Diribaba türbəsi. Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə
tikilmiş ikimərtəbəli türbə, həm də xatirə məscidi vəzifəsini görmüşdür. Birinci
mərtəbədə iki otaq vardır. Bu otaqlar cənub tərəfdə, fasadda iki çatma-tağla qeyd
edilmişdir. Bir pəncərəli sol tərəfdəki otağın daxilində tavan çatma formasındadır.
Ondan sağdakı kiçik kvadrat otağın tavanı səkkizkünc günbəzlə örtülmüşdür. Bu otaqdakı
çatmatağlı çıxış yolu ikinci mərtəbəyə aparan pilləkənlərə çıxır.
İkinci mərtəbə bir, geniş mərkəzi günbəzli otaqdan ibarətdir. Bu otaq
aşağıdakı iki otağın sahəsi boydadır. Bu otaq xaricdən sferik formalı günbəzlə
örtülmüşdür. Günbəzin dayağı olan künc tromplan daş üzərində oyma nəbati naxışlarla
bəzədilmişdir.
Böyük otağın fasada açılan, eləcə də şərq və qərb tərəfə baxan, işıq gələn
açırımları vardır. Otaqdan şimal tərəfə açılmış iki kiçik açırım türbəni dağda çapılmış
mağara ilə əlaqələndirir.
Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və
təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi
yer tutur.
Bu binada memarın bir sıra yaradıcılıq xüsusiyyətlərilə tanış oluruq. Onlardan
fəza boşluğunun plastik formalarla həllinin gözəl mənzərəli təbiətlə
əlaqələndirilməsi, qarmaqarışıqlı təbiət mənzərəsində memarlıq kütlələrinin
ciddiliyini qeyd etməsi, daxili fəza boşluqlarının düzgün təşkili, daxili həcmlərin
tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi və s. göstərmək olar.
Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin
inşaat tarixi hicri 805 (1402)-ci il yazılmışdır.
Günbəzli salonun tromplarının hörmə naxışları öz gözəlliyi və məharətlə
işlənməsinə görə Şirvanşahlar sarayı kompleksinin eyni tipli dekorativ işlərindən heç
də geri qalmır. Bu trompların birində oxunmuş yazıya görə bu türbə ustad Hacının
oğlu tərəfindən tikilmişdir.
58
Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli
abidələr ilə, xüsusilə Şirvanşahlar sarayı kompleksilə bağlayır.