azərbaycanşünaslıq m əsələlərini dərindən bilm əli,
dinləyicilər qarşısında, bu və ya digər m əsələ barədə,
aydın, səlis, kamil
bir nitqlə danışmağı, müəyyən
problemi sərbəst və elmi dəlillərlə şərh etməyi bacarmalı;
yeri gələndə isə, dinləyicilər qarşısında həm yana-yana,
həm də yandıra-yandıra nitq söyləmək məharətinə malik
olmalıdır. Hər bir ziyalı nitqinin əsas leytmotivini gənc
lərimizin vətənpərvərlik, torpağa bağlılıq, xəlqilik və bey
nəlmiləlçilik ruhunda tərbiyə etmək problemləri təşkil
etməlidir.
"Azərbaycanşünaslığın əsasları "nm müasir həyatımızın
tələbi səviyyəsində layiqincə öyrənmək üçün, ilk
növbədə, ixtisasından asılı olmayaraq ölkəmizin bütün
orta ixtisas və ali məktəblərinin, həmçinin ali hərbi m ək
təblərinin və hərbi akademiyanın tədris planlarında ixtisas
fənləri ilə yanaşı, "Azərbaycanşünaslığın əsaslan" fən
ninə də mühüm yer verilməlidir. "Azərbaycanşünaslığın
əsasları" fənninin tədrisini müasir elmi-texniki tərəqqinin
tələbləri səviyyəsində qunnaq məqsədilə bu fənnin
predmeti, məzmunu, məqsəd və vəzifələrini tam mənası
ilə əks etdirən tədris proqramları, dərslik, dərs vəsaitləri,
m üxtəlif əyani vasitələr, metodik göstərişlər və s.
hazırlanmalıdır. Əlbəttə, "Azərbaycanşünaslığın əsaslan"
fənninin proqramı da, dərslik və dərs vəsaitləri də, ilk
növbədə, tarixi, milli və bəşəri dəyərlərə söykənməlidir...
Deməli, yuxarıdakı qeydlərdən göründüyü kimi,
ölkəmizin orta ixtisas və ali məktəblərinin tədris
planlarında müəyyən bir boşluğun olması indi də özünü
156
büruzə verməkdədir. Bu boşluğu doldurmaq məqsədilə ali
m əktəblərim iz üçün "Azərbaycanşünaslığın əsasları"
fənnindən proqram hazırlamağı planlaşdırdıq. Artıq,
proqram hazırdır. Həmin proqram əsasında dərsliyin
hazırlanması üzərində işlənilir...
AZƏRBAYCANÇILIĞIN TƏSİSAT QURUMLARI
VƏ ONLARIN VƏZİFƏLƏRİ
Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəti
cəyə gəlinək olur ki, Müstəqil Dövlətimizin əsas ideya
sını - azərbaycançılıq ideyasım və metodoloji m əsələləri
ni müasir həyatımızın tələbi baxımdan geniş miqyasda
həyatda tətbiq etmək, onu elmi-nəzəri və təcrübi cəhət
dən reallaşdırmaq məqsədilə bütün ümumtəhsil və orta
ixtisas məktəblərində Fənn Metod Birləşmələri, bütün ali
təhsil müəssisələrində isə, "Azərbaycan dili" və "Azər
baycan tarixi" kafedraları fəaliyyət göstərməlidir. Həm
də, bu kafedralar ali məktəbin əsas binasında ən münasib
otaqlarda yerləşdirilməlidir. Çünki bu kafedraların
nomenklatur fənləri xalqımızın milli sərvətinin - ana
dilinin, onun ünvanının - ərazisinin və tərcümeyi-halının
və ya həyatnaməsinin - etnik tarixinin, bilavasitə tədrisi
və araşdırılması ilə yaxından məşğul olur. Bu mənada, ana
dilimiz, ünvanımız və tariximiz xalqımızın rəmzi,
simvolu, gerbi, bayrağı və Dövlət Himnidir...
157
"AZƏRBAYCAN DİLİ" KAFEDRASI
"Azərbaycan dili" kafedrası ölkənin hər bir ali mək
təbinin, o cümlədən də Müdafiə Nazirliyinin, Daxili İşlər
Nazirliyinin, Dövlət Təhlükəsizlik Nazirliyinin və digər
nazirliklərin tabeliyində olan ali tədris müəssisələrinin və
akademiyalarının aparıcı kafedrası olmalıdır. Çünki bu ka
fedra müvafiq ali məktəbdə tədris işləri ilə yanaşı, geniş
miqyaslı elmi-metodiki tədqiqat işləri ilə də məşğul olur.
Bir sözlə, "Azərbaycan dili" kafedrası azərbaycançılıq
ideyasının təbliği ilə yanaşı, həm də dilimizin sahə lüğə
tinin (hərbi terminologiya, daxili mühafizə işləri termi
nologiyası və s.) hazırlanması və öyrənilməsi ilə yanaşı,
həm də məktəbin elmi əsərlərinin redaktəsi ilə də məşğul
ola bilərlər. Odur ki, "Azərbaycan dili" kafedrası yüksək
səviyyəli alim-mütəxəssislərlə komplektləşdirilməlidir.
"Azərbaycan dili" kafedrasının nəzdində Azərbaycan
dili və onun tədrisi metodikası üzrə daimi fəaliyyət göstə
rən aylıq Elmi-metodik seminar, Elmi-metodik məlumat
qrupu, Azərbaycan dili fənni üzrə kabinet, Azərbaycan
dilinin tədris sinifləri, "Azərbaycan dili bu gün" guşəsi,
Azərbaycan dilinin əyani təbliğat guşəsi, "Nitq mədə
niyyəti", Elmi və bədii yaradıcılıq dəməkləri fəaliyyət
göstərməlidir. Başqa sözlə desək, "Azərbaycan dili" ka
fedrası ali məktəblərdə, əsl mənada, azərbaycançılıq ab-
havası və əhval-ruhiyyəsi yaratmalı və beləliklə də, ana
dilimizin Konstitusiya statusunun və Azərbaycan dili
haqqında Qanunun tətbiqi sahəsinin genişləndirilməsi və
inkişafını təmin etməlidir.
158
"AZƏRBAYCAN TARİXİ" KAFEDRASI
"Azərbaycan tarixi" kafedrası da ölkəmizin bütün ali
məktəblərində, o cümlədən də Müdafiə Nazirliyinin, Da
xili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Nazirliyinin
və digər nazirliklərin tabeliyində olan ali məktəblərdə və
akademiyalarda təsis olunmalıdır. Çünki "Azərbaycan ta
rixi" kafedrasının nomenklatur fənləri xalqımızın həm
tarixi ünvanının, həm də tərcümeyi-halının və ya həyatna-
məsinin - etnik tarixinin həm tədrisi, həm də geniş şəkildə
araşdırılması ilə məşğul olur. Məhz buna görə də, "Azər
baycan tarixi" kafedrasının nəzdində Azərbaycan tarixi və
onun tədrisi metodikası üzrə daimi fəaliyyət göstərən
aylıq Elmi-metodik seminar, Elmi-metodik məlumat
qrupu, Siyasi məlumat qrupu, Azərbaycan tarixi üzrə fənn
kabineti, Azərbaycan tarixinin müxtəlif mərhələləri üzrə
tədris sinif otaqları, "Azərbaycan tarixi xəritələr önündə"
guşəsi, "Azərbaycan bu gün" guşəsi, Azərbaycan tarixi
dərnəyi, "Azərbaycan tarixi təqvimlərdə" guşəsi, "Azər
baycan siyasətşünaslarm gözü ilə", "Azərbaycan iqtisad
çıların gözü ilə" və s. gıışələr Fəaliyyət göstərməlidir.
"Azərbaycan tarixi" kafedrası yüksək səviyyəli alim-
mütəxəssislərlə komplektləşdirilməlidir. Çünki Müstəqil
Dövlətimizin azərbaycançılıq ideyası və metodoloji
prinsipləri məhz onların ardıcıl və yorulmaz elmi-meto
diki fəaliyyəti nəticəsində reallaşar, həyatda tətbiq edilər
və öz müsbət nəticələrini verər.
159
Dostları ilə paylaş: |