna­
sibətini  görürük.  Sovet  ideologiyası,  şübhəsiz,  insanda 
əxlaqi  münasibətləri  şeylərin  münasibətlərilə  sanki  eyni­
ləşdirirdi  və  nəticə  olaraq  neytral  qeyri-insani  münasibət­
lər  kimi  təzahür  edirdi;  insan  bir  əşya  nəzərində  funksio­
nal  istifadə  predmetiydi.  Bir  soyuq  laqeydliklə  davranışla­
rını  büruzə  vermirdilər.  Yunis  Əhmədov  oğlunu  və  arvadı 
Almas  müəlliməni  isti  həsrətlə qarşılamağa  özünü  hazırla­
yır,  bir azərbaycanlı  kişisi temperamentində:  "Yunis tək və 
əziz oğlunu məktəb həyətində,  əlində çanta ədəb-ərkan  ilə 
yeriyən  görəndə  bir təhər oldu.  Qəlbində qan  qaynadı,  vü­
cudundan  bir  isti  keçdi,  əsəbləri  titrədi.  Özü  hiss etmədən 
dodaqları  qaçdı,  gözləri  yaşardı.  Üzünə  qızartı  gəldi.  Dö­
_______________________
254
----------------------------------------
yüşlərdə  bərkimiş  qəlbinin  nəsə  isti  bir  havaya  tutulub, 
mum  kimi  yumşaldığını  düşündü,  bir şeyi  qucaqlamaq,  ya 
əhatəli  bir  söz  demək  istəyənlər  kimi  qollarını  yana  açdı. 
Deyəsən  o,  oğlunu  bağrına  basmaq  istəyirdi".
Mir  Cəlal  təbii  şəkildə  azərbaycanlı  atanın,  ordudan 
tərxis olunan  keçmiş zabitin əxlaqi  səbatlığını,  müsəlman­
lığını, türklüyünü sezdirir.  Bəllidir ki,  Sovet  ideologiyasının 
tərkib  hissəsi  olan  kommunist tərbiyəsi  bizlərin  - azərbay­
canlıların  davranışı  "əxlaqi  uzaqlaşma"  prinsipi  üzərində 
qurulmuşdu  və  çoxplanlı  idi.  Bu  o  deməkdi:  əxlaqi  sərvət­
lərimizi  irəli  sürmək  (ümumi  plandı  -  məkanda)  və  yarat­
maq  (rəsmiləşdirmək),  onun  əxlaqi  subyekti  kimi  qabiliyy­
əti  məhvə  məhkumdr.  Normalar,  qaydalar  uzaqlaşdırıldıq- 
ca,  əxlaqi  imperativlik (məcburilik) yerini  möhkəmləndirirdi.
Yunis  Vətəni  Azərbaycanı  dəhşətli  sevir,  lakin  rus  və 
qeyri  millətdən  olan  əsgərlərin  yanında  bu  hissini  büruzə 
vermək  istəmir.  Lakin  yazıçı  qəhrəmanını  anlayır  və  onu 
qatarda  təsvir  edir;  necə  də  təbii,  nostalji  üslubda:  "Yuni­
sin  ürəyi  çırpındı.  Pəncərədən  boylanıb  aşağı  baxdı,  yadı­
na  nə  düşdüsə,  tez  yoldaşları  ilə  görüşüb  qapıya  tərəf  yö­
nəldi.  Yunis vaqondan  düşən  kimi  gündən  kiçilən,  sevinc­
dən  isə  böyüyən  gözlərilə  əvvəlcə  dörd  yana  baxıb  geniş 
və  rahat  nəfəs aldı.  Çamadanını  yerə qoyub,  əsgər köynə­
yini,  kəmərini  təkrar  düzəltdi,  səkilərdə  görünənlərə  göz 
gəzdirib tanış axtardı.  Vağzalda çalışanların  çoxu  qadınlar 
idi.  Bufetdə  yalnız  ağ  önlüklü  cavan  bir  oğlan  görünürdü, 
axsamağından  müharibə əlilinə oxşayırdı.  Yunis ondan  bir 
şey  soruşmaq  istədi.  Sonra  lazım  bilməyib  səkidən  çıxdı, 
qabaqda  görünən  kiçik  ağaclığa  yollandı".
Bu  iktibasa  bir  neçə  yönümdən  də  baxmaq  mümkün­
_______________________
2 5 5
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə