254
«Türk Tanıtma Fondu»nun dəstəyi ilə «Ötükən» nəşriyyatı tərəfindən işıq üzü
görmüşdür. Tərtibçi Yavuz Akpinar uzun və gərgin tədqiqatların nəticəsi kimi,
kitabın «Giriş» hissəsində İsmayıl Qaspiralının fəaliyyətinə dair irihəcmli, dəyərli
məqalə vermişdir. O, burada İ.Qaspiralının qəzetçi, naşir kimi böyük tarixi
xidmətlərindən, sosial, siyasi sahədə prinsipial və faydalı fəaliyyətindən, müasir
tipli məktəblərin yaradılmasında, təhsil quruculuğunda rolundan, ortaq dil uğrunda
mücadiləsindən geniş bəhs etmişdir.
Bu kitabların ərsəyə gəlməsi üçün illər boyu arxiv və kitabxanalarda böyük
ehtirasla, yorulmadan çalışan Y.Akpinar qədirbilənliklə ona bu işdə yardım edən
insanlara – Ukraynalı tarixçi Viktor Yuryeviç Qankeviçə, Krıma səfəri zamanı
tədqiqatçıya diqqət göstərən dostlarına – Şakir Səlimə, İsmayıl Kərimə, Zühal
Yüksələ, İsmayıl Türkoğluna, Nəriman Abdulvahaba, Baxçasaraydakı Xan sarayı
muzeyinin direktoru Sərvər Abubəkirova, muzeyin arxiv şöbəsinin müdiri Qalina
İvanovaya, yuxarıda qeyd etdiyimiz «Türk Tanıtma Fondu»nun və «Ötükən»
nəşriyyatının rəhbərlərinə dərin minnətdarlığını bildirir.
Kitabın annotasiyasında yazıldığı kimi, «…görüşləri ilə günümüzdə yenidən
aktuallaşan «Avrasiya birliyi» nəzəriyyəsinin qurucularından» olan İ.Qaspiralının
həyat və fəaliyyəti Azərbaycanla sıx bağlı olmuşdur. M.F.Axundzadənin,
H.B.Məlikovun,
N.Nərimanovun,
S.M.Qənizadənin,
M.A.Şahtaxtlının,
H.Z.Tağıyevin maarif, nəşriyyat, təhsil, tərəqqi sahəsindəki xidmətlərini yüksək
qiymətləndirən İ.Qaspiralı, Əli Mərdan bəy Topçubaşı, Xəlil Xasməmmədli,
Əhməd bəy Ağayev, Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov və digər
azərbaycanlı xadimlərlə sıx ünsiyyətdə olmuşdur. Təsadüfi deyil ki, XX əsrin
əvvəllərində Azərbaycanın ictimai, siyasi, ədəbi, mədəni, mətbu həyatında parlaq
iz buraxmış ziyalılar İ.Qaspiralının tarixi xidmətlərini çox yüksək
qiymətləndirmişlər.
…Ə.Y.Akpinar hələ sovet dönəmində Qulam Məmmədlinin məşhur
«Azərbaycan teatrının salnaməsi»ni oxuyur və müəllifə bu sətirləri ünvanlayır:
«Hörmətli ustadım! Azəri ədəbiyyatıyla məşğul olan bütün tədqiqatçılar Sizi bu
kitabınız vasitəsilə hörmətlə yad edəcəklər. Sağ olun, var olun. Əli Yavuz Akpinar.
28.03.1981». Bu gün Ə.Y.Akpinar həmin mətni kiçik bir dəyişikliklə – «azəri
ədəbiyyatıyla» sözlərindən sonra «və İsmayıl Qaspiralı irsi ilə» sözlərini əlavə
etməklə özünə ünvanlamaq haqqını qazanmışdır.
…Sonda prof.dr. Ə.Akpinarla, xaricdə azərbaycanşünaslıq problemi ilə bağlı
məqalə yazmaq fikrinin haradan qaynaqlandığını açıqlamaq üçün bir haşiyəyə
çıxacağam. 2008-ci il dekabrın 17-də Atatürk Mərkəzində «Beşik» nəşriyyatının
buraxdığı uşaq nağıllarının toplanıldığı – 72 kitabçanın təqdimatı keçirilirdi.
Tədbirdə ölkənin tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, KİV
nümayəndələri iştirak edirdi. Layihənin rəhbəri Xalq yazıçısı, Baş nazirin müavini
Elçin Azərbaycan uşaq nağıllarının işıq üzü görməsini ölkənin ədəbi-mədəni
həyatında böyük hadisə, bayram kimi dəyərləndirdi. Akademik Bəkir Nəbiyev
əsasən şair-publisist Dilsuzun və şair Ələkbər Salahzadənin qələmə aldıqları
nağılları, obrazlı ifadə ilə, indiki dövrün uşaqları üçün vaksin adlandırdı. Millət
vəkilləri Gülər Əhmədova, Fəttah Heydərov, şairlər Çingiz Əlioğlu, İlyas Tapdıq,
yazıçı-publisistlər Nahid Hacızadə, Zahid Xəlil, Əkrəm Qaflanoğlu, təhsil nazirinin
255
müavini prof.İradə Hüseynova, M.F.Axundov adına Milli Kitabxananın direktoru
Kərim Tahirov da 17 yaşlı müstəqil Azərbaycanın gələcək nəslinin vətənpərvər,
cəsur, geniş təfəkkürlü, iti və çevik zəkalı vətəndaşları kimi yetişməsində uşaq
nağıllarının müstəsna rol oynayacaqlarını qeyd etdilər.
Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov uşaq nağıllarının
əhəmiyyətini xüsusi vurğuladı və bu möhtəşəm işin həyata keçirilməsində
layihənin rəhbəri Xalq yazıçısı Elçinin müstəsna rolunu şükranlıqla qeyd etdi. Dedi
ki, Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Xalq yazıçısı Elçin dövlət
və ictimai xadim kimi də ölkənin mədəni həyatında misilsiz xidmət göstərmişdir.
Təqdirəlayiqdir ki, Elçin cəmiyyətin mənəvi ehtiyacını müşahidə edən və dərhal
boşluğu doldurmaq üçün hərəkət edən xadimlərdəndir. Ötən əsrin 80-ci illərində
Azərbaycan cəmiyyətində Türkiyə həyatına sonsuz maraq var idi. Elçin «Yaxın,
uzaq Türkiyə»ni yazmaqla müəyyən mənada bu tələbatı ödədi. İndi budur,
müstəqil Azərbaycanın gələcək nəsillərinin vətənpərvər, cəsur, öz tarixinə,
mədəniyyətinə bağlı yetişməsi üçün ədəbi material tələb olunanda Elçinin
rəhbərliyi ilə azyaşlı uşaqlar üçün birdən-birə 72 adda nağıl kitabça şəklində
Azərbaycan cəmiyyətinə təqdim olunur. Akademik, millət vəkili N.Cəfərovun
Elçinin fəaliyyəti ilə bağlı bu qənaətini təqdir edir və tanınmış ictimai və dövlət
xadiminin həmin istiqamətdə həyata keçirdiyi digər və hər birinin önündə «ilk
dəfə» ifadəsini işlədə biləcəyimiz mühüm tədbirləri də qeyd etməyi lazım bilirik:
- mənfur erməni separatçılarının Azərbaycana ərazi iddialarının yenidən
başladığı zaman – ötən əsrin 80-ci illərinin sonlarında ölkəmizin, xüsusilə də
Dağlıq Qarabağın tarixi ilə bağlı materialların kütləvi nəşri və yayılması;
- azadlıq hərəkatının vüsət aldığı illərdə hər cür daxili və xarici təsirlərə,
təzyiqlərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinə, Şərq-islam
dünyasında ilk demokratik dövlətin atributlarına, iqtisadi, siyasi, hərbi və s.
sahələrdə həyata keçirdiyi islahatlara dair elmi-kütləvi məqalələrin böyük tirajla
(250.000) çıxan «Odlar yurdu» qəzetində dərc olunması;
- əlifba islahatı aktuallaşanda latın əlifbasının qızğın müdafiə edilməsi;
- Moskvanın respublikadakı yerli nökərlərinin və ermənipərəst xarici
qüvvələrin Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə hər cür don
geyindirmək
üçün dəridən-qabıqdan çıxdığı, Azərbaycanın informasiya
blokadasında saxlanıldığı zaman ABŞ senatına «Ən böyük müttəfiqimiz
həqiqətdir» adlı müraciətinin ünvanlanması, senator Cim Mudinin Bakıya dəvət
edilməsi və Azərbaycan tarixində ilk dəfə ABŞ senatorunun Bakıya səfəri;
- xarici ölkələrdə azərbaycanşünaslığın intişarı, inkişafı üçün əməli
tədbirlərin həyata keçirilməsi («Vətən» Cəmiyyətinin M.F.Axundzadənin anadan
olmasının 175 illiyi münasibəti ilə keçirdiyi tədbirə dünyanın müxtəlif ölkələrindən
hələ görünməmiş sayda, eyni vaxtda Bakıya 9 nəfər azərbaycanşünas alimin dəvət
edilməsi).
Sonuncu tədbirə gələnlərin sırasında mərhum professor Abbas Zamanov
haqqındakı xatirəsində Azərbaycana hər səfərini həyatının unudulmaz günləri kimi
xatırlayan və öz təbiri ilə desək, «Azərbaycan kitablarına susayan» Əli Yavuz
Akpinar da var idi (Əli Yavuz Akpinar. Abbas Zamanov haqqında xatirələrim.
Müasirləri Abbas Zamanov haqqında. «Çinar-çap» nəşriyyatı. Bakı, 2003).
Dostları ilə paylaş: |