A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə16/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   12   13   14   15   16   17   18   19   ...   61
id55880

Marağada qırmızı günbəz. 
Bu dövrdə xatirə türbələrinin yerləşdiyi əhəmiyyətli 
mərkəzlərdən biri də Marağa şəhəridir. Oradakı Naxçıvan memarlıq məktəbinə 
daxil olan tarixi türbələr içərisində ilk diqqəti cəlb edən Qırmızı günbəzdir. Üzərində 
1148 tarixi yazılan bu türbə kubik gövdədən və bunun üzərində yüksələn 8 bucaq 
boyundan ibarət şəkildə bizim zəmanəmizə qədər qalmışdır. Kərpicdən diqqətlə 
hörülmüş və ornament bəzəyi ilə kərpiclərdən quraşdırılmış bu türbə dövrümüzə 
qədər qalmış ilk türbələrdən biridir. Kərpic tikinti Naxçıvan memarlıq məktəbinə xas 
olan bir şəkildə daşdan hörülmüş kürsülük üzərində yüksəlir. Türbənin örtük hissəsi 
qalmamışdırsa da onun səkkizbucaqlı piramida şəklində olduğu şübhəsizdir. 
Beləliklə, türbənin ümumi kompozisiyasında həm kubik, həm də bürcvari türbələrin 
xüsusiyyətləri vardır. Türbənin baş fasadı şimal səthində yerləşmişdir. Burada giriş 
qapısı dərin olmayan bir portal baştağla gözə çarpdırılmışdır. Fasad səthinin memarlıq 
həllində diqqəti cəlb edən cəhət baştağın gözəl rəsm edilmiş tağ quruluşu, onun 
kənarlarını təşkil edən haşiyələr və kərpiclərdən düzülmüş həndəsi ornamentdir. 
Baş fasadın tərtibatında kufi xətlə yerinə yetirilmiş kitabələr də əhəmiyyətli rol 
oynayır. 
Türbənin şərq səthi üzərindəki tağlardan yuxarıdakı kitabədə türbənin 
müəllifinin adı yazılmışdır. Özünü Bəkir Məhəmməd adlandıran memarın kitabədən 
məlum olduğu kimi ata və babası da memarlıqla məşğul olan sənətkarlar olmuşlar. 
Marağada 
Göy 
günbəz. 
Memarlıq 
bölgülərinin 
xüsusiyyəti, 
kompozisiyasının bitkinliyi etibarilə Marağa türbələri içərisində ən çox diqqəti cəlb 
edən, yerli camaat arasında Göy günbəz adı ilə tanınmış türbədir. Üzərindəki kitabədən 
hicri 593 (miladi 1196)-cü ildə tikildiyi məlum olan bu abidə ümumi quruluşu və 
səthlərinin həcmi cəhətdən özünün Möminə xatın türbəsində olan yaxınlığı göstərir. 
Bu abidədə Möminə xatın türbəsində büllurlaşmış üslubun özünü göstərməsi heç də 


50 
təsadüfi deyildir. Yuxarıda dediyimiz kimi, Əcəmi Əbubəkr oğlu Naxçıvan memarlıq 
məktəbinin tam mənası ilə banisi hesab edilə bilər. Belə bir şəxsiyyətin, sənətkarın ən 
görkəmli əsərinin, yəni Möminə xatın türbəsinin başqa sənətkarların əsərlərinə təsir 
göstərməsi təbii bir haldır. Bir zaman tədqiqatçılar arasında, hətta Göy günbəzin 
bilavasitə Əcəmi Əbubəkr oğlu tərəfindən yaradılması mülahizəsi geniş yayılmışdı. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə