Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə125/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   121   122   123   124   125   126   127   128   ...   176

 
260 
Ağacəfər poeziyasında zəif söz yoxdur, ümumiyyətlə, Ağacəfərə görə, zəif 
söz yoxdur, zəif deyilmiş və yersiz sözlər var. Şairin ağır çəkili, sanballı sətirləri 
axıcı, canlı, oynaq və obrazlıdır. Səbəbi aydındır: 
 
 
 
«Püskürür sinəmdə sözün vulkanı, 
 
 
 
Palçığı bir yana, qummu bir yana. 
 
 
 
Zamanın xırmanı döyür, ayırır, 
 
 
 
Qılçığı bir yana, tumu bir yana» - 
 
deyən  şair  («Püskürür  söz  vulkanı»)  uğurlu  sözünü  «gözünü  öpdüyüm  balamdı», 
«səngərimdi,  qalamdı»  deyə  əzizləyir,  bununla  da  kifayətlənmir  və  sözdən 
yarandığını  söyləyir:  «Mən  vulkan  altında  bərkimiş  sözəm».  «Əli  qələmə,  söz 
dilinə, heç nə könlünə yatmayanda» isə fəryad qoparır: 
 
 
 
 
«Söz Allahın – Füzuli  
 
 
 
Çat dadıma – imdadıma» («Söz haqqında söz»). 
 
Sözə, sənətə bu qədər ehtiyatla, ehtiramla yanaşan sənətkarın yaradıcılığının 
yeni  fikirlərlə,  orijinal  və  özünəməxsus  deyim  tərzi  ilə  zəngin  olması  tamamilə 
təbiidir.  Ağacəfər  mövzudan  asılı  olmayaraq,  öz  duyğu  və  düşüncələrini  canlı, 
ehtiraslı və obrazlı çatdırmağın mahir ustasıdır. 
Bəzən  adama  elə  gəlir  ki,  Ağacəfər  nədən  yazmaq  barədə  heç  fikirləşmir. 
Onun  üçün  əsas  məsələ  nəyi  isə  dəstəvuz  edib,  yalnız  özünəməxsusları  oxucuya 
çatdırmaq,  bu  yolla  onun  hiss  və  duyğularına  təsir  etmək,  onu  riqqətə  gətirmək, 
həyəcanlandırmaq,  düşündürməkdir.  Amerikanın  İraqa  təcavüzündən  yazanda  da 
o, buna nail olur: 
 
 
 
 
Yığışdırın səhradan, 
 
 
 
Götürün meyitləri 
 
 
 
Dağılıb Kərbəlada 
 
 
 
Füzulinin beytləri («İblis barmağı»). 
 
Dərdi, qəmi, qələmə alanda da istəyinə yetir: 
 
 
 
 
Gözlərimin yağını, 
 
 
 
İçdi, bildim yağıdı… 
 
 
 
Qələbə bayrağını 
 
 
 
Gözlərimə sancdı dərd («Dərd»). 
 
Dostlarından söz salanda da məqsədinə çatır: 
 
 
 
 
Yoxluğumun küncündə 
 
 
 
Diz çökəcək dostlarım. 
 
 
 
Məzarımın içindən 
 
 
 
Söz çəkəcək dostlarım («Dostlarım»). 
 


 
261 
Ata-anaya məhəbbəti tərənnüm edəndə də niyyətinə yetişir: 
 
 
 
 
 
Atamın əllərinin istisi 
qapı dəstəyində, 
Pəncərə pərdəsinin ətəyində, 
ocaq külündə… 
Heç nəyə dəyə bilmirəm, 
Qorxuram anamın səliqəsinin rəngi gedər, 
Divarların əhəng ütüsü. 
Odun sobasının təpəsindən qalxır tüstüsü. 
Suvağı tökülmüş çiy kərpiclər 
Hamısı kibrit qutusu – 
Odla oynamağa bənddi…  
(«Kənddəki evimizin mənzərəsi»). 
 
Yanılmıramsa, Ağacəfərin yüzlərlə şeirinin heç birində «azadlıq istəyirəm» 
ifadəsi, ya ona bənzəri yoxdur. Amma  mövzusundan asılı olmayaraq, onun bütün 
şeirləri üçün azad ruh hakimdir. Lakin şairin elə şeirləri də var ki, orada mənəvi və 
fərdi  azadlığa  çağırış,  eyni  zamanda  mütiliyə  və  köləliyə  nifrət  daha  kəskin,  sərt 
səslənir. 
 
 
 
 
Əyilib bir ağız zaman götürmür, 
 
 
 
Nə haray, nə həşir vecinə deyil. 
 
 
 
Xırman mərəkəsi, xırman təlimi 
 
 
 
Elə bil gündəlik vərdişdi elə. 
 
 
 
Sarı öküzlərin gücünə deyil. 
 
 
 
 
Tər yuyub aparır bu fağırları, 
 
 
 
Hədəqədən çıxır bərəlmiş gözlər. 
 
 
 
Cin vurub başına dərz daşıyanın, 
 
 
 
Ovundurmaq olmur hər şirin sözlə. 
 
 
 
 
Vəlqoşan qıymayıb bir çəngə ota, 
 
 
 
Atıb qabağına bomboz küləşi. 
 
 
 
Dayanıb kölgədə buynuz-buynuza 
 
 
 
Xırman öküzləri söz güləşdirir. 
 
Bu  sətirlər  mənə  çağdaş  mədəniyyətimizin  bel  sütunu  M.Fətəlini  xatırlatdı. 
O yazırdı: «Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə, onları ata-babanın 
və  övliyaların  qərar  verdikləri  şeylərlə  kifayət  etməyə  və  bunlardan  kənara 
çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu surətdə 
fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən 
avtomat  olarlar;  və  ya  onlar  dəyirman  atlarına  bənzərlər  ki,  hər  gün  müəyyən 
dairədə  dolanarlar  və  öz  vaxtında  da  arpa-saman  yeyib  su  içər  və  yatarlar,  sonra 


 
262 
yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu 
biçarə  atların  hərgiz  xətri  olmaz  ki,  dünyada  çəmənlər,  otlaqlar,  çayırlıqlar, 
çiçəkliklər,  meşələr,  dağlar  və  dərələr  vardır;  əgər  bağlı  olmasaydılar,  dünyada 
gəzərdilər  və  o  könül  açan  yerləri  görərdilər  və  dünya  nemətlərindən  tamamilə 
faydalanmış olardılar». 
Yaradıcılığı  ilə  ilk  tanışlıq  elə  təəssürat  oyadır  ki,  Ağacəfər  qəm,  kədər 
şairidir, tərki-dünyadır. Çünki gah 
 
 
«Çiçəklər açılır hər yaz qabağı, 
 
 
Mənim ki, ürəyim açılmır, canım» - deyir, gah 
 
 
«Yatıram, səhər açılmır, 
 
 
Gecəni necə dartıblar» - söyləyərək sıxılır, gah 
 
 
«Yırtılır ömür torbası 
 
 
Adam yaşamaqdan doyur» - yazır, gah da dünyanın 
 
 
«Gülünün iyindən daddım, 
 
 
Külünü tökdüm başıma» - deyə fəryad qoparır, gah da 
 
 
«Mən yatan gecənin səhəri yoxdur» - söyləyərək – hər şeydən 
əlini üzür. Lakin bütün bunlar şairə öz işıqlı ideyalarını, nikbin duyğularını kədər, 
qəm süzgəcindən keçirərək çatdırmaq üçün bir vasitədir. Və həmin «ağrı» və ağır 
şeirləri oxuyanda insan duyğulanır, təsirlənir, təzələnir, səfərbər olur. 
«…ilhamının  səmimiliyinə,  orijinallığına  və  fərdiliyinə  qəlbən  inanan», 
özünü  Ağacəfərin  «iyirmiillik  oxucusu»  adlandıran  istedadlı  tənqidçi  mərhum 
Nadir  Cabbarlı  şairin  «Ürəyim  döyünür,  qapım  döyülür»  adlı  kitabına  (Bakı, 
«Gənclik»,  1977)  yazdığı  «Sözün  ağrı  yaddaşı»  adlı  ön  sözdə  şairin  «şeirlərinin 
lirik  düşüncə  axarını,  poetik  təhlil  yönünü,  deyim-üslub  meylini  izləməyə  həmişə 
ehtiyac hiss etdiyini» xüsusi vurğulayır və səmimi etiraf edir: «…yaş sayağı, ömür-
gün  sayağı,  təbii  ki,  bədii  zövq  də,  estetik  duyum  da  yerində  saymayıb  – 
təbəddülata  uğrayıb.  Amma  Ağacəfərin  şair  sözünə  oxucu  marağım  heç  vaxt 
azalmayıb».  Elə  bilirəm  ki,  ədəbi  prosesi  diqqətlə  izləyən,  onu  təhlil  etməyi  və 
dəyərləndirməyi  bacaran  Nadir  Cabbarlı  təxminən  10  il  əvvəl  bu  qənaətə 
gəlmişdirsə, şairin həmin vaxtdan ötən müddət ərzindəki yaradıcılıq uğurlarını da 
nəzərə alıb, sonuncu cümləni kiçik redaktə ilə vermək olar: Ağacəfərin şair sözünə 
oxucu marağı heç vaxt azalmayıb və azalmayacaqdır. 
 
 
 
 
 
 
 
 
 
       1 noyabr 2004 
 
 
Oğlan  bir  ailəninsə, oğul  bir millətindir 
 
Toy    məclisinin    şirin    bir  yerində  masabəyi  özünəməxsus  tərzdə  həkimlər  
əyləşən    stola  yanaşdı,  onları  ehtiramla  salamladı,  sağlamlıq    keşikçilərinin 
ünvanlarına    xoş  sözlər    söylədi    və  bəylə  gəlini    təbrik  etmək  üçün  həkim  
qonaqlardan  birinə  mikrofonu  uzatdı    və  nəzakətlə  -    buyurun,  müəllim,  söz 
sizindir – dedi. Arağın təsirindən  xeyli  məstləşən  həkim ağır – ağır ayağa qalxdı, 
mikrofonu  əlinə  alıb,  ləngərli  yerişlə  stoldan  xeyli  aralanıb,  çalğıçıların  yanında 
dayandı. Çıxışa salamsız – kəlamsız  başladı. İlk  cümləsi isə bu oldu: 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə