122
əlamətlərini təhlil edir.
Təxminən 1530-cu illərin ortalarında çəkilmiş bu əsər Mirzə Əlinin ilk işi,
yaxud ilk işlərindən biri olsa da, yüksək bədii üslubu, məharətlə işlənməsi ilə seçilir,
gənc rəssamın istedadlı kompozisiya və rəsm ustası olduğunu nümayiş etdirir.
1537-ci ildə tamamlanan "Şahnamə"də müvəffəqiyyətli çıxışından sonra,
Mirzə Əli başqa saray rəssamları kimi və onlarla birlikdə "Xəmsə" əlyazmasının
bədii tərtibatına cəlb edilir. Rəssamın bu əsərin tərtibatındakı fəaliyyəti daha genişdir
və onun yaradıcılığının daha yüksək inkişaf mərhələsini əks etdirir.
Mirzə Əlinin həmin "Xəmsə"də iki imzalı əsəri vardır. Hər ikisi "Xosrov və
Şirin" poemasına çəkilmiş bu əsərlərdən birində Şapurun Xosrovun portretini Şirinə
göstərməsi, ikincidə isə Xosrovun Barbedin musiqisinə qulaq asması epizodları təsvir
edilir.
Miniatür sənətində geniş yayılmış məclis təsviri üçün gözəl əyani material
verən bu epizodu rəssam adi həyat hadisəsi, sarayda tez-tez rast gəldiyi kef və musiqi
məclisi kimi şərh edir. Başda əsas qəhrəman Xosrov da olmaqla məclisin bütün
iştirakçıları Təbriz məktəbi üçün səciyyəvi olan kanonlar əsasında idealizə edilmiş halda
təsvir olunur.
Bütün fiqurlar geyimi, papağı və s. etnoqrafik xüsusiyyətlərinə görə
müasir saray əyanlarının obrazında əks etdirilir. Xosrovun surəti şah Təhmasibin
surətində qəbul edilmiş portret surətini xatırladır. Təkcə əsas surətlərin deyil, təfər-
rüatın,
şəraitin, kiçik detalların da reallığa uyğun tərzdə təsvir edilməsi miniatürün
müasirlik ruhunu qüvvətləndirir, onu rəssamın öz dövrünü Şah Təhmasibin saray həyatını
əks etdirən məişət janrlı əsər kimi qiymətləndirməyə əsas verir. Hər iki əsər Mirzə
Əlinin mahir kompozisiya ustası, gözəl kolorist, zərif və səlis rəsm ustası olduğunu
sübut edir. Geniş bəlli olan bu 3
əsərdən əlavə, bəzi tədqiqatçılar bir neçə başqa
miniatürü də Mirzə Əliyə aid edirlər. Məsələn, B.Robinson, Ə.Caminin 1540-cı il
tarixli "Yusif və Züleyxa" (Dublin, Çester Bitti kitabxanası) əsərinə çəkilmiş 5
miniatürdən üçünü Mirzə Əliyə aid edir. Bunlardan birində Cəbrayılın Yusifə xəbər
gətirməsi epizodu təsvir olunur. Qarşısında əyləşərək bağışlanmasını xahiş edən
Züleyxaya "hə", "yox" cavabı verə bilməyən Yusif qeybdən sonra gözləyərkən
Cəbrayıl
zühuru olub ona xəbər verir ki, Allah Züleyxanın günahından keçdi və
onları nikahladı. Çoxrəngli kaşı və divar rəsmləri ilə zəngin bəzənmiş portal fonunda,
qiymətli xalça üstündə oturmuş Yusif gözəl, nur saçan bir gənc obrazında təsvir
edilir. Yusif və önündə oturmuş Züleyxanın fiqurları təsvir olunan diaqonalın
sonunda əlindəki qızıl qabdan Yusifin başına nur saçan Cəbrayıl təsvir olunur. Bütün
fıqurların diaqonal boyu yerləşdirilməsi kompozisiyaya dinamiklik verir. Əsas surət-
lərin, həmçinin kənarda dayanmış eşikağasının, portal və onun dekorativ bəzəyinin
həllinə görə bu əsər Mirzə Əlinin "Xəmsə" və "Ləvaeh"
nüsxələrindəki işlərini,
rəssamın dəsti xəttini xatırladır.
Bunlardan əlavə, İstanbulda, Topqapı muzeyində saxlanan Şah Təhmasib
albomunda musiqi məclisini təsvir edən diptixi və bütün xüsusiyyətlərinə görə Mirzə
Əlinin əsərləri siyahısına cəsarətlə daxil etmək olar.
Əlbəttə, Mirzə Əlinin bədii irsini nəzərdən keçirilən əsərlərlə
123
məhdudlaşdırmaq olmaz. Şübhəsiz ki, rəssam "Xəmsə" və "Şahnamə"dən əvvəl də,
"Ləvaeh"dən sonra da bir çox əsərlər yaratmışdır. Lakin təəssüf ki, hazırda Mirzə
Əlinin olması şübhə doğurmayan miniatürlər çox az olduğundan bu istedadlı
rəssamın yaradıcılığını ətraflı və hərtərəfli işıqlandırmaq çətindir. Buna
baxmayaraq, nəzərdən keçirdiyimiz əsərlərin yüksək bədii üslubu,
xüsusən
mükəmməl kompozisiya qurumu, zəngin koloriti və ifadəli obrazları Mirzə Əlinin
XVI əsr Təbriz məktəbinin görkəmli sənətkarlarından biri olduğunu və miniatür
sənətinin inkişafında mühüm rol oynadığını söyləməyə haqq qazandırır.
Dostları ilə paylaş: