152
briqadası, istehsal briqadaları (K-12.04.1954), gənclər
briqadaları, əkinçilik mədəniyyəti (K-16.02.1955) kimi
terminoloji vahidlərin işlədilməsi səciyyəvi idi. Bunların
mühüm bir qismi, xüsusilə kvadrat yuva üsulu, kommunist
gənclər briqadaları, əkinçilik mədəniyyəti və s. sonrakı
dövrlərdə də öz işləklik xüsusiyyətini mühafizə etmişdir.
1955-1960-cı illərdə meydana çıxan bu tipli
terminoloji birləşmələrdə texniki tərəqqiyə aid anlayışlar öz
əksini tapırdı. Bu cəhətdən, həmin dövrdə işlədilən
kompleks mexanikləşdirmə, texniki kadrlar (K-16.04.1958);
təmir-texniki stansiyaları (K-18.05.1959), çoxsahəli kənd
təsərrüfatı (SK-14.04.1960) kimi birləşmələr də çox
işlənən terminoloji dil vahidlərindən idi.
İctimai-siyasi və mədəni-kütləvi inkişafla əlaqədar
işlənənlər. 1940-1960-cı illər arasında meydana çıxmış və
ya ümumişlək xarakter almış xalq evi, özfəaliyyət dərnəyi,
sağlamlıq ocağı, mədəni ocaqlar, məktəbdənkənar tərbiyə,
fəallar yığıncağı, siyasi dərnəklər, siyasi biliklər kimi söz
birləşmələri mədəni-kütləvi, ictimai-siyasi inkişafla bağlı
yaranmışdır.
Xalq təsərrüfatının inkişafı ilə əlaqədar işlənənlər.
1940-1960-cı illərdə xalq təsərrüfatının və ictimai
istehsalın inkişafını səciyyələndirən mənzil tikintisi,
istehsal gücü, təsərrüfat xərcləri, sənaye müəssisəsi, sənaye
mərkəzləri və s. birləşmələr də nəzəri cəlb edir.
1940-1960-cı illərdə ədəbi dildə bəzi elə söz
birləşmələrinin işlədilməsinə də təsadüf edilir ki, bunlar
sonrakı illərdə, xüsusən 1960-cı ildən sonrakı dövrdə ədəbi
dilin səlisləşməsi və qrammatik normalılığın inkişafı ilə
əlaqədar müəyyən dəyişikliyə uğrayaraq dilin qrammatik
təbiətinə, habelə anlayışın mahiyyətinə daha çox
uyğunlaşdırılmışdır. Bu cəhətdən həmin dövrdə işlədilmiş
153
elm namizədləri (K-16.02.1955); elm doktorları (K-
18.VIII.1956), sosialist öhdəçiliyi (SK-14.04.1960) söz
birləşmələrini göstərmək olar. 60-cı illərdən sonra elm
namizədləri və elm doktorları birləşmələri mətbuatda
elmlər namizədləri və elmlər doktorları, 70-ci illərdə isə
sosialist öhdəçiliyi birləşməsi sadələşdirilərək sosialist
öhdəliyi şəklində formalaşdırılmışdır.
* * *
1940-cı ildən sonrakı dövrlərdə Azərbaycan ədəbi
dilini səciyyələndirən xüsusiyyətlərdən biri də «gəmi-
peyk» tipli xüsusiləşməyən əlavələrin fəal işlənməsi və bir
sıra belə struktur vahidlərin yaranmasıdır. Bunlar da
özlüyündə mürəkkəb sözlərə oxşayır. Əksəriyyəti rus
dilindən kalka yolu ilə yaradılan yeni dil vahidləri kimi
maraqlıdır. Sosializm cəmiyyətinin inkişaf qanunauyğun-
luqları ilə əlaqədar ayrı-ayrı fəaliyyət sahələrinin geniş-
lənməsi sayəsində dildə əlavəli formaların yaranması meyli
artır. Belə formalar, başlıca olaraq, elmi-texniki tərəqqi və
cəmiyyətin sosial inkişafı ilə əlaqədar müxtəlif sahələrin
inteqrasiyası şəraitində meydana gəlir. Məhz buna görə də
əlavəli konstruksiyalarda, bir qayda olaraq, müxtəlif
fəaliyyət sahələrinin inteqrasiyasına aid anlayışlar öz əksini
tapır. İnsanın əməli fəaliyyəti ilə əlaqədar yeni sahələrin
yaranması əlavəli konstruksiyaların yeni tiplərinin meydana
gəlməsini şərtləndirir. İnkişaf etmiş sosializm şəraitində
belə söz-formaların yaranması imkanları xüsusilə genişlənir
və onların komponentləri Azərbaycan dilinə məxsus sözlər-
dən, habelə alınmalardan təşkil olunur.
Azərbaycan dilində bilavasitə 1940-cı illərdən, xüsu-
sən də elmi-texniki tərəqqi dövrü kimi səciyyələnən bərpa
və quruculuq illərindən sonra əmələ gələn əlavəli söz-
154
formalardan aşağıdakılar geniş işlənmə dairəsinə malik
olmuşdur:
Əlavəsi və əsas komponenti Azərbaycan dili sözləri
ilə ifadə olunanlar: satış-sərgi, tikinti-quraşdırma, baxış-
üçaylıq.
Komponentlərindən biri Azərbaycan, digəri ərəb-fars
sözləri ilə ifadə olunanlar: adam-gün, dayaq-nümunə,
yarış-müsabiqə, nəzarət-ölçü, gəmi-peyk, hesabat-seçki.
Komponentlərinin hər ikisi ərəb-fars alınmaları ilə
ifadə olunanlar: mədəni-məişət, tədris-təcrübə, tədris-
istehsalat.
Komponentlərindən biri Azərbaycan dilinə məxsus,
digəri rus dilindən alınmış sözlə ifadə edilənlər: dülgərlər-
betonçular, sarğı-izolyasiya, kvadrat-yuva, dəmir-beton.
Hər iki komponenti rus dilindən alınmış sözlərlə ifadə
olunanlar: nasos-kompressor, kollektor-drenaj, vaqon-
restoran.
Komponentlərdən biri rus, digəri ərəb-fars mənşəli
sözlərlə ifadə olunanlar: texniki-təşkilat, layihə-smeta,
maddi-texniki, sərnişin-poçt, seminar-müşavirə, mühəndis-
texnik və s.
Azərbaycan ədəbi dilində xüsusən son zamanlar daha
çox işlədilməyə başlamış belə sözlərdə, konstruksiyalarda,
bir qayda olaraq, birinci komponent əsas üzv, ikinci isə
əlavə kimi çıxış edir. Əlavə üzv əsas üzvə aid mənanın
meydana çıxmasında bəzən yardımçı rol oynayır. Belə
birləşmələrdən bəhs edən S.Cəfərov da onlardakı kompo-
nentlərdən birinin əlavə xarakteri daşıdığını və digərini
müəyyənləşdirmək üçün vasitə olduğunu göstərir. Bununla
belə
1
, qeyd etməliyik ki, bilavasitə rus dilinin təsiri ilə
1
S.Cəfərov. Azərbaycan dilində söz yaradıcılığı, ADU nəşriyyatı, Bakı,
1960, səh. 156.
Dostları ilə paylaş: |