45
Əhalinin bütün təbəqələrinin iĢtirak etdiyi bu üsyan, xilafətin digər bölgələrində baĢ
verən xalq çıxıĢları ilə birlikdə, Əməvilər sülaləsinin devrilməsinə gətirib çıxardı.
Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinin ən parlaq səhifələrindən biri
xilafətin əsarətinə qarĢı 60 ildən çox davam etmiĢ Xürrəmilər hərəkatıdır. Bu xalq-
azadlıq hərəkatına 816-cı ildən milli qəhrəman, istedadlı sərkərdə və dövlət xadimi
Babək baĢçılıq etdi. Onun yaratdığı üsyançı ordu 20 ildən artıq qalibiyyətlə vuruĢdu,
Xilafətin 6 böyük ordusunu məhv etdi [82]. Məhz Xürrəmilər hərəkatı ərəb ağalığını
kökündən sarsıtdı, xilafətin parçalanmasına zəmin hazırladı.
Ərəb ağalığı dövründə Azərbaycanın təsərrüfat, sosial və mədəni həyatında
mühüm dəyiĢikliklər baĢ verdi. Yeni torpaq sahibliyi formaları yarandı. Xilafətə daxil
olan ölkələrlə iqtisadi-ticarət əlaqələri geniĢləndi. ġərqdən Bizansa doğru gedən
ticarət yollarının istiqaməti Qafqaza yönəldildi. Azərbaycandan Xəzər sahili boyunca
Ģimala və qərbə - Qara dəniz sahillərinə doğru ticarət yolları beynəlxalq əhəmiyyət
qazandı. ġəhərlərimiz, xüsusən də Bərdə tranzit ticarət mərkəzinə çevrildi. Mədəniyyət
sahəsində baĢ verən çox mühüm yeniliklərə ərəb dilinin təhsil, elm və digər sahələr-
46
də geniĢ miqyasda iĢlədilməsi, müsəlman dünyası ilə mədəni əlaqələrin güclənməsi aid
idi. Bu dövr Azərbaycan xalqının formalaĢmasında çox önəmli mərhələ oldu. ġimalın
və cənubun yenidən uzun müddət ərzində bir dövlətin - xilafətin tərkibində qalması,
yadelli əsarətinə, ərəbləĢdirilməyə qarĢı birgə mübarizə aparılması, Ġslamın qəbulu ilə
əlaqədar din birliyinin yaranması, adət-ənənələrin, məiĢət qaydalarının Ģəriətə
uyğunlaĢdırılması etnik konsolidasiyanı möhkəmləndirdi.
IX əsrin 60-cı illərində
Xilafətin zəifləməsindən istifadə edən
Azərbaycanın
feodal
hakimləri
ġirvanda, Aranda öz müstəqilliklərini
elan etdilər. Əsrin sonunda isə
Azərbaycanın cənubunda daha güclü
Sacilər dövləti yarandı. Türk əsilli
Sacilər sülaləsi qısa müddətdə Cənubi
Qafqazın çox hissəsini özünə tabe etdi.
Dərbənddən Zəncana qədər bütün
Azərbaycan ərazisi tarixdə ilk dəfə türk
hökmdarlarının hakimiyyəti altında
birləĢdirildi [83]. 941-ci ildə Saciləri
əvəz edən Salarilər sülaləsi dövründə də
bütün Azərbaycan vahid dövlət halında
qalmıĢdı. X əsrin 70-ci illərində Arazdan
Ģimalda ġəddadilər, 80-ci illərdə isə
Azərbaycanın cənubunda Rəvvadilər
sülaləsi
hakimiyyətə
gəldi,
ġirvanĢahlar dövləti gücləndi.
XI əsrin 30-cu illərində
Azərbaycana oğuz türklərinin yeni böyük
axını baĢlandı. Oğuzlar ġəddadi və
Rəvvadi
dövlətlərində
kütləvi
məskunlaĢaraq
Azərbaycanın qərb
torpaqlarına Bizans-gürcü-erməni feodallarının basqınlarının dəf edilməsində böyük rol
oynadılar [84]. XI əsrin ortalarında isə bütün Azərbaycan, Cənubi Qafqazın digər bölgələri
ilə birlikdə Səlcuq dövlətinə qatıldı. Ərəb ağalığı zamanında da davam edən oğuz
tayfalarının ölkəmizdə məskunlaĢması prosesi bu dövrdə daha geniĢ miqyas aldı və
Azərbaycan türk xalqının formalaĢması prosesi qəti baĢa çatdı.
XII əsrin əvvəllərində Səlcuq imperatorluğunun zəifləməsindən istifadə
edən ġirvanĢahlar dövləti müstəqil siyasət yeritməyə baĢladı, qonĢu gürcü
dövləti ilə dostluq münasibəti yaratdı. 1136-cı ildə isə Kürdən cənubdakı Azərbaycan
torpaqlarında Eldənizlər (Atabəylər) dövlətinin əsası qoyuldu. Tədbirli sərkərdə,
mahir siyasətçi və dövlət baĢçısı olan ġəmsəddin Eldəniz tezliklə Dərbənddən Ġran
47
körfəzinədək böyük ərazini
özünə tabe etdi, Yaxın və
Orta ġərqin siyasi həyatında
fəal rol oynamağa baĢladı
[85]. Bu dövrdə təsərrüfat
həyatı canlandı, Ģəhərlərin
sənətkarlıq
və
ticarət
mərkəzləri kimi əhəmiyyəti
daha da artdı. Gəncə,
Naxçıvan, Təbriz, Ərdəbil,
ġamaxı və Bakı kimi
Ģəhərlərimiz
həm
də
zəmanəsinin böyük elm və
mədəniyyət
mərkəzlərinə
çevrildi. Xaqani, Nizami
kimi Ģairlər, Əcəmi Əbubəkr
oğlu, Məsud Davud oğlu
kimi memarlar xalqımıza
dünya Ģöhrəti gətirdilər.
Azərbaycan
Müsəlman
Ġntibahının
əsas
mərkəzlərindən biri [86]
kimi ġərq mədəniyyətinə
böyük töhfələr verdi.
XIII
əsrin 20-ci
illərindən etibarən Azərbaycan dalbadal yadelli yürüĢlərinə məruz qaldı. Monqol
yürüĢləri və ağalığı əkinçilik təsərrüfatına, süni suvarma qurğularına, Ģəhər həyatına
çox ağır zərbə vurdu. Yalnız XIV əsrin baĢlanğıcında Elxani hökmdarı Qazan xanın
islahatları iqtisadi həyatın dirçəlməsinə və inkiĢafına imkan verdi. Bu dövrdə ilk dəfə
olaraq ölkəmizin Ģimalı və cənubu ümumi bir adla - Azərbaycan adlanmağa baĢlandı.
XIV
əsrin ortalarında Elxani dövləti süqut etdi, əhalini açıqca qarət
etməklə çoxlu sərvət toplamıĢ Çobani əmirlərinin özbaĢınalığına son qoyuldu [87].
Cəlalilər sülaləsi ölkədə əmin-amanlıq yaratdı. ġirvanda 1382-ci ildə xalq üsyanı nəti-
cəsində hakimiyyətə gəlmiĢ I Ġbrahim də ölkənin inkiĢafı naminə diqqətəlayiq iĢlər
gördü. O, ġirvanı Qızıl Ordu hökmdarı ToxtamıĢ xanın, Əmir Teymurun viranedici
yürüĢlərindən qorumaq üçün düĢünülmüĢ, ağıllı tədbirlər həyata keçirdi. Onun səyi ilə
ġəki vilayəti də Əmir Teymurun hücumundan xilas oldu və daxili idarəçiliyini saxlaya
bildi. 1406-cı ildə isə o, Teymuri əmirlərinin zülmündən əziyyət çəkən Təbriz əhalisinin
köməyinə yetiĢdi, [88] qısa müddətə də olsa, Azərbaycanı öz hakimiyyəti altında
birləĢdirməyə müvəffəq oldu. Ona görə də, I Ġbrahim Azərbaycan tarixində görkəmli
dövlət baĢçısı və uzaqgörən diplomat kimi özünə layiqli