Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə129/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   125   126   127   128   129   130   131   132   ...   176

 
269 
bulanır, amma geri çəkilmir, öz istəyinə nail olur. Quş quşluğu ilə belə edir, bəs 
biz? Biz sözdən sonra kim özünü geri çəkər, rüsvay edərdi?! 
Bu gün Azərbaycan cəmiyyətinin bütün cəbhələrdə – ideoloji, hərbi, iqtisadi, 
mədəni  sahələrdə  təsirli,  tutarlı,  dəyərli  sözə  ehtiyacı  var.  «Söz»,  şübhəsiz, 
konsepsiya mənasındadır. 
Yeni  yaranan  qeyri-ənənəvi  təriqətlərin  missionerlik  fəaliyyəti  xristian 
ölkələrində  ciddi  maneələrə,  kəskin  etiraza  səbəb  olduğu  halda,  Azərbaycanda 
onlara  qucaq  açılır.  Özü  də  təəssüf  doğuran  odur  ki,  bəzən  bu,  açıq,  yaxud  gizli 
himayə edilir. 
Qonşu  xristian  ölkələrində  sekta  kitabları  ali  din  xadimləri  tərəfindən 
nümayişkaranə  yandırılır,  missionerlər  cəzalandırılır.  Bizdə  missionerlik 
fəaliyyətinə  qarşı  mübarizəyə  xristian  icmaları  rəhbərliyi  cəlb  edilmir,  islam  din 
xadimlərinin fəaliyyəti isə müşahidəçiliklə və münasibət bildirməklə məhdudlaşır. 
Dini  İşlər  İdarəsi  göstərilən  problemlərlə  bağlı  bir  sıra  faydalı,  təsirli 
tədbirlər  həyata  keçirir.  Bununla  belə,  səlahiyyət  və  imkanlarının  məhdudluğu, 
habelə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının Qanunundakı 
bəzi boşluqlar idarənin fəaliyyətində müəyyən çətinliklər yaradır. 
Missionerlər  müstəqilliyin  ilk  illərində  adətən  hüquqi  şəxs  kimi  humanitar 
təşkilatlar tərkibində fəaliyyət göstərmişlər. Hər bir hüquqi şəxs isə təsdiq olunmuş 
nizamnamə  çərçivəsində  fəaliyyət  göstərir.  Təbii  ki,  «Əcnəbilərin  və  vətəndaşlığı 
olmayan  şəxslərin  hüquqi  vəziyyəti  haqqında»  Qanunla  əcnəbilər  və vətəndaşlığı 
olmayan  şəxslər  tərəfindən  dini  təbliğat  aparılması  qadağan  edildiyindən 
nizamnamədə  bu  nəzərə  alınmalıdır  (Qanundan  əvvəlki  nizamnamələrdə  isə 
müvafiq  dəyişiklik  edilməlidir).  Elə  isə  humanitar  yardım  cəmiyyətləri  hansı 
cəsarətlə  müxtəlif  dini-mədəni-kütləvi  (əgər  belə  demək  mümkünsə)  tədbirlər 
təşkil edir, bunu reklam etməkdən belə çəkinmirlər?! 
Bir  neçə  il  bundan  əvvəl  fəallığı  ilə  fərqlənən  «Həyat  sözü»  Bakının 
mərkəzində  tüğyan  edirdi:  ən  böyük  klub və  mədəniyyət  evlərini icarəyə  götürür, 
şoular  təşkil  edirdi.  Heç  kim  onlara  «olmaz»  demir,  deyə  bilmir,  ya  da  demək 
istəmirdi.  «Yaşıl  teatr»da  belə  bir  şounun  keçiriləcəyini  eşidib  Bakı  Şəhər 
Mədəniyyət İdarəsi ilə əlaqə saxladıq. Bütün hazırlıq tədbirlərinin görüldüyü, icarə 
haqqının  ödənildiyi  deyilsə  də,  tədbirin  ləğvini  təkidlə  tələb  etdik.  Bu  zaman  da 
tədbir  təşkilatçılarına  qəti  «yox»  deyilmədi,  sadəcə,  teatrda  qəza  baş  verdiyini, 
elektrik xətlərinin sıradan çıxdığını söyləməklə hər iki tərəf razı salındı… 
«Həyat  sözü»nün növbəti  səfəri  Lənkərana  idi.  Orada  da dayaq  tapılmışdı. 
Rayon  icra  hakimiyyətinin  başçısına  tədbirin  yolverilməz  olduğunu  bildirəndə  o, 
təəccübünü gizlətmədi: 
- Axı sizdən 5-10 dəqiqə əvvəl yuxarı təşkilatdan zəng vurub, xahiş ediblər 
ki,  onlar  bizə  humanitar  yardım  göstərirlər.  Qonaqları  yüksək  səviyyədə 
qarşılayaq. Mənə qaldıqda bilirəm ki, bizim üçün də, əhali üçün də gələnlər əlavə 
problem yaradırlar. Yerli din adamlarının missionerlərə münasibəti necə olacaq? 
Sıravi  «fədailərin»  qəyyumluğu,  fəaliyyəti  məmur  himayədarlığından  daha 
təhlükəlidir.  Sektalar  son  vaxtlar  bu  dayaqlar  üzərində  öz  işlərini  qururlar: 
qeydiyyat məsələsində onları qabağa verir, adamların psixologiyasına, kontingentə 
uyğun onlardan bacarıqla bəhrələnirlər. 


