85
qısaltdı.
1793-cü il 31 may- 2 iyun hadisələri nəticəsində Jirondist hakimiyyəti devrildi, yakobin diktaturası
devrildi. Ilk tədbir ümumi hərbi mükəlləfiyətin tətbiq edilməsi oldu. Diktaturanın əvvəlləri
xarici hərbi
müdaxilənin yenidən uğursuzluğu ilə səciyyələnir. Belə ki, bir sıra yüksək vəzifəli şəxsiyyətlərin xəyanətinə və
vandiya qiyamçılarının tərəfinə keçmələrinə baxmayaraq umumi hərbi mükəlləfiyyətlər Yakobin diktaturasına
yarım millyonluq ordu yaratmasına imkan verdi.
Yakobin diktaturasının əvvəllərində bir sıra dəyişikliklərin içərisində xarici siyasətlə bağlı dəyişikliklər
mühüm yer tuturdu. Belə ki, diktaturanın ilk günlərindən liberal görüşlü Xarici işlər naziri Lebren həbs edildi və
dövlətə xəyanətdə günahlandırılaraq qliyatinə verildi. Daha radikal görüşlərə malik Dantonun yaxın adamı
Deforq Xarici işlər naziri təyin olundu. Lebrin həbs edildi.
Diktatura XVI Lüdovikin tərəfdarı olan adamların da dövlətə xəyanət məsələsinə xüsusi yer ayırdı. Hələ
1793-cü ilin yanvarın 21-də yakobinçilərin ad-baad səsverməsindən sonra XVI Lüdovik də qlyatinə verildi.
Oktyabrın 16-da Mariya Antuanettda başda olmaqla bir qrup dövlət adamı da dövlətə xəyanətdə ittiham edildi.
Yakobinçilər inqilabi terrora elə vüsət verdilər ki, bu onların ətrafında boşluğun yaranmasına səbəb
oldu. Yakobinçilərin xarici siyasət sahəsindəki uğurları I koalisiyanın qüvvələrini də artırdı. 1793-cü ilin 3
senyabırı üçün antifransız koalisiyasının tərkibində Avstriya və Prussiya ilə yanaşı İngiltərənin, Rusiyanın,
Hollandiyanın bir neçə alman knyazlıqlarının, İtalyan knyazlıqları Sardinya və Neapolun hərbi qüvvələrindən
istifadə edildi. 1793-cü ilin sonlarından etibarən koalisiya qüvvələrinin üstünlükləri
yenidən özünü göstərməyə
başladıqda, Jirondist deputatların bir çoxu öz vəzifə və həyatları ilə vidalaşmalı oldular. Xarici siyasət tam
şəkildə ictimayi nicat komitəsinin əlində idi.
Bilavasitə xarici siyasət məsələləri ilə Robespyer və Barrer şəxsən məşğul oldular. Robespyer XİN-nin
strukturlarında da dəyişiklik etdi. 1794-cü ilin əvvəllərində nazirlik komissar Byuşo başda olmaqla 12
komissiya ilə əvəz olundu. Komissiyanın hər biri konkret fəaliyyət sahələri ilə məşğul olurdu ki, bu da xarici
siyasətə dinamik xarakter verirdi. Diktatura dövründə Fransa yalnız 8 dövlətlə o,
cümlədən Türkiyə, İsveç, ABŞ,
danimarka, İsveçrə, Əlcəzair, habelə iki şəhərlə: Genuya və Cenevre ilə diplomatik əlaqələrə malik idi. Yakobin
diktaurasının süqutu yakobinçilərin keçirdiyi terror əməliyyatı nəticəsində şərtlənmişdi.
Fransada fəaliyyət göstərən xarici kəşfiyyat ayrı-ayrı yakobin liderlərinin ləkələnməsi üçün şantajdan
məharətlə istifadə edirdilər. Elə liderlər məhv edildi ki, bunlar diktaturanın sosial dayağını zəiflətdi. Artıq 1794-
cü ilin mayında diktaturanın İngiltərədəki nümayəndəsi öz əlaqə kanalları vasitəsi ilə Robespyerə Fransada
hazırlanmış qəsd haqqında məlumat çatdirmış, onun reallığı isə 9 termidor
çevrilişi ərəfəsində özünü
göstərmişdi.
Mövzuya dair suallar
1.
İnqilab ərəfəsində beynəlxalq şərait.
2.
Monarxiya dövründə Fransada xarici siyasət orqanlarının yaradılması və fəaliyyəti.
3.
İnqilabın I mərhələsində Fransanın xarici siyasəti.
4.
Fransa inqilabının Avropada dövlətlərarası münasibətlərə təsiri.
5.
Fransaya qarşı I koalisiyanın yaradılması.
6.
Jirondistlərin xarici siyasəti.
7.
Yakobin diktaturasının diplomatiyası.
8.
Burjua inqilabı dövründə Fransanın beynəlxalq əlaqələri.
9.
İnqilabın məğlubiyyəti və Termidor çevrilişinə Avropa dövlətlərinin münasibəti
Ədəbiyyat
1.
Orucov M. 1789-cu il Böyük Fransa burjua inqilabının tarixi, B.,1974
2.
Manfred A.Z. Napaleon Bonapart. B., 1993
3.
Борисов Ю.В. Шарль Морис Талейран. М., 1989
4.
Буржуазная и французкая революция. М., 1989 г.
5.
Буржуазные революции XVII-XIX вв. в современной зарубежной историографии. М., 1986, 277 с.
6.
Волгин В.П. Развитие общественной мысли во Франция в XVIII в. М., 1977
7.
гордон А.В. Падение жиронжистов: Народное восстание в Париже 31 – мая – 2 июня 1793 г. М.,
1988
8.
Документы истории Великой французкой революции (сост. А.В.Адо и др.) М., 1990
9.
История Франции / Под.ред. А.З.Манфреда и др. Т.1. М., 1972.
10.
Короткин П.А. Великая французская буржуазная революция. М., 1983
11.
Манфред А.З. Великая Французкая буржуазная револьюция. М., 1983.
12.
Новая история стран Европы и Америки. Первый период. М., 1986.
13.
Нарочницкий А.Л. Междунаородные отношения накануне и во время Французской буржуазной
87
XVI Mövzu
Fransada konsulluq və I İmperiya dövründə beynəlxalq münasibətlər
Yakobin diktaturası devrildikdən sonra başlanan dövr mövcud tədqiqatlarda Direktoriya dövrü (1794-
1799-cü illər) kimi səciyyələnir və bu dövrdə Fransada xarici siyasət məsələləri 5 direktordan birinin
səlahiyyətlərinə daxil idi. Lakin xarici siyasətlə bağlı hər hansı qərar ümumi razılığa əsasən qəbul olunurdu.
Direktoriyanın hakimiyyətə gəlməsi Fransa ətrafında koalisiya qüvvələrinin fəaliyyətini zəiflətdi. II
Yekaterinanın tapşırığı ilə Rusiya donanması Peterburqa qayıtdı və imperatriça
bəyan etdi ki, Fransanın
ətrafında koalisiya saxlamağa ehtiyac yoxdur. Direktoriya özü inqilabı məhv edəcək. Doğrudan da, 1794-1795-
ci illərdə Direktoriya inqilab dövründə qəbul edilmiş bir sıra qanunları, hətta Yakobin konstitusiyasını ləğv etdi.
Fransada irticaçı rejim qurulmağa başladı. 1796-cı ildən etibarən Direktoriyanın özünün də mövqeləri zəiflədi.
Çünki ayrı-ayrı sərkərdələrin Qanunverici məclis üzərində hakimiyyəti güclənməkdə idi.
Direktoriya vaxtilə Fransanın siyasi həyatında mühüm rol oynamış xadimləri geri qaytarmaqla öz
mövqelərini möhkəmləndirməyə çalışırdı. Bunlardan biri də Taleyran idi. 1796-cı ilin iyununda Parisə qayıdan
Taleyran Direktoriyanın xarici işlər naziri postunu tutur və çox tezliklə I Napoleonla yaxınlaşmağa müvəffəq
olur. Lakin Direktoriya hakimiyyətini heç kimlə bölüşdürməyə hazırlaşmadığına görə, bir sıra siyasi xadimlər, o
cümlədən Napoleon Fransadan uzaqlaşdırılır və Misir ekspedisiyasına göndərilir.
Məlum olduğu kimi, I koalisiya qüvvələri 1797-ci ilin əvvəlləri üçün sıradan çıxarılmışdı. Bunun
nəticəsində 1797-ci il oktyabrın 17-də Kompo Fomino adlanan yerdə Fransa ilə koalisiya qüvvələri arasında
sülh müqaviləsi imzalandı. Bununla da I koalisiya dağıldı. Fransa işğal etdiyi bir sıra ərazilərin ( Belçika,
Reynsahili) sahibinə çevrildi və qısa müddətə olsa da fasilə əldə etdi. I koalisiya qüvvələrindən yalnız İngiltərə
Fransa ilə sülh müqaviləsi imzalamadı və II koalisiyanın yaranması uğrunda siyasi mübarizəyə başladı.
II koalisiya tezliklə 1798-ci ilin yazından etibarən formalaşmağa başladı. Onun tərkibində İngiltərə,
Rusiya,
Avstriya, İsveç, Türkiyə və Neopolitan krallığı daxil idi. Lakin II koalisiyanın daxilində birlik yox idi
və təsadüfi deyildi ki, 1800-cü ilin əvvəllərində dağıldı. 1801-ci ilin fevralında Fransa ilə Avstriya arasında
Lyunevill sülh müqaviləsi, 1802-ci ilin martında isə Fransa ilə Ingiltərə arasında Amyen sülh müqaviləsi
imzalandı ki, bununla da Napoleonun Avropada işğalları tanındı.
Fransanın siyasi həyatında XVIII əsrin 90-cı ilin sonunda baş vermiş hadisələrin əksəriyyəti Taleyranın
adı ilə bağlı idi. Taleyran Direktoriyanın içərisində nifaq yaratmağa müvəffəq olmuşdu. Məhz Taleyranın
fəaliyyəti nəticəsində Napoleon Fransada baş verən hadisələrdən xəbərdar olmuş, Direktoriyanın nüfuzunun
zəifləməsini yeni hakimiyyətin yaradılması üçün şans kimi dəyərləndirmiş və 1799-cu ilin noyabrında 30 minlik
qüvvəni Misirdə taleyin ümidinə buraxaraq Fransaya qayıtmışdı.
1799-cu il noyabrın 9-da Parisdəki silahlı qüvvələrin baş komandanı təyin edilən
I Napoleon hərbi
çevrilişi həyata keçirdi. Qanunverici korpusun iclasları Parisin yaxınlığındakı Sen-Klu şəhərciyinə köçürüldü.
Hakimiyyət üç konsula verildi. Birinci həlledici, II və III konsullar isə məşvərətçi səsə malik idi. Icraedici
hakimiyyət bütünlüklə, qanunverici və məhkəmə hakimiyyəti isə qismən I konsula məxsus idi.
Son dərəcə qısa müddətdə konsulluq dövlətinin konstitusiyası hazırlandı. Hər bir konsulun adı birinci
dəfə üçün konstitusiyaya salındı. Konsulların səlahiyyət müddəti 10 il müəyyənləşdirildi və 1793-1795-ci
illərdəki konstitusiyada olan demokratik bəndlərin hamısı 1799-cu il konstitusiyasından çıxarıldı. Konsulluq
dövrünün xarici işlər naziri isə Taleyran Periqor oldu.
Konstitusiyaya görə, 21 yaşına çatmış bütün kişilər
seçki hüququna malik olurdu, lakin seçicilər birbaşa
deputat yox, deputatlığa namizədləri seçirdilər. Qanunıericilik Senata həvalə olunmuşdu. Onun üzvləri
Napoleon tərəfindən təyin olunmuşdu. Bütün nazirlər I konsula tabe idilər.
Yeni Konstitusiya plebisit yolu ilə (ümumxalq səsverməsi) təsdiq olunmuşdu. Əslində xalq Napoleona
səs verir, onu xilaskar kimi görürüdü. 1802-ci ildə keçirilən yeni plebisit Napoleonu ömürlük I konsul təyin etdi.
Napoleon özünə dayaq yaratmaq məqsədilə hələ 1802-ci ildə mühacir-zadəganlara amnistiya verdi.
İnqilab illərində ölkədən qaçmış zadəganlar geri qayıtmağa başladı. I Napoleon həvəslə zadəgan titulları
paylayırdı. Belə ki, təkcə 1808-1814-cü illər arasında 3600 zadəgan titulu verilmişdi.
1805-ci ildə Napoleon özünü İtaliyanın da kralı elan etdi.
Konsulluq və imperiya illərində mərkəzləşmiş bürokratik dövlət aparatı qəti şəkildə bərqarar oldu.
İnqilab illərində yaradılmış seçkili idarə orqanları qəti şəkildə aradan qaldırıldı. Perfektura sistemi yaradılmışdı.
Deportamentlərin polis idarələrinin başında perfektlər dururdu, departamentlərdəki
icra və qanunvericilik
funsiyaları onun əlində cəmləşmişdi.
Ölkədə tədricən hərbi-bürokratik diktatura qurulur, bütün demokratik təsisatlar ləğv edilirdi. 1800-ci
ildə ölkədəki 73 qəzetdən 60-ı bağlanmışdı. Ali və orta təhsil, elm ocaqları nəzarətə götürülürdü, son dərəcə
qüvvətli polis aparatı yaradılmışdı. Napoleonun yaxın adamı Buşye polis naziri təyin edilmişdi.
XVIII əsrin sornlarından etibarən Fransa sənaye inqilabının başlanması mərhələsinə daxil olmuşdu.
1800-cü ildə Fransa bankı, 1810-cu ildə isə iki şura: ticarət üzrə və fabrik-monufaktura üzrə şuralar
yaradılmışdı.