Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   54   55   56   57   58   59   60   61   ...   176

 
118 
qüdrətli  maarifçinin,  görkəmli  filosofun,  qayğıkeş  atanın  siyasi  -  fəlsəfi 
ideyalarının, müdrik düşüncələrinin, valideynlik duyğularının təcəssümünə xidmət 
edir. Əsərdə Mirzə Fətəli - akademik Dorn əlaqəsi cəmi 2 məktubda öz əksini tapır. 
Bununla  belə,  təkcə  bu  məktublar  həm  münasibətlərin  səmimiliyi,  həm  də  Mirzə 
Fətəlinin  idealları  və  xidmətləri  barədə  kifayət  qədər  təəssürat  yaradır.  Akademik 
Dorn  Mirzə  Fətəliyə  yazır:  «…  mən  belə  qərara  gəldim  ki,  müsəlman  ədəbiyyatı 
zənginliklərini  ümumin  malı  etmək  arzusundan  doğan  yeni  sisteminiz    sizin  bu 
məsələni hərtərəfli bilməklə qeyri-adi zəka  sahibi olduğunuzu sübut edir». 
Əsərin  finalını  da  Arif  Mədətov  Mirzə  Fətəli  ruhu,  inamı  ilə  tamamlayır. 
İdeyalarının, başladığı işlərin həyata keçiriləcəyinə bütün varlığı ilə inanan böyük 
maarifçi - demokrat, dahi filosof-yazıçı əsən küləyə - müqavimətə, qaranlığa sinə 
gərərək  işığa  doğru  irəliləyir,  üzünü  bütün  xalqa  tutub  gur  səslə  xitab  edir:  «  … 
Mən  millətimin  sabahına  inanıram.  İdrak  işığında  azad  Azərbaycan  bizi  səsləyir. 
Elə  bilməyin  ki,  mən  uzaqdayam.  Mən  bu  cahanda,  bu  torpaqda,  sizin 
aranızdayam! » 
 
“525-ci qəzet”, 1 noyabr 2008, 
 “Xalq qəzeti”,23 noyabr 2008  
 
 
«Kitabi-Dədə Qorqud» dastanın  
tədqiqində uğurlu addım 
 
Filologiya  elmləri  doktoru  Elməddin  Əlibəyzadənin  «Kitabi-Dədə  Qorqud: 
Tarixi hadisələri bədii təsdiq abidəsi» (Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1999, 
səh.332) əsəri yenicə çapdan çıxmışdır. Əsər müəllifin uzunmüddətli axtarışları və 
ciddi tədqiqatının uğurlu nəticəsidir, qarşıdakı yubileyə ən yaxşı töhfələrdən sayıla 
bilər. 
Ciddi  axtarışların  əsasında  yazılmış  bu  kitab  Azərbaycan  xalqının 
islamaqədərki VI-VII əsrlər tarixini bədii şəkildə əks etdirən parlaq səhifələri kimi 
təqdim  olunur.  Müəllif  tədqiqatı  məhz  bu  istiqamətdə  aparır,  elmi  faktlar  və 
məntiqi mühakimələrlə oxucunu inandırmağa çalışır, məqsədinə də nail olur. 
«Kitabi-Dədə Qorqud» 100 ildən artıq bir müddətdir ki, öyrənilir, araşdırılır. 
Uğurlarla yanaşı yanlış, ziddiyyətli və mübahisəli fikirlər də söylənilir. Xüsusilə, 
«Dədə  Qorqud  kitabı»nın  yaranma  tarixi,  coğrafiyası,  hansı  xalqa  mənsubluğu, 
islamla  bağlılığı,  Dədə  Qorqudun  şəxsiyyət  olub-olmadığı  və  s.  barədəki  fikir  və 
rəylər dəqiqləşdirilir. Bu barədə dünya fikri tədqiqat mərkəzinə çəkilir, araşdırılır, 
müvafiq elmi nəticələr çıxarılır. 
Budur:  «Dədə  Qorqud  kitabı»  mətninin  birinci  cümləsi,  başlanğıcı:  «Rəsul 
əleyhissəlam  zamanına  yaxın  Bayat  boyundan,  Qorqud  Ata  derlər  bir  ər  qopdı. 
Oğuzun ol kişi tamam bilicisi idi…» (dastan, səh.2). Tədqiqatçı qarşıya haqlı sual 
qoyur: bu «Rəsul əleyhissəlam, yəni Məhəmməd peyğəmbərin zamanına yaxınlıq» 
nə qədər ola, düşünülə bilər? 50 ilmi, 100 ilmi?! 


 
119 
Amerikalı  alimin  tədqiqatında  deyilir:  «Dastanların  tarixi  çox  qədimdir; 
İslam tarixindən xeyli əvvəl yaranmış bu dastanlar köçəri Oğuzların həyat tərzilə 
islam  mədəniyyətini  birləşdirir»  (Bax:  The  Book  of  Dede  Gorgud,  University  of 
Texas  rress,  Austin-London,  1972).  Tədqiqatçı  yenə  qarşıya  sual  qoyur:  «İslam 
tarixindən xeyli əvvəl», «Çox qədim tarix» nə qədər ola, düşünülə bilər?! 50 ilmi, 
100 ilmi?!» 
İngiltərə  aliminin  tədqiqatında  deyilir:  «Çadra,  hərəm,  çoxarvadlılıq 
ərəblərin  islam  dinini  qəbul  etdirdikləri  vaxtdan  sonra  başlanır.  Dastanlarda 
qadınlara  bir  ana  kimi  sitayiş  edilir:  bir  arvad,  bir  həyat  yoldaşı  kimi  hörmət 
göstərilir…» (Bax: The Book of Dede Gorgud, Pengvim Boks, London, 1974). 
Rus tədqiqatında deyilir: «Eposda çoxarvadlılıqdan əsər-əlamət yoxdur. Hər 
bir  igidin  «Göz  açıban  gördüyü»,  «Könül  verib  sevdiyi»  ancaq  bir  həyat  yoldaşı 
var» (Bax: V.V.Bartolgd, «Kniqa moeqo deda Korkuda, M.-L., 1962, str.115). Bu 
məsələdə  ingilis  alimi  L.Cöfrey  də  eyni  mövqedən  çıxış  edir  və  deyir:  hər  cür 
imkan  və  şəraitə  baxmayaraq,  «Oğuz  bəylərinin  ancaq  bir  arvadı  olur»  və 
ömürlərinin  sonunadək  ona  sadiq  qalırlar  (Bax:  The  Book  of  Dede  Gorgud, 
Pengvim Boks, London, 1974). 
Yunan tarixçisi F.Simokatta və b. rəyləri də bu fikirlərlə səsləşir və s. 
Tədqiqatçı  E.Əlibəyzadə  yazır  ki,  bütün  bu  fikir  və  rəylər  «Dədə  Qorqud 
kitabı»nın  öz  mətnindən,  oradakı  real  həyat  və  hadisələrdən  çıxış  edilərək 
söylənildiyi  üçün  bizi  dastanın  tamamlanma  tarixinin  ən  geci  islamiyyətin  ilk 
əsrinə aid etmək qənaətinə gətirir və onun müəllifinin indi azı 1500 yaşı olduğuna 
inam yaradır. 
«Dədə  Qorqud  kitabı»ndakı  VI-VII  əsrlərə  aid  hadisə  və  əhvalatlarda 
Azərbaycan dövlətçilik ənənəsi öz əksini tapmışdır. Bu, tamamilə yeni bir problem 
kimi  qoyulur  və  ilkin  həllini  tapır.  Bu  ənənənin  əsasları  çox  qədim  dövrlərlə 
bağlanır. Dastanda dönə-dönə xatırlanan, təsviri verilən dövlət qurumu və ənənəsi 
Göy Türk xaqanlığının dövlət qurumuna tam uyğun gəlir. Aşkar olur ki, o vaxtlar, 
yəni V-VI əsrlərdə Azərbaycan torpağı, bütövlükdə Qafqaz Göy Türk xaqanlığına 
daxil  idi  (Bax:  Lev  Nikolayeviç  Qumilyovdan  götürülüb,  kitabda  verilən  xəritə, 
səh.46). Azərbaycan müstəqil dövlət olaraq fəaliyyət göstərirdi. 
Azərbaycan  tarixinin  bu  istiqamətdə  tədqiqi  çox  gərəkli  bir  işdir  və 
gələcəkdə ön plana çəkilməlidir, tədqiqat bu istiqamətə yönəlməlidir. 
Tədqiqatda  «Oğuz  elinin  igidləri»  bölməsi  məhz  bu  dövləti  yaşadan,  onu 
xarici düşmənlərdən qoruyan bahadırların fəaliyyətinə həsr olunub. Qəhrəmanların 
xəlqi-milli xarakteri, dönməzliyi, mübarizliyi, vətənə, elə sədaqəti Qorqud Atanın 
ağlı,  zəkası  və  məntiqinin  qüdrətilə  açılır,  təsdiqlənir.  Dastanlarda  Bayandır  xan, 
Qazan  xan,  Beyrək,  Bəkil,  Qaragünə,  Bükdüz  Əmən,  Əmran,  Əkrək  və  b. 
xalqımızın  VI-VII  əsrlər  tarixinin  yaradıcıları,  əsl  oğulları,  kamil  insanları  kimi 
tədqiq və təqdim olunur. 
Bu, tədqiqatçının ciddi elmi qənaəti, tədqiqatın uğuru və nailiyyətidir. 
Kitabda  «Oğuzlarda  ailə-məhəbbət  mənəvi  aləmi»  (səh.125-139),  «Oğuz 
elinin 
qadınları» 
(səh.148-157) 
bölmələri 
xalqımızın 
bəşəri-insani 
keyfiyyətlərindən bəhs edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə