57
türbədən uzaqlaşaraq, tamamilə fərdi bir memarlıq surətinin yarandığı görünür. Heç
də təəccüblü deyildir ki,
bunun ümumi görünüşü, obrazı köçəri xalqların yurdunu
xatırladır. Yaşayış tikintiləri ilə
başqa tikintilər, xüsusilə xatirə tikintiləri arasında
mənşə etibarilə əlaqə olması memarlıq tarixində təsadüf edilən, daha doğrusu geniş
yayılmış bir hadisədir. Cicimli türbəsinin maraqlı bir xüsusiyyəti də onun giriş
qapısından yuxarı və giriş qapısının sağ və sol tərəflərində yonulmuş daş oymalardır.
Bu daş oymalarının hər 3 halda öküzü təsvir etdiyi aydınlaşdırılmışdır.
Son dərəcə
ekspressiv vəziyyətdə rəsm edilmiş bu öküz təsvirləri abidənin bədii
xüsusiyyətlərini daha da zənginləşdirir və eyni
zamanda Azərbaycanda heyvan
təsvirlərinin bu vaxta qədər ehtimal etdiyimizdən daha genış yayıldığını göstərir.
Cicimli abidəsinin üzərində kitabə olmadığından, onun nə vaxt inşa edildiyini
dəqiq surətdə demək olduqca çətindir.
Cicimli abidəsini ilk dəfə görmüş və nəşr etmiş İ.Şeblikin bu binanın
Səlcuqilər dövrünə aid olduğunu qeyd edir, bu da onun tarixini, təxminən XII əsrə və
yaxud XIII əsrin əvvəllərinə aparır.
Dostları ilə paylaş: