28
istehsalının artdığı bir Ģəraitdə taxıl döyümü üçün vəllərdən istifadəyə keçildi [35].
Kür-Araz mədəniyyəti daĢıyıcılarının təsərrüfat həyatında maldarlıq da mühüm
yer tuturdu. Atdan istifadə maldarlıqda böyük əhəmiyyətə malik yeniliyə - köçmə,
yaylaq maldarlığına keçilməsinə Ģərait yaratdı. Mal və qoyun sürülərinin yayda dağ
çəmənliklərində bəslənməsi maldarlığın sürətlə inkiĢaf etməsinə və bu zəmində
birinci böyük ictimai əmək bölgüsünə - əkinçiliyin maldarlıqdan ayrılmasına gətirib
çıxardı.
Maldarlığın sürətli inkiĢafı həmçinin zəruri tələbatdan artıq məhsul istehsalına,
mübadilənin geniĢlənməsinə, maldar tayfaların varlanmasına səbəb oldu. Bu da maldar
tayfalar içərisində əmlak bərabərsizliyi yaranmasına və tədricən dərinləĢməsinə,
sərvətin icma, tayfa baĢçılarının əlində cəmləĢməsinə gətirib çıxardı. Tayfa
baĢçılarının təmtəraqla dəfn edilməsi və qəbri üzərində kurqanlar ucaldılması əmlak
və sosial bərabərsizliyin əlamətləri idi. Belə kurqanlar Mil düzündə Üçtəpə, Qəbələ,
Xankəndi və Borsunluda aĢkar edilib öyrənilmiĢdir.
Erkən Tunc dövründə saxsı qablar istehsalı daha yüksək inkiĢaf mərhələsinə
çatdı. Simmetrik ölçülərin diqqətlə nəzərə alınması, qabların səthinin yüksək peĢə-
karlıqla cilalanması və parıltı verilməsi, oyma, cızma naxıĢlarla bəzədilməsi, çox zərif
qab-qacaq hazırlanması dulusçuluq sənətinin yüksək səviyyəyə çatdığını göstərirdi.
Yaylaq maldarlığına keçilməsi saxsıdan köçürmə ocaqlar, süd və süd məhsulları
saxlamaq üçün qab-qacaq istehsalını artırmağa gətirib çıxardı. Ġlk saxsı nehrələrin
düzəldilməsinə də bu dövrdə baĢlandı.
E.ə. III minillikdə mis filizinin əridilməsi, mərgümüĢ qarıĢıqlı tunc alınması,
metal istehsalı üçün kürələr, qəliblər düzəldilməsi sahəsində mühüm irəliləyiĢ oldu. Təc-
rübi biliklərin toplanması yolu ilə tunc əldə etməyin daha səmərəli yolları tapıldı.
29
Azərbaycanın Erkən Tunc abidələrinin çoxunda: ġortəpə, Kültəpə, Qaraköpəktəpə,
MiĢarçay, Sərkartəpə və digər yaĢayıĢ məskənlərində odadavamlı gildən hazırlanmıĢ
borulu tunc balta qəlibləri [36], filizin əridilməsi, əridilmiĢ metalın götürülməsi üçün
butələr aĢkar edilməsi tunc istehsalının geniĢ miqyas aldığını göstərir.
Kür-Araz mədəniyyəti daĢıyıcılarının təsərrüfat həyatındakı yeniliklər ictimai
münasibətlərə də ciddi təsir göstərirdi. Ərzaq istehsalının sürətlə artması əhalinin
sayının çoxalmasına, icmaların böyüyərək qohum nəsil icmalarına bölünməsinə və yeni,
daha böyük etnik birliklərin - tayfa və tayfa ittifaqlarının yaranmasına gətirib çıxardı.
Təsərrüfat iĢlərində, icmanın və tayfanın idarə olunmasında kiĢinin - ağsaqqalın rolu
gücləndi, ata xaqanlığına keçildi. Bu dövr abidələrindən kiĢi heykəllərinin tapılması,
kiĢiyə pərəstiĢin oda pərəstiĢlə əlaqələndirilməsi, gil manqalların və sacayaqlarının kiĢi
təsvirlərilə bəzədilməsi [37] bunu aydın göstərir. Bu dövrdə insanlar günəĢə və ocağa
sitayiĢ edir, odun sehrli qüvvəsi olmasını güman edirdilər.
Erkən Tunc dövründə dəfn adətlərində dəyiĢikliklər baĢ verdi. Ölülərin yaĢayıĢ
yerindən kənarda dəfn edilməsinə baĢlandı. Həm də dəfn olunanlar sağlığında istifadə
etdiyi əĢyalarla: əmək alətləri, qab-qacaq, bəzək əĢyaları ilə birlikdə qəbrə
qoyulurdu. Bu dövrdə Azərbaycanda ölübasdırma adəti ilə yanaĢı, ölüyandırma adəti
də mövcud idi. Bu dövrə aid Gəncəçay hövzəsində, Qəbələ, Tərtər bölgələrində aĢkar
edilmiĢ qəbir abidələrində ölüyandırma adəti müĢahidə edilmiĢdir.
E.ə. III minillikdə Azərbaycanda yaĢayan tayfalar Qafqazın digər bölgələrində,
Kiçik Asiya və Ġkiçayarasında yaĢayan əhali ilə sıx əlaqə saxlayır, məhsul mübadiləsi
edirdilər. ġimali Qafqazda bu dövrə aid Maykop mədəniyyəti abidələrindən tapılan
tunc əĢyaların kimyəvi tərkibinin öyrənilməsi zamanı bəlli olmuĢdur ki, bu əĢyaların
çoxu Cənubi Qafqaz mənĢəlidir [38].
Erkən Tunc dövrünün son mərhələsində əkinçilik, maldarlıq, sənətkarlıq, xüsu-
sən metaliĢləmə sahəsində böyük irəliləyiĢlər artıq məhsul istehsalının həcmini
dəfələrlə artırdı. Bu da, öz növbəsində, həmin sərvətlərin qorunması zərurətini
doğurdu. Qaraköpəktəpə, II Kültəpə (Naxçıvan), Göytəpə yaĢayıĢ məskənlərinin
ətrafına qalın müdafiə divarı çəkilməsi [39] bununla bağlı idi.
Bu dövrdə həmçinin qənimət ələ keçirmək üçün hərbi yürüĢlər təĢkil
edilməsi çoxalır. Atçılığın inkiĢafı, möhkəm tunc silahlar istehsalının artması buna
imkan verirdi. Ġri tayfa birliklərinin yaranması isə onun baĢçısını çoxsaylı qoĢunla uzaq
ölkələrə yürüĢlərə baĢlamağa həvəsləndirirdi. Ġkiçayarasında aĢkar edilmiĢ mixi
kitabələrdə Azərbaycanın cənubunda yaĢamıĢ kuti tayfalarının e.ə. XXIII əsrdə bu
ölkəyə yürüĢ etməsi və 100 ilə qədər orada hökmranlıq etməsi haqqında məlumat
vardır. Həmin dövrə aid mixi kitabələrdə Urmiya gölündən cənubda yaĢayan digər
Azərbaycan tayfasının - lullubilərin adı da ciddi siyasi qüvvə kimi çəkilir [40].
30
E.ə.III minilliyin sonunda Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Kür-
Araz mədəniyyəti ümumilliyin parçalanması, iqtisadi inkiĢafın sürətlənməsi ictimai
münasibətlərdə ciddi dəyiĢikliklərəgətirib çıxardı. Bu, yeni mərhələnin – Orta tunc
dövrünün baĢlanğıcı idi. Bu dövr e.ə. II minilliyin ortalarına kimi davam etmiĢdir.
Orta Tunc dövründə
əkinçilik,
maldarlıq
və
sənətkarlığın böyük sürətlə
inkiĢafı, əmlak və sosial
bərabərsizliyin dərinləĢməsi,
Yaxın ġərqin mədəniyyət
mərkəzləri ilə əlaqələrin
geniĢlənməsi və bu zəmində
Azərbaycanda
ilkin
Ģəhərlərin yaranması, sinifli
cəmiyyətin
formalaĢması
prosesləri baĢlandı. Bu dövrə
aid
çoxsaylı
yaĢayıĢ
məĢkənlərinin aĢkar edilib
öyrənilməsi
göstərir
ki,
əhalinin
sayının
sürətlə
artması
yaĢayıĢ
məskənlərinin
kəskinliklə
geniĢlənməsinə,
iri tayfa
birliklərinin az-çox sabit
etno-siyasi
birliklərə
çevrilməsinə gətirib çıxarırdı.
Bu da bütün Qafqazı əhatə
edən Kür-Araz mədəniyyəti
ümumiliyinin pozulmasına, böyük tayfa birliklərinin yaĢadıqları ərazilərə uyğun gələn
və fərqli cəhətlərin daha qabarıq nəzərə çarpdığı Üzərliktəpə, Qızılvəngtəpə kimi
arxeoloji mədəniyyətlərin yaranmasına gətirib çıxardı.
Bu dövrdə memarlıqda inkiĢaf xüsusilə nəzərə çarpırdı. Dairəvi evlərin yerinə
düzplanlı, dördkünc çoxotaqlı evlər inĢa edilməsinə keçilmiĢdi. YaĢayıĢ məskənlərinin
ətrafında müdafiə divarları, bürclər tikilməsi geniĢ miqyas almıĢdı. Urmiya gölü
yaxınlığında Həftəvantəpə yaĢayıĢ məskəninin ətrafında salamat qalmıĢ müdafiə
divarının hündürlüyü 3,3 m-ə çatır. Buradakı evlər küçə boyu hər iki tərəfdə sıra ilə
tikilmiĢdir. Naxçıvanda II Kültəpə yaĢayıĢ yerinin sahəsi 10 ha-ya çatır. YaĢayıĢ
məskəninin mərkəz hissəsində 3 ha sahəni əhatə edən Narınqala yerləĢir. Narınqala
dördkünc bürc və kontrforslarla möhkəmləndirilmiĢ müdafiə divarı ilə əhatə
edilmiĢdir. YaĢayıĢ evləri düz küçə boyunca bir-birindən müəyyən məsafədə inĢa
edilmiĢ, küçələrin bəzilərinə daĢ döĢənmiĢdir [41]. Bu qala tipli yaĢayıĢ məskənləri