 
270 
Bu  qəbildən  olan  «dayaqlar»  yaxşı  təlim  keçmiş,  hazırlıqlı  adamlardır. 
Düşdükləri  vəziyyətdən  dərhal  istifadə  etməyi,  mövcud  şəraiti  qiymətləndirməyi 
ustalıqla  bacarırlar.  İlk  baxışda  çox  səmimi,  mömin,  mülayim  bəndə  təsiri 
bağışlayan «yerli» ünvanına yönəldilən sərt sözlərə eyni şəkildə və onda da artıq 
cavablar  verməklə  kifayətlənmir,  əks-hücuma  keçir,  hədə-qorxu  gəlir,  «vicdan 
azadlığı»ndan dəm vurur, beynəlxalq qurumlarla, məhkəmə ilə hədələyir. Onların 
davranış, hərəkət və münasibətlərində müşahidə edilən ümumi prinsipləri saf-çürük 
etsək,  ortaya  özündə  müxtəlif  mərhələləri  birləşdirən  bütöv  bir  sistem  meydana 
çıxar. 
Birinci  mərhələ:  həmsöhbətin  müəyyənləşdirilməsi.  Bu  zaman  «yerli 
missioner» həmsöhbətinin mənsub olduğu sosial təbəqəni, onun maddi vəziyyətini, 
dolanacağını, təhsilini, əlaqələrini aydınlaşdırır. 
İkinci  mərhələdə  «yerli  missioner»  öz  torunu  qurmağa  başlayır.  İslama 
toxunmadan  təkallahlılıqdan  dəm  vurur,  həmsöhbətinin  dinə,  dini  ayinlərə 
münasibətini öyrənmək üçün kəşfiyyat xarakterli suallar verir. 
Üçüncü mərhələ həlledici mərhələdir: həmsöhbətinin səbatsız, yaxud ehtiyac 
içərisində olduğunu hiss edən «yerli missioner» bütün «cəbhə boyu» hücuma keçir. 
Həmsöhbətinin beyninə nüfuz edir, onun şübhə və tərəddüdlərinə sarsıdıcı zərbələr 
endirir. Sonra isə öz bildiklərini ona diktə etməyə başlayır və ovunu tora salır, onu 
da böyük şəbəkəyə cəlb edir. 
Təbii  ki,  uğursuzluq  da  olur.  Necə  deyərlər,  daş  qayaya  da  rast  gəlir.  Bu 
zaman ikinci mərhələdən «yerli missioner» ustalıqla aradan çıxır. 
Lap  bu  yaxınların  söhbətidir.  Fəaliyyətinə  yenicə  yaşıl  işıq  yandırılmış 
(qeydiyyatdan  keçmiş)  «Həyatverici  lütf»  adlı  icmanın  ünvanına  Finlandiyadan 
hədiyyə  –  dini  mövzuda  videokassetlər  daxil  olmuşdu.  İcmanın  adından  danışan 
qız  və  oğlanın  azərbaycanlı  olduğu  çox  mətləblərdən  xəbər  verirdi.  Onlar 
videokassetlərin  ziyansızlığını,  onların  əldə  edilməsində  heç  bir  qanun 
pozuntusuna yol verilmədiyini canfəşanlıqla izah etməyə çalışırdılar. Ən maraqlısı 
isə  «yerli  missionerlərin»  icmaya  bağlılıq  tarixidir.  Şübhəsiz,  bu  prosesin  bütün 
məqamları, detalları barədə onlar tam məlumat verməzlər. Lakin məntiq və fəhmlə 
bütün mətləblər agah olur… 
İcmanın fəalı K. adlı qızdan «İslamın nəyi sizi qane etmədi ki, başqa dinə üz 
tutdunuz?» sualını o, xeyli təəccüblə qarşıladı: 
-  Axı,  mən  heç  vaxt  müsəlman  olmamışam.  Nə  olsun  ki,  valideynlərim 
özlərini  müsəlman  hesab  ediblər?  Orta  və  ali  məktəbdə  ateist  tərbiyəsi  almışam. 
Sonra dinlə maraqlanmışam və həyatımı ona həsr etməyi qərara almışam. 
-  Əhatənizdəkilər  islamın  şərtlərinə  tam  riayət  etməsələr  də,  gözünüzü 
müsəlman  mühitindəki  adət-ənənələrlə  açmısınız.  Necə  oldu  ki,  sizə  daha  yaxın 
islama üz tutmadınız, xristianlığa meyl göstərdiniz? 
Növbəti suala cavab verməyə həmsöhbətim çətinlik çəksə də, susmadı: 
- Mən əleyhinə deyiləm. Sadəcə, ilk dəfə qarşıma xristian  ədəbiyyatı çıxdı, 
vəssalam. 
K.  xanıma  «Bəs  xarici  səfərlərə  hansı  vəsait  hesabına  gedirsiniz,  kasetləri 
hansı pula gətirirsiniz və nəhayət, sizi kim dolandırır?» suallarını vermədik. Buna 
ehtiyac da yox idi. Çünki görünən dağa nə bələdçi?! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə