56
boğaz şəklində verilmişdir. Şübhəsiz ki, bu forma ancaq Naxçıvanda Möminə xatın
türbəsinin səthində olan stalaktitli batıqların kənar xəttinə oxşadılması yolu ilə
meydana çıxmışdı. Ümumiyyətlə, Şıxbabalı türbəsinin
xarici görünüşündə kərpic
memarlığının təsiri görünür. Qeyd etdiyimiz türbənin oturacaq hissəsindəki bəzi
daşların hörgüdə yerləşdirilməsi kərpicdən quraşdırılan naxışlı hörgünü xatırladır.
Xaçıntürbətli abidəsi.
Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV
əsrin başlanğıcında daş türbələrinin geniş şəkildə yayılması ilə əlamətdar idi. Bu
inşaat içərisində, xüsusilə 3 abidə diqqəti daha çox cəlb edir. Onlardan birincisi nadir
təsadüf edilən bir səciyyəyə malik türbədir. Ağdam rayonunun Xaçıntürbətli
kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük
üzərində yüksələn sək-
kizbucaqlı gövdədən ibarət olub, səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür.
Bu abidənin əsas məziyyəti onun həcmində deyil,
bu ənənəni quruluşun
özünəməxsus bir şəkildə həll edilməsidir. Xaçıntürbətli
abidəsində
yeraltı
hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca
bir əlamətdir.
Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də
xaricindəki səthlərin işlənilməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir.
Xaçıntürbətli abidəsinin giriş qapısı
üzərindəki kitabədən, onun 1314-cü ildə ustad
Şahbənzər tərəfindən Musa oğlu Kutlunun qəbri üstündə tikildiyi göstərilir.
Xaçıntürbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili
günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan
batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Xaçıntürbətli abidəsinin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir
ünsür də onun piramidaşəkilli günbəzinin üzlüyünü
təşkil edən daş-tavalardan
düzəldilmə örtükdür.
Xaçıntürbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri
də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirlərini xüsusilə
qeyd etmək olar. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan
nümunələr Bakıda, Bayıl qəsrinin (XIII əsr) üzərində də var.
Xaçıntürbətli abidəsinin daxili stalaktit biçimli günbəzi Şirvan memarlığının
daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.
Dostları ilə paylaş: