Yuxarıda deyilənlərdən aydın olur ki, ölkəmizin ali
m əktəblərində, o cümlədən Təhsil Nazirliyinə tabe
olmayan və digər nazirliklərin tabeliyində fəaliyyət
göstərən ali məktəblərdə də kafedralar ölkəmizin "Təhsil
Qanunu" və ali təhsillə bilavasitə bağlı olan normativ
sənədlər, aktlar, qətnamələr, metodik göstərişlər və s.
əsasında təsis olunmalı və fəaliyyət göstərməlidir. Çünki
tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq,
ölkənin bütün ali məktəblərinin tədris planları, ayrı-ayn
fənlər üzrə tədris proqramları, dərsliklər və dərs vəsaitləri
Təhsil Nazirliyində təsdiq olunur və ali məktəbləri
bitirənlərə Təhsil Nazirliyinin diplomu verilir...
160
"Ana
dilim iz xalqımızın tarixi m ilii
sərvəti, biz isə onun keşikçiləriyik".
M.N. Çobanov.
10. A N A DİLİMİZ - MİLLİ QEYRƏTİMİZ
"Ana dili" deyəndə "Ana Vətən" yada düşür. Bu da
təsadüfi deyil, çünki "Ana dili" xalqımızın varlığı, Xal
qımızın həyatı, Xalqımızın tarixləşmiş və əbədiləşm iş
ünvanıdır. Ana dilimiz xalqım ızın rəm zi simvolu,
Dövlət Himni, Dövlət gerbi, Dövlət bayrağı və Müstəqil
Suveren dövlətimizin rəsmi dövlət dilidir.
Vətənimiz - "Ana dili"mizin ilk səslərinin, ilk söz
lərinin, ilk cümlələrinin, ilk layla və ağılarının, ilk ba
yatı və nağıllarının yaranıb, dalğa-dalğa yayıldığı tarixi
torpaqlarımız və ucsuz-bucaqsız geniş ərazilərimizdir.
"Tarix"imiz deyəndə isə, ilk növbədə tarixi tərcü
meyi-halı və ya həyatnaməsi başa düşülür. Həyatnamə-
də isə, dilimizin varlığı da, təşəkkülü və inkişaf tarixi
də; vətənim iz də, vətənimizin ayrı-ayrı bölgələri də;
xalqımızın qələbələrlə dolu qəhrəmanlıq səhifələri,
şam-şöhrəti; dünya xalqları arasında tutduğu ictimai-
siyasi mövqeyi, iqtisadi inkişafı və dünya m ədəniyyəti
xəzinəsinə bəxş etdiyi mədəni-mənəvi nailiyyətlərimiz
yada düşür. Bütün bunlar isə, hər şeydən əvvəl, ulu ba-
161
balarımızdan bizə miras qalmış doğma ana dilimizdə öz
əksini tapır.
Ana dilimiz xalqımızın tarixən təşəkkül tapmış adət-
ənənələri, inamı, inancı, etiqadı və əqidəsidir. Bu dilə ana
dili və vətən dili deyilir. Bu dillə fikir, düşüncə və müla
hizələrimizi başqalarına çatdırırıq, başqalan ilə ünsiyyətdə
oluruq, bir-birimizə ülvi sevgi və məhəbbət hissləri gös
təririk.
Ana dilimiz xalqımızın mənəvi birliyi, həyatı, varlığı
və mübarizəsinin qüdrətli silahıdır, gələcəyidir. Ana dili
olmayan heç bir xalqın gələcəyi yoxdur.
Ana dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli
vətəni, milli dövləti və siyasi istiqlaliyyətidir, azadlığıdır,
müstəqilliyidir, tərəqqisidir, həyat yoludur, canlı tarixidir,
mənəvi dövləti, şan-şöhrəti və iftixarıdır...
Bu mənada, xalqımızın hər bir övladı doğma "Ana dili"
ilə tərbiyələndirilməli, ana dilində təhsil almalı, ana dilin
də yazıb-yaratmalı, mədəniyyətimizi, ədəbiyyatımızı,
incəsənətimizi, mənəviyyatımızı dərindən bilməlidir. Bu
münasibətlə dünya poeziyasının korifeylərindən biri
M.Füzulinin həyat və yaradıcılığının bir səhifəsinə nəzər
salmaq məqsədə uyğun olardı.
M.Füzuli türk, fars və ərəb dillərində divanlar yarat
mışdır. O, doğma ana dili türk dilində divan yaratmış,
məşhur "Leyli və Məcnun" poemasını və s. ilə əlaqədar
olaraq yazmışdır:
...Bəzən türkcə şer meydanında at çapdım və türk
zəfərlərinə türkcə şerin gözəlliyi ilə zövq verdim. Bu da
162
məni o qədər təşvişə salmadı, çünki türkcə şer mənim
əslimin səliqəsinə uyğundur...”. Deməli, xalqımızın hər
bir nüm ayəndəsi, ilk növbədə, öz övladlarına ana
dilində təhsil verməli və ana dilinin şirinliyi və gözəl
liyi ilə layla deyə-deyə övladını tərbiyyə etməlidir.
Ana dili xalqın varlığı, xalqların birini digərindən
fərqləndirən emblem və gerbdir, dövlət bayrağıdır,
xalqın varlığıdır, xalqın həyatıdır, xalqın keçmişi və
gələcək ünvanıdır. Bu ünvan isə, hər bir adama hələ
körpəliyindən, beşikdə olduğu dövrdən, ananın südü,
ananın ruhu, ananın laylası ilə körpə uşağın canına,
qanma ve ruhuna hopdurulur. M əhz bunun nəticəsidir
ki, yenicə dil açan körpə uşağın ilk sözü də "Ana"
kəlməsi olur. Şair Bəxtiyar Vahabzadə demişkən:
"Dil açanda ilk dəfə "Ana " söyləyirik biz,
"Ana d ili” adlanır bizim ilk dərsliyim iz.
İlk mahnımız laylam anamız Öz südüylə,
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil-bizim ruhumuz, eşqimiz, canımızdır.
Bu dil-bir-birim izlə əhdi peymanımızdır.
Bu dil-tanıtm ış bizə bu dünyanı, hər şeyi,
Bu dil-əcdadımızm bizə miras verdiyi
Q iym ətli xəzinədir... gözlərim iz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək."
Deməli, ana əzizdir. Ana əziz olduğu kimi, ananın
dili də, danışığı da, hər kəlməsi də, ana-bala ünsiyyəti
də gündən-günə mülayimləşir, istiləşir, həyatımızın,
163
varlığımızın qoruyucusu kimi oda-alova çevrilir, bir ailə
çərçivəsindən çıxaraq, qəbilə, tayfa, xalq və m illi
dillərə çevrilərək sabitləşir.
Ana dilimiz qədim tarixə malik olan ilk nəfəsindən,
çal-çağır sədalarından, dünyagörmüş müdrik, ağsaqqal
babalarımızın dünya kimi dərin və dalğalı ağıl və ka
malından, ağıllı və uzaqgörən məsləhət və vəsiyyətlə
rindən, ağbirçək nənələrim izin laylalarından, ağıların
dan, bayatılarından, tükənm ək bilməyən qış nağılların
dan güc və qüvvət almışdır...
Ana dilimiz Dədə Qorqud qopuzunun, Aşıq Qurbani,
Aşıq Alı və Aşıq Ələsgər sazının "Ruhani"sindən, Aşıq
Hüseyn Saraclının "Koroğlu" cəngisindən, Aşıq Kaman
darın "Yanıq Kərəmi"sindən, Aşıq Xındı Məmmədin
"Mənsurə"sindən (“Zanncı"sından), xanəndə və müğən
nilərimizin insan ruhunu titrədən, şövqə gətirən, elin
canından, qanından və bağrından qopan həzin səsli nəğ
mələrindən gur olmuşdur...
Ana dilimiz tarixən qədim ənginliklərindən bu günə
kimi, xalqımızın sevinc dolu xoşbəxt günlərinin alqışla
rından əmələ gəlmiş, inkişaf etmiş və günümüzə qədər
uzun bir tarixi yol keçmişdir. Lakin ana dilimizin inkişaf
yolu hamar, cilalanmış olmamış, onun gələcək inkişaf
yolu daşlı-kəsəkli, dərəli-təpəli, həmçinin, dostlu düş-
mənli olmuşdur. Ana dilimiz anamızın halal südü ilə ma
yalandığı üçün tarixin bütün mərhələlərində düşmənləri
ilə mübarizədə daim qələbə çalmış, düşmən xislətli fars-
164
çılığı da, ərəbçiliyi də, rusçuluğu da öz gücü, öz qüdrəti
ilə pərən-pərən salmış, öz varlığını və həyatçılığmı qoru
yub saxlaya bilmişdir. Hətta, bu mübarizə şəraitində fars
dilinə də, ərəb dilinə də, rus dilinə də və digər dillərə də
güclü təsir etmiş və onları doğma ana dilimizin sözlərini
qəbul edib işlətməyə məruz qoymuşdur.
Ana dilimiz xalqımızın tarixi qəhrəmanlıq və rəşa
dətindən, vətənimizin azadlığı uğrunda gedən döyüş
lərin qılınc səsinin cingiltisindən güc almış, bu gücü,
qüdrəti ilə hamını heyran qoymuş və xalqlararası dilə
çevrilmişdir. Beləliklə, Şah İsmayıl Xətainin, Koroğlu
nun, Qaçaq Nəbinin, Cavad xanın döyüş cəngisinin
qəhrəmanlıq və şücaət sədalarından, Qıratm ayaq səsin
dən güc almış və bundan sonra daha da güclənmişdir...
Ana dilimiz doğma vətənimizin başının üstünü qara
duman bürüyəndə həzinli günlərimizin zümzüməsindən
güc və qüvvət almış, xalqımızı daim birliyə və vətənin
müdafiəsi üçün ayağa qaldırmağa səsləmişdir. Əlbəttə,
bu çağırış, bu sədalar hər zaman öz bəhrəsini vermişdir.
Ana dilimiz başı ağ çalmalı uca dağlarımızın-Sava-
lanın, Kəpəzin, Qoşqarın, Murovdağın əzəm ətindən,
büllur bulaqlarımızın şır-şır axan gur səsindən, çayları
mızın öz m əcarasm a sığmayan hiddətindən, X əzər
dənizinin tufanlı, dalğalı ləpələrindən, bahar fəslində
hər tərəfə ətir saçan təzə-tər güllərin al-əlvan ləçək
lərindən və insanın ruhuna hopan xoş ətrindən, doğma
A zərbaycanım ızın qədim liyindən və genişliyindəıı,
165
Dostları ilə paylaş: |