33
da yüksəltməyə imkan verdi [49]. XıĢ əkinçiliyi, süni suvarma daha da inkiĢaf etdi,
taxıl biçini alətləri və döyüm vasitələri təkmilləĢdirildi. Köçmə (yaylaq) maldarlığı
əsas yer tutdu. Atçılıq və dəvəçilik mühüm nəqliyyat vasitələri kimi inkiĢaf etdirilərək
ayrıca təsərrüfat sahəsinə çevrildi [50].
Dəmirin
kəĢfi
həm
məhsuldar
qüvvələrin inkiĢafını, həm də bu zəmində ictimai inkiĢafı daha da sürətləndirdi.
Dəmirin ərimə temperaturu yüksək - 1530 dərəcə olduğu üçün, yalnız metallurgiya iĢi
müəyyən inkiĢaf mərhələsinə çatdıqdan, xüsusən körük kəĢf olunduqdan sonra ondan
istifadə olunmasına baĢlandı. Körük vasitəsi ilə dəmiri 900 dərəcə istilikdə almaq
mümkün oldu [51]. Dəmir baĢqa metallara nisbətən ucuz baĢa gəldiyindən və
ehtiyatları daha çox olduğundan tezliklə geniĢ əraziyə yayıldı.
E.ə. II minilliyin sonu –I minilliyin baĢlanğıcında metallurgiya və metaliĢləmə
sənəti yerli xammal hesabına yüksəliĢ dövrü keçirirdi. Metal əĢyalar hazırlanmasında
daĢ qəliblərə ərintinin tökülməsi, isti və soyuq döymə, qaynaqlama, bənd vurma,
oyma, minalama və s. üsullardan istifadə edilirdi. Dəmir nizə ucluqları, xəncərlər və
qılınclar daha əvvəlki dövrlərdə tunc silahların hazırlandığı üsullarla, onların
qəliblərinə tökülərək hazırlanırdı [52]. Tunc və dəmir metallarının emalı, onlardan alət
və silah hazırlanması arasındakı varislik bu dövrün arxeoloji abidələrindəki tapıntılarda
aydın nəzərə çarpır. Xocalı - Gədəbəy mədəniyyəti abidələrindəki dəmir nizə
ucluqları, Muğan mədəniyyəti abidələrindən tapılan dəmir tiyəli xəncər və qılınclar
eyni tunc silahların formasını təkrar edir.
Son Tunc - Erkən Dəmir dövründə təsərrüfat sahələrinin sürətli inkiĢafı ilə bağlı
tayfalararası və bölgələrarası mübadilə daha da gücləndi. Maldar tayfalar alıĢ-veriĢ
iĢlərində fəal vasitəçi idilər. Bu dövrdə alıĢ-veriĢ həm davarla, həm də metal
əĢyalarla, hətta metal parçaları ilə aparılırdı. Təsərrüfatın və mübadilənin belə güclü
inkiĢafı da öz növbəsində üçüncü əmək bölgüsünə: tacirlərin sənətkarlardan ayrılmasına
səbəb oldu. Əmlak bərabərsizliyi daha da dərinləĢdi, ibtidai icma qaydalarının intensiv
sürətlə dağılması baĢ verdi. Arxeoloji materialların təhlili göstərir ki, bu dövrdə ictimai
inkiĢaf ayrı-ayrı bölgələrdə fərqli olmuĢdur. Azərbaycanın Ģimalına nisbətən
cənubunda qədim cəmiyyətlərin formalaĢması, qul əməyindən istifadə daha tez
baĢlanmıĢdı.
Sərvətlərin artması həm də onu asan yolla ələ keçirmək ehtiraslarını güclən-
dirdi. Az-çox sabit hərbi dəstələrin yaranması təkcə tayfa birliyinin mal-qoyun
sürülərini, əkinlərini, yaĢayıĢ məskənlərini qorumaqla bağlı olmayıb, həm də yaxın-uzaq
qonĢular üzərinə basqın edib qənimət ələ keçirmək məqsədi güdürdü. Bu yürüĢlər tayfa
baĢçılarının, hərbi əyanların daha da varlanmasına gətirib çıxarırdı. Çoxsaylı və müxtəlif
formalı dəmir silahların (qılınc, xəncər, təbərzin, yaba, ox və nizə ucluqları) və qalxan,
dəbilqə, zirehli geyim istehsalının artması qarətçi yürüĢlərin daimi peĢəyə çevrilməsinə
gətirib çıxardı. Ġbtidai icma quruluĢunun bu son mərhələsinin hərbi demokratiya dövrü
adlanması da bu proseslərlə bağlıdır.
Azərbaycanda bu dövrə aid yaĢayıĢ məskənlərinin, xüsusən sərvətin daha çox
toplandığı maldar tayfaların dağlıq və dağətəyi bölgələrdəki yaĢayıĢ yerlərinin çoxunun
34
hasara alınması, iri daĢ, qaya parçalarından qalaçaların (siklop tikililərinin) inĢa
edilməsi qarətçi basqınlarından qorunmaq məqsədi daĢıyırdı [53]. DaĢkəsən, Gədəbəy,
Naxçıvan bölgələrində qalıqları bizim günlərə qədər gəlib çatmıĢ qalaçaların inĢası
həmçinin həmin dövrdə memarlıq sənətinin yüksək inkiĢaf səviyyəsinə çatmasını
göstərir.
Hərbi yürüĢlərin, müharibələrin geniĢ miqyas almasını tayfa baĢçılarının, əyan-
ların qəbirlərində silahların sayca dəfələrlə artması, sıravi icma üzvlərinin qəbir-
lərində də silahlar tapılması sübut edir. Əksər hallarda baĢçı dəfn edilərkən xidmətçiləri,
arvadı, qulları da öldürülüb, onunla bərabər basdırılırdı. Məsələn, Borsunlu (Qarabağ)
kurqanında tayfa baĢçısının qızıl lövhələrlə bəzədilmiĢ tabutu ilə yanaĢı, burada 8 at, 9
hərbi qulluqçu (və ya xidmətçi), kəniz gömülmüĢdür [54].
Son Tunc - Erkən Dəmir dövrünə aid Sarıtəpə, Baba-DərviĢ, Xanlar yaĢayıĢ
yerlərində yanğın-dağıntı nəticəsində həyatın kəsilməsi də tayfalararası toqquĢmaların
nəticəsi idi.
Tayfa və icma daxilində təbəqələĢmə bu dövrdə daha da güclənir, var-dövlət
baĢçıların əlində cəmləĢirdi. Daha münbit torpaqlar, otlaq sahələri onların ixtiyarına
keçirdi. Bu Ģəxslərin böyük təsərrüfatlarında çalıĢmaq üçün əlavə iĢçi qüvvəsi cəlb
edilirdi. Müharibələr zamanı ələ keçirilən hərbi əsirlər baĢçıların köləsinə çevrilir,
qul kimi iĢlədilirdi.
Bu dövrdə Azərbaycanın Ön Asiya ölkələri ilə əlaqələri daha geniĢ miqyas alırdı.
Müxtəlif bölgələrdə aĢkar edilən silindrik möhürlər, qızıl, fil sümüyü və sədəfdən
hazırlanmıĢ bəzək əĢyaları, "Ön Asiya tipli" xəncərlər, üzərində AĢĢur hökmdar-
larının adı olan toppuz (Həsənlidən tapılıb), muncuq (Xocalıdan tapılıb) [55] və s.
bu əlaqələrin möhkəm və davamlı xarakter aldığını göstərir.
E.ə. II minilliyin sonu -I minilliyin əvvəllərində əkinçilik və maldarlıq
təsərrüfatlarının intensiv inkiĢafı, sənətkarlıq sahələrinin, xüsusən dəmir alətlər
istehsalının yüksəliĢi, qonĢu bölgələrlə, ictimai inkiĢafın daha yüksək mərhələsinə
keçmiĢ Yaxın ġərq (AĢĢur, Het, Misir) ölkələri ilə mədəni-iqtisadi əlaqələrin daha
da geniĢlənməsi sinifli cəmiyyətin meydana gəlməsinə imkan və Ģərait yaratdı.
Artıq bu dövrə aid mixi kitabələrdə Azərbaycanın cənubundakı tayfa birliklərinin
torpaqları ölkə, baĢçıları isə hökmdar adlandırıldı. E.ə. I minilliyin baĢlanğıcına aid
AĢĢur qaynaqlarında Urmiya gölü hövzəsində Zamua, Gilzan, Alateye, Gizilbunda,
Zikurtu, Subi, UiĢdiĢ adlı ölkələrin varlığından bəhs edilir [56].
E.ə. IX əsrin əvvəlində Urmiya gölündən cənubdakı Zamua-Lullubi
ölkəsinə AĢĢur hökmdarları yürüĢ edib qalaları və digər yaĢayıĢ məntəqələrini qarət
etmiĢdilər. Gilzan ölkəsi isə Urartu basqınlarına məruz qalmıĢdı. Bu yadelli
basqınlarına qarĢı gərgin mübarizə Ģəraitində Azərbaycan tayfaları birləĢərək
Manna dövlətini yaratdılar. Manna dövlətinin adı ilk dəfə e.ə. 843-cü ilə aid AĢĢur
kitabəsində çəkilmiĢdir [57].
Manna hökmdarları öz ölkələrini yadelli basqınlarından qorumaq üçün
gərgin mübarizə aparır, imkan düĢdükdə özləri də düĢmən üzərinə yürüĢlər