38
Ģəklində dəyiĢməsi fikrini [63] haqlı sayırlar.
Atropat xalq qəhrəmanı, el xilaskarı, tədbirli və cəsur sərkərdə, uzaqgörən qabil
diplomat, müdrik dövlət baĢçısı idi. Etibarı və mərdliyi ilə böyük Ģöhrət qazanmıĢdı.
Atropat siyasi, iqtisadi və mədəni cəhətdən üstünlüklərə malik güclü bir dövlət
yaratmıĢdı. Mənbələrdən aydın olur ki, Atropaten düĢmənə qarĢı müharibəyə 40
min piyada, 10 min süvari qoĢun çıxara bilirdi [64].
Makedoniyalı Ġskəndərin vəfatından sonra Atropat yaranmıĢ vəziyyəti düzgün
qiymətləndirərək, öz dövlətini gücləndirdi, müstəqilliyini qorudu. Onun varisləri e.ə.
III—I əsrlərdə Selevkilər, Roma və Parfiya dövlətlərinin Atropatendə öz mövqelərini
möhkəmlətmək cəhdlərinə qarĢı mübarizə aparmalı oldular.
Atropaten ərazisində süni suvarma əsasında əkinçilik yüksək inkiĢaf etmiĢdi.
Taxılçılıq və bağçılıqla yanaĢı, əhalinin iqtisadi həyatında maldarlıq da mühüm rol
oynayırdı. Sənətkarlıq və ticarət öz dövrünə görə yüksək inkiĢaf səviyyəsinə çatmıĢdı
[65].
Müasir azərbaycanlıların ulu əcdadlarının ən əsaslarından birinin atropatenlilər
olması tamamilə qanunauyğun bir haldır. Məhz Atropaten və Albaniya dövlətlərinin
yaranması ilə Azərbaycan xalqının formalaĢması prosesi baĢlandı.
Azərbaycanın qədim dövlətlərindən biri də Albaniya dövləti olmuĢdur. Antik
dövrdə Azərbaycanın Ģimal vilayətlərində və Dağıstanın cənubunda alban, kaspi, sak,
kadusi, qarqar, uti, qel, leq və digər tayfalar [66] yaĢayırdılar. Ölkənin ərazisi Kiçik
Qafqazdan və Arazın orta axarlarından Böyük Qafqaz dağlarının Ģimal-Ģərq
qurtaracağına - Dərbəndə qədər uzanırdı. Strabon xəbər verir ki, albanlar qərbdən
iberlərlə, Ģərqdən Kaspi (Xəzər) dənizi ilə əhatə olunmuĢdur [67].
Albaniya etnik tərkib etibarilə müxtəlif tayfalardan ibarət olsa da, onların ara-
sında öz yaraĢığı, uca qaməti, ala gözləri ilə seçilən albanlar çoxluq təĢkil edirdilər. Antik
müəlliflərin ġimali Azərbaycan tayfalarının Qavqamel döyüĢündə "albanlar" adı ilə
Atropatın müttəfiqi kimi iĢtirak etmələri haqqında məlumatları bunu sübut edir. Alban
adı qədim türk sözü olan "alp" (cəsur, igid) və "an" (cəm Ģəkilçisi) əsasında
yaranmıĢdır və cəsurlar, igidlər deməkdir. Antik müəlliflərin albanları igid, cəsur
adlandırması da bununla bağlıdır. "Kitabi Dədə Qorqud" dastanında bu tayfanın
"alpanlar" adlandırılması, ġimali Azərbaycanda Alpan, Alpout adlı toponimlərin
qalması bunu təsdiqləyir. Mərkəzi Asiyada türkmən, qazax və qırğız xalqlarının soy
kökündə alban tayfalarının olması haqqında bilgilər də albanların türk mənĢəli
olmasını göstərir.
E.ə. IV-III əsrlərdə yaranan Albaniya dövləti sonralar Qafqazda ən qüdrətli
dövlətlərdən birinə çevrildi. Ölkənin paytaxtı Qəbələ Ģəhəri idi [68].
E.ə. I əsrin 60-cı illərində Cənubi Qafqaz xalqları Roma iĢğalçılarına qarĢı
mübarizə aparmıĢlar. Roma sərkərdəsi Pompey Ermənistanı tutandan sonra Cənubi
Qafqaza yürüĢə baĢladı, e.ə. 66-cı ildə Albaniya ərazisinə daxil oldu. Alban hökmdarı
Oroys 40 minlik ordu ilə düĢmənə qarĢı hücuma keçdi. Lakin Kür çayı sahilində baĢ verən
döyüĢdə məğlub olan albanlar geri çəkildilər. Yadellilərə qarĢı müharibədə kiĢilərlə
39
birlikdə möhkəm silahlanan qadınlar da vətən uğrunda mübarizəyə qalxmıĢdılar.
Sonrakı il baĢ verən vuruĢmada Pompey hiylə iĢlətməklə qalib gəldi. Bu zaman döyüĢ
meydanında kiĢilərdən az yara almayan çoxlu qadınların olması, qadınların kiĢilərlə
çiyin-çiyinə cəsarətlə vuruĢmaları romalıları heyrətə salmıĢ, antik dünyada
albanlardan Ģimalda döyüĢkən amazonkaların yaĢaması və albanlara kömək etməsi
haqqında əfsanənin geniĢ yayılmasına səbəb olmuĢdu [69]. Albaniya e.ə. I minilliyin
sonu - yeni eranın ilk əsrlərində düĢmənə qarĢı mübarizəyə 60 min piyada və 22 min
atlı döyüĢçü çıxara bilirdi. Dövləti Aranilər sülaləsindən olan hökmdarlar idarə edirdi.
Ölkə vilayətlərə bölünürdü. Arxeoloji tədqiqatlardan və antik mənbələrdən aydın olur
ki, qədim Albaniyanın ərazisində taxılçılıq, üzümçülük və maldarlıq əhalinin əsas
məĢğuliyyəti olmuĢdur. Sənətkarlıq və ticarət dövrünə görə yüksək səviyyəyə
çatmıĢdı. Dulusçuluq və metaliĢləmə xüsusilə güclü inkiĢaf etmiĢdi. Dulusçular
cürbəcür qab-qacaq düzəltməklə yanaĢı, həm də e.ə. III əsrdən dam örtüyü üçün kirəmit
istehsal edirdilər. Metal alətlər və silahlar döymə və tökmə üsulu ilə hazırlanırdı.
Toxucular qoyun, keçi və dəvə yunundan, kətan lifindən paltar, parça toxuyurdular.
Memarlıq, Ģəhərsalma mədəniyyəti qədim dövrün ən yaxĢı ənənələrinə əsaslanırdı.
Albaniyanın mərkəzi Ģəhəri Qəbələdə xüsusi əhəmiyyət kəsb edən binalar biĢmiĢ
kərpic və əhəng məhlulu ilə hörülür, damı yüksək keyfiyyətli kirəmitlə örtülürdü
[70].
Antik müəlliflər Albaniyada 29 Ģəhər olduğunu qeyd etmiĢlər. Bu Ģəhərlər böyük
sənətkarlıq və ticarət mərkəzləri idilər. Qədim çağlardan ölkəmizdən mühüm tica-rət
yolları keçirdi. Onlardan Xəzər dənizinin qərb sahili boyunca Dərbənddən Ģimala və Kür
çayı boyunca Qara dəniz sahillərinə doğru uzanan ticarət yolları beynəlxalq əhəmiyyətə
malik idi. Ticarətdə puldan geniĢ istifadə edilirdi. Albaniyada tapılan ən qədim pullar
Makedoniyalı Ġskəndərin gümüĢ sikkələridir. Gətirilmə pullar tələbatı ödəmədiyi
üçün, e.ə. III əsrdən yerli pul kəsilməsinə baĢlanmıĢdı [71].
Eramızın III – IV əsrlərindən etibarən Azərbaycan xalqının ictimai – siyasi
və sosial – iqtisadi həyatında əsaslı dəyiĢikliklər baĢ vermiĢdir. Hər Ģeydən əvvəl,
qədim sinifli cəmiyyəti yeni ictimai – quruluĢ fedalizm əvəz etdi. Nəticədə yeni, daha
mütərəqqi istehsal münasibətləri yaranmağa baĢladı. Fedalizm quruluĢunun baĢlıca
göstəricisi torpaq torpaq sahibliyi idi. Azərbaycanda. Digər ġərq ölkələrində olduğu
kimi, bütün orta əsrlər boyu torpaq dövlətin – hökmdarın ixtiyarında olmuĢdur.
Hökmdar dövlətə xidmət qarĢılığında hərbiçilərə və mülki məmurlara torpaq mülkləri
paylayırdı. Torpaq sahibinə - feodala çevrilən bu Ģəxslər onlara verilən torpaqlarda
yaĢaya əhalidən vergi toplamaq hüququ alırdılar ki, bu da hakim zümrənin daimi
yaĢayıĢ və qazanc mənbəyi idi.
Həmin mülkiərdə yaĢayan icma üzvləri (camaat) - kəndlilər torpağı əkib-
becərir və məhsulun bir hissəsini feodala verirdilər. Feodal kəndli əməyini istismar
etsə də, Azərbaycanda, Avropadan və Bizansdan fərqli olaraq, təhkimçilik hüququ yox
dərəcəsində idi və feodal kəndlini alıb-sata bilməzdi.