256
Buradaca qeyd etmək yerinə düşərdi ki, xalqımızın başına gətirilən bir çox
bəlaların kökünü həm də, xaricdə azərbaycanşünaslığın yox dərəcəsində olmasında
axtarmaq lazımdır. Bu, mübaliğəsiz belədir. XX əsrə qədər xaricdə
azərbaycanşünaslıqla bağlı materiallara daha çox səyyahların əsərlərində təsadüf
edilir. Sonrakı dövrdə də bu sahədə ciddi addımlar atılmamışdır.
Aleksandr Düma, Vasil Veliçko, Vasili Bartold, Yevgeni Bertels, Viktor
Jirmunski, Adolf Berje, Fuad Körpülü, Tadeuş Svyatoxovski, Canpiyero
Bellinceri, Əhməd Şmide, Erix Fagel, Odri Aldştad, mühacirətdə Əhməd bəy
Ağayev, Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Ceyhun Hacıbəyli,
Əbdülvahab Yurdsevər, Əhməd Cəfəroğlu, Turxan Cənceyi, İren Melikoff
azərbaycanşünaslığa
layiqli
töhfələr
vermiş
alimlərdir.
Son
dövr
azərbaycanşünaslığında Ə.Akpinarın yeri və çəkisi xüsusi qeyd olunmalıdır. Bu
fədakar tədqiqatçının fəaliyyətinə diqqəti çəkməklə xaricdə azərbaycanşünaslığın
inkişaf etdirilməsinin son dərəcə aktual və əhəmiyyətli olduğunu bir daha
vurğulamaq istədik.
30.XII.08
“Ədəbiyyat qəzeti”, 23 yanvar 2009
QaĢqarlı iĢığı, Qaspiralı yolu
Yaradılanları yaşatmaq yenisini yaratmaq qədər həm çətin, həm faydalı, həm
də şərəflidir. Xüsusilə, söhbət böyük bir ulusun əsrlər boyu ərsəyə gətirdiyi milli-
mənəvi dəyərlərdən, mədəni irsdən gedirsə, onları yaşatmaq, onlara yeni nəfəs
verərək, nəsildən-nəslə ötürmək, elə yenisini yaratmağa bərabərdir.
Türk dilinin beşiyi başında duran böyük Mahmud Kaşğari az qala min il
bundan əvvəl ucsuz-bucaqsız türk ellərini illərlə dolaşaraq dünya, o cümlədən türk
dili tarixinin ən möhtəşəm əsərini - «Divani-lüğat it-türk»ü yaratmışdır. Çar
Rusiyası imperiyasında - böyük bir coğrafiyada - özünün əzəli və əbədi
torpaqlarında, lakin rus əsarəti altında əziyyət çəkən türkdilli xalqların təhsilə,
tərəqqiyə, elmə, mədəniyyətə, nəhayət, birliyə möhtac olduğu bir dönəmdə
«Tərcüman»ı və «Dildə, fikirdə, işdə birlik» şüarı ilə tarixin səhnəsinə İsmayıl bəy
Qaspıralı çıxdı. Altaydan Urala, Orta Asiyadan Qafqaza, Volqaboyundan
Balkanlara səpələnmiş türk ulusunun eyni dəyərlərə mənsub olduqlarını və ona
sahib olmanın vaxtı çatdığını anlatdı. Böyük ideoloq Əhməd Ağaoğlu İsmayıl
bəyin vəfatı ilə əlaqədar «Türk yurdu» jurnalında dərc etdirdiyi (1914, №12)
«İsmayıl bəy Qasprinski» adlı məqalədə yazırdı ki, öz ideyalarını yaymaq üçün
«qapı-qapı dolaşmaq məcburiyyətində qalan» İsmayıl bəyin israrla təqib etdiyi
qayənin türkdilli xalqlara bir dilə, bir mədəniyyətə mənsub olduqlarını təlqin
etməkdən ibarət idi. Bu birliyi duyan hər bir qövm əslində milli-mənəvi vəhdətin
257
zərurətini duymuş olacaqdı.
Hələ sovetlər dövründən - dəmir pərdə arxasındakı rejim və kommunist
ideologiyasının hakim olduğu vaxtdan - 1980-ci illərin əvvəllərindən türk elləri
adı, sorağı ilə səfərlərə çıxan Yücel Feyzioğlunun məramı, məqsədi, hədəfləri
barədə fikirləşəndə təbii olaraq böyük Kaşğari və Qaspıralını xatırladım. Bu
öndərlərin işığı, yolu ilə gedən yüzlərlə, minlərlə cəfakeş, fədakar davamçıları
olmuşdur, yenə də olacaqdır. Yücel Feyzioğlunu da özü demiş, həyəcanlandıran,
düşündürən, səfərlər edən bu dühaların ideya və əməlləri olmuşdur.
1946-cı ildə Qarsda dünyaya göz açan Yücel Feyzioğlu hələ kiçik
yaşlarından yazı-pozuya meylini salmış, məktəb dəftərindəki ilk şeirləri ilə
müəlliminin diqqətini çəkmiş, onun tövsiyəsi ilə daha heç vaxt qələmdən
ayrılmamışdır. Bunları yazarkən, on illər boyu Azərbaycan atalar sözlərini
toplayan, nəşr etdirən Əbülqasım Hüseynzadə və onun məşhur dəftəri yadıma
düşür. Məktəbli ikən hər gün atasının gündəlik xərci kimi verdiyi 5 qəpiklə baqqal
dükanlarını gəzən, diqqəti çəkmək üçün üstünə atalar sözləri yazılmış saçaqlı
konfet kağızlarını toplayan və səliqə ilə məktəb dəftərinin vərəqləri arasına yığan
Əbülqasımın hərəkəti böyük Üzeyir Hacıbəyovun və dövrünün tanınmış
maarifpərvər pedaqoqlarından sayılan Fərhad Ağazadənin diqqətindən qaçmır.
Fərhad Ağazadə Ə.Hüseynzadəyə «Bu, nəcib, xeyirxah işdir. Xalqımızın incilərini
toplayırsan. İşində möhkəm ol. Dama-dama göl olar» - deyib onu ruhlandırır.
Üzeyir bəyin dediklərini isə Əbülqasım həyat kredosu kimi qəbul edir: Əbülqasım,
indi söz çeynəyən çox, söz deyən azdır. Odur ki, müdrik atalar sözlərinin qədrini
bilmək, onları misqal-misqal toplayıb xalqın özünə qaytarmaq lazımdır. Yoxsa,
atalar demişkən, «dama-dama göl olar, dada-dada heç». Bundan sonra, necə
deyərlər, Əbülqasım ayağına çarıq geyib, bir əlinə qələm, bir əlinə əsa alıb, el-el,
oba-oba gəzməyə, atalar sözlərini toplamağa başlayır. Lap nağıllardakı kimi.
Nağıllar demiş, Sovet dövründə ötən əsrin 20-30-cu illərində Azərbaycan
nağıllarını da, digər şifahi söz nümunələrini də toplayan, səf-nəzər edən, çox sayda
kitab buraxan Əhliman Axundov, Məmmədhüseyn Təhmasib, Hümmət Əlizadə,
Hənəfi Zeynallı, Vəli Xuluflu, Salman Mümtaz, Bəhlul Behcəti kimi fədailərimiz
də olmuşdur. Onların bu missiyasını 70-ci illərdən sonra Nurəddin Seyidov, Vaqif
Vəliyev, Sədnik Paşayev, Mürsəl Həkimov, Qəzənfər Paşayev, Bəhlul Abdullayev,
Əzizə Cəfərzadə, Azad Nəbiyev, Məhərrəm Qasımlı kimi tanınmış alimlər davam
etdirmişlər.
Yücel Feyzioğlu toplama dairəsinin, fəaliyyət coğrafiyasının genişliyi ilə
diqqəti çəkir. Taleyin hökmü ilə 1972-ci ildə Almaniyada məskunlaşmışdı, burada
Höte İnstitutunda ali dil təhsilinə yiyələnmiş, Andersson Yazıçılıq Akademiyasını
bitirmişdir. Bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olduqdan sonra özünü
bütünlüklə yaradıcılığa həsr etmişdir. Almaniyadakı türk uşaqlarının doğma dilə,
ədəbiyyata, mədəniyyətə, məmləkətə məhəbbət ruhunda böyüməsi üçün əlindən
gələni əsirgəməmişdir. Y.Feyzioğlunun «Kəloğlan» və «Sehrli limon» adlı nağıl
kitabları müxtəlif dillərə tərcümə edilərək yayılmış, böyük əks-səda doğurmuşdu.
Ötən əsrin 80-ci illərinin əvvəllərində, dəqiq desək, 1982-ci ildə Bakıya ilk səfəri
ilə Y.Feyzioğlunun həyat və yaradıcılığında yeni mərhələ başlayır.
Xalq yazıçısı Elçin Yücel Feyzioğlunun nəşr etdirdiyi nağıllarla tanışlıqdan
Dostları ilə paylaş: |