26
Azərbaycan şəhərlərinin inkişafına, onların çoxlu əhalisi olan iri şəhərlərə çevrilməsinə
şərait yaradırdı. IX əsrdən başlayaraq böyük bazar meydanları olan yeni tipli iri şəhərlər
formalaşırdı. Bərdə, Bakı, Gəncə, Şamaxı, Beyləqan, Naxçıvan, Ərdəbil, Təbriz, Marağa,
Urmiya və digər şəhərlər ölkənin təsərrüfat həyatında böyük əhəmiyyəti olan ticarət
və sənətkarlıq mərkəzləri kimi məşhur idilər.
İri şəhərlərin əhalisinin əsasını sənətkarlar təşkil edirdi. Müxtəlif sənətkarlıq
sahələrinin şəhərlərdə mərkəzləşməsi və istehsal edilən məmulatın ticarəti ölkənin
iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyətə malik idi. Feodal hakimiyyətdən asılı
olan sənətkarlar şəxsi və mülki təhlükəsizliklərini qorumaq üçün həmkar (eyni peşə
sahibi) adı ilə məşhur təşkilatlarda cəmləşirdilər. Onlara baş usta (ustad)
rəhbərlik
edirdi. Həmkarlar orta əsr şəhərlərinin siyasi və iqtisadi həyatında çox böyük rol
oynamaqla bərabər həm də peşəyə tam mənasında yiyələnməkdə, peşənin sirlərinin
mühafizə edilib saxlanılmasında və nəsildən-nəslə
keçirilməsində çox böyük
əhəmiyyətə malik idi.
Əsasən qala divarları və şəhər ətrafında yerləşən sənətkarlıq
emalatxanalarında metal, gil, şüşə, yun və s. materiallardan müxtəlif sənətkarlıq
məhsulu istehsal edilirdi. Sənətkarlığın müxtəlif sahələrinin inkişafı üçün mövcud
xammalın böyük əhəmiyyəti var idi. Ticarət yolları üzərində yerləşən orta əsr
Azərbaycan şəhərləri nadir xammalın alınması və istehsal
edilən məhsulun ticarəti
üçün çox əlverişli şəraitə malik idilər. Toxuculuq bu dövrün ən inkişaf etmiş sənət
sahələrindən idi. X əsrin ərəb coğrafiyaşünaslarından əl-Müqəddəsi və Məsudinin
verdiyi məlumata görə, Azərbaycan sənətkarları satış üçün yun və pambıqdan çoxlu parça
və geyim hazırlayırdılar. Gəncədə istehsal edilən yun parçalar xüsusilə məşhur idi.
Şamaxı, Bərdə, Şəki, Gəncə ipək istehsalı mərkəzləri kimi şöhrət qazanmışdı. Təbriz
xalçalarının sorağı çox uzaq ölkələrdən gəlirdi.
Orta əsr dekorativ sənət nümunələrinin ən çox yayılmış
və inkişaf etmiş
27
sahələrindən birini dulusçuluq sənəti təşkil edirdi. Məişətlə sıx bağlı olan bu sənət
növü demək olar ki, Azərbaycanın bütün şəhər və kəndlərində istehsai edilirdi. VIII-
X əsr dulusçuluq sənəti əsasən bir istiqamətdə inkişaf etmişdir. Bu da məişət
məmulatı istehsalı ilə əlaqədar olmuşdur. Məişət və təsərrüfatla sıx bağlı olan şirsiz
saxsı məmulatı ilə yanaşı
yüksək bədii keyfiyyətli, müxtəlif dekorativ üslublu və
mürəkkəb dekorlu şirli saxsı məmulatı paralel olaraq inkişaf etmişdir.
Dostları ilə paylaş: