132
§ 2. Qaz halı qanunları
Qaz halında olan cisimlər də atomlardan və ya molekullardan
ibarətdir. Belə ki, qazlarda molekullar bərk və maye cisimlərdəkinə
nisbətən bir-birindən daha uzaq məsafədə yerləşir, yəni qaz
molekulları arasındakı czibə və itələmə qüvvələri çox zəif olur.
Deməli, qaz halı qanunlarını tərtib etmək üçün ya molekullar
yığımının, ya da hər molekulun ayrılıqda hərəkətinə baxmaq
lazımdır. Məlumdur ki, əgər hər molekulun ayrılıqda hərəkəti
mexanikanın qanunlarına tabedirsə, molekullar yığımının hərəkəti
yeni hərəkət forması olub, mexaniki hərəkət formasından fərqlənir.
Ona görə də molekul yığımına aid olan xassə (makroskopik xassə),
hər molekula ayrılıqda aid olan xassədən (mikroskopik xassə) fərqli
olur. Məsələn, qazın təzyiqi, temperaturu, istilik keçirməsi, özlülüyü
makroskropik xassə adlanır. aydındır ki, bu xassələri hər molekula
aid etmək olmaz. Qaz molekullarının orta kinetik enerjisi, sürəti və
s.qazların mikroskopik xassənin xarakterizə edir.
Qeyd
edək ki, qazın makroskopik xassələri ilə mikroskopik
xassələri arasında kəmiyyət asılılığı məlumdur. Məsələn, qaz
molekullarının orta kinetik enerjisi qazın temperaturu ilə , qazın
özlülüyü isə molekulların orta sürəti ilə düz mütənasibdir və s. Bu
asılılıqları almaq üçün riyazi statistikanın üsullarından istifadə edilir.
Neft
və qaz yataqlarının işlənməsi prosesində qaz halı tənliyini
tərtib etdikdə qəbul edilir ki, molekulların həcmi qazın ümümi
həcmindən çox kiçikdir və onlar qarşılıqlı təsirdə olmur. Belə qaz
modelinə ideal qaz modeli deyilir. Bu modeli real qazlara tətbiq
etdikdə isə molekulların həcmi və onlar arasındakı qarşılıqlı təsir
nəzərə alınmalıdır.
Qazların temperaturu, təzyiqi və həcmi arasındakı əlaqəni
müəyyən edən tənliyə
hal tənliyi deyilir.
Ideal qazların, verilmiş temperaturda hal tənliyini Boyl –
Mariott qanununa əsasən müəyyən etmək olar, yəni